Şübhəsiz ki, İsa Peyğəmbər əleyhissalam, yer üzünə enəcək. Əlbəttə ki, onun zühuruna yaxın, əlamətlər və fitnələr olacaq…” (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”; Beklenen Mehdi, 3-cü nəşr, səh. 151)
Yuxarıdakı hədisdə göründüyü kimi, Peyğəmbərimiz Axırzamanda İsa Peyğəmbərin yer üzünə qayıtmasından əvvəl müxtəlif əlamətlərin görüləcəyini xəbər vermişdir. Bu hissədə bu xəbər əsasında, İsa Peyğəmbərin yer üzünə ikinci gəlişinin yaxınlaşdığını müjdələyən əlamətlərə yer verəcəyik. Əvvəlki hissələrdə qeyd etdiyimiz kimi, Axırzaman və qiyamət əlamətləri, Mehdinin çıxış əlamətləri, Dəccalın fitnəsinin yaxınlaşdığını göstərən əlamətlər, İsa Peyğəmbərin gəlişinin də xəbərçisidir. Quranda, Peyğəmbərimizin hədislərində və İslam alimlərinin kitablarında yer verilən izahlar bu mövzulardakı əsas mənbələrdir. Bunlarla yanaşı, İncil açıqlamalarından Axırzaman və İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gəlişi mövzusunda Quran və Peyğəmbərimiz in sözləri ilə uyğun olanları da bizə əhəmiyyətli məlumatlar verir.
Lakin bütün bunlara baxmayaraq, bəzi insanlar bu xəbərlərin dövrümüzə işarə etdiyi mövzusunda bəzi şübhələrə qapıla bilərlər. Bu xüsusda xatırlatmaq lazımdır ki, irəliləyən səhifələrdə bəhs ediləcək əlamətlər heç bir şübhəyə yer verməyəcək qədər açıq və aydındır. Lakin ən əhəmiyyətlisi bu xəbərlərin hamısının dövrümüzdə bir-birinin ardınca gerçəkləşdiyi və hələ də gerçəkləşməsidir. Əlbəttə ki, bu işarələrin bir hissəsi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən nisbətdə görülmüş ola bilər. Belə bir vəziyyət həmin dövrün Axırzaman olduğunu, İsa Peyğəmbərin və Mehdinin gəlişinin çox yaxın olduğunu göstərməz. Çünki bir dövrün Allahın müjdələdiyi son dövr kimi xarakterizə edilməsi üçün təfsilatlı şəkildə izah edəcəyimiz bütün əlamətlər eyni dövrdə, bir-birinin ardınca gerçəkləşməlidir. Bu vəziyyət hədislərdə belə ifadə edilib:
“Qiyamət əlamətləri bir-birinin ardınca gerçəkləşər. Bir sıradakı muncuqların birbirinin ardınca qopması kimi”. (Ramuz-El Ehadis, 277/6; Suyuti, Camiü’s-Sagir, 3/167)
Ümmət bunları etdiyi zaman, əlamətlər bir-birini, toru qopardılıb qaçan balıqların bir-birini qovaladığı kimi qovalayar. (Ölüm, Kıyamet ve Diriliş, Şarani, səh. 478)
Hədislər olduqca aydındır. Axırzaman əlamətləri bir-birinin ardınca eyni dövrdə gerçəkləşəcək. Burada bu xüsusa toxunmaqda fayda var: İrəliləyən səhifələrdə yer verəcəyimiz hadisələrdən bəziləri, dövrümüz üçün adi hadisələr kimi qarşılana bilər. Bəziləri burada bəhs edilən əlamətlərin, yaşadığımız dövrün şərtlərinin gərəyi olaraq, təbii olaraq meydana gəldiyini irəli sürə bilərlər. Əlbəttə ki, bu hadisələrin bir hissəsi dövrümüzdə müxtəlif təsirlərlə təbii olaraq meydana gəlir. Lakin bütün bunların 1400 il əvvəl əskiksiz şəkildə tam bu günün ictimai nizamını tərif edəcək şəkildə təsvir edilmiş olması və bir qədər əvvəl də ifadə etdiyimiz kimi eyni dövrdə, bir-birinin ardınca gerçəkləməsi olduqca mühüm məsələdir. Bu vəziyyət, 14 əsr əvvəl Axırzamanda yaranacaq mühiti təfsilatlı təsvir edərkən Peyğəmbərimizin bu dövrə diqqət Yuxarıdakı məlumatlar əsasında istər İslami mənbələri, istərsə də İncilin açıqlamalarını araşdırdığımız zaman, heyrətamiz bir nəticə ilə qarşılaşırıq. Axırzamana dair işarələr yer üzünün demək olar ki, hər küncündə, bir-birinin ardınca və tam mənasıyla ifadə edildiyi şəkildə, yaşadığımız dövrdə yaşanır. Axırzamanla bağlı xəbərlər sanki zamanımızın əskiksiz bir portretini çəkir. Əlbəttə ki, bu, dərin düşünülməsi lazım olan olduqca möcüzəvi bir hadisədir.
İslami mənbələrdə qeyd olunan əlamətlər
1) Ayın yarılması
Quranın 54-cü surəsinin adı olan “Qamər”in dilimizdə tərcüməsi “Ay”dır. Bu surənin böyük hissəsində, özlərinə göndərilən peyğəmbərlərin “xəbərdarlıqlarını görməzlikdən gələn” Nuh, Ad, Səmud və Lut xalqının, Firon və ətrafının başlarına gələn fəlakətlərdən bəhs edilir. Eyni zamanda birinci ayədə qiyamət vaxtı ilə əlaqədar çox mühüm bir mesaj verilir:
Saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. (Qamər surəsi, 1)
Ayədə işlədilən “yarmaq” felinin ərəb dilində qarşılığı “şakka”dır. Bu sözün ərəb dilində fərqli mənaları var. Bəzi Quran təfsirlərində “ikiyə yarılmaq” mənasından istifadə olunur. Bununla yanaşı, “şakka” sözü ərəb dilində “torpağı şumlamaq, torpağı qazmaq” mənalarında işlədilir.
İkinci mənasına nümunə olaraq, Əbəsə surəsinin 26-cı ayəsində işlədilən mənasını nümunə verə bilərik:
Şübhəsiz ki, Biz suyu axıtdıqca axıtdıq. Sonra yeri yardıqca yardıq. Beləliklə onda dənələr yetişdirdik, üzümlər, yoncalar, zeytunlar, xurmalar. (Əbəsə surəsi, 25-29)
Açıqca göründüyü kimi, bu ayədəki “şakka” ifadəsi “yerin ikiyə yarılması” mənasında deyil, “müxtəlif bitkilərin yetişməsi üçün torpağın şumlanaraq yarılması” mənasında işlədilmişdir.
Məhz tam bu nöqtədə, Quranın çox böyük bir möcüzəsi ilə qarşılaşırıq. Qamər surəsində on dörd əsr əvvəldən bildirilən ayə, 20 iyul 1969-cu ildə Ay səthində aparılan işlərlə gerçəkləmişdir. Amerikalı astronavtların Aya ayaq basaraq, Ay torpağı üzərində elmi tədqiqatlar aparmaları, daş və torpaq nümunələri götürmələri, ayın yarılması ayəsindəki ifadələrə tam uyğun gəlir.
Ayın kəşfi; “bir insan üçün kiçik bir addım, bəşəriyyət üçün böyük bir sıçrayış” şüarı ilə eyniləşdirilmişdir. Bu tarixi səfər kosmik tədqiqatlarda bir dönüş nöqtəsidir; kameralar vasitəsilə sənədləşdirilmiş və o tarixdən indiyədək yaşayan insanların seyr etdikləri bir hadisə olmuşdur. Qamər surəsinin ilk ayəsində Allahın bildirdiyi kimi, bu böyük hadisə eyni zamanda bir qiyamət əlamətidir; dünyanın qiyamətdən əvvəl son zaman kəsiyində olduğunun bir əlamətidir (doğrusunu Allah bilər).
Necə ki, bu mövzuda çox mühüm bir işarə daha var. Qamər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcəd dəyəri bizə Aya ayaq basma ili olan 1969 tarixini verir (əbcəd hesabı mövzusunda ətraflı məlumat almaq üçün baxın: “İsa Peyğəmbərin çıxış zamanı” hissəsi).
…Saat yaxınlaşdı və Ay yarıldı… HİCRİ: 1390 MİLADİ: 1969 Lakin bunu da ifadə etməliyik: Əlbəttə ki, Ayın yarılması hadisəsi, Allahın Peyğəmbərimizə verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:
…Səid ibn Əbu Ərubə, Qatadədən; o da Ənəs ibn Malikdən rəvayət etdi: Məkkə əhalisi Rəsulullahdan özlərinə bir ayə (möcüzə) göstərməsini istədilər. O da onlara ayı iki bölük göstərdi, hətta Məkkəlilər Hira dağını o iki bölük arasında gördülər. (Sahih-i Buhari ve Tercemesi, 8-ci cild, no.88)
Yuxarıda qeyd edilən möcüzə, ayədə xəbər verilən Ayın yarılması hadisəsidir. Lakin Quran hər dövrə işarə edən bir kitab olduğu üçün, bu ayə ilə dövrümüzdə Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi düşünülə bilər (doğrusunu Allah bilər).
2) İran-İraq müharibəsi
Axırzamanda baş verəcək mühüm bir müharibə hədisdə belə xəbər verilir: Şəvval ayında qiyam, zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş tutacaq. (Kıyamet Alametleri, səh. 166)
Hədisdə bildirilən şəvval, zilqədə və zilhiccə ayları İran-İraq müharibəsinin yaranma mərhələləriylə eyni tarixlərə təsadüf edir:
İran şahına qarşı ilk qiyam məlum olduğu kimi, hədisdə ifadə edilən 5 şəvval 1398- Zilqədədə hərbi danışıqlar və zilhiccədə isə müharibə baş tutacaq… Hicri 1400-cü ilin zilhiccə (1980-ci ilin oktyabr) ayında İran-İraq arasındakı müharibə tam mənasıyla başlamışdı.
Digər bir hədisdə isə, bu müharibənin təfsilatları belə təsvir edilir: Faris istiqamətindən gələcək olan bir qövmdür ki, belə deyəcək: “Ey ərəblər! Siz çox mövhumatçılığa getdiniz! Siz bunlara lazımınca haqq tanımasanız, heç kim sizinlə ittifaq etməyəcək… Bir gün, onlara və bir gün də sizə verilsin və sözlərə qarşılıqlı əməl edilsin… “Onlar Mutıka çıxacaqlar, müsəlmanlar oradan aşağıya, yazıya enəcəklər… Müşriklər o biri tərəfdəki (Rakabe) adlı qapqara bir çayın kənarında dayanacaqlar… Aralarında döyüş olacaq: Allah hər iki ordudan zəfəri qaldıracaq… (Kıyamet Alametleri, səh. 179)
- Faris istiqamətindən gələcək olan:
İran istiqamətindən gələcək olan - Faris:
İran - İranlı - Yazıya enəcəklər:
Düzənliyə enəcəklər (İraq düzənliyi) - Mutık:
Bölgədəki bir dağın adıdır - Rakabe:
Neft quyularının çox olduğu bölgədir
“Ey ərəblər! Siz çox mövhumatçılığa getdiniz! Siz bunlara lazımınca haqq tanımasanız, heç kim sizinlə ittifaq etməyəcək…
Hədisin bu hissəsində iki tərəf arasında, irqçilikdən qaynaqlanan bir anlaşmazlığın olacağına diqqət çəkilə bilər. Bu anlaşmazlıqdan ötrü, “Yazı”ya (yəni İraq düzənliyinə) eniləcəyi və müharibənin başlayacağı aydın olur.
Allah, hər iki ordudan zəfəri qaldıracaq… Bu hədisin də işarə etdiyi kimi, İran-İraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq, bir nəticə alına bilməmişdir. İki tərəf də qəti üstünlük təmin edə bilməmişdir.
3) Fərat və Dəclə arasındakı böyük müharibə
“Fərat və Dəclə arasında Zəvra (Bağdad) adlı bir şəhər olacaq. Orada böyük bir müharibə olacaq. Qadınlar əsir götürüləcək, kişilər isə qoyun kəsilən kimi boğazlanacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 38, El Muttaki)
Hədisdə keçən “Fərat və Dəclə arasında yaşanacaq bu böyük müharibə ilə” də yaxın keçmişdə baş verən İran-İraq müharibəsinə diqqət çəkilmiş ola bilər. Əvvəlki səhifələrdə də gördüyümüz kimi, iki müsəlman ölkə arasında yaşanan bu böyük müharibədə, hədisdə diqqət çəkilən torpaqlarda böyük qarşıdurmalar yaşanmış, kəndlər, qəsəbələr, şəhərlər ağır bombardman altında yerlə-yeksan olmuşdur. Qadın, uşaq, yaşlı ayrıseçkiliyi edilmədən bir çox insan müharibədə həyatını itirmişdir. İrəliləyən tarixlərdə ortaya çıxan kütləvi məzarlar, müharibə əsnasında həyatını itirən insan sayının təxmin ediləndən çox olduğunu göstərir.
4) Əfqanistanın işğalı
Talikana (Əfqanistana) yazıq oldu. Şübhəsiz ki, Allahın orada qızıl və gümüş olmayan xəzinələri var. (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 59)
Hədisdə Əfqanistanın Axırzamanda işğal ediləcəyinə işarə var. Həqiqətən də rusların Əfqanistanı işğal etməsi olan 1979-cu il, hicri 1400-cü ilə, digər bir sözlə, hicri 14-cü əsrin əvvəlinə təsadüf edir.
Orada qızıl və gümüş olmayan xəzinələri var… Rəvayətin bu hissəsində də Əfqanistanın maddi zənginliklərinə diqqət çəkilir. Bu gün Əfqanistanda müxtəlif səbəblərlə işlədilməyən böyük neft yataqları, dəmir yataqları və kömür mədənləri müəyyənləşdirilmişdir.
5) Fəratın suyunun kəsilməsi
Fərat çayının suyunun kəsilib dayandırılması da İsa Peyğəmbər və Mehdinin çıxış əlamətlərindəndir:
Fərat çayının suyu quruyaraq qızıl xəzinəsini meydana çıxartma vaxtı yaxınlaşır. Hər kim, o zaman orada olsa o xəzinədən bir şey götürməsin. (Riyazü’s Salihin, 3/332)
Digər hədislərdə bu hadisənin təfsilatlarıyla əlaqədar mühüm məlumatlar verilir: Rəsulullah: “Fərat çayı qızıl bir dağ üzərindən açılmayana qədər qiyamət qopmayacaq. İnsanlar bunun üçün müharibə edəcək və hər yüz insandan doxsan doqquzu öldürüləcək, onlardan hər insan, kaş ki, xilas olan mən olsaydım, deyəcək” deyə buyurub. (Sahih-i Müslim, 11/320)
Rəsulullah belə buyurdu: “Yaxında Fərat çayı qızıl xəzinəsini ortaya çıxardar, kim buna hazır olsa, ondan bir şey almasın. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 28)
(Rəsulullah:) “Fərat çayı bir qızıl dağını ortaya çıxardar” dedi. (Sünen-i Ebu Davud, 5/116)
Göründüyü kimi, İsa Peyğəmbərin yenidən gəlişinin mühüm bir əlaməti olan Fərat çayının suyunun dayandırılması və qızıl dəyərində bir xəzinənin ortaya çıxması bir çox böyük hədis kitabında qeyd olunur.
İndi yuxarıda yer verdiyimiz hədislərdə keçən bu mövzuyla əlaqədar mühüm ifadələri ayrı-ayrılıqda nəzərdən keçirək:
Rəsulullah buyurdu: (1) Fərat çayının suyu çəkilib (2) qızıldan bir dağ meydana çıxmadıqca qiyamət qopmaz… (Riyazü’s Salihin, 3/332)
(1) Fərat çayının suyunun çəkilməsi… Süyutinin kitabında bu hədis “suyun dayandırılması” kimi qeyd olunur. Həqiqətən də Keban su anbarı, Fərat çayının suyunu dayandıraraq kəsmişdir.
(2) “Qızıl”dan bir dağ meydana çıxmadıqca… İnşa edilən su anbarı sayəsində; elektrikin istehsal olunması, toplanan suyun ərazidə istifadə edilərək torpağın səmərəsinin artması və nəqliyyatın asanlığının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar “qızıl” kimi qiymətli hala gəlmişdir.
Keban su anbarı və Fərat çayı üzərinə sonradan inşa edilən digər su anbarları, betondan nəhəng bir dağı xatırladırlar. Bu su anbarlarından (hədisdəki bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülür. Dolayısilə su anbarları “qızıl dağ” xüsusiyyəti qazanır (doğrusunu Allah bilər).
6) Ramazan ayında Ay və Günəş tutulmaları
Mehdi üçün 2 əlamət vardır ki… Bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisi də, ortasında Günəşin tutulmasıdır. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Kıyamet Alametleri, səh. 199)
Onun səltənəti dövründə, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq… (Mektubat-ı Rabbani, 380-ci məktub, 2/1163)
Mehdinin zühurundan əvvəl bir Ramazan ayında Günəş iki dəfə tutulacaq. (Ölüm- Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 440)
…Günəşin orucluq ayının ortasında, Ayın isə sonunda tutulması… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)
Ramazanda iki dəfə Ay tutulacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
Mehdinin gəlişi Razaman ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq. (Kıyamet Alametleri, səh. 200)
Yuxarıdakı rəvayətlərdə diqqəti çəkən ən mühüm xüsuslar Ramazan ayının ortasında həm Günəş tutulması, həm də bir ay içində Ayın və Günəşin iki dəfə tutulmasıdır.
Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqlər olduğu nəzərə çarpar. Yuxarıdakı 1, 2 və 3-cü rəvayətlərdə Ay, Ramazanın birinci günü, 4-cü rəvayətdə isə sonuncu günü tutulacaq. Belə olan halda, ediləcək ən doğru şey, eyni hadisəyə işarə edən fərqli rəvayətlərin ortaq cəhətlərini müəyyənləşdirmək olacaq. Buna görə də, yuxarıdakı bütün hədis rəvayətlərindən çıxan ortaq nəticələr bunlardır:
Ramazan ayında Ay və Günəş tutulmaları olacaq. 2)
Bu tutulmalar orta hesabla 14-15 gün fasilə ilə olacaq. 3)
Bu tutulmalar iki dəfə təkrarlanacaq.
Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (hicri 1401-ci ildə) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə “ikinci olaraq”, 1982-ci ildə (hicri 1402-ci ildə) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.
Həmçinin bu hadisədə Ayın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqətləri çəkəcək bir əlamət kimi meydana çıxması da olduqca mənalıdır.
Bu hadisələrin İsa Peyğəmbər və Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə baş vermsəi və hicri 14-cü əsrin əvvəllərində, üst-üstə iki il (1401-1402) möcüzəvi tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini gücləndirir.
Üstəlik, heyrət oyandıracaq şəkildə bənzər tutulma hadisəsi 2002-ci və 2003-cü illərdə də baş vermişdir.
Hicri 1423-cü ildə Ramazan ayının 20 noyabr 2002- ortasında ci il 15 gün sonra Günəş tutulması Hicri 1423-cü ildə Ramazan ayının 4 dekabr 2002-ci sonunda il Ay tutulması Hicri 1424-cü ildə Ramazan ayının 9 noyabr 2003-cü ortasında il 15 gün sonra Günəş tutulması Hicri 1424-cü ildə Ramazan ayının 23 noyabr 2003- sonunda cü il
7) Quyruqlu ulduzun çıxması
Mehdinin zühurundan əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz çıxacaq. (Kıyamet Alametleri, səh. 200)
O gəlmədən əvvəl, şərqdən işıq verən quyruqlu ulduz görünəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 53)
O ulduzun çıxması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
…Nə vaxt ki, məliklər səyahət, zənginlər ticarət, kasıblar istirahət, hafizlər nümayiş etmək üçün həccə gedərlər; məhz o zaman, quyruğu olan bir ulduz zühur edəcək. (Kıyamet Alametleri, səh.123)
-
1986-ci ildə (hicri 1406-cı ildə) yəni 14-cü əsrin əvvəllərində “Halley” quyruqlu ulduzu Yer kürəsinin yaxınlığından keçmişdir. Bu quyruqlu ulduz, parlaq işıqlı ulduzdur.
-
Hərəkət istiqaməti şərqdən qərbə doğrudur. - 1981 və 1982-ci (hicri 1401-1402-ci illərdə) illərdə baş verən Ay və Günəş tutulmaları hadisəsindən sonra ortaya çıxmışdır.
Bu ulduzun çıxışının da digər çıxış əlamətləri ilə eyni zamanda baş verməsi, Halley quyruqlu ulduzunun hədisdə işarə edilən ulduz olduğunu təsdiqləyir.
Tarix boyu bu quyruqlu ulduzun keçdiyi zamanlarda müsəlmanlar baxımından çox mühüm, hətta dönüş nöqtəsi sayıla biləcək hadisələr baş vermişdir. Bunlardan bir hissəsi Peyğəmbərimizdən nəql edilən rəvayətlərdə də bildirilmişdir:
Bu ulduz ilk çıxdığı zaman;
Nuh Peyğəmbərin qövmü həlak olmuşdur. İbrahim Peyğəmbər oda atılmışdır. Musa Peyğəmbər ilə mübarizə aparan Firon və qövmü məhv edilmişdir. Yəhya Peyğəmbər öldürüldüyü zaman da görülmüşdür. Siz o ulduzu gördüyünüz zaman fitnənin şərindən Allaha sığının. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Bu ulduz keçdiyi zaman baş verdiyi rəvayət edilən digər mühüm hadisələr isə bunlardır:
İsa Peyğəmbər dünyaya gəlmişdir. Peyğəmbərimizə ilk vəhy gəlməyə başlamışdır. Osmanlı dövləti tarix səhnəsində yer almağa başlamışdır. İstanbul Fateh Sultan Mehmed tərəfindən fəth edildikdə də bu ulduz görülmüşdür.
Halley quyruqlu ulduzu barəsində bəzi maraqlı ədədlər
Halley quyruqlu ulduzu ilə əlaqədar bəzi ədədlərin “19” rəqəminin tam misilləri olması da olduqca diqqətçəkəndir:
Halley quyruqıu ulduzu 76 ildən bir keçir 76 = 19 x 4 Bu mövzuyla əlaqədar digər bir maraqlı vəziyyət də budur: Yuxarıda da hesabladığımız kimi Halley ulduzunun keçmiş olduğu hicri 1406-ci il 19 ədədinin tam 74 mislidir. “74” ədədi isə eyni zamanda Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən MÜDDƏSSİR surəsinin sıra nömrəsidir.
Quranın Müddəssir surəsinin (74-cü surə) 30-cu ayəsində “19” ədədinin möminlər üçün bir rəhmət, inkar edənlər üçün isə bir fitnə vəsiləsi olduğu bildirilir.
Halley quyruqlu ulduzunun 19 ilə olan bu diqqətçəkən əlaqəsi də, inkar edənlər üçün bir fitnə, möminlərə üçünsə bir rəhmət müjdələdiyinə işarə edə bilər.
Müddəssir surəsinin 1-ci və 2-ci ayələrində Məhəmməd Peyğəmbərə “EY ÖRTÜNƏN! QALX VƏ QORXUT” deyə buyurulur. Bu, ayələrin açıq mənasıdır. Lakin bu ayələrin Axırzamana istiqamətli ikinci bir örtülü, gizli işarələri də ola bilər. Bəlkə də “EY GİZLƏNƏN” deyilərək Rəsulullahın nəslindən gələcək olan və hicri 1406-cı ildə çıxış əlamətlərindən biri (quyruqlu ulduzun çıxış hadisəsi) baş verəcək olan Mehdiyə işarə edilə bilər.
Muddəssir surəsi 1) Ey örtüyünə bürünən 2) Qalx və qorxut (xəbərdar et) Muddəssir: örtünən-bürünən-gizlənən deməkdir. Digər bir möcüzəvi işarə isə, Halley ulduzunun, 1986-cı ildəki (hicri 1406-cı ildəki) keçişinin, Məhəmmədə peyğəmbərlik vəzifəsinin verildiyi 607-ci ildən indiyədək 19-cu dəfə keçməsidir.
8) Buynuzu xatırladan ikibaşlı ulduzun çıxması
Mükərrər olaraq (təkrarən), ŞƏRQ CƏNİBİNDƏN (TƏRƏFİNDƏN) ÇIXAN ƏMUD-U NURANİDƏN (nurlu sütundan) soruşursunuz. Biləsən ki, səhabələrin verdiyi xəbərə görə, Rəsulullah belə buyurmuşdur: “Vəd edilən Mehdinin zühur müqəddimələri olan (zühur əlamətləri olan) Abbasi Məlik Xorasana çatdığı zaman, ŞƏRQ TƏRƏFİNDƏN İKİBAŞLI (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR”.
Hər kim onu görsə, fitnələrin şərindən Allaha sığınsın. Şərq tərəfindən meydana çıxan o ağlıq; əvvəllər nurlu bir sütun halında idi. Sonra, ona bir əyrilik gəldi; buynuz formasını aldı. Ehtimaldır ki, onun üçün; ikibaşlı, adının verilməsi, bu məqbula görə olsun: Hər iki tərəfində də incəlik olub dişə bənzəyər; buna görə də, hər iki tərəfi də baş adlandırmaq məqbul görülüb. Necə ki, bir süngünün də hər iki tərəfi incə olsa, onun Qardaşım Məhəmməd Tahir Bedahşi Confordan gəldi. Belə izah edir: -O sütunun üst tərəfində də iki başı var; iki dişə bənzəyir. İkisi arasında da qısa bir məsafə var.
Bu mənanın diaqnozu səhrada baş tutdu. Eyni xəbəri, digər bir topluluq da verdi. Halbuki bu zühur, Mehdinin zühuru dövründə olacaq zühur deyil. Çünki, onun zühuru, əsrin əvvəllərində olacaq. Hazırda belə, əsrin əvvəlindən, on səkkiz il keçmişdir. Hədisdə, Mehdinin əlamətləri barəsində belə deyilmişdir:
“ŞƏRQ TƏRƏFİNDƏ QUYRUQLU BİR ULDUZ ÇIXIB İŞIQ VERƏCƏK”. Bu ulduz belə çıxmışdır. Lakin odurmu, yoxsa onun bənzəridirmi? Bu ulduza, quyruqlu ulduz, adının verilməsi, ehtimal ki, bu izahatlara əsaslanır; sabitlərin hərəkəti, MƏĞRİBDƏN (QƏRBDƏN) MƏŞRİQƏDİR (ŞƏRQƏDİR) (4)… Bu ulduzun vəziyyəti də, onun hərəkətinə görədir. Yəni üzü məşriqə (şərqə) doğru, arxası da məğrib (qərb) tərəfinədir. Bu uzun ağlıq belə, onun arxa tərəfindədir. Bu məna zərurəti olaraq, ona; Quyruq… adının verilməsi yerindədir. Onun hərgünkü irtifı (hərəkət istiqaməti) isə, məşriqdən məğribədir (şərqdən qərbədir). Lakin o, qısri (özünəməxsus vəziyyətində ağırlıq daşıyan) hərəkəti ilə fələki-azamın (ərşin) hərəkətinə bağlıdır. Həqiqəti-halı (işin əsil yönünü), ən yaxşı bilən Sübhən Allahdır”. (Rabbani, Mektubat-ı Rabbani, 381-ci məktub, səh. 1184)
Rəbbaninin də təfsilatlı şəkildə təfsir etdiyi “ikidişli münəvvər (parlaq) bir buynuz çıxar” ifadəsi 24 fevral 2009-cu ildə dünyaya ən yaxın nöqtədən keçən Lulin quyruqlu ulduzuna işarə edir. Hədisdəki bütün ifadələr Lulin quyruqlu ulduzunun xüsusiyyətləriylə tam uyğunluq təşkil etməsi çox böyük möcüzədir və İsa Peyğəmbər və Mehdinin gəlişini gözləyən bütün möminlər üçün də çox böyük müjdədir.
(1)
…ikidişli…: Lulin quyruqlu ulduzunun arxa hissəsindəki quyruğun şaxəli olması, hədisdəki ikidişli ifadəsinə tam uyğun gəlir.
(2)
…münəvvər (parlaq)…: Hədisdə bəhs olunan münəvvər (parlaq) sifəti, Lulin quyruqlu ulduzunun dünyaya yaxınlaşdıqca 6 ulduz parlaqlığı qədər artan parlaqlığına işarə edir.
(3)
…bir buynuz…: Lulin quyruqlu ulduzunu digər quyruqlu ulduzlardan fərqləndirən ən mühüm fərqi, ulduzun nüvəsinin arxa hissəsində yerləşən quyruğunun qarşısında, nüvənin ön hissəsində, yəni hərəkət istiqamətində də bir quyruğunun olmasıdır. Lulin quyruqlu ulduzunun çəkilmiş fotoşəkillərinə baxıldığı zaman da əks istiqamətdəki iki quyruğun (4)…məğribdən (qərbdən) məşriqədir (şərqədir)…: Hədisin davamında qeyd olunan; “sabitlərin hərəkəti, məğribdən (qərbdən) məşriqədir (şərqədir)…” ifadəsi hədisdə hərəkət edən bir cismə, quyruqlu bir ulduza diqqət çəkildiyini təsdiqləyən mahiyyətdədir. Necə ki, digər göy cisimləri məşriqdən (şərqdən) məğribə (qərbə) doğru saat istiqamətinin əksi istiqamətdə hərəkət etdiyi halda, Lulin quyruqlu ulduzunun hərəkəti saat istiqamətində, yəni məğribdən (QƏRBDƏN) məşriqədir (ŞƏRQƏDİR). Başqa heç bir göy cismində görülməyən bu xüsusiyyətin Lulin quyruqlu ulduzunda olması və bunun təxminən 1400 il əvvəl Peyğəmbərimiz tərəfindən İsa Peyğəmbər və Mehdinin çıxışının xəbərçisi olaraq bildirilmiş olması, şübhəsiz ki, çox böyük möcüzədir.
9) Kəbə basqını və Kəbədə qan axıdılması
Onun (Mehdinin) çıxacağı il insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər… Birlikdə Beyti Şərifi təvaf edəcəklər, sonra Minaya endikləri zaman, itlər kimi bir-birinə hücum edəcəklər, hacılar qarət ediləcək, qanlar əqabə cəmrəsinin üstünə axacaq. (Kıyamet Alametleri, səh. 168-169)
İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endikləri zaman, ətrafları, itlərin mühasirəyə alması kimi mühasirəyə alınıb, qəbilələrin bir-birinə girməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Yuxarıdakı hədislərdə “onun çıxacağı il” cümləsi ilə, Mehdinin çıxış tarixində Həcc vaxtı baş verəcək bir qətliama diqqət çəkilir. 1979-cu ildə, Həcc vaxtı baş verən Kəbə basqınında eynilə belə bir qətliam yaşanmışdır. Bu qanlı Kəbə basqını da Axırzamanın başlanğıcının və Mehdinin çıxışının digər əlamətlərinin gerçəkləşdiyi dövrün əvvəlində, yəni hicri 1400-cü ilin ilk günündə, 1 məhərrəm 1400-cü ildə (21 noyabr 1979-cu ildə) baş vermişdir.
Yenə hədisdə qanların axacağından bəhs edilərək öldürülmə hadisələrinə diqqət çəkilmişdir. Basqın vaxtə Səudiyyə əsgərləri ilə döyüşçülər arasında baş verən döyüşdə 30 nəfərin öldürülməsi bu rəvayətin qalan hissəsini də təsdiqləyir.
1979-cu ildə (hicri 1400-cü ildə) baş verən bu Kəbə basqınından 7 il sonra hicri 1407-ci ildə, Həcc vaxtı olduqca böyük qanlı bir hadisə baş vermişdir. Bu hadisədə küçələrdə nümayiş keçirən hacılara hücum edilərək 402 nəfər qətlə yetirilmiş, çox qan axıdılmışdır. Beytül Muazzamanın yanında, müsəlmanların (Səudiyyə Ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə bir hədisdə xəbər verildiyi kimi, “böyük günahlar işlənmişdir”. Bu qanlı hadisələr əlaqədar hədislərdə təsvir edilən mühitlə çox Rəsulullah buyurdu: Ramazanda bir səda, şəvvalda bir səs, zilqədədə qəbilələr arasında döyüş olar. Hacılar qarət edilər. Minada ölülərin çox olacağı bir döyüş olar, belə ki, orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 31)
Ramazanda bir səda olar. Şəvvalda da bir səda olar. Zilqədədə qəbilələr bir-biriylə vuruşar. Zilhiccədə hacılar qarət edilər. Məhərrəmdə göydən belə nida eşidilər: “Diqqət yetirin. Filan kimsə Allahın xalqının xeyirlilərindəndir. Onu dinləyin və ona tabe olun”. (Ramuz El Hadis, 2/518-5)
Şəvval ayında qiyam, zilqədədə hərbi danışıqlar, zilhiccədə isə müharibə baş verəcək. Hacılar qarət ediləcək, qanları (əqabə cəmrəsinin) üstünə axacaq. (Kıyamet Alametleri, səh. 166)
Zilqədə ayında qəbilələr döyüşər, hacılar qaçırılar, məlhamələr (qanlı müharibələr) olar. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 34)
Şəvvalda döyüş nərələri, zilhiccədə müharibə və qital (müharibə, döyüş) olar, yenə zilhiccədə hacı qarət edilər, hətta küçələr qandan keçilməz və haramlar çeynənər. Beytül Muazzamanın yanında böyük günahlar işlənər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 37)
Hədislərdə işlənən ifadələri araşdırdığımız zaman da, eyni dövrlə əlaqədar mühüm hadisələrə işarələr olduğu görüləcək:
Beytül Muazzamanın yanında böyük günahlar işlənər. Yuxarıdakı hədisdə, Beytül Muazzamanın içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin zilhiccə ayında (həcc mövsümündə) baş verən hadisələr də ilkindən fərqli olaraq Kəbənin içində deyil, yanında baş vermişdir. Ən başda bəhs etdiyimiz hadisə isə, 1 məhərrəm 1400-cü ildə Beytül Muazzamanın bilavasitə içərisində yaşanmışdır. Hər iki hadisə də rəvayətlərin işarəsinə uyğun şəkildə gerçəkləşmişdir.
Kəbədə qan axıdılması, hacıların qətlə yetirilməsi kimi, hədislərdə xəbər verilən belə mühüm iki böyük hadisənin Mehdi barəsində bildirilən bütün əlamətlərin baş verdiyi dövrdə bir-birinin ardınca gerçəkləşməsinin çox xüsusi vəziyyət olduğu aydındır.
…Zilhiccədə döyüş və qital (müharibə, döyüş) olar. Hədislərdə, bu döyüş və qarşıdurmalardan, hacıların öldürülməsi mövzusu ilə birlikdə bəhs edilməsi, bəhs edilən hadisələrin eyni zaman kəsiyində baş verəcəklərini göstərir. Eyni dövr, İran-İraq müharibəsinin baş verdiyi, Yaxın Və Orta Şərq ölkələrində qarşıdurma və qarışıqlıqların ən sıx yaşandığı dövr idi.
10) Şərq tərəfdən bir odun görünməsi
Şərqdən üç və ya yeddi gün arxa-arxaya böyük bir od zühur edəcək, göydə qaranlıq görüləcək, göydə adi qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq. Yer üzünün eşidib anlaya biləcəyi bir dillə nida ediləcək. (Kıyamet Alametleri, səh. 166)
“İkdiddurer” adlı kitabda Mehdinin zühur əlamətləri bəhsində keçir: Şərqdə, səmada üç gecə görünən böyük bir alovun çıxması. Mutad (qeyri-adi) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görülüb üfüqdə yayılması. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Əbu Cəfər ibn Məhəmməd ibn Əlidən rəvayət edildi. Siz üç və ya yeddi gün, Şərq tərəfdən alovu gördüyünüz zaman Ali Məhəmmədin çıxmasını gözləyin, uca Allahın icazəsi ilə, bir carçı Mehdinin adı ilə səmadan nida edəcək ki, şərqdə və qərbdə olan hər kəs bu səsi eşidəcək. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
And içirəm ki, bir od sizi bürüyəcək. Bu od bu gün Bərəhut adlı vadidə sönük vəziyyətdədir. Bu od möhtəşəm əzab olduğu halda insanları bürüyər. Bu od insanları, malları yandırıb yox edər. Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecədəki hərarəti, gündüzdəki hərarətindən daha şiddətlidir. Bu od insanların başının üstündən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc gurultusu olar” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)
Mehdinin çıxışından əvvəl baş verəcək əlamətlərindən olan bu do barəsində qısa açıqlama vermək yerində olacaq.
Bəziləri bu odu; səbəbsiz yerə birdən-birə ortaya çıxan, sönmək nədir bilməyən, hətta hər kəsin olduğu yerdən mütləq görəcəyi tərzdə bir əlamət kimi gözləyir. Halbuki qiyamət əlamətlərinin baş verdiyi əsnada imtahan davam etdiyindən onların başa düşülməsi, hər kəsin məcburən qəbul edəcəyi açıqlıqda olmaz. Beləliklə də, insanlar ağıllarından, vicdanlarından və iradələrindən istifadə edərək qərar verərlər. Əgər qiyamət əlamətləri ilə əlaqədar hədislər ən incə nöqtəsinə qədər (məsələn; hansı şəhərdə hansı tarixdə, nə cür gerçəkləşəcəyi) anladılsaydı, daha əvvəl də ifadə etdiyimiz kimi, hər kəs məcburən qəbul edər, insanlar arasında dərəcə fərqi qalmazdı. Buna görə də, qiyamət əlamətləri ilə əlaqədar hədislər xüsusilə yarı örtülü şəkildə bildirilmişdir.
Od əlamətini də bu cür qiymətləndirmək lazımdır. Bir od səbəbsiz yerə çıxmaz; ya bir qəza ilə ehmal nəticəsində və ya qəsdli hadisə ilə çıxar. Mehdinin çıxış əlaməti olaraq deyilməsi, onun çox qəribə və qeyri-adi əlamət şəklində çıxmasını tələb etməz. Mühüm məsələ bu odun, hədisdə təsvir edilən odun xüsusiyyətlərinə və ortaya çıxış vaxtına uyğun olmasıdır. Bu odu tanımaq və müəyyənləşdirə bilmək üçün görüləcək ilk iş, Məlum olduğu kimi, 1991-ci ilin iyul ayında İraqın, Küveyti işğal etməsindən sonra, Küveytə məxsus neft quyularını oda verməsi nəticəsində Küveyt və Bəsrə körfəzini çox böyük bir od bürümüşdü. Bu odla əlaqədar həmin dövrdəki yazılı mənbələrdə yer verilən bəzi açıqlamalar belədir:
-
Küveytin yanan neft, insan və heyvanlar arasında ölümə səbəb oldu. Mütəxəssislərə görə gündə yarım milyon ton neft tüstü şəklində atmosferə qarışdı. Hər gün 10 min tondan çox his, kükürd, karbon və böyük miqdarda xərçəngtörədici xüsusiyyətə sahib karbohidrogenlər bulud kimi körfəz üzərində asılı vəziyyətdə dayandılar… Təkcə körfəz deyil, onun timsalında dünya yandı. (M. Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, səh. 175)
-
Oda verilən iki quyu, Türkiyənin bir gündə istehsal edə bildiyi qədər neft verirdi və tüstü 55 km. uzaqlıqdakı Səudiyyə Ərəbistanından belə görünürdü. (Hürriyyet, 23 yanvar 1991-ci il)
-
Küveytdə oda verilən yüzlərlə neft quyusu alovlanıb yandı. Mütəxəssislərin “söndürmək olduqca çətindir” dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bölgəyə ən azı 10 il müddətində təsir edəcəyi bildirildi.
Oda verilən neft quyularında çıxan alov və tüstü atmosferi fasiləsiz çirkləndirdi. Küveyt gündüzləri gecə mənzərəsi nümayiş etdirirdi. Alovlarla birlikdə yüksələn hisə verilmiş rəngdəki tüstü, Küveyt səmasında payızdan qış fəslinə keçişi xatırlatdı… Küveytin yaşanılası hala gəlməsi üçün ən azı bir illik müddətə ehtiyac olduğu açıqlandı. Kilometrlərlə uzaqdan görülən alovlarla birlikdə yüksələn tüstü, Küveyt səmasını tamamilə bürüyərək ölkəni yaşanmaz hala gətirdi və zənginlər Küveyti tərk etdilər.
Dəhrandakı araşdırma mərkəzinin müdiri Abdulla Dabbaqın (Abdullah Dabbag) “Nyu-York Tayms”da dərc olunan açıqlamasına görə, Bəsrə körfəzindəki çirklənmə nəticəsində 106 növ balıq, 180 növ molyusk və bölgədə yaşayan 450 növ heyvan həyat mübarəziəsi verdi. 600 neft quyusundan yüksələn tüstülərin qonşu ölkələrə yayıldığı, həmçinin kükürd kimi tərkibində xərçəng əmələ gətirən maddələr olan tüstülərin turşu yağışına çevrilərək əkinçilikdə məhsuldarlığı azaltdığı açıqlandı. (M. Necati Özfatura, Kurtlar Sofrasında Ortadoğu, səh. 171)
And içirəm ki, bir od sizi bürüyəcək. Bu od bu gün Bərəhut adlı vadidə sönük vəziyyətdədir… (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 461)
- Bərəhut: Bir vadi və ya bir quyu adıdır. (Kamus Tercemesi, 1/550) Əvvəlki səhifələrdə qeyd etdiyimiz hədisin yuxarıdakı ilk hissəsində, od üçün “sönük vəziyyətdədir” deyilir. Od, alışan bir maddənin yanmasıyla meydana gəldiyinə görə burada sönük vəziyyətdə gözləyən odun özü deyil, odun yandıracağı xammaldır. O zaman burada torpaq altından çıxardılan neftə işarə edilə bilər. Necə ki, hədisdəki Bərəhut adlı yer, bir quyunun adıdır. Bu quyu neft quyusu kimi düşünülə bilər. Zamanı gəldikdə bu quyulardan çıxardılan neft, yanmağa hazır bir od halına gəlir.
“Bu od möhtəşəm əzab olduğu halda insanları bürüyər”. Bu od, yalnız yanan bir od deyil, eyni zamanda insanlarının canlarını və mallarını əllərindən alaraq əzab içində, ələm-kədərə düçar edəcək və bütün təbiəti çirklədəcək bir oddur.
“Bu od insanları, malları yandırıb yox edər”. Bu od bəzi insanların ölümünə səbəb olur. Bununla yanaşı malları yandıraraq, maddi zərərə səbəb olduğu kimi, bütün ətrafı və təbiəti çirklədərək də insanların dolanışıq mənbələrini yox edir.
“Səkkiz gün ərzində küləklə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar”. Bu odun, “küləklə bulud kimi uçan” özü deyil, tüstüsüdür. Burada bənzətmə edilərək tüstünün buludlara qədər yüksələcəyi də izah edilmişdir. Bu tüstü küləyin təsiriylə bütün istiqamətlərə doğru yayılar.
“Gecədəki hərarəti, gündüzdəki hərarətindən daha şiddətlidir”. Bu odun həm gündüz, həm də gecə davamlı yandığı aydın olur.
“Bu od insanların başının üstündən ərşin altına qədər yaxınlaşaraq yer üzü ilə səma arasında göy gurultusu kimi qorxunc gurultusu olar”. Bu odun çox hündürlüyə çatdığına və bu oddan göy gurultusu kimi çox şiddətli gurultu ilə partlayışlar baş verdiyinə işarə edilir.
“Göydə adi qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq”. Hədisin bu hissəsində, hadisənin gecə vaxtlarında baş verəcəyinə işarə edilmişdir. Gecə vaxtı baş verən böyük partlayışın alovları çox kəskin işıqlandırar. Bu qırmızı alovların yaratdığı qırmızı işıqlanma, xalqa məlum olan qırmızı “dan yeri” işıqlanmasından çox fərqlidir. Çünki gecə vaxtı bu cür gündüz kimi işıqlanma fövqəladə hadisədir.
11) Böyük bir hadisənin meydana gəlməsi
“(1) Mehdi çıxmadan əvvəl (2) Mədinədə (3) qapqara daşların belə (4) qan içində itəcəyi (5) böyük bir hadisə olacaq. Bu hadisədə bir qadının öldürülməsi (6) bir qamçının yellənməsi qədər asan olacaq. Həmçinin bu hadisə 2 km. qədər yayılacaq”. (EI- Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-iI Muntazar, 41)
(1) Mehdi çıxmadan əvvəl… Hədisin belə başlaması bu hadisənin eyni zamanda Mehdinin çıxışından əvvəlki əlamətlərindən olduğunu göstərir. Hədislər və böyük İslam alimlərinin izahlarına görə, Mehdi hicri 1400-cü ilin (miladi 1979-80-ci ilin) əvvəllərində çıxmalıdır. Hədisdə işlənən; “Mehdi çıxmadan əvvəl” ifadəsi, Mehdinin ortaya çıxışından qısa müddət əvvəl bu böyük hadisənin (2)…Mədinədə… Ərəb dilində Mədinə sözü eyni zamanda böyük şəhər mənasında da işlədilir. Aşağıdakı hədis buna nümunədir.
İbni Əmrdən rəvayət edilmişdir. Rəsulullah buyurdu: Ey Ümmət! Altı şey vardır ki, onlar olmadan qiyamət qopmaz… Altıncısı da mədinənin fəthidir.
Deyildi: Hansı mədinə? Buyurdu: Konstantinopol. (İstanbul) (Bu İstanbulun Mehdi tərəfindən ediləcək mənəvi fəthidir.) (Kıyamet Alametleri, səh. 204 Ramuz EI Ehadis 1/296) (3)…Qapqara daşların belə qan içində itəcəyi… Hədisin bu hissəsində də qanlı hadisənin üzərində baş verəcəyi zəmin səthi təsvir edilir. Qara daş, yəni asfalt yol üzərində qanlı bir hadisə olacağına işarə edilir.
- 1 may Taksim hadisəsində 34 ölü və 200 nəfərin yaralanmasından axan qanlar, qara daşlar (yəni asfalt yol) üzərinə tökülmüş və bu qanlar küçələrə yayılmışdır.
Asfalt yol: Kiçik çaqıl daşlarının asfalt materialı ilə qarışdırılmasından əmələ gəlir. Bu qarışıq yola töküldüyü zaman bütün qara daş halını alır. (4)…qan içində itəcəyi… Qarşıdurmalar nəticəsində axan qan, bəzi hissələrdə asfaltı bir örtük kimi örtmüş və asfalt bəzi yerlərdə görünməz hala gəlmişdir.
(5)…böyük bir hadisə olacaq… 1 may Taksim hadisəsi anarxiya dövründə çox sayda insanın qətlə yetirildiyi və xeyli qanın axıdıldığı böyük hadisədir.
(6)…Bir qamçının yellənməsi qədər asan olacaq… Burada bir bənzətmə edilərək öldürmənin çox asan şəkildə ediləcəyinə diqqət çəkilir. Necə ki, bir qamçını, sadə əl hərəkətləriylə hər tərəfə doğru asanlıqla yelləmək mümkün olursa, eyni asanlıqla qamçı kimi qulpundan tutulan və hər tərəfə yönəldilə bilinən tapança da yalnız tətiyinin çəkilməsiylə hədəfdəki şəxsi öldürə bilər.
12) 1979-cu ildə İstanbulda baş verən güclü gəmi partlayışı
Hüseyin ibn Əlidən belə rəvayət olunmuşdur: “GÖY ÜZÜNDƏ ŞƏRQ TƏRƏFİNDƏN, GECƏNİ İŞIQLANDIRAN BÖYÜK BİR OD GÖRDÜYÜNÜZ VAXT, MƏHZ O AN, MEHDİNİN GƏLİŞ VAXTIDIR”.
(Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si “Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
MƏHƏMMƏDİN (MEHDİNİN) ÇIXMASINI GÖZLƏYİN, uca Allahın icazəsi ilə, bir carçı (göydən bir mələk) Mehdinin adı ilə səmadan (göydən) nida edəcək ki, şərqdə və qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki, qorxudan YUXUDA OLANLAR OYANACAQ, AYAQDA OLAN ÇÖKƏCƏK, OTURAN İSƏ YERİNDƏN ATILACAQ. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Hədisdə Peyğəmbərimizin bildirdiyi bu böyük partlayış və ardından ortaya çıxan böyük od 1979-cu ildə, yəni hicri 1400-cü ildə Kadıköy sahillərində meydana gələn İndependenta adlı neft yüklü tankerin güclü partlayışını xəbər verir.
15 noyabr 1979-cu ildə dünyanın 4-cü böyük tankeri olan 150 min qros tonluq İndependenta adlı Ruminiya tankeri İslam aləminin son mərkəzi olan İstanbula gəldiyi bir vaxtda, bir qəza nəticəsində sahilə çıxmışdır. Bu vaxt istanbullular bu böyük partlayışın səsiylə böyük qorxu və dəhşət yaşadılar. Günlərlə böyük od çıxardaraq yanan bu tanker nəticədə Heydərpaşa önlərində batdı. Hədisdə verilən məlumatlardan bu hadisənin Mehdinin, çıxış yeri olan İstanbula ayaq basdığı günlər içərisində baş verəcəyi bildirilmişdir. Göy gurultusu kimi çox uca səslə günlərlə davam edən nəhəng od, işıq və tüstü buludu və hərdənbir baş verən partlayışlarla, Mehdinin İstanbula gəldiyi insanlara xəbər verilmişdir.
Peyğəmbərimiz, İstanbulda baş verən bu böyük hadisə anının Mehdinin İstanbula gəliş vaxtı olduğunu; “…MƏHZ O AN, MEHDİNİN GƏLİŞ VAXTIDIR” ifadəsiylə açıq şəkildə bildirmişdir.
Həmçinin son 1000 ilin ən böyük mücəddidi olan Səid Nursi həzrətlərinin külliyatında da, Mehdinin hicri 1400-cü il, miladi 1979-cu ildə zühur edəcəyi;
“İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ…” (Sözler, səh. 318) sözləriylə bildirilmişdir.
13) Günəşdə bir əlamətin meydana çıxması
O, (Mehdi), Günəşdə bir əlamət görünənə qədər gəlməyəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 47)
Günəş əlamət kimi doğulmadıqca Mehdi çıxmayacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)
Qiyamətin əlamətlərindən biri də Günəşdə baş verəcək fövqəladəliklərdir. 20-ci əsrdə Günəşdə böyük bir partlayış baş vermiş və dünya bu partlayışdan çox təsirlənmişdir. Hədisdə bəhs edilən Günəşdə meydana çıxacaq əlamət, 20-ci əsrdə
14) Günəş tutulması
Günəş əlamət kimi doğmadıqca Mehdi çıxmayacaq. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 33)
Günəşdə yaranacaq əlamət, 20-ci əsrdə yaşanan partlayışla bərabər, ötən illərdə baş verən böyük Günəş tutulmasına da işarə edə bilər. 11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. İlk dəfə bu qədər çox insan Günəş tutulmasını, həm də bu qədər uzun müddət izləyə bilmiş, nəzər yetirmə fürsəti əldə etmişdir. Bu tutulmada diqqətçəkən bir xüsus da Türkiyənin də bu tam tutulmanın ən yaxşı izlənildiyi ölkələrdən biri olmasıdır. Bartından Silopiyə qədər, təxminən 12 şəhər və 100 rayon tutulmanı müşahidə edə bilmişdir.
11 avqust 1999-cu ildə baş verən Günəş tutulması 20-ci əsrin son tam Günəş tutulmasıdır. Bu əsrin ən böyük Günəş tutulması isə 22 iyul 2009-cu ildə baş vermişdir. 2009-cu ildə baş verən və 6 dəqiqə 39 saniyə davam edən günəş tutulması, 11 iyul 1991-ci ildə Havay və Cənubi Amerikadan izlənilən 6 dəqiqə 53 saniyəlik günəş tutulmasından sonrakı ən uzun günəş tutulmasıdır. Aparılan hesablamalar 2132-ci ilə qədər bugünkündən daha uzun bir günəş tutulması olmayacağını göstərir.
Bu qədər əlamətin bir yerdə və çox qısa zaman kəsiyi çərçivəsində ardıcıl gerçəkləşmiş olması, əlbəttə, çox mühüm hadisədir. Bu əlamətlər Allahın iman gətirən qullarına bir müjdəsidir.
15) Sistemlərin dəyişməsi
Zamanın inqitaa uğradığı (zamanın kəsildiyi) bir dövrdə Mehdi adlı bir şəxs gələcək… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 14)
Bu hədisdə Peyğəmbərimiz, Mehdinin “zamanın kəsildiyi”, yəni bir çox hədis təfsirçisinin də ifadə etdiyi kimi; “zamanın fərqliləşdiyi”, “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən “sistem dəyişikliyi” ilə, 20-ci əsrdə dünyanın hər tərəfinə hakim olan kommunist rejimlərin əsrin sonlarına doğru süquta uğramasının nəzərdə tutulması mümkün ehtimaldır.
20-ci əsrə damğasını vuran qanlı müharibələrin və qətliamların ən böyük səbəblərindən biri, materialist fəlsəfənin məhsulu olan kommunist ideologiyanın hakimiyyətidir. Bu ideologiya, Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük hissəsində təsirli olmuş, bir çox ölkə on illər boyu kommunist rejimlər tərəfindən idarə olunmuş və ya kommunist təşkilatlar tərəfindən hədəf alınmışdır. 1990- cı illərə qədər davam edən soyuq müharibənin və ən qəddar qətliamların səbəbi kommunizm olmuşdur.
Kommunist rejimlər digər ölkələrlə vuruşaraq ideologiyalarını yaymağa çalışmaqla bərabər, öz xalqlarına da böyük zülm tətbiq etmiş, çox geniş kütlələri edamlar, kütləvi qırğınlar, toplama düşərgələrindəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öldürmüşlər.
Kommunist rejimlər, tarixçilərin hesablamalarına görə, 20-ci əsr boyunca 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların əksəriyyəti müharibə zamanı cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarının içindən öldürdükləri mülki vətəndaşlardır. On milyonlarla kişi, qadın, yaşlı, kiçik uşaq, körpə, yalnız kommunist rejimlərin, qatı və vəhşi xüsusiyyətlərindən ötrü həyatını itirmişdir. Bundan savayı milyonlarla insan kommunistlərin zülmünə uğramış, bundan ötrü köç etməyə məcbur edilmiş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə həbs olunma və ya zülm görmə qorxusu altında yaşadılmışlar.
Lakin 20-ci əsrin sonlarına doğru, çox güclü və sarsılmaz sanılan bu ideologiyaya sahib rejimlər bir-bir çökməyə, zəifləməyə başlamışlar. Bu çöküşün ən nəzərəçarpan simvolu, 1989-cu ildə Berlin divarının dağılmasıdır. İki il sonra, dünyanın ən böyük və ən güclü kommunist dövləti olan Sovet İttifaqı dağılmış və Şərq Bloku tamamilə parçalanmışdır. Afrikadan Hind-Çinə qədər uzanan bir bölgədə fərqli kommunist rejimlər bir-birinin ardınca çökmüş, 1945-ci ildən dünyanın sabit beynəlxalq sistemi olan “ikiqütblü dünya sistemi” ləğv olunmuş, siyasi şərhçilərin deyimi ilə yeni bir dünya sistemi qurulmuşdur. Olduqca təəccüblü şəkildə nəticələnən bu hadisə ilə, hədisdə diqqət çəkilən “sistem dəyişikliyi” baş vermişdir.
Dövrümüzdə isə, kommunizmin son fikri və siyasi qalıqları da yox olur, dünya bu qanlı ideologiyadan tamamilə təmizlənir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin dünyanın hər tərəfinə gətirdiyi zülm, ağrı, qaranlıq və yoxluq yer üzündən həqiqi mənada silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Allah, çətinliklərin, qaranlıqların, müharibə, qətliam və ağrıların ardından, rəhmətinin və böyüklüyünün təcəllisi olaraq insanlara bənzərsiz nemətlər bəxş edəcək.
16) Tozlu dumanlı fitnə
Tozlu dumanlı, qaranlıq fitnə görüləcək, bunu digərləri izləyəcək… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Bu hədisdə isə, Mehdinin çıxışından əvvəl, tozlu və dumanlı, qaranlıq fitnənin olacağından bəhs edilir. Fitnə, “insanın ağıl və qəlbini bilavasitə haqq və həqiqətdən uzaqlaşdıracaq şey, müharibə, azdırma, qarışıqlıq, ixtilaf, döyüş” kimi mənalara gələn bir kəlimədir.(22) Hədisdə bu fitnənin arxasında toz və duman qoyacağı bildirilir. Həmçinin bu fitnənin “qaranlıq” kimi xarakterizə edilməsi, haradan gəldiyi bəlli olmayan, gözlənilməz bir hadisə olduğuna işarə kimi qəbul edilə bilər.
Bu istiqamətlərdən baxıldığı zaman bəhs edilən hədisin, 11 sentyabr 2001-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində baş verən, dünya tarixinin ən böyük terror hadisəsi kimi xarakterizə edilən hücuma işarə etməsi mümkün ehtimaldır. Televiziya ekranlarında və qəzetlərdə də şahid olunduğu kimi, bu iki böyük terror hadisəsindən sonra böyük toz buludu və duman ətrafı bürümüşdü.
Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin yanacağının səbəb olduğu partlayışlar nəticəsində böyük duman yaranmış və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görülə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə, daha böyük toz buludunun yaranmasına səbəb olmuş, hətta ətrafdakı insanların üstləri tamamilə bu tozla örtülmüşdür.
Bu hadisə, həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi, həm də hədisdə bəhs edilən tərifə bənzər xüsusiyyətlərə sahib olmasından ötrü olduqca əhəmiyyətlidir. Dolayısilə minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, bəşəriyyət tarixinin bu ən acınacaqlı terror hadisələrindən biri, hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti kimi bildirilən “tozlu dumanlı, qaranlıq fitnə” ola bilər.
17) Geniş yayılmış qətliamların baş verməsi
Mehdidən əvvəl, geniş yayılmış qətliamların baş verəcəyi böyük fitnə görüləcək. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
Çox kədərli vəziyyətlər və acınacaqlı mənzərələr görülər. Fitnələr arxa-arxaya davam edər… Ana, ata, qız, kişi hər kəsi öldürər… Bunların arasında fitnə, zorakılıq, həlak və qaçmalar olar. Nə vaxt bitdi deyilər, yenə də davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)
Peyğəmbərimizin Mehdinin gəlişi ilə əlaqədar bildirdiyi hədislərin böyük hissəsində, Mehdi gəlmədən əvvəl dünyada qarışıqlıq, etibarsızlıq və narahatlığın hakim olacağı üzərində dayanılır. Müharibələr və qarşıdurmalarla yanaşı, kütləvi qətliamların yaşanacaq olması da bu dövrün nəzərəçarpan xüsusiyyətləri arasındadır. Həmçinin hədisdə qətliamların geniş yayılacağına, yəni bütün dünya Ötən əsrdə iki böyük dünya müharibəsi baş vermiş və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyunca siyasi səbəblərlə qətlə yetirilən mülki vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu, daha əvvəlki əsrlərlə müqayisədə fövqəladə dərəcədə böyük ədəddir. Əslində 20-ci əsrə qədər dünyadakı müharibələr çox vaxt bir cəbhə vuruşması şəklində yaşanır, yəni müəyyən xətt üzərində döyüşən ordular arasında baş verirdi. Halbuki 20-ci əsrdəki silah texnologiyası və buna bağlı yaradılan hərbi strategiyalar, “bütünlüklə müharibə” anlayışını ortaya çıxartmış, müharibələr yalnız cəbhədəki əsgərləri deyil, cəbhə arxasındakı mülki vətəndaşları da böyük ölçüdə hədəf almışdır. Şəhərlərin bombalanması, kimyəvi, bioloji və nüvə silahları, soyqırım, toplama düşərgələri kimi anlayışlar, ilk dəfə 20-ci əsrdə ortaya çıxmışdır.
Həmin bu vəhşilik davam edir, bu gün 21-ci əsrdə hələ də dünyanın hər yerində qanlı müharibələr və qarşıdurmalar davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə, yuxarıdakı hədisdə də bildirildiyi kimi, kütləvi qətliamların yaşandığı müharibələr olmasıdır. Bir tərəfdən kütləvi qırğın silahlarından istifadə edilməyə başlanması, digər tərəfdən də qarşıdurmanı və qan tökməyi təşviq edən ideologiyaların fikri hakimiyyəti, qətliamların çox genişmiqyaslı olmasına səbəb olur.
Yaxın tarixə baxıldığı zaman, bir çox insanın həyatını itirdiyi müxtəlif qətliam nümunələri görüləcək. Məsələn, Bosniya müharibsi, əsasən mülki əhalinin hədəf alındığı, qadın, uşaq, yaşlı deyimədən minlərlə insanın qətlə yetirildiyi bir müharibə kimi tarixə keçmişdir. Müharibədən sonra ortaya çıxarılan kütləvi məzarlar isə qətliamın ölçülərini göz qabağına gətirən təəccüblü dəlil olmuşdur.
Afrika qitəsində də tez-tez müxtəlif etnik qruplar arasında şiddətli qarşıdurmalar yaşanır və minlərlə insan həyatını itirir. 1997-ci ilin yayında 5 böyük ölkəni, Zair, Ruanda, Uqanda, Burundi və Tanzaniyanı əhatə edən bir bölgəyə təsir edən bir müharibə, iki böyük qəbilə arasında yaşandı: Hutu və Tutsi qəbilələri. Bu etnik müharibədə yarım milyona yaxın insan həyatını itirdi. On minlərlə insan meşələrdə aclıq, yoxsulluq, epidemik xəstəliklərlə mübarizə apardı və çox böyük hissəsi öldü. Kiçik uşaq və körpələr belə sırf başqa bir qəbilədən olduqları üçün vəhşicəsinə öldürüldülər.
18) Şam və Misir məliklərinin öldürülməsi
Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək… (El- Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 49)
Bu hədisdə Mehdinin gəlişindən əvvəl Şam və Misir rəhbərlərinin öldürüləcəklərinə diqqət çəkilir.
Misirin yaxın tarixi araşdırıldığı zaman hədisdə də bildirildiyi kimi, bir “məlikin” öldürüldüyü görülür: 1970-ci ildə Misirin prezidenti olan və 11 il hakimiyyətdə qalan Ənvər Sədat 1981-ci ildə bir rəsmi parad zamanı müxalifləri tərəfindən təşkil edilən bir sui-qəsd nəticəsində həyatını itirmişdir. Misir tarixində öldürülən rəhbərlərdən digərləri də, 1910-cu ildə sui-qəsdə məruz qalan baş nazir Butros Qali, 1945-ci ildə öldürülən Misirin baş naziri Əhməd Maher Paşa və 1948-ci ildə yenə bir sui-qəsd nəticəsində öldürülən Misirin baş naziri Mahmud Nukraşi (Mahmoud Nukrashy) Paşadır.
Şam sözü isə, təkcə Suriyadakı Şam şəhəri üçün işlədilməz. Şam, ərəb dilində “sol” mənasını verər və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edər.(23) Şam bölgəsi rəhbərlərindən də sui-qəsdə mərzu qalan çox sayda insan olmuşdur. Bunlardan bir neçə nümunə belədir;
1920-ci ildə öldürülən Suriyanın keçmiş prezidenti Salah əl-Din Bitar (Salah Al- Deen Beetar), 1921-ci ildə öldürülən Suriyanın baş naziri Drobi (Droubi) Paşa, 1949-cu ildə sui-qəsdə məruz qalan Suriyanın baş naziri Muhsin əl-Barazi (Muhsin al-Barazi), 1951-ci ildə öldürülən İordaniya kralı Abdullah, 1982-ci ildə bombalı sui-qəsdə məruz qalan Livanda falangist lideri Bəşir Camayel (Bachir Gemayel)…(24)
19) Keçmiş İordaniya kralı Abdullahın öldürülməsi
Mehdinin çıxış əlamətlərindən biri də, Haşimilərdən yüksək səviyyəli birinin öldürülməsidir. (Risalet-ül Huruc-ül Mehdi, səh. 12)
Məlum olduğu kimi İordaniya, Haşimilər krallığı kimi adlanır. İordaniya, Osmanlıdan ayrıldıqdan sonra bir müddət İngiltərənin idarəsi altında idi. İngiltərə 1946-cı il London müqaviləsinin tələbinə görə İordaniyanın müstəqilliyini tanıdı. Həmçinin İordaniya əmirliyinin başındakı Abdullaha da İordaniya krallığı rütbəsi verildi. Kral Abdullah, daha sonra, 1951-ci ildə yenə ingilislər tərəfindən öldürtdüldü. Hədisdə diqqət çəkilən hadisə də beləliklə gerçəkləşmiş oldu.
20) Misirlilərin əsir alınması
“Şam əhli, Misirli qəbilələri əsir alacaq”. (El Kavl-ul Muhtasar Fi Alamat-il Mehdiyyil Muntazar, səh. 49)
Daha əvvəl də ifadə etdiyimiz kimi, Şam bölgəsi, Hicazın (Məkkə və Mədinənin yerləşdiyi bölgənin) sol tərəfində qalan bölgədir. Bu gün bu bölgədə mövcud olan dövlətlər arasında İsrail də var. Dolayısilə bu hədislə İsrail dövlətinin Misirlə olan müharibələrinə və Misir torpaqlarının işğal etməsinə işarə edilə bilər.
26 oktyabr 1956-cı ildə İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etməyə başladı. Birləşmiş Millətlər Təşkilatının araya girməsiylə qızğın vuruşmalar bir müddət dayandı və İsrail sərhəddinə BMT Sülhməramlı Qüvvələri yerləşdi. 1967-ci ildəki altıgünlük müharibə isə İsrail-Misir arasındakı başqa bir müharibə idi. 5 iyunda İsrail hava qüvvələri, Misirin bəzi hava bazalarına hücum etdi. Bu hücumlardan ötrü çox böyük zərər görən Misir hava qüvvələri 5 iyundan sonrakı günlərdə qarşıdurmalarda heç bir fəaliyyət göstərə bilmədi. Sinadakı Misir qüvvələri geri çəkildi. 9 iyunda İsrail, Qolan təpələrinə hücum etdi və bölgəyə hakim oldu. Həmçinin İordan çayının qərb sahili və Qüdsü də yavaş-yavaş ələ keçirirdilər. Bu müharibənin sonunda İsrail, Qəzza zolağı ilə bütün Sina yarımadasını, İordan çayının qərb sahilini, Qüds şəhərini və Qolan təpələrini ələ keçirdi. Daha sonra bağlanılan müqavilələrlə İsrail Sinadan tamamilə çəkildi. Lakin bu gün hələ də İordan çayının qərb sahili, Qolan təpələri və Qüds İsrail işğalı altındadır.
Bu müharibələr zamanı olduqca çox sayda misirli, İsrail əsgərləri tərəfindən əsir alındı. Bir çox misirli də həyatını itirdi.
21) Şəhərlərin yox olması
“Böyük şəhərlər dünən sanki yoxmuş kimi həlak olar”. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 38)
Gözəl şəhərlər viran ediləndə… qiyamətlə sənin aranda bu iki barmaq arası qədər məsafə qalmış deməkdir. (Kıyamet Alametleri, səh. 143)
Yer üzü viran olmağa başlayacaq. Nəhayət Misir də viran olacaq, lakin Bəsrə viran olana qədər Misir viran olmadan əmin olacaq. Bəsrənin viran qalması İraqın viran qalmasından olacaq.
Necə ki, Misirin viran qalması da, Nilin qurumasından qaynaqlanacaq… (Ölüm Kıyamet ve Diriliş, səh. 530)
Hədislərdə bildirilən böyük şəhərlərin, gözəl diyarların həlak olması və viranə qalması, müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində baş verən dağıntıları ağla gətirir. Bunlarla yanaşı, yaxın keçmişdə yaradılan nüvə silahları, təyyarələr, bombalar, raketlər və bənzəri silahların müharibələrdə istifadə edilməsi də böyük təxribata səbəb olmuşdur. Bu təxribat gücü yüksək silahlar tarixdəki bənzərləri ilə müqayisə edilməyəcək səviyyədə dağıntılara səbəb olmuşdur. Əlbəttə, hədəf mövqeyindəki “böyük şəhərlər” də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur. İkinci Dünya müharibəsinin bənzərsiz nəticələri buna nümunə kimi verilə bilər. Dünya tarixinin ən böyük müharibəsində, atom bombasından istifadə edilməsi nəticəsində Xirosima və Naqasaki şəhərləri tamamilə yerlə-yeksan olmuşdur. Avropanın paytaxt və mühüm şəhərləri də ağır bombardmanlar nəticəsində böyük ölçüdə dağılmışdır. Britannika Ensiklopediyası II Dünya müharibəsinin Avropa şəhərlərində səbəb olduğu ziyanı belə bildirir:
Yaranan təxribat Avropanın böyük hissəsini Ayın səthinə çevirmişdi: Şəhərlər bombardmanlar nəticəsində yerlə-yeksan oldu, kurort məkanları qovruldu və qapqara oldu, yolları bombaların açdığı çuxurlar bürüdü, dəmiryolları yarıtmaz hala gəldi, körpülər uçdu, limanlar batmış gəmilərlə doldu. Müharibədən sonra Almaniyanın, Amerikan bölgəsi hərbi qubernatoru general Lusius D. Kleyin (Lucius D. Clay) dediyi kimi; “Berlin sanki ölülərin şəhəri idi”.(25)
Bir sözlə, II Dünya müharibəsi tarixdə bənzəri görülməyən genişlikdəki təxribatı hədisin işarə etdiyi hadisələrlə tam uyğunlaşır.
22) Viran qalmış ərazilərin abadlaşdırılması
Dünyanın viran qalmış yerlərinin abadlaşdırılması, abadlaşdırılmış yerlərinin dağıdılması qiyamətin şərt və əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 138)
Viran qalmış yerlərin abadlaşdırılması da Axırzaman əlamətlərindəndir. Əvvəlki hissədə ələ aldığımız kimi, müharibələrlə keçən 20-ci əsrdə bir çox şəhər yerlə-yeksan olmuş və yenidən inşa edilmişdir. Berlin, Leninqrad (Sankt-Peterburq), Drezden kimi II Dünya müharibəsi vaxtı tanınmaz vəziyyətə düşən böyük Avropa şəhərləri, müharibədən sonra yenidən inşa edilmiş və bugünkü görünüşlərini almışlar.
Bənzər bir nümunə olaraq Yaponiyanın Kobe şəhəri 1995-ci ilin yanvar ayında böyük bir zəlzələ nəticəsində dağılmışdır. Yaponiya hökuməti və universitetləri, zəlzələləri əvvəlcədən xəbər verən bir üsula sahib ola bilmək üçün, apardıqları çoxsaylı tədqiqatlara 30 il ərzində bir milyard dollar (təxminən 1,5 kvadrilyon lirə) xərcləmişlər. Lakin uğur qazana bilmədilər, çünki yer qabığındakı sarsıntıları tanıyıb təsnif etmək üçün yüz faiz etibarlı modellər yaratmaq qeyri-mümkündür. Zəlzələnin baş verdiyi Kobe və Osaka şəhərlərinin yerləşdiyi bölgə, Yaponiyanın qabaqcıl sənaye və ticarət mərkəzlərindən idi. Buna görə də, zəlzələdən sonra dəyən maddi zərər milyardlarla dollar oldu.(26) Lakin bütün bu zərərə baxmayaraq, yaponlar qısa müddət ərzində Kobe şəhərini yenidən inşa etdilər.
Əbu Naim, Əbu Ümamədən təxric etdi (çıxarış etdi), Rəsulullah buyurdu: Sizinlə insanlar (bir nüsxədə rumlar deyilir) arasında dörd sülh olacaq, dördüncü sülh, Herakl əhlindən bir insan vasitəsi ilə olar və bu yeddi il davam edər. Deyildi: “Ey Rəsulullah, o gün insanların imamı kimdir?” Buyurdu: “Övladımdan qırx yaşındakı Mehdidir”. (Kıyamet Alametleri, Osman Çataklı, 299/8)
Hədisdə İsa Peyğəmbər ilə birlikdə yer üzündə olacaq Mehdinin çıxış əlamətlərindən biri xəbər verilmişdir. Bu əlamətə görə müsəlmanlarla qeyri-müsəlmanlar arasında 4-cü dəfə bir sülh müqaviləsi bağlanacaq və bu müqavilə 7 il davam edəcək. Bu prosesdən sonra isə Mehdi gələcək. İslam aləmindən bir çox insanın qənaəti, hədisdə keçən “4-cü Sülh”ün, 1979-cu ildə ABŞ-İsrail və Misir arasında Amerikada Kemp Deviddə (Camp David) bağlanan müqavilə olmasıdır (doğrusunu Allah bilər).
24) Bir ordunun itməsi
Mehdinin beş əlaməti var. Bunlar Süfyani, Yəməni, səmadan bir səyhə (çağırış, nərə), Bəydada bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Nuaym Bin Hammad)
…Özünə bir ordu göndəriləcək. Bunlar yerin bir səhrasında olarkən yerə batırılacaq. (Müslim’den; Geleceğin Tarihi 4, səh. 31)
Bir ordu vuruşmaq üçün gələr, səhraya daxil olduğu zaman, baş və sondakıları batar, ortadakılar da xilas olmaz. (Hanbel, Tirmizi, İbni Mace, Ebu Davud’dan; Geleceğin Tarihi 4, səh. 30)
2003-ci ildə baş verən İraq müharibəsi vaxtı İraq ordusunun böyük hissəsinin birdən-birə ortadan yox olması müharibənin ən diqqətçəkən hadisələrindən biriydi. Bir çox qəzet və televiziyada, respublika gözətçiləri kimi tanına təxminən 60 000 nəfərlik ordunun və fədailər kimi tanınan təxminən 15 000 İraqlı əsgərin itməsi xəbər kimi yayılmışdı. Yuxarıdakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, Mehdinin və İsa Peyğəmbərin çıxış əlamətlərindən biri olan “bir ordunun batması” hadisəsinin baş vermiş olduğunu göstərir (doğrusunu Allah bilər). Necə ki, irəliləyən günlərdə də döyüş təyyarələrinin bir hissəsinin səhra qumları altında basdırılmış vəziyyətdə tapılması, hədisdə bəhs edilən, səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirir.
“İraqlıların əlində ölçə biləcəkləri bir çəki aləti və alış-veriş edə biləcəkləri bir pul demək olar ki, qalmayacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 45)
Axırzaman və İsa Peyğəmbərin çıxış əlamətlərindən biri də İraqlıların pulunun dəyərini itirməsidir. Bu hədis iki ayrı vəziyyətə işarə edə bilər. Bunlardan birincisi, İran- İraq və Fars körfəzindən müharibələrindən sonra İraqda baş verən iqtisadi tənəzzül ola bilər. Müharibədən ötrü böyük zərər çəkən İraq iqtisadiyyatı, müharibədən sonra davam edən embarqolar nəticəsində heç cür düzəlməmişdir. Xalqın alıcılıq qabiliyyəti azalmış, yoxluq və kasıblıq ən mühüm problemlərdən birinə çevrilmişdir.
Hədisin işarə etdiyi digər bir vəziyyət də, İraq müharibəsindən sonra İraq dinarının tədavüldən çıxardılması ola bilər. Son müharibə ilə birlikdə İraq dinarının sürətlə dəyər itirməsi və tədavüldən qalxması ehtimalından, 2003-cü il tarixli qəzet xəbərlərində geniş bəhs edilmişdi.
26) Bağdadın alovlarla yox edilməsi
Axırzamanda Bağdad alovlarla yox edilər… (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 177)
2003-cü il İraq müharibəsində, müharibənin ilk günündən etibarən Bağdad, ən çox bombardmana tutulan şəhərlərdən biri olmuşdur. Ağır bombardman, gecələri Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi, alovlanıb yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görünüşləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisə ilə tam uyğundur. Bu da Axırzamanda olduğumuzu göstərən açıq əlamətlərdən biridir.
27) İsrail-Fələstin sülh danışıqları
Beytül-Məqdisdə sülh müqaviləsi bağlanacaq. (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 184)
Beytül-Məqdis, Məscidül-Əqsanın digər adıdır. Bu hədisdə də Beytül-Məqdis deyilərək Qüdsdə baş tutacaq bir sülh müqaviləsindən bəhs edilə bilər. Necə ki, Fələstin torpaqlarında qarşıdurma və gərginlik əlli ildən uzun müddətdir ki, davam edir. Lakin 1993-cü ildə Osloda aparılan sülh danışıqları bu torpaqlara dinclik və təhlükəsizliyin gəlməsi üçün mühüm bir addım olmuşdur. Hər nə qədər Osloda alınan qərarların bəziləri ədalətli olmasa və bəziləri də tam mənasıyla tətbiq edilməsə də, iki tərəfin müəyyən mövzular üzərində razılığa gəlməsi mühüm irəliləyiş idi. 2003-cü ildə də başda “Yol xəritəsi” cəhdi olmaqla, iki tərəf arasında sülh danışıqları davam etmişdir.
28) İraq və Şama embarqo
Əbu Nadrə dedi; Cabirin yanında idik, belə dedi: “Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz (qab), bir dirhəm (kütlə vahididir) gətirilməyəcək”.
Dedik ki; “Bu kimdən ötrü olar”. Dedi: “Əcəmlər (qeyri-ərəblər) bunu qadağan edərlər”. Sonra dedi: “Şam əhalisinə bir dinar, bir müdi (ölçü vahididir) gətirilməyəcək”. “Bu kimdən ötrü olar?” dedik. “Rumlardan ötrü” dedi. (Et-Tac, Ali Nâsıf el-Hüseyni)
Əbu Hüreyrə belə deyir: “Rəsulullah əleyhissalatu vəssalam: “İraqa ölçəyi və dirhəmi verilməyəcək. Şama da ölçəyi və dinarı verilməyəcək. Misirə ölçəyi və dinarı verilməyəcək. Başladığınız yerə qayıdacaqsınız” deyə buyurdu və üç dəfə təkrarladı”. (Müslim, Fiten: 33, (2896); Ebu Davud, Harac: 29, (3035))
İraq və Şama embarqo tətbiq olunması qiyamətdən əvvəl yaşanan hadisələrdən, yəni İsa Peyğəmbərin gəliş əlamətlərdən biridir. İraqa, hədisdə xəbər verildiyi kimi, on ildən uzun müddətdir ki, embarqo tətbiq olunması diqqətçəkəndir. Bununla yanaşı, Suriyaya da embarqo tətbiq olunması ehtimalı tez-tez gündəmə gəlir.
29) İraqın yenidən qurulması
…İraqa hücum etmədikcə qiyamət qopmaz. Həmçinin İraqdakı günahsız insanlar Şama doğru sığınacaq yerləri axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 254)
Hədisdə İraqın yenidən inşa ediləcəyinə diqqət çəkilir. Əvvəlcə İran-İraq müharibəsi, daha sonra Fars körfəzi müharibəsi, son olaraq da 2003-cü ildəki İraq müharibəsindən sonra, İraqda bir çox şəhər yerlə-yeksan olmuşdur. Bu müharibədən sonra yaşanan qarət hallarının da təsiriylə böyük xarabalığa çevrilən İraqın yenidən inşa edilməsi məcburi hal almışdır. Bu vəziyyətdən qəzet xəbərlərində də çox geniş bəhs edilmişdir.
Günahsız və təmiz İraq xalqı Şama qaçar. (Risalet-ül Huruc-ül Mehdi, səh. 210) 2003-cü ildə İraq müharibəsi başlamadan dərhal əvvəl on minlərlə İraqlının, Suriya başda olmaqla müxtəlif ölkələrə köç etmə səyləri bu hədisdəki hadisə ilə böyük bənzərlik təşkil edir. Bu mövzuyla əlaqədar də müxtəlif xəbər və şəkillərə mediada yer verilmişdir.
31) Şamda fitnələr
Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən alovlanar. Göydən çağırıcı bir mələk; “Mehdi əmirinizdir. Mehdi xəlifənizdir (mənəvi liderinizdir)” demədən də fitnələr bitməz. (Risalet-ül Huruc-ül Mehdi, səh. 63)
İsa Peyğəmbər ilə birlikdə yer üzündə olacaq Mehdinin çıxışından əvvəl Şam bölgəsində böyük qarışıqlıqlar olacağı hədisdən aydın olur. Bu hədisdə də Suriyada baş verən qarışıqlıqlara diqqət çəkilə bilər.
Lakin məlum olduğu kimi, Şam bölgəsi təkcə Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdudlaşmır. Daha əvvəl də bəhs edildiyi kimi, Şam, ərəb dilində söz mənası etibarilə “sol” mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir.
Ötən əsrin əvvəlindən etibarən bu bölgədə tez-tez vətəndaş müharibələri, qiyamlar, qarşıdurmalar və böyük müharibələr yaşanmışdır. Bu qarışıqlıqların biri digərini alovlandırmışdır, bu torpaqlarda yaşayan demək olar ki, bütün insanlar bu vəziyyətdən təsirlənmişlər. Hədisdə bildirilən; “fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən alovlanar” ifadəsi də bu baxımdan diqqətçəkəndir. Təxminən əlli il ərzində, bu bölgədə yaşanan müəyyən böyük hadisələri belə sıralaya bilərik:
Süveyş müharibəsi Altıgünlük müharibə 1973-cü il Ərəb-İsrail müharibəsi Livan vətəndaş müharibəsi Fələstin torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər…
Rəsulullah belə buyurmuşdur: “…Elə bəla və müsibətlər olacaq ki, heç kim, sığına biləcəyi bir yer tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üstünə çökəcək. Ərəbistan yarımadasının əl-ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdən dəf etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, 5-ci cild, səh. 38-39)
Hədisdə bildirilən “müsibətlərin Şamın ətrafında dolanıb, İraqın üstünə çökəcək olması”, son dövrdə yaşanan İraq müharibəsinə işarə edə bilər. Bu müharibədən əvvəl və müharibə vaxtı, müharibənin Suriyaya sıçraması ehtimalı gündəmdə olmuş, lakin müharibə İraqla məhdudlaşmışdır.
33) İraqın üç hissəyə bölünməsi
İraq xalqı üç firqəyə ayrılar. Bir hisəsi soyğunçulara qoşular. Bir hissəsi ailələrini geridə qoyub qaçar. Bir hissəsi vuruşar və öldürülər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlanın. (Fera İdu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Axırzaman əlamətlərindən biri də İraq xalqının üç hissəyə bölünməsidir. Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qoşulacaq. Müharibədən sonra yaranan hakimiyyət boşluğundan faydalanaraq, İraqda böyük talançılıq hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir hissəsi, oğurluq, qəsbkarlıq, talançılıq kimi “soyğunçuluq” olaraq xarakterizə edilə biləcək fəaliyyətlər göstərənlərə qoşulmuşdur.
Hədisdə xalqın bir hissəsinin də, olduqları yerdən tezliklə qaçmağa cəhd edəcəkləri, hətta geridə qoyduqları ailələrini belə düşünə bilməyəcək mövqedə olacaqları xəbər verilmişdir. Qəzetlərdə bu istiqamətdə yer alan xəbərlər diqqətçəkəndir.
Xalqın bir qisminin isə, müharibəyə qoşulacağı və öldürüləcəyi bildirilir. İraq müharibəsi zamanı da, bəzi insanlar müxtəlif bölgələrdə yaşanan qarşıdurmalara qoşulmuş və həyatlarını itirmişlər.
Həmçinin hədisin ilk hissəsində diqqət çəkilən, “İraqın üç hissəyə bölünməsi” mövzusu fiziki cəhətdən də baş tutmuşdur. Fars körfəzi müharibəsindən sonra, İraq ərazi cəhətdən üç bölgəyə ayrılmışdır. 32-ci və 36-cı paralellər arası, 32-ci paralelin cənubu və 36-cı paralelin şimalı kimi xarakterizə edilən bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi hadisələrdən biri ola bilər.
Bazarların təkarübü qiyamət əlamətlərindəndir. Dedim: “bazarların təkarübü nə deməkdir?” Bunlardır: “Hər kəsin az qazancdan gileylənməsi…” (İbn Mərduveyh Əbu Hüreyrədən…) (Kıyamet Alametleri, Pamuk nəşriyyatı, səh. 146)
Nuaym ibn Hammad, İbni Məsuddan rəvayət edilən bir hədisdə, Mehdinin ortaya çıxmasının lap əvvəlini izah edildiyi dövr, “TİCARƏT və yolların KƏSİLDİYİ və fitnələrin çoxaldığı zaman” şəklində təsvir edilir. Hədisin davamında isə Mehdi dövründə bu fitnələrin bitəcəyi xəbər verilir: “…Biz O (Mehdi) şəxsi axtarmaq üçün gəldik ki, FİTNƏLƏR ONUN ƏLİYLƏ BİTƏ BİLƏR. KONSTANTİNOPOL (İSTANBUL) ONUNLA FƏTH EDİLƏ BİLƏR (yəni Mehdi mənəvi cəhətdən könülləri fəth edəcək, böyük mədəni elmi təsir yaradacaq). Biz onu adı ilə və anasının, atasının adıyla və ordusu ilə tanıyarıq… “ (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 52)
(Mehdinin zühurundan (ortaya çıxmasından) əvvəl) BAZAR DURĞUN OLACAQ, QAZANCLAR AZALACAQ. (Kıyamet Alametleri, səh. 148)
Hər kəs AZ QAZANCDAN GİLEYLƏNƏCƏK, zənginlər pullarına görə hörmət görəcək. (Kıyamet Alametleri, səh. 146)
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman… (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 39-40)
2007-ci ildə başlayan və 2008-ci ildə bütün dünyanı təsiri altına alan böyük iqtisadi böhran, hədislərdə xəbər verildiyi kimi, Mehdinin çıxış, dolayısilə İsa Peyğəmbərin gəliş əlamətlərindəndir. 2014-cü ilə qədər davam etməsi gözlənilən bu böhran, təkcə ABŞ-ı deyil, bütün dünyaya dərindən təsir etmiş, hətta bəzi Avropa ölkələrinin belə iflas etməsinə səbəb olmuşdur.
35) Məhəlləarası döyüşlərin baş verməsi
Fərat və Dəclə çayı arasında bir şəhər salınacaq ki, orada Abbasilərin səltənətləri qurulacaq. Ora Zəvra (yəni Bağdad şəhəri) adlandırılıb… Ey möminlərin əmiri, Rəsuli- Əkrəm oranı nə üçün Zəvra adlandırmışdır? Çünki müharibə hər tərəfini əhatə etdiyi və ən kənar bölgələrə qədər yayıldığı üçün Zəvra adlandırılar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 426, no. 776)
“Mənim görməkdə olduğum həlak yerlərini siz də görə bilirsinizmi? Mən evlərinizin aralarında fitnə və fəlakət məhəllələrini, şiddətli yağış sellərinin açdığı yarğanlar kimi görürəm” deyə buyurdu. (Sahih-i Müslim, 4/2221; Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Partizan müharibəsi üsulu 20-ci əsrdə yayılmış bir müharibə üsuludur. Bu üsulun işlədildiyi qarşıdurmalar, həmişə məhəllə aralarında davam edər. Ötən əsr bu müharibə üsulunun nümunələriylə doludur. Lakin bu üsulun yaşandığı ən yaxın nümunələrdən biri 2003-cü ildəki İraq-ABŞ müharibəsidir. Necə ki, yuxarıdakı ilk hədisdə də Bağdad şəhərinin ən kənar bölgələrinə qədər çatan bir müharibədən bəhs edilmişdir. Müharibə vaxtı baş verən hadisələr və qəzetlərdə qeyd olunan xəbərlər hədislərdə verilən xəbərin gerçəkləşdiyini göstərir (doğrusunu Allah bilər).
36) 20-ci əsrin əvvəlində baş verən Ərəb-İsrail müharibələri
Müsəlmanlarla yəhudilər müharibə etmədikcə qiyamət qopmaz… (Müslim, Tirmizi) Peyğəmbərimizin yuxarıdakı hədisində xəbər verdiyi kimi, 20-ci əsrin əvvəllərində müsəlmanlarla yəhudilər arasında bir sıra müharibələr baş vermişdir.
Birinci Dünya müharibəsi ilə birlikdə Osmanlı hakimiyyətindən çıxan Fələstin torpaqları, bu dövrdən sonra bir daha sülh və dincliyə qovuşa bilmədi. 1947-ci ildə İngiltərənin Fələstindən çəkilərək ölkənin gələcəyini Birləşmiş Millətlər Təşkilatına həvalə etməsindən sonra, ölkənin ərəblərlə-yəhudilər arasında yarıbayarı bölüşdürülməsini nəzərdə tutan BMT planı həyata keçirildi. 19 əsr aradan sonra dünyada ilk dəfə bir “yəhudi dövləti” yaradılmışdı.
1948-ci ildə iki tərəf arasında qanlı müharibə baş verdi. İsraillilər, “müstəqillik müharibəsi” adlandırdıqları mübarizədə qalib gəldilər və ərəblərə verilən torpaqların da bir hissəsini ələ keçirərək BMT-nin özlərinə verdiyindən daha da böyük ərazini ələ keçirdilər. Fələstin; İordan çayının qərb hissəsi (sonradan “İordan çayının qərb sahili” kimi adlanmağa başlandı) və Aralıq dənizi sahilindəki Qəzza şəhərinin ətrafındakı balaca sahə (sonradan “Qəzza zolağı” kimi adlanmağa başlandı) istisna olmaqla, tamamilə İsrailin hakimiyyəti altına daxil oldu.
Bundan təxminən 20 il sonra 1967-ci ilin iyununda İsrail böyük bir işğal həyata keçirdi. Misir, Suriya və İordaniya, aylardır İsrailə qarşı böyük hücum başlatmağa hazırlaşırdılar ki, İsrail ani bir əks-hücum ilə 5 iyunun səhəri müharibəni başlatdı. Bazalarından havalanıb əvvəlcə uzun müddət Aralıq dənizi üzərində Qərbə doğru uçan İsrailin reaktiv təyyarələri, daha sonra ani dönüşlə Misirə yönəldilər. İsraildən gələcək bir hava hücumunu şimaldan deyil, şərqdən gözləyən Misir “qəflətən” yaxalandı və Nasirin bütün hava qüvvələri hələ havalanmadan yerdə yox edildi. İsrail ordusu, sonrakı 5 gün ərzində də özünə hücum etmək üçün hazır vəziyyətdə gözləyən ərəb ordularını birbirinin ardınca məğlubiyyətə uğratdı. Yəhudi dövləti, 6 gün ərzində torpaqlarını təxminən üç mislinə çıxartmışdı. İşğal etdiyi torpaqlara; İordan çayının qərb sahili və Qəzza, yəni Fələstinin 1948-ci ildəki işğalı vaxtı “əskik qalan” son iki hissəsi, Suriyaya məxsus Qolan təpələri və Misirə məxsus nəhəng Sina yarımadası daxil idi.
Həmçinin, İordan çayının qərb sahili ilə birlikdə Şərqi Qüds də yəhudi dövləti tərəfindən ələ keçirildi. Müqəddəs şəhər, 1948-ci il müharibəsindən sonra Şərq və Qərb olmaqla iki hissəyə bölünmüş vəziyyətdə idi. Qərbi Qüds, şəhərin müasir hissəsi olub İsrailin əlində idi. Antik dini məbədlərə sahib Şərqi Qüds, yəni müəyyən mənada “əsil Qüds” isə, ərəblərin tərəfində qalmışdı. İsrail, 1967-ci il müharibəsi ilə şəhərin bu şərq hissəsini də ələ keçirmiş, yəhudi xalqının simvoluna çevrilmiş “ağlama divarı”, 19 əsrdən sonra yenidən yəhudilərin hakimiyyəti altına keçmişdi.
Sovet silahları ilə ordusunu təhkim edən Nasir, 1968-ci ilin aprel ayında itirdiyi torpaqları Misirə qaytarmaq üçün, 1969-cu ilin martında altıgünlük müharibəyə son qoyan atəşkəsi qəbul etmədiyini açıqladı və aylarla davam edəcək aşağı səviyyəli “əldən salma müharibəsi”nə başladı. İsrailin hədəflərinə aylarla təşkil edilən kiçik miqyaslı hücumlar, təkcə Misirin kanal sahilindəki şəhərlərinin İsrail təyyarələri və ağır artilleriyaları tərəfindən bombalanması ilə sona çatdı. Misir, İsraillə yenidən atəşkəs imzalamaq məcburiyyətində qaldı.
1973-cü ilə qədər bu atəşkəs davam etdi. Yəhudilərin Yom-Küpür bayramı əsnasında, 1973-cü il 6 oktyabr günü, Misir və Suriya orduları ani hücum etdilər. Misir ordusu, kanalı keçib İsrailin rəhbərliyi altındakı Sina yarımadasına daxil olaraq, altıgünlük müharibədən sonra yaradılmış və “keçilməz” sayılan Bar-Lev xəttini keçməyə başladı. Suriya isə müvəffəqiyyətli bir əməliyyatla Qolan təpələrində ciddi irəliləyiş əldə etdi. İsraillilər, bir anda böyük şok yaşadılar. Əsgərlər, müqəddəs Yom-Küpürü qeyd etmək üçün toplandıqları sinaqoqlardan tələm-tələsik cəbhəyə yollandılar, İsrail radiosu isə Yom-Küpürdə ənənəvi olaraq qoruduğu səssizliyini pozaraq həyəcan siqnalı verdi.
Lakin Zahal (İsrail ordusu), böyük itkilər verərək də olsa, 9 oktyabr günü ərəblərin hərəkətini adi silahlarla dayandırdı. Bir müddət sonra isə, Suriya ordusu Qolanda dayandırıldı. Buna baxmayaraq, olduqca güclü və strateji mövqeyi daha üstün olan Misir ordusu ilə aparılan müharibə uzun müddət davam etdi. İki tərəf arasında Sina yarımadasında aparılan və çox qanlı keçən tank döyüşünü İsrailin lehinə döndərən ən böyük faktor isə, ümumi qəbula görə, müharibənin ikinci günündən etibarən Vaşinqtonun İsrailə külli miqdarda silah göndərməsiydi.
İsrail, 26 oktyabr günü faktiki cəhətdən bitən müharibə ilə birlikdə dərin nəfəs aldı. Ərəblər, geri aldıqları torpaqlardan yenidən çıxardılmış və “dənizə tökülmə” təhlükəsi sovuşdurulmuşdu. Lakin bu belə israillilər üçün kafi ola bilmədi. Ərəb ordularının bir neçə gün davam edən irəliləyişi belə böyük psixoloji şok yaratmışdı. Bununla yanaşı, 2 700 İsrail hərbçisi həyatını itirmişdi, 3 milyondan bir qədər artıq əhaliyə sahib bir ölkə üçün bu, çox böyük rəqəmdi.
Bu psixoloji şokdan sonra İsrail Sina yarımadasını geri qaytarmağı qəbul etdi və
37) Günahsız uşaqların öldürülməsi
…Məhəmməd ümmətindən günahsız bir uşaq öldürüldüyü zaman, göydən bir mələk; “haqq onda (Mehdidə) və onun yanında olandadır” deyə hayqırar. (Sabban İsafur Ragibin, səh. 154)
Axırzamanın mühüm əlamətlərindən biri də günahsız uşaqların öldürülməsidir. Bu vəziyyətin nümunələri xüsusilə son illərdə yaşanan müharibə və qarşıdurmalarda tez-tez görülür. Afrika ölkələrində yaşanan bəzi vətəndaş müharibələrində vuruşmalarda kiçik uşaqların döyüşməyə məcbur edilmələri və qəddarcasına qətlə yetirilmələri bu nümunələrdən biridir. Uşaqların sıx hədəf alındığı yerlərdən biri də Fələstin torpaqlarıdır. 2002-2003-cü illərdə Fələstində 500-dən artıq uşaq həyatını itirmişdir. İraq müharibəsi zamanı da doğum evləri vurulmuş, bir çox uşaq ölmüşdür.
38) Fitnələrin çoxalması
İnsanların həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə inkar edilərək insanların imanlarının zəiflədilməyə, yox edilməyə çalışıldığı şiddətli imtahan şəraitləri İslami mənbələrdə “fitnə” mühiti kimi xarakterizə olunar.
Peyğəmbərimizin bir hədisində Axırzamanda bəzi möminlərin imanlarının zəifləyəcəyi və buna səbəb olacaq hadisələr xəbər verilir:
Qiyamət yaxınlaşdığı zaman və möminlərin qəlbi; ölüm, aclıq, fitnələr, sünnələrin yox olması, bidətlərin ortaya çıxması, yaxşı əməlləri əmr edib pis əməlləri qadağan etmə imkanlarının itməsi kimi, səbəblərlə zəiflədiyi zaman, Allah mənim övladlarımdan Mehdi ilə sünnəni canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin qəlbi fərəhlənər, əcəmlər (qeyri-ərəblər) və ərəb millətləri arasında ülfət və məhəbbət yerləşər. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 66)
Hədisdə bəhs edilən məlumatlara görə, əgər qısa şəkildə yekunlaşdırmalı olsaq, Axırzamanda, Mehdi və dərhal sonra da İsa Peyğəmbər gəlmədən əvvəl bu hadisələr baş verəcək:
1- Ölüm: Anarxiya və yayılmış qətliamlar nəticəsində xalqın can təhlükəsizliyinin qalmaması və bunun yaratdığı narahatlıq mühiti.
2- Aclıq: Həyat bahalılığından ötrü yaranan dolanışıq çətinliyi. Fəlakətlər və təbii 3- Fitnələr: Haramların kiçik-böyük hər kəsin arasında, mümkün qədər yayılması və təşviq görməsi. Hər cür əxlaqsızlığın insanların gözləri qarşısında edilməsi.
4- Bidətlərin ortaya çıxması: İslam dinində olmadığı halda sonradan ortaya çıxarılan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.
5- Din əxlaqından bəhs etmə imkanlarının yox olması: Yaxşı əməllərin əmr edilməsi və pis əməllərə maneə törədilməsi, bir sözlə, təbliğ imkanının yox olması ilə yaranan mənəvi boşluq.
Fitnə mühitləri güclü imana sahib möminlər üçün imanlarının güclənməsinə, səbirlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olduğu halda, zəif və səthi imana sahib insanların imanlarını itirmələrinə və ya imanlarının daha da zəifləməsinə gətirib çıxardar. Mehdi belə bir fitnə mühitinin ən sıx və şiddətli şəkildə yaşandığı bir dövrdə ortaya çıxacaq.
Başqa hədislərdə və İslam alimlərinin açıqlamalarında da Axırzamanda Mehdinin, hər yerə çatmış çox yayılmış bir fitnə olarkən ortaya çıxacağı bildirilir:
Mehdi, fitnələrin zühur etdiyi bir zaman intervalında gələcək. (Mektubat-ı Rabbani, 2-258)
Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq. Aclıq və həyat bahalılığı mümkün olduğu qədər yayılacaq. Fitnələr çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)
39) Hər yerə çatan bir fitnə
Heç bir tərəfin ondan qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə qaldığı yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir carçının səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Mehdidir” deməsinə qədər davam edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
Hədislərdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, dinə və Allaha qarşı ortaya atılan bir fitnə insanların imanlarını hədəf alacaq. Dövrümüzdə, Allahın varlığına və dinin yaşanmasına qarşı irəli sürülən ən irimiqyaslı fikri cərəyan materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq qəbul etdiyi guya elmi təməl isə “təkamül nəzəriyyəsi”dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmadığı, tamamilə ağıl və elmdən kənar olduğu halda, güclü təbliğat, aldatma və göz boyama üsullarıyla bu cəfəngiyat dünya səviyyəsində müəyyən materialist mərkəzlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır.
Bu gün təkamül nəzəriyyəsinin istər mətbuat, istərsə də televiziya vasitəsilə demək olar ki, girmədiyi heç bir ev, bu nəzəriyyəni eşitməyən heç kim yoxdur. Bu vəziyyət, bütün Qərb dünyası üçün etibarlı olduğu kimi, müsəlman ölkələr üçün də etibarlıdır. Belə ki, dərsliklərdə belə yer verilən bu nəzəriyyə, ortaya atdığı çoxsaylı yalan və göz boyamalarla hələ uşaq yaşlarından etibarən insanlara təlqin edilir; təsadüflər nəticəsində meydana gəldikləri, meymundan törədikləri kimi gülünc cəfəngiyatlarla insanlar yanıldılırlar. Gənclərin ibtidai siniflərdən universitetlərə qədər təkamülçü yalanlarla beyinləri zəhərlənir (təkamül nəzəriyyəsi ilə əlaqədar təbliğat cəhdlərinə verdiyimiz elmi cavablar üçün baxın: Harun Yəhya, “Təkamül yalanı”, Araştırma nəşriyyatı).
Diqqətçəkən bir nöqtə daha var: Peyğəmbərimizin hədisində bildirdiyi kimi, bir fitnənin dünyanın hər yerinə nüfuz etməsi və sürətlə yayılması, təkcə dövrümüzdəki texnologiya imkanlarıyla (mətbuat, nəşriyyat, internet, peyk rabitəsi…) reallaşa bilər. Keçmiş şərtlərdə, bir fitnənin dünya səviyyəsində qısa müddətdə bu qədər geniş sahəyə yayılması qeyri-mümkündür. Necə ki, bu günə qədər Allahın varlığına, yaradılışa və din əxlaqına qarşı mübarizə aparan dünya səviyyəsində geniş yayılmış başqa fitnə, hələ görünməmişdir. Bütün bunlar Mehdinin çıxış zamanının və dolayısilə İsa Peyğəmbərin təkrar yer üzünə qayıtmasının içində yaşadığımız dövrdə olacağına dair əhəmiyyətli işarələrdir (doğrusunu Allah bilər). Lakin bunu da xatırlatmalıyıq ki, hədislərdə İsa Peyğəmbərin gəlişi və Mehdinin çıxışıyla bu fitnənin bitəcəyi də müjdələnilir.
40) Haramların halal sayılması
Bir fitnə görülər, bunu digər fitnələr izləyər… bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr… (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 26)
Hüzeyfənin dediyinə görə, Rəsulullah belə buyurmuşdur: “Ey Hüzeyfə! O gündə onlar riddə (dindən çıxmaq) üzrə olacaqlar. Şərabın halal olduğunu zənn edəcək və namaz da qılmayacaqlar”. (Ukayli, En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal)
Dövrümüzdə fahişəlik, qumar, içki, rüşvət kimi bir çox hərəkət, haram olmalarına baxmayaraq, dünyanın bir çox ölkəsində getdikcə artan ölçüdə işlənir. Bəzi Qərbli qəzet və televiziyalarda bu haramları işləyənlər tez-tez təriflənir və təşviq edilir, hətta işləməyənlər tənqid edilir. Aparılan statistic hesablamalar isə bu mövzudakı sayın getdikcə artdığını göstərir. Getdikcə daha yayılan bu sərhəd tanımaz, halal-haramı görməzlikdən gələn, hər cür azğınlığı normal sayan həyat tərzi hədislərdə təsvir edilən mühiti çox açıq şəkildə əks etdirir. Mehdinin çıxış xəbərçisi olan bu qaranlıq mühit, eyni zamanda İsa Peyğəmbərin gəlişinin də yaxınlaşdığına işarə edir. Bu mövzuyla əlaqədar digər bəzi hədislər və İslam alimlərinin açıqlamaları belədir:
Küfür hər yanı zəbt edib hökmünə cəmiyyət içində açıq şəkildə əməl olunmadıqca Mehdi zühur etməz. Bu vaxtda baş verən isə… küfrün zəbtidir. Onun gücüdür. (Mektubat-ı Rabbani, 2-259)
Mehdi, bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq.
41) Allahın açıqca inkar edilməsi
Allah açıq-aydın inkar edilmədikcə qiyamət qopmaz. (Kitabül Burhan Fi Alametil Mehdiyyil Ahir Zaman, səh. 27)
Allahı inkaretmə azğınlığı olan ateizm, 19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm və darvinizmin yayılmasıyla özlərinə fəlsəfi və guya elmi dayaq tapdıqları yanılmasına qapılan ateistlərin sayı 20-ci əsrdə artmışdır. Ateistlər bu dövrdə azğın fikirlərini təbliğ etmə imkanı qazanıblar. Ateizm, səmimi iman gətirənlərin aparacağı fikri mübarizə ilə Allahın icazəsi ilə yox olmağa məhkumdur (ateizmin süqutu mövzusu üçün baxın: Harun Yəhya, “İslamın yüksəlişi”, Araştırma nəşriyyatı)
42) Allahdan başqa ilahlar qəbul edilməsi
Lat-Uzzaya yenidən Allahdan başqa ilah qəbul edilərək sitayiş edilmədikcə qiyamət qopmaz… (Kıyamet Alametleri, səh. 281)
Ümmətimdən bir çox qəbilələr müşriklərə qoşulacaqlar, qiyamətdən əvvəl hamısı küfrə girəcəklər… (Kıyamet Alametleri, səh. 287)
Ümmətimdən bəzi insanlar bütlərə qayıdıb sitayiş edənə qədər qiyamət qopmaz. (Kıyamet Alametleri, səh. 241)
Allahdan başqasını ilah qəbul etmək, şübhəsiz ki, çox böyük azğınlıq və günahdır. Bəzi insanlar, bütlərə tapınmaqdan bəhs edildiyi zaman, təkcə keçmiş cəmiyyətlərin etdiyi kimi taxtadan və ya daşdan yonulmuş heykəllərə sitayiş etməkdən bəhs edildiyini zənn edərlər. Halbuki bu yanılmadır. Şirk qoşan bir insan, yalnız insanların düzəltdiyi bütlərə sitayiş edən insan demək deyil. Allahın Quranda bildirdiyi kimi, şirk qoşmadan iman gətirmək; “dini yalnız Allaha məxsus edərək (yəni yalnız Allahın rizasını və rəhmətini umaraq) iman gətirmək” deməkdir. Axırzamanda isə, şirk qoşmadan, səmimi iman gətirən insanların sayı azalacaq, göstəriş üçün ibadət edən, Allahın haqq dinindən uzaqlaşaraq bəzi batil inanclar qəbul edən insanların sayı artacaq.
“Bismillah hərflərinin dəyəri itirildiyi zaman, Mehdi zühur edər”. (Risalet-ül hurucül Mehdi, səh. 29)
Hədisdə “bəsmələ” deyilərkən, insanların din əxlaqına olan aspekti və imani vəziyyətləri nəzərdə tutula bilər. Necə ki, insanların imanlarının zəiflədiyi bir dövrdə Mehdi zühur edəcək və bu cərəyanları fikrən ortadan qaldıracaq. Bu cəhətdən düşünüldüyü zaman, hədisdə işlənən ifadə, materialist və darvinist fəlsəfənin insanlar üzərindəki təsirinin çox olacağına işarə ola bilər. İsa Peyğəmbərdən əvvəl gələcək olan Mehdinin vəzifələrindən biri, (bəlkə də ən önəmlisi) bu fəlsəfə və fikir cərəyanlarını yox edərək İsa Peyğəmbərə zəmin hazırlamasıdır.
44) Anarxiya və qarğaşalıq günləri
Qiyamətin tam yaxınlığında anarxiya və qarğaşalıq günlər var. (Suyuti, Cami’üs Sagir, 3/211)
Anarxiya və qarşıdurma, geridə qoyduğumuz əsrin ən nəzərəçarpan xüsusiyyətlərindən biridir. Vətəndaş müharibələri və qiyamlar minlərlə insanın həyatı bahasına gəlmiş, təhlükəsizlik və dinclik insanların ən böyük həsrətlərindən birinə çevrilmişdir. Bəzi Afrika ölkələrində heç cür bitməyən vətəndaş müharibələri, başda Cənubi Amerika olmaqla, bəzi ölkələrdə baş verən qiyamlar, Cənubi Asiyada yaşanan qarşıdurma və müharibələr, Yaxın və Orta Şərqdə yaşanan gərginliklər bu qarğaşalığın təkcə bilinən müəyyən nümunələridir.
Bununla yanaşı, xüsusilə son on ildə terror yayılmış, Amerikadan Asiyaya qədər uzanan geniş bir ərazidə, bir çox ölkə terrorist hücumlardan zərər çəkmişdir. Vətəndaş və günahsız insanları hədəf alan terror, insanların qorxulu yuxusuna çevrilir, anarxiya və qarğaşalıq insanlarda narahatlığa səbəb olur.
45) Sülhün aradan qalxması
Bütün qəlblərə fəsad düşdüyü üçün xalqın bir hissəsi digər hissəsiylə danışaraq sülh və ittifaq nümayiş etdirərlər. Lakin qəlblərində sülh və ittifaqa müxalif vəziyyət olduğu bir dövr gəlmədikcə qiyamət qopmaz. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Yuxarıdakı hədis dövrümüzdə açıqca yaşanır. Xüsusilə İsrail-Fələstin arasında istənilən təşəbbüs və səyə baxmayaraq, heç cür baş tutmayan sülh, hədisin işarə etdiyi hadisələrdən biri ola bilər (doğrusunu Allah bilər). Həmçinin dövrümüzdə yer üzündə sülhün hakim olması üçün, döyüş və müharibələrin bitməsi üçün, dünyanın hər tərəfində sülh tərəfdarları tərəfindən nümayişlər keçirilir. Lakin bütün bu nümayişlər yalnız Orta və Yaxın Şərqdə deyil, dünyanın bir çox bölgəsində davam edən qarşıdurma, müharibə və qətliamların qarşısını ala bilmir.
46) Qiyamların olması
…(O əsnada) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar insanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Ölüm-Kıyamet- Ahiret ve Ahirzaman Alametleri, səh. 482, no. 901; Kitabü’n-Nihaye, İbn-i Kesir, 1/131)
Daxili çəkişmələr və qiyamların çoxalması, Peyğəmbərimizin Axırzamanla əlaqədar verdiyi mühüm məlumatlardandır. 20-ci əsrin sonlarından etibarən başda Salvador, Nikaraqua kimi Mərkəzi və Cənubi Amerika ölkələri olmaqla, dünyanın hər tərəfində qiyamlar, çevrilişlər və əks-çevrilişlər yaşanmışdır. 1980-ci illərin əvvəlində Mərkəzi Amerikada, bir qrup idarəçi heyət ilə hərbi liderlər arasında baş verən mənfəət qarşıdurmaları, çöllərdə təşkilatlanan partizan hərəkatlarının da güclənməsiylə təxminən 22 milyon insanı təsiri altına alan böyük qarşıdurma və qarğaşalıq mühitinə çevrilmişdir. Həyata keçirilən qiyamlarla Nikaraquada Somoza höküməti devrilmiş, Honduras, Saldavor və Qvatemalada böyük qiyamlar yaşanmışdır. Bütün bu hadisələr əsnasında təkcə 1982- ci ildə, həmin bu bölgədə 15 min insan həyatını itirmişdir.(27)
47) İnsanların bir-birindən qaçması
“Ey Allahın Elçisi, Ahlas fitnəsi nədir?” “Qaçmaq (yəni insanlar arasındakı həddindən artıq düşmənçilikdən ötrü bir-birlərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçmaları) və insanların mallarının talan edilməsidir” deyə buyurdu. (Ölüm-Kıyamet- Ahiret ve Ahirzaman Alametleri, səh. 386, no. 714)
Hədisdə, insanların etibarsızlıq və qorxudan ötrü bir-birlərindən qaçmalarına diqqət çəkilir. Bununla, yurdlarından köç etmək məcburiyyətində qalan insanlara işarə edilməsi mümkündür. Həqiqətən də qarşıdurmalardan ötrü evlərini tərk edən, müharibələr ucbatından torpaqlarından çıxardılan insanların sayı 20-ci əsrin Xüsusilə son 20-30 ildə bu artım diqqətçəkən göstəriciyə çatmışdır. 2001-ci ildən etibarən təxminən dünyadakı 23 milyon olan mühacir sayı, 2002-ci ildə demək olar ki, 30 milyona çatmışdır.(28)
48) Dünyanı qarışıqlıq və qarğaşalıqların bürüməsi
Dünya hərc-mərclik1 içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəziləri bəzilərinə hücum etdiyi, böyük kiçiyə mərhəmət etmədiyi və böyüyə təmkinli davranılmadığı zaman Allah, bu vaxt onlardan ədavəti (düşmənçiliyi) yox edərək dəlalət (iman və İslamiyyətdən ayrılmaq, azğınlıq) qalalarını fəth edəcək və əvvəlcə mənim ayaqda tutduğum kimi, Axırzamanda dini ayaqda tutacaq, əvvəllər zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdi) göndərəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)
Rəsulullah belə buyurmuşdur: “Məndən sonra fitnələr olacaq. Orada terror və müharibələr var. Sonra onlardan daha şiddətli fitnələr olacaq. Nə vaxt (fitnələrin) bitdi deyilsə, yeni bir qiyam olacaq. Ta ki, mənim nəslimdən bir şəxs (Mehdi) çıxana qədər fitnənin daxil olmadığı bir ərəb evi və çatmadığı bir müsəlman qalmayacaq”. (Mer’iy b. Yusuf b. Ebi bekir b. Ahmet b. Yusuf el-Makdi’si, Feraidu Fevaidi’l Fikr Fi’l İmam El- Mehdi El-Muntazar; Beklenen Mehdi, səh. 147)
Hədislərdə görüldüyü kimi, müəyyən bir yer bildirilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarə edilir. Həqiqətən də hədislərdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarğaşalıq, müharibələr, qətliamlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülür, yurdlarından çıxarılır (ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Qiyamət əlamətləri”, Araştırma nəşriyyatı)
49) Böyük hadisələrin və heyrətləndirici şeylərin meydana gəlməsi
Onun dövründə neçə-neçə heyrətamiz hallar zühur edəcək (meydana gələcək). (Mektubat-ı Rabbani, 2/258)
Onun dövründə böyük hadisələr baş verəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 27)
“…Zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət, insanlara, bu əlimin, başına olan yaxınlığından daha yaxındır” deyə buyurdu. (Ebu Davud, Cihad: 37, (2535))
1 hərc-mərclik - insanlar arasında meydana gələn fitnə, fəsad, darmadağın, Onun zühur məbdələri (çıxışının başlanğıcı) və müqəddimələri (çıxış əlamətləri) Rəsulullahın irhasatına2 bənzəyər. (Mektubat-ı Rabbani, 2/258)
Məhəmməd Peyğəmbərin doğumundan əvvəl böyük və fövqəladə hadisələr baş vermişdi. Doğulduğu gecə yeni bir ulduz çıxmış, oda sitayiş edən İran padşahlarının sarayının 14 bürcü dağılmış, İranda 1000 ildir ki, yanmaqda olan atəşpərəst odu sönmüş, Səmavi vadisi sel suları altında qalmış, Savə gölü qurumuşdu…
Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Mehdinin ortaya çıxışı da, Peyğəmbərimizin çıxışına bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq. Son 100 ildir ki, dünyada baş verən böyük hadisələrin bəziləri belədir:
-
Kəbə basıldı və çox sayda müsəlmanın qanı axıdıldı. - 2500 illik İran şahlığı süqut etdi və İran Şahı Rza Pəhləvi öldü. - Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20 000 insanın ölümünə səbəb oldu.
-
İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.
-
Ruslar, Əfqanistanı işğal etdi. - Mexiko şəhəri şiddətli zəlzələ nəticəsində yerlə-yeksan oldu. - Şimali Kolumbiyadakı Ruis vulkanı 400 ildir ki, ilk dəfə partladı. Əriyən qar və buzun yaratdığı palçıq ucbatından Armero şəhəri xəritədən silindi. 20 000 insan öldü.
-
Banqladeşdəki sel 25 000 insanın ölümünə səbəb oldu. - Xristianlığın mərkəzi Romanı su basdı. - 1986-cı ildə Çində tarixinin ən böyük meşə yanğını baş verdi. - Hindistan prezidenti Qandi, Misirin dövlət başçısı Ənvər Sədat, İsveçin Baş naziri Ulof Palme (Olof Palme) öldürüldü.
-
Papa II İohann Pavel vuruldu. - 1980-ci ilin əvvəllərində ilk QİÇS faktları aşkar edildi. Bu ana qədər on minlərlə insanın ölümünə səbəb olan bu xəstəlik “Əsrin vəbası” adlandırıldı.
-
1986-cı ildə kosmik gəmi Çellencer buraxıldıqdan sonra partladı. - 26 aprel 1986-cı ildə Ukraynadakı Çernobıl AES-ində indiyə qədər görülən ən böyük nüvə qəzası baş verdi. Bir çox Avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.
-
Ozon təbəqəsinin dəlinməsi Dünya iqliminə çox mənfi təsir göstərdi.
2 İrhasat - Məhəmmədin peyğəmbərliyindən əvvəl yaranan fövqəladə hallardır ki, bunlar peyğəmbərliyinə dəlil təşkil edən hadisələrdəndir - Sovet İttifaqı süqut etdi və Qorbaçovla birlikdə Müstəqil Dövlətlər Birliyi yarandı. - İraqın Küveyti ilhaq etməsindən sonra illərlə davam edəcək fars körfəzi müharibəsi başlandı.
-
Ermənistandakı zəlzələ nəticəsində şəhər xarabalığa çevrildi. 500 000 insan evini tərk etdiyi halda, ölülərin sayı 40 000-i keçdi.
-
1989-cu ildə Çində kommunist dəstələr tanklarla tələbələrin üstünə yeridi, Tyanamen (Tiananmen) meydanında 2000 tələbə öldü.
-
Soyuq müharibənin simvolu olan Berlin divarı inşasından tam 28 il sonra uçdu. - 1990-cı ildə Kəbədəki tuneldəki izdihamda 1400-dən artıq hacı həyatını itirdi. - 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra təxminən 139 000 insan öldü, on milyonlarla insan evsiz qaldı.
-
Son 20 ildir ki, Amerikada fırtınalar, qasırğalar, tornadolar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və zərər hər dəfə milyard dollarlarla ölçüldü.
-
Bosniya və Kosovadakı qətliamlra nəticəsində yüz minlərlə müsəlman öldürüldü və yüz minlərləsi də yurdlarından sürgün edildi.
-
Ebola virusu on minlərlə insanın ölümünə səbəb oldu. - El-Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi. - 19 oktyabr 1987-ci ildə London Birjası çökdü. Yaşanan böyük təşviş nəticəsində 50 milyard sterlinqlik dəyər itkisi yaşandı.
-
19 aprel 1995-ci ildə ABŞ-ın Oklahoma şəhərindəki federal binaya edilən bombalı hücum nəticəsində 168 insan öldü.
-
22 mart 1997-ci ildə Hale-Bopp quyruqlu ulduzu, saatda 160 km. sürətlə Yerin 195 milyon km. yaxınlığından keçdi. Çılpaq gözlə seyr edilə bilən Hale-Boppun keçişi, bütün dünyada milyonlarla insan tərəfindən böyük maraqla qarşılandı.
-
10 may 1997-ci ildə İrandakı 7.1 bal şiddətindəki zəlzələ nəticəsində 1500 insan öldü.
-
4 fevral 1998-ci ildə Əfqanistandakı 6.1 bal şiddətindəki zəlzələ nəticəsində 5 min insan həyatını itirdi.
-
25 yanvar 1999-cu ildə Kolumbiyadakı 6 bal şiddətindəki zəlzələ nəticəsində 1171 insan həyatını itirdi.
-
21 sentyabr 1999-cu ildə Tayvandakı 7.6 bal şiddətindəki zəlzələ nəticəsində 2100-dən artıq insan həyatını itirdi.
-
11 sentyabr 2001-ci ildə ABŞ-da, tarixin ən böyük terror hücumu təşkil edildi: İki sərnişin təyyarəsi, səhər iş rejiminin başladığı saatlarda 18 dəqiqə fasilə ilə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin yerləşdiyi iki göydələni vurdu. Ardınca digər bir təyyarə
-
Hindistanda şiddəti 7.9 bal olan bir zəlzələ baş verdi və minlərlə insan həyatını itirdi.
-
Avropada yaşanan həddindən artıq istilər 10 minlərlə insanın ölümünə səbəb oldu.
-
60 000 ildən bir baş verən bir hadisə meydana gəldi və Mars planeti Yerə ən yaxın mövqeyi aldı.
-
2003-cü il noyabr ayında dünyanın ən quraq bölgələrindən olan Məkkədə baş verən sel fəlakəti nəticəsində 12 insan həyatını itirdi.
50) Kosmosda insan əli formasında bir təsvir yaranması
…Əsma binti Umeys dedi: “O GÜNÜN (MEHDİNİN ZÜHURUNUN) ƏLAMƏTİ SƏMADAN UZADILMIŞ VƏ İNSANLARIN ÖZÜNƏ BAXDIĞI BİR ƏLDİR”. (Celalettin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 69)
…MƏHZ O ZAMAN (MEHDİNİN ZÜHURU ZAMANINDA) SƏMADA ÖZÜNÜ BƏLLİ EDƏN BİR ƏL GÖRÜNƏR… (Celalettin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zaman Mehdisinin Alametleri, Ali Bin Hüsameddin El Muttaki, səh. 51)
SƏMADA ZÜHUR EDƏN BİR ƏL və “əmiriniz Mehdidir” şəklindəki bir nida eşidilənə qədər təfrqiə (ayrılıq) və ixtilaflar davam edəcək. O GÜNÜN ƏLAMƏTİ: SƏMADAN BİR ƏL UZANACAQ və insanlar ona baxacaq və görəcəklər. (Ahmed İbn-i Hacer-i Mekki (Heytemi), Beklenen Mehdinin Alametleri, El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 53)
Peyğəmbərimizdən rəvayət edilən bu hədislərdə göydə bir “əl”in görünəcəyi və bu əlin Mehdinin gəliş əlamətlərindən olduğu bildirilir. Bu dövrə qədər ixtilafların davam edəcəyi və Mehdinin səmadan, yəni radio, televiziya və internet kimi kommunikasiya vasitələrinin vəsiləsi ilə, həmişə gündəm mövzusu olacağı hədislərdən aydın olur. Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tabeliyində olan Çandra kosmik rentgen rəsədxanası tərəfindən çəkilən bir kosmik fotoşəkildə əl formasındakı bir neytron ulduzlar topası başqa bir ulduz topasını əllə tuturmuş kimi görünür. Hədislərdə bildirilən əl ifadəsi, NASA tərəfindən “Tanrının əli” kimi adlandırılan və kosmosda baş verən bir göy hadisəsinin vəsilə olduğu bu təsvirə işarə edə bilər (doğrusunu Allah bilər).
Bəhs edilən ulduz topasının yaratdığı əl formasının duruşu hədisdəki uzanma ifadəsinə də tam uyğun gəlir. NASA tərəfindən çəkilən fotoşəkildəki əl forması bir yerə uzanılmış görünüşündədir. Həmçinin insanların Mehdi dövründəki təkmilləşmiş yüksək səviyyəli kosmos və astronomiya texnologiyası sayəsində kosmosda baş verən bu göy hadisəsini teleskoplar vasitəsilə baxaraq görə bilmələri də hədisdəki ifadələrlə tam uyğunluq təşkil edir. Mehdinin zühur əlamətləri, dolayısilə İsa Peyğəmbərin gəliş əlamətləri; “…köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər” (Ebû Hureyre, Tirmizî) hədisində deyildiyi kimi, son 30 illik müddət ərzində ardıcıl gerçəkləşmiş və gerçəkləşməyə də davam edir.
51) Bəzi müsəlmanların vəziyyəti
“Bəli nəfsim əlində olan Allaha and içirəm ki, siz o fitnə dövründə yüksəlib birbirinizin boyunlarını buran ilanlara dönəcəksiniz” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 368, no. 672)
Peyğəmbərimiz yuxarıdakı hədisində bəzi müsəlmanların öz aralarındakı ixtilafa diqqət çəkmişdir. Axırzamanda məqam, mövqe, güc əldə edib sonra birlik olmaq əvəzinə, bir-birlərinə qarşı düşməncəsinə rəftarlar göstərəcəyinə işarə edir. Peyğəmbərimiz başqa hədislərində də bəzi müsəlmanlar arasında yaşanacaq həsəd, paxıllıq, düşmənçilik kimi təhlükələrə diqqət çəkmişdir:
Fitnə məhz buradan, şeytanın iki buynuzunun doğulacağı yerdən gələcək. Halbuki siz bir-birinizin boyunlarını vurursunuz…
(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 369, no. 675)
…Bir-birinizlə ehtiras yarışına girərsiniz, bir-birinizə həsəd apararsanız, birbirinizdən üz döndərib ayrılarsınız və bir-birinizə düşmən olarsınız. (Sahih-i Müslim, 4/2274)
Ümmətimə bir zaman gələcək ki, fiqh alimləri bir-birlərinə həsəd aparacaq. Təkələrin (erkək keçi) bir-birlərini qısqandığı kimi, bir-birlərini qısqanacaqlar. (Hatim, Hatib; Geleceğin Tarihi 1, səh. 28)
52) İslam aləminin mövcud mövqeyi
Məni haqqla göndərən Allaha and içirəm ki, məndən sonra ümmətimdə fitrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz tutulacaq. (Deylemi; Geleceğin Tarihi I, səh. 50)
İslam aləmi, keçmişdə tarixin ən böyük və ehtişamlı sivilizasiyalarından birini yaratmışdı. 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının süqut etməsiylə birlikdə, İslam aləminin 20-ci əsrdəki mövqeyi dərindən təsirləndi. İslam Birliyi dağıldı. 21-ci əsrə daxil olduğumuz bu günlərdə İslam aləminin bir çox bölgəsində həllini gözləyən problemlər, razılıq əldə olunması lazım gələn müxtəlif anlaşmazlıqlar hələ də davam edir. Müsəlman ölkələrdən bəziləri elm, texnologiya, iqtisadiyyat kimi sahələrdə böyük təşəbbüslər etmələri lazım olan mövqedədirlər. Hədisdə bildirilən müsəlmanların yaşayacağı “fətrət” dövrü ilə, bəzi müsəlmanların bu gün içində olduqları bu vəziyyətə işarə edilməsi mümkündür.
Lakin unutmamaq lazımdır ki, İslam aləminin keçmişdə olduğu kimi bu gün də bütün dünya üçün əxlaqı, əmin-amanlığı, təhlükəsizliyi və bolluğu ilə nümunə təşkil edəcək ehtişamlı bir sivilizasiya yaratmaları olduqca asandır. Bunun üçün edilməsi lazım olan; Quran əxlaqının tam yaşanması və bu əxlaqın bir tələbi olan İslam Birliyinin təmin edilməsidir.
53) Müsəlmanların bir-birləri ilə vuruşması
İki böyük İslam ordusu bir-birləriylə müharibə etmədikcə qiyamət qopmayacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454, no. 831)
O günlərdə münasibətləri pozulmuş möminlər Dəccalın hədəfi olmaqdan xilas ola bilməzlər. (Hakim, Müstedrek, 4:529-530; Mehdi ve Deccal, səh. 93)
Əbu Hüreyrə belə söyləyir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular: “Müsəlmanlardan iki qrup aralarında vuruşmadıqca qiyamət qopmaz. Bunların aralarında böyük bir müharibə apararlar, lakin davaları birdir”. (Buhari, Fiten: 24, Menakıb: 25, İstitabe: 8; Müslim, İman: 248, Fiten: 17)
Peyğəmbərimiz 1400 il əvvəl bildirdiyi bu hədislərində zəmanəmizdə yaşanacaq bəzi hadisələrə diqqət çəkmişdir. Necə ki, hədislərdə xəbər verildiyi kimi, hicri 1400-cü illərin əvvəlindən etibarən bəzi müsəlman ölkələr arasında müharibə və qarşıdurmalar yaşanmışdır. İran-İraq müharibəsi və İraqın 1990-cı ildə Küveyti işğal etməsi bu müharibələrə nümunədir.
54) Müsəlmanların məruz qaldığı şiddətli bəlalar
Axırzamanda ümmətimin başına, sultanlarından şiddətli bəlalar gələr, belə ki, yerlər müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 12)
Vay bu ümmətə, o öldürən zalım məliklərdən ötrü. Bu zalımlar, özlərinə itaət edənlər istisna olmaqla, səssiz mütiləri (itaətkar insanları) belə qorxudarlar. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 13)
Liderlərin zülm etməsi… qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 143)…Fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz. Bu vəziyyət nəslindən bir insan (Mehdi) çıxana qədər davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 25)
(Qiyamətin bir əlaməti) Məscidlər içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərinə qalib gəlib onlara hökm etmələridir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450)
And içirəm ki, bu ümmətə elə (şiddətli) bəlalar gələcək ki, insan zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınacaq bir yer tapa bilməyəcək. Belə çətin bir vaxtda, Allah qohumumdan, mənim xanədanımdan bir kimsəni göndərəcək. (Ölüm-Kıyamet - Ahiret ve Ahirzaman Alametleri, səh. 437)
Bu hədislər, Mehdi gəlmədən əvvəl bəzi müsəlman ölkələrdə, din əxlaqından uzaq, zalım və qəddar xarakterli insanların hakimiyyətdə olacaqlarına işarə edir. Bu vəziyyət İsa Peyğəmbər və Mehdinin gəlişinin yaxınlaşdığını göstərən əlamətlərdən biridir.
Peyğəmbərimiz digər bir hədisində isə Axırzamanda səmimi möminlərin bütün bu təzyiqlərdən ötrü inanclarını gizlətmək və ibadətlərini gizlincə davam etdirmək məcburiyyətində qala biləcəklərini belə xəbər vermişdir:
Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi, bir dövr gələr ki, mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar. (İbni Sünni; Son Zamanlarla İlgili Hadisler, səh. 12)
Həqiqətən də bu gün İslam aləminin bir hissəsində hakimiyyətdə olan rəhbərlər müsəlman xalqa əziyyət verir və təzyiqçi və despot rejimləri ilə insanları əzirlar. Müsəlmanların dinlərini sərbəst yaşamaları və ibadətlərini yerinə yetirmələri əngəllənir, iqtisadi çətinliklər həyatı çətinləşdirir. Bir hissəsində isə, bələd olmayan rəhbərlərdən ötrü xalq müxtəlif bəlalara məruz qalır. Bu ölkələrdən bəzilərində yaşanan hadisələrin nümunələri bunlardır:
İran ilə apardığı müharibə nəticəsində 3 milyonluq əhalisinin təxminən bir milyonunu itirən İraqda, faşist diktator Səddam Hüseyn xalqına dözülməz işgəncələr və zülm tətbiq etmişdir.
1979-cu ildə Sovet Rusiyası tərəfindən işğal edildiyi gündən etibarən Əfqanistanda, Suriyalı müsəlmanlar Hafiz Əsədin 30 il davam edən diktatorluğu ərzində müxtəlif işgəncələrə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncələrin tətbiq olunduğu qətliamlarda bəzi şəhərlər tamamilə sıradan çıxdı.
Afrikanın ən kiçik ölkələrindən biri olan Cibuti, 1977-1991-ci illərdə, təxminən 2 min müsəlmanın qətlə yetirildiyi, 7 min insanın da heç bir səbəb göstərilmədən həbs olunub işgəncə gördüyü qatı bir rejimlə idarə olundu.
Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təxminən 20 il ərzində birbaşa müsəlmanları hədəf alan, general-mayor Məhəmməd Siad Barrenin (Mohamed Siad Barre) liderliyi altında təzyiqçi bir rejim tətbiq olundu.
Tunis, 31 il müddətində Həbib Burqibanın (Habib Bourguiba) diktatorluq rejimi altında idarə olundu. Özünü “həyat boyu prezident” elan edən Burqiba (Bourguiba) hakimiyyətdə olduğu müddətdə müsəlman xalqı təzyiq altında saxladı.
Bunu da qeyd etmək lazımdır ki, bəzi müsəlman ölkələrdə yaşanan bu vəziyyət əsil İslam əxlaqının tam mənasıyla bilinməməsindən qaynaqlanır. Müsəlmanlara təzyiq tətbiq edən rejimlərin ortaq istiqamətlərindən biri, bu rejimlərin təməllərinin din əxlaqına uyğun olmayan təzyiqçi, qol gücünə əsaslanan ideologiyaları mənimsəmələridir. Dolayısilə, edilməli olan bəhs edilən ideologiyalarla fikri istiqamətdə mübarizə aparmaqdır. Fikrən məğlubiyyətə uğrayan bir ideologiyanın ayaqda qalması qeyri-mümkündür. Müsəlmanların etməli olduqları şey, bir tərəfdən bu ideologiyaların nöqsanlarını və yanlış yönlərini göz qabağına gətirmək, digər tərəfdən də həqiqi din əxlaqından danışan insanları ən gözəl şəkildə doğru yola dəvət etmək olmalıdır. Quran əxlaqına olan bu üsulla, Allahın icazəsi ilə, bütün bu zülmlər bitəcək, müsəlman aləmi parlaq gələcəyə qovuşacaq.
55) Günahsız insanların öldürülməsi
Günahsız insanlar qətl edilənədək Mehdi çıxmayacaq və qətliamlara yerdə və göydəkilər, artıq təhəmmül edə bilməz hala gəldiyi zaman zühur edəcək… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 37)
Mehdi hər doqquzdan yeddisi öldürülənə qədər çıxmaz. Günahsız insanların öldürülməsi onlardandır. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz. Günahsızlar öldürüldüy zaman, onları öldürənlərdən yer və göy əhli nifrət edərlər… (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 35)
Mehdinin çıxışı ilə əlaqədar hədislərdə qətliamların yayılmasından bəhs edilərkən, bu qətliamların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilib. Daha əvvəl də vurğuladığımız kimi, bu gün demək olar ki, bütün müharibələrdə əsil hədəf mülki vətəndaşlardır. Qətliamlar da əsasən mülki və günahsız əhaliyə istiqamətli olaraq gerçəkləşdirilir, çox vaxt uşaqlar, yaşlılar və qadınlar qətlə yetirilir. Xüsusilə də özlərini müdafiə etmək imkanı olmayan bu insanların seçilmiş olması qətliamların irimiqyaslı olması, həyatlarını itirən insanların sayının isə yüksək olmasına səbəb olur.
Müharibələr və ya müxtəlif qarşıdurmalar vaxtı törədilən qətliamlarla yanaşı xüsusilə son illərdəki terrorist hərəkatlar da xalqın kütləvi şəkildə məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan, bu cür hücumların əsil yönəldiyi təbəqə əksəriyyətlə mülki vətəndaşlardır. Alış-veriş mərkəzləri, restoranlar, kafelər, məktəblər kimi müdafiəsiz, qadınların, gənclərin və uşaqların olduğu yerləri hədəf seçən bu hərəkatlardan ötrü dünyanın müxtəlif ölkələrində bir çox insan həyatını itirir.
56) İnsanların səbəbsiz yerə öldürülməsi
Əbu Hüreyrə belə söyləyir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular: “İnsanlar elə günlər görəcək ki, qatil nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilməyəcək”. (Müslim, Fiten: 56, (2908))
Cinayətlərdəki artım Axırzaman əlamətlərindən biridir. Qəzetlərdə, çox kiçik bir mübahisədən ötrü və ya qarşısındakı insanın reaksiyasını xoşlamadığını, dinlədiyi musiqidən narahat olduğunu irəli sürərək, çox az miqdarda pul əldə edəcəyini düşünərək insan öldürənlərin xəbərlərinə tez-tez rast gəlinir.
57) Hər yerdə qarğaşalığa səbəb olan fitnələr
Bu mütləqdir ki, yaxın gələcəkdə (bir-birini təqib edən) bəzi fitnələr olacaq. Sonra təkrar fitnələr olacaq. Sonra yenə fitnələr olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 375, no. 684)
…Sonunda da bəlalar, fitnələr və xoşlamayacağınız bir çox pis işlər isabət edəcək. Arxa-arxaya elə fitnələr gələr ki, sonra gələn getdikcə daha böyük olduğu üçün, əvvəl gələni asan və yüngül mövqeyində qoyar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Yuxarıdakı hədislərdə, dünyaya davamlı yayılan və uzun müddət davam edən bir fitnədən bəhs edilir. “Fitnə” sözü isə daha əvvəl ifadə edildiyi kimi; “müharibə, qarışıqlıq, dava, ixtilaf” kimi mənalarda işlədilir. Sözün bu mənaları düşünüldüyü zaman xüsusilə son bir əsrdir ki, hədisdə də ifadə edildiyi kimi, arxa-arxaya heç bitmədən davam edən müharibələr, daxili çəkişmələr, qarışıqlıq hadisələri dünyanın hər tərəfində bitmədən davam edir. Xüsusilə geridə qoyduğumuz 20-ci əsr “Müharibələr əsri” kimi adlanır. İçində olduğumuz 21-ci əsr yenə müharibələr və terror hadisələri ilə başlamışdır və hələ də bunlar dünyanın hər tərəfində davam edir.
20-ci əsrin müharibələrində 180 milyon insan həyatını itirdi. Bəşəriyyət tarixində ilk dəfə bir əsr ərzində bu qədər çox sayda insan müharibələr ucbatından həyatını itirdi. Yenə 20-ci əsrdə, hər biri ən azı 6000 nəfərin ölümünə səbəb olan təxminən 165 müharibə və qarşıdurma baş verdi.(29)
Son dövrdə dünyanın hansı bölgələrində müharibə və daxili qarışıqlıq yaşandığına baxdığımız zaman, dünyanın bir yerdə bitib digər yerdə başlayan fitnələrdən xilas ola bilmədiyini görmək mümkündür. Bosniya-Herseqovina, Kosova, İran, İraq, Əfqanistan, Çeçenistan, Fələstin, Kamboca, Efiopiya, Somali, Yəmən, Uqanda, Əlcəzair, Ruanda, Mozambik, Angola, Konqo, Liberiya, Burundi, Sudan, Livan, Argentina, Şimali İrlandiya, Salvador, Nikaraqua müharibələrin və daxili çəkişmələrin yaşandığı ölkələrdən sadəcə bəziləridir.
Dünya tarixi müharibələr və qarşıdurmalarla doludur, lakin 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində baş verən müharibələr, terror aktları və qətliamlar, bütün dünya tarixində baş verənlərdən bir çox xüsusiyyəti ilə seçilir. Daha əvvəl də bəhs edildiyi kimi, bu müharibələrdəki ölü sayı bütün müharibələrdəkindən xeyli çoxdur. Həmçinin, tarix boyu müharibələr həmişə regional səviyyədə qalmış, bir yerdən digərinə sıçrayaraq bütün dünyaya yayılmamışdır. Lakin 20-ci əsrdən başlayaraq bu qarşıdurmalar bütün dünyaya yayılmışdır. Ötən əsrdə müharibə və ya qarşıdurma görməmiş, terror hadisələrini yaşamamış tək bir ölkə belə yox kimidir.
20-ci əsr müharibələrini digərlərindən fərqləndirən digər bir xüsusiyyət isə, istifadə edilən silahların gücüdür. Tanklar, ağır toplar, bombardman təyyarələri, bu əsrdə meydana çıxmış ölüm maşınlarıdır. Digər tərəfdən nüvə silahlarından istifadə edilməsi nəticəsində olduqca dəhşətamiz qətliamlar yaşanmış, atom bombaları ilə yox edilən Xirosima və Naqasaki şəhərlərində təkcə bu müharibəni görən nəsillər deyil, bir və ya bir neçə nəsil sonrası da böyük zərərlər görmüşdür.
Hazırda bioloji müharibə ən böyük təhlükələrdən biri hesab edilir. Necə ki, 11 sentyabr terror hücumlarından sonra ABŞ-da mühüm ünvanlara məktublarla göndərilən qarayara basilləri bunun bir nümunəsidir. 2001-ci ilin oktyabrında, ABŞ-da mətbuat təşkilatları və siyasi təşkilatlara məktubla göndərilən qarayara basilləri, ikisi ölümlə nəticələnən 10 qarayara hadisəsinə səbəb olmuşdur.(30) Nəticədə, hədisdə bəhs edilən və dünyanın bir çox yerinə yayılan fitnənin, 20-ci əsrdə başlayan və 21-ci əsrdə davam edən müharibələr, qarşıdurmalar, qarğaşalıq və terror hadisələri olması ehtimalı çox yüksəkdir.
Bütün bunlar İsa Peyğəmbər və Mehdi ilə birlikdə yaradılacaq Qızıl Əsr dövrünün
58) Mehdinin çıxışından ümid kəsilməsi
İnsanların ümidsiz olduğu və “Mehdi filan heç yoxmuş” dediyi bir vaxtda Allah Mehdini göndərər… (Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 55)
Yuxarıdakı hədisdə Axırzaman əlamətlərindən birinin, insanların “Mehdinin gəlməyəcəyi istiqamətində” ümidsizliyə qapılmaları olduğu bildirilir. Bu ümidsizliyin yayılması, İsa Peyğəmbərin da gəliş əlamətlərindən biridir.
Axırzamanda müharibələr, yoxluq, aclıq, ədalətsizlik, əxlaqi tənəzzül və müxtəlif epidemik xəstəliklərlə iç-içə yaşayan insanların böyük əksəriyyəti bütün bu mənfiliklərin aradan qalxacağına dair inanclarını itirərlər. Müsəlmanlar arasında da bir çox insan, Qızıl əsrin başlayıb, İslam əxlaqının dünya üzərində hakim olacağı istiqamətindəki ümidlərini itirər və fitnələrin artaraq davam edəcəyinə inanar.
Necə ki, dövrümüzdə bu ruh halının nümunələri tez-tez görünür. Peyğəmbərimizin İsa Peyğəmbərin yer üzünə qayıtması, Mehdinin zühuruyla birlikdə yaşanacaq gözəlliklərlə əlaqədar çox sayda hədisi olmasına baxmayaraq, bir çox insan belə bir dövrün olmayacağını zənn edir. Məhz bu zənn də Axırzaman əlamətlərindən biridir. Həqiqi din əxlaqının hakimiyyəti, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir vaxtda, Allahın insanlara olan rəhməti sayəsində başlayacaq.
Halbuki Allahın icazəsi ilə İsa Peyğəmbər yaşadığımız bu əsrdə təkrar dünyaya qayıdacaq, Mehdi zühur edəcək və həqiqi din əxlaqı bütün dünyaya hakim olacaq. Yer üzü o gəlmədən əvvəl necə zülm və haqsızlıqla doludursa, o gəldikdən sonra, Rəbbimizin icazəsi ilə, ədalət, sülh, təhlükəsizlik və bərəkətlə dolacaq.
59) Kasıblıq və aclıq
Kasıblar çoxalacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahir Zaman Alametleri, səh. 455) Aclıq və həyat bahalılığı mümkün qədər yayılacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 440)
Dəccalın zühurundan üç il əvvəl, olduqca böhranlı günlər olacaq, aclıq hökm Mehdinin gəlişindən əvvəl yaşanılacaq aclıq və yoxsulluqla bağlı, Peyğəmbərimizin yuxarıdakı hədislərə bənzər bir çox hədisi var. Şübhəsiz ki, tarix boyu aclıq və səfalət həmişə olmuşdur. Lakin Axırzamanda yoxsulluq bütün dünyada böyük miqyasda artacaq. Həmçinin bu vəziyyət İsa Peyğəmbərin gəlişinin xəbərçisidir.
Bu gün dünyanın hər tərəfində yeyilən və içilən şeylərdən məhrum, qeyr-sağlam şərtlər altında yaşayan, sığınacaq bir yer tapa bilməyən insanlar var. Bu vəziyyət Afrika, Asiya, Cənubi Amerika başda olmaqla, Amerika və Avropa ölkələrində də intensiv şəkildə davam edir. İnsanların kiçik bir hissəsi çox böyük rifah içində yaşadığı halda, 2 milyarda yaxın insan aclıq sərhədində yaşayır. 2000-ci illərə girərkən yazılan bir məqalədə dünyanın içində olduğu vəziyyət belə açıqlanır:
Yeni min illiyə addım atarkən, hər gün yoxsulluqla əlaqəli səbəblərdən ötrü 35 000 uşağın həyatını itirdiyi bir dünya ilə qarşı-qarşıya gəlirik. Bu da hər 2,5 saniyədə bir uşağın öldüyünü göstərir. Elə bir dünya ilə qarşılaşırıq ki, yoxsulluq sərhəddinin altındakı insan sayı gün keçdikcə artır və son zamanlarda bu göstərici 1,5 milyarddır. Bu, Çinin əhalisindən daha çox, Avropa İtifaqının ümumi əhalisinin dörd mislinə bərabərdir.
Dünyanın ən zəngin üç ailəsinin sərvətləri birləşdirildiyi zaman, ən az inkişaf etmiş ölkələrdəki 600 milyon insanın illik gəlirlərindən daha çox edir. Bununla yanaşı, dünyanın ən kasıb 80 ölkəsindən çoxunun adambaşına illik gəliri 10 il əvvəlkinə görə daha aşağıdır.(31)
Hazırda bütün dünyada kasıblıq çox ciddi ölçülərə çatmışdır. BMT Uşaq Fondunun (UNİCEF) son hesabatı nəzərə alınsa, dünya əhalisinin dörddə bir hissəsi “təsəvvüredilməz çətinlik və yoxsulluq şəraitində” yaşayır.(32) Bir milyard üç yüz milyon insan gündə 1 dollar, üç milyard insan da gündə 2 dollar ilə dolanır.(33) Təxminən bir milyard üç yüz milyon insan təmiz sudan, iki milyard altı yüz milyon insan təməl səhiyyə xidmətlərindən məhrumdur.(34)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2000-ci il hesabatına görə, 826 milyon insan qeyri-kafi qidalanır. Digər bir sözlə, hər altı nəfərdən biri aclıq çəkir.(35)
Gəlir paylanmasındakı ədalətsizlik də son bir neçə on il ərzində həddindən artıq dərəcədə, təsəvür ediləndən xeyli böyümüşdür. BMT mənbələri göstərir ki, 1960-ci ildə dünya əhalisinin ən kasıb 20%-i ilə ən zəngin 20%-i arasındakı gəlir nisbəti 1-in nisbəti 30-a (1/30) olduğu halda, 1995-ci ildə 1-in nisbəti 82-yə (1/82) olmuşdur.(36) Sosial ədalətdəki tənəzzülə bir nümunə isə, dünyanın ən zəngin 225 nəfərinin sərvətinin dünya əhalisinin 47%-nin illik gəlirinə bərabər olmasıdır.(37)
Statistik məlumatların ortaya qoyduğu bu aktual məlumatlar eyni zamanda, Peyğəmbərimizin bəhs etdiyi kasıblığın artacağı xəbərinin də göstəriciləridir. Peyğəmbərimizin işarə etdiyi dövrün dövrümüzün şərtlərini təsvir etdiyi aydındır. Keçmiş əsrlərə baxıldığı zaman, quraqlıq, müharibələr və ya fəlakətlər kimi səbəblərlə sıxıntı və çətinliklər yaşandığı lakin bunların müvəqqəti və regional səviyyədə qaldığı görülür. Halbuki yaşadığımız dövrdə yaşanılan kasıblıq və dolanışıq çətinliyi daimi, Şübhəsiz ki, Rəbbimiz sonsuz şəfqət və mərhəmət sahibidir; insanlara zülm edən deyildir. Əlbəttə ki, belə hallar dini, əxlaqi və vicdani dəyərlərdən məhrum, eqloistlik və mənfəət əlaqələri üzərində qurulmuş bir dünya sisteminin labüd nəticəsidir. Necə ki; “insanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq, quruda və dənizdə fəsad ortaya çıxdı. Ümid olunur ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir hissəsini özlərinə daddırır” (Rum surəsi, 41) ayəsində dünyadakı fitnənin səbəbinin insanların Allahın dinindən üz döndərmələri olduğu xəbər verilir.
Qızıl əsrin başlamasıyla birlikdə bütün bu çətinliklər aradan qalxacaq. Aclıq, yoxsulluq və səfalət, öz yerini bolluq, bərəkət və zənginliyə verəcək. O dövrdə ehtiyac və yoxluq içində heç bir insan qalmayacaq, din Allahın Quranda təsvir etdiyi kimi yaşanacaq və insanlar; “onların mallarında dilənib istəyən (və iffətindən ötrü istəməyib) yoxsulun olan üçün də bir haqq vardır” (Zəriyət surəsi, 19) ayəsində bildirildiyi kimi, mallarını ehtiyac sahiblərinə paylayacaqlar. Onsuz da İslam əxlaqının yaşandığı bir cəmiyyətdə bəzi insanların varlı, bəzi insanların isə yoxsul olması da qeyri-mümkündür. Çünki əgər bir insan iman gətiribsə, Allahın; “yoxsula yemək verməyə dəstək olmazdı. Bundan ötrü də bu gün, özü üçün heç bir mehriban dost yoxdur” (Haqqə surəsi, 34-35) ayələrində bildirdiyi vəziyyətə düşməkdən qorxar. Bu da cəmiyyətdə böyük ictimai ədalət, rifah və bərəkətin yaranmasına vəsilə olar.
60) Quraqlıq
Dəccalın çıxmasından əvvəl, səma üç il yağışını tutar. Birinci ildə normal yağışın üçdə bir hissəsini tutub üçdə iki hissəsini yağdırar. Yer üzü bitkisinin üçdə bir hissəsini bitirməz. İkinci ildə səma normal yağışının üçdə iki hissəsini yağdırmaz. Yer üzü də bitkisinin üçdə iki hissəsini bitirməz. Üçüncü ildə isə səma bütün yağışını kəsər, yer üzü də bitkisindən heç bitirməz. (Ebu Davud, İbni Mace, Taberani; Geleceğin Tarihi 3, səh. 241)
Hədisdə xəbər verildiyi kimi, yer üzündə yaşanılacaq quraqlıq Dəccalın çıxışından əvvəl baş verəcək hadisələrdən biridir. Necə ki, yaxın keçmişdə quraqlıq dünyanın bir çox ölkəsinə təsir etmişdir.
Quraqlıq mövzusunda son illərdə qəzetlərdə bəhs edilən xəbərlərdən bəziləri isə belədir:
Hər il 100 milyon hektar məhsuldar sahə yox olur.
Səhralaşmanın, 110 ölkədə bir milyarddan artıq insanı təhdid etdiyi vurğulanarkən, daha çox gecikmədən, təsirli bir mübarizə proqramının tətbiq edilməsi istənilir. (02.09.2003 ntvmsnbc)
Ümumdünya Ətraf Mühit Gününün bu ilki mövzusu “su” Birləşmiş Millətlər Təşkilatı (BMT), Ümumdünya Ətraf Mühit Günündə su çətinliyinə diqqət çəkərək, su problemi ucbatından 2 milyard insanın ölümlə üz-üzə olduğunu bildirdi. (05.06.2003 ntvmsnbc)
Dünyada quraqlıq həyəcanı 2025-ci ilə qədər susuzluğun, dünyada hər 3 insandan birini təhdid edəcəyi ifadə bildirildi. (15.08.2001 ntvmsnbc)
Lakin Peyğəmbərimizin digər hədislərində bu quraqlıqdan sonra yağışlarda artım olacağı da xəbər verilmişdir. Quraqlığın yaşanması kimi, yağışlarda artım olması da, İsa Peyğəmbərin gəliş əlamətlərindəndir.
61) Müəyyən illərdə pozulan iqtisadiyyat
İnsanlar 95-ci ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97-ci və ya 99-cu ildə mülkləri zay olacaq… (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 54)
Bu hədisdə Axırzamanda necə bir iqtisadi vəziyyət olacağı ilə əlaqədar daha təfsilatlı məlumatlar verilir.
Hədisdəki “95-ci il” şəklindəki ifadə ilə 1995-ci ilə diqqət çəkilə bilər. 1995-ci il insanların nisbətən daha firavan bir həyat yaşadıqları, həyat şərtlərinin çox çətinləşmədiyi bir dövrdür. Necə ki, hədisdə bu il ərzində “işlərin yaxşı gedəcəyi” xəbər verilir. Yəni bu dövrdə insanlar həyatlarını yaşaya biləcək gəlir səviyyəsinə sahibdirlər və hələ də mülk əldə edə biləcək qədər zəngindirlər. Lakin 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıbçılıq və yoxluğun artdığı bir dövrdür. Bu illər arasında malın və mülkün dəyəri qalmayacaq. Yaxın keçmişdə Argentina nümunəsində də göründüyü kimi, bu hadisə baş vermişdir.
62) Ticarət və yolların kəsilməsi
Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman… (Kitab-ül Burhan fi Mehdi çıxmadan əvvəl, millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 39)
Zəmanəmizdə ölkələr arasında aparılan ticarət və iqtisadi əməkdaşlıq müqavilələrinə baxmayaraq, təhlükəsizlik narahatlığı bəzi hallarda ticarət fəaliyyətlərinə mane olur. Məsələn, dünyanın bir çox bölgəsindəki yeraltı resursların digər bölgələrə daşınması mövzusunda yaşanılan problemlərin mühüm hissəsi təhlükəsizlik mahiyyətlidir. Dünyanın müxtəlif guşələrindəki qarşıdurmalar və gərginliklər iqtisadi əməkdaşlıqlara maneə törədir və cəmiyyətlər arası ticarət fəaliyyətləri çox məhdud səviyyədə baş tutur.
63) Qazancın azalması
Hər kəsin az qazancdan gileylənməsi… Zənginlərə pullarına görə hörmət göstərilməsi… (Kıyamet Alametleri, səh. 146)
Bazarın durğun olması, qazancların azalması… (Kıyamet Alametleri, səh. 148) İşlərin kasad getməsi. Hər kəs; “sata bilmirəm, ala bilmirəm, qazana bilmirəm!” deyə gileylənəcək. (Kıyamet Alametleri, səh. 152)
İqtisadi çətinliklər bu gün bir çox ölkənin ən mühüm problemlərindən biridir. İnsanlar dolanışıqlarını təmin edəcək gəliri qazana bilmir, bəzən isə məhsullarını satacaq alıcı belə tapa bilmirlər. Yoxsulluq və gəlir bölgüsündəki bərabərsizliklə mübarizə aparmaq məcburiyyətində qalan bəzi ölkələrdə də bu vəziyyət, ictimai nizamı sarsıdır, qarğaşalığa səbəb olur. Argentinada iqtisadi tənəzzüldən ötrü yaşanan qarşıdurmalar bu vəziyyətin nümunələrindən biridir.
64) Milli sərvətin zənginlər arasında bölüşdürülməsi
“…On beş şeyi etməyə başladıqda ona böyük bəlanın gəlməsi vacib olar!” deyə buyurmuşdu. (Yanındakılar:) “Ey Allahın Rəsulu! Bunlar nələrdir?” deyə soruşdular. Əleyhissalatu vəssalam saydı: “Qənimət (yəni milli sərvət, fəqir-füqəraya çatmadan yalnız zəngin və mövqe sahibi insanlar arasında) dövr edən bir əmtəə halına gəlsə”. (Tirmizi, Fiten: 39, (2211))
Peyğəmbərimizin qiyamət əlaməti kimi xəbər verdiyi bu vəziyyət hazırda bütün dünya intensiv şəkildə yaşanır. Bu gün dünyanın ən zəngin insanları dünyadakı sərvətlərin böyük hissəsini nəzarətləri altında saxladıqları bir vaxtda, milyardlarla insan kasıblıq və aclıq içində yaşayır. Təkcə Afrika qitəsindəki milyonlarla insanın yaşadığı aclıq və səfalət bütün dünyanın gözləri qarşısında davam edir.
Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildə verdiyi açıqlamada, 2 milyard insanın gündə 2 dollar, 1 milyard insanın isə təxminən 1 dollarla dolanmaq məcburiyyətində qaldığını ifadə etdi. Təşkilatın mətbuat açıqlamasında, dünyanın ən yoxsul 20%-i ilə ən zəngin 20%-i arasındakı uçurumun, son 40 ildə iki qat dərinləşdiyi də vurğulandı.(38)
“Radikal” qəzetinin 23 sentyabr 2000-ci il tarixli sayında isə “Forbes” jurnalının ən zəngin 400 ABŞ-lı siyahısındakı insanların 1,2 trilyon dollara çatan sərvətlərinin, Türkiyənin milli gəlirinin altı mislinə bərabər olduğu açıqlandı. “ABŞ-ın ən zəngin insanı “ünvanını uzun müddət əlində saxlayan Microsoft şirkətinin başçısı Bill Qeytsin (Bill Gates) 63 milyard dollar olaraq təxmin edilən sərvətinin, 25 milyon əhalisi olan Perunun milli gəlirindən daha çox olduğu halda, Türkiyənin 200 milyard dollarlıq milli gəlirinin üçdə bir hissəsinə bərabər olduğu bildirildi. Xəbərdə ABŞ-ın ən zəngin dördüncü insanı Uorren Baffettin (Warren Buffet) 28 milyard dolları keçən fərdi sərvətinin, əhalisi 2 milyondan çox olan neft zəngini Küveytin milli gəlirini geridə qoyduğu halda, siyahıda 21-ci yerdə gələn Ted Törnerin (Ted Turner) 9,1 milyard dollarlıq sərvətinin 2,7 milyon əhalisi olan Panamanın milli gəlirinə bərabər böyüklükdə olduğu açıqlandı. Ortaya çıxan mənzərə, milli və beynəlxalq miqyasda yoxsulların nisbəti artdığı halda, zənginlərin getdikcə daha da zənginləşdiyini, ən zənginlər siyahısını təşkil edən 400 insanın ümumi sərvətinin bir ildə 20% artdığını göstərir.(39)
“Akşam” qəzetinin 2 fevral 2003-cü il tarixli sayında isə dünyadakı gəlir bölgüsündəki bərabərsizlik belə ifadə edilirdi:
Bəşəriyyətin ən əhəmiyyətli problemi: 2003-cü il Dünya İnkişaf Hesabatına görə, ölkələrarası gəlir bərabərsizliyi getdikcə daha da dərinləşir.
Hesabat, dünya gündəmindəki ən mühüm inkişaf probleminin, gəliri gündə 2 dollardan aşağı olan üç milyard insana istehsala töhfə verə biləcəyi bir iş imkanı və olduqca yaxşı bir həyat keyfiyyəti təmin etmək olduğuna işarə edir. Bu gün dünya sülhünü təhdid edən faktorların başında qlobal yoxsulluq ilk cərgələrdə gəlir.
Dünyanın vəziyyəti: Bu gün ən zəngin 20 ölkədəki orta gəlir, dünyanın ən yoxsul 20 ölkəsindəki orta gəlirin 37 mislidir. Ən zənginlərin 20%-nin yaşadığı inkişaf etmiş ölkələr Dünya Ümumi Milli Məhsulunun 86%-ni, ixracat bazarlarının 82%-ni, bütün xarici investisiyaların 68%-ni, bütün telefon xətlərinin 74%-ni əllərində saxladıqları halda, bütün bu sahələrdə ən yoxsul 20%-in payı isə heç vaxt 1,5%-i keçmir.
Digər tərəfdən ən zəngin 20% ilə, ən yoxsul 10% arasında fərq 1960-cı ildə 30-a 1 olduğu halda, 1990-cı ildə 60-a 1, 1997-ci ildə 74-ə 1, 2000-ci ildə isə 79-a 1 olmuşdur. İfrat yoxsulluq içində yaşayanların, yəni gündəlik gəliri bir dollardan aşağı olanların sayı 1 milyard 200 milyonu keçmişdir.
Bu gün dünyadakı ən zəngin 3 insanın sərvətləri 600 milyon insanın yaşadığı ən Dünyadakı təbii ehtiyatların 80%-i dünya əhalisinin 16%-i tərəfindən istehlak edildiyi halda, dünya əhalisinin beşdə bir hissəsi də təmiz su mənbələrindən belə məhrumdur. Təkcə ishaldan ölənlərin sayı ildə 50 milyonu ötür. İnkişafda olan ölkələrdə əhalinin böyük hissəsi çöllərdə yaşadığı halda, bu torpaqlardakı təbii ehtiyatların azalması nəticəsində bu ölkələr daha da yoxsulluğa gedir. O qədər ki, yoxsulluq həddindən aşağı yaşayan ölkələrdəki qadın və uşaqlar vaxtlarının 4-5 saatını yandırılası odun axtarmağa, 4-6 saatını isə su tapmaq və hərəkət üçün sərf edirlər”.(40)
Bu vəziyyət Peyğəmbərimizin hədislərində açıqca bildirdiyi kimi, bir Axırzaman əlamətidir. Rəbbimizin icazəsi ilə bu, İsa Peyğəmbərin gəlişinin və Mehdinin açıqca zühur etməsinin çox yaxın olduğunun və insanların bu yoxsulluq və çətinliklərdən xilas olacağı Qızıl əsrin bir müjdəçisidir. Qızıl əsrdə dünyanın içində olduğu bu vəziyyət tamamilə dəyişəcək. Çünki bu dövrdə Quran əxlaqı tam yaşanacaq. Həmçinin Allah Quranda insanlara belə əmr etmişdir:
…Belə ki, (bu mallar və sərvət) aranızdakı zənginlər arasında dövr edən var-dövlət olmasın. Rəsul sizə nə versə, artıq onu götürün, sizə nəyi qadağan etsə, artıq ondan çəkinin və Allahdan qorxun. Şübhəsiz ki, Allah, cəzası şiddətli olandır. (Həşr surəsi, 7)
65) Zəlzələlərin çoxalması
Şübhəsiz ki, tarix boyunca çox az təbiət hadisəsi zəlzələlər qədər insanlara təsir etmişdir. Hər an, hər yerdə baş verə bilən zəlzələlər əsrlər boyu çox sayda insanın ölümünə və astronomik ölçülərdə maddi zərərə səbəb olmuş, bu xüsusiyyətlərindən ötrü insanlar üçün qorxu mənbəyi olmuşdur. 20-ci və 21-ci əsrin texnologiya şəraiti belə zəlzələlərin vurduğu ziyanın təkcə müəyyən ölçülərdə qarşısını ala bilmişdir.
Texnologiyanın, özlərinə təbiətə hökm edə biləcəyi yanılmasına qapılan bəzi insanlara isə daha əvvəl ifadə etdiyimiz kimi, 1995-ci ilədki Kobe zəlzələsi mənalı dərs vermişdir. Xatırlandığı kimi, Yaponiyanın böyük sənaye və nəqliyyat mərkəzində yaşanan zəlzələ heç gözlənilməz bir zərərə gətirib çıxartmışdır. Bu zəlzələ yalnız 20 saniyə davam etməsinə baxmayaraq, “Time” jurnalında ifadə edildiyinə görə, 100 milyard dollar yaxın zərərə səbəb olmuşdur.(41)
Bütün bu hadisələr Peyğəmbərimizin 1400 il əvvəl söylədiyi bu sözləri ağla gətirir:
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… zəlzələlər çoxalacaq… (Ramuz-El Ehadis, 476/11)
Qiyamətdən əvvəl iki böyük hadisə var… və sonra da zəlzələli illər. (Ramuz-El Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz günlər yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər dağıdacaq… (Kıyamet Alametleri, səh. 146)
Anlaşmazlıqlar və tez-tez zəlzələlər baş verəcək… (Kıyamet Alametleri, səh. 166) Son bir neçə il ərzində baş verən böyük və davamlı zəlzələlər, dünya ictimaiyyətinin gündəmində davamlı ilk cərgələrdə gəlir. ABŞ Milli Zəlzələ İnformasiya Mərkəzinin məlumatlarına görə 1999-cu ildə, yer üzündə kiçik və ya böyük gücdə 20 832 zəlzələ baş vermişdir. Bu zəlzələlər nəticəsində rəsmi açıqlamalara görə təxminən 22 711 insan həyatını itirmişdir.(42)
Keçmişə baxdığımız zaman zəlzələ sayının çox az olduğunu görərik. ABŞ Geoloji Araşdırma Təşkilatının (USGS) hesabatlarına görə 1556-1975-ci illər arasındakı təxminən 400 ildə baş verən 5 bal və daha böyük gücdəki zəlzələlərin sayı cəmi 110-dur. Eyni təşkilatın açıqlmasına görə, 1980-2003-ci illər arasında təkcə 23 il müddətində baş verən 6,5 bal və daha böyük gücdəki zəlzələlərin sayı isə 1685-dir.(43) Şübhəsiz ki, bu göstəricilər hicri 1400-cü ilin əvvəlindən etibarən zəlzələlərin sayındakı artımı çox açıq şəkildə göstərir.
Quranda da zəlzələ ilə qiyamət arasındakı əlaqəyə işarə edən ayələr var. Quranın 99-cu surəsinin adı Zəlzələ (böyük sarsıntı, zəlzələ) surəsidir. Səkkiz ayədən ibarət olan bu surədə yerin şiddətli sarsıntısı təsvir edilir, bunun ardınca da qiyamət günü insanların dirildiləcəkləri və Allahın hüzurunda hesab verəcəkləri, etdikləri əməllər zərrə ölçüsündə belə olsa onların qarşılığını alacaqları bildirilir:
Yer, o şiddətli sarsıntı ilə sarsıldığı, Yer, ağırlıqlarını çölə atıb çıxartdığı, Və insan: “Buna nə olur?” dediyi zaman, O gün (yer) xəbərlərindən danışacaq. Çünki sənin Rəbbin ona vəhy etmişdir. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə atılıb çıxarlar. Artıq kim zərrə qədər yaxşı iş görsə, onu görər. Artıq kim zərrə qədər şər (pislik) işləsə, onu görər. (Zəlzələ surəsi, 1-8)
66) Torpaq çökmələri
(Qiyamət) əlamətlərinin ilki torpaq çökmələridir… (Ölüm-Kıyamet-Ahiret ve Bu ümmətin sonradan gələn nəsilləri öncədən gəlib keçənləri (müxtəlif ittihamlar və bəhanələrlə) təhqir etdiyi zaman artıq qırmızı küləkləri, yerə batmağı (həsfi) və ya surət dəyişdirməyi (məshi) və ya göydən daş yağmasını (kəzfi) gözləyin. (Tirmizi, Fiten: 39, səh. 2211; Kütüb-i Sitte, 14-cü cild, səh. 341)
Axırzamanda əyləncələrin və çəngilərin meydan aldığı və içkinin də mübah sayıldığı zaman yerə batma, daş yağma zühur edəcək və insan qılığından çıxma olacaq. (Ramuz El Ehadis, 2-ci cild, səh. 302/8)
67) Evlərin məzar olması
“İnsanlara ölüm gəlib evlər məzar olduğu zaman halın necə olar?” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 392, no. 726)
68) Külək və qasırğalar
Qiyamətdən əvvəl on əlamət görmədən O, qopmayacaq. Onuncusu, insanları dənizə atacaq qasırğadır…
Onuncusu insanları dənizə atacaq küləkdir… (Kıyamet Alametleri, səh. 288) “Şəhərlərin yox olmasına” səbəb olan digər bir faktor da təbii fəlakətlərdir. Təbii fəlakətlərin yaşadığımız dövrdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Son on ildə baş verən iqlim dəyişikliklərinin səbəb olduğu fəlakətlər dönüş nöqtəsi kimi qəbul edilir. Amerika Milli İqlim Məlumat Mərkəzinin qeydlərinə görə 1998- ci ildə çox sayda iqlimlə əlaqədar fəlakət baş vermişdir.(44) Məsələn, müşahidəçilər, 1998 Mitch qasırğasının Mərkəzi Amerikanın tarixində baş verən ən pis fəlakətlərdən biri olduğunu müəyyənləşdiriblər.(45) 26 oktyabr 1998-ci il tarixində meydana gələn Mitç qasırğası Honduras və Nikaraquada 10 000-dən artıq insanın ölümünə səbəb olmuşdur.(46)
Ötən əsrin son illərində baş verən ən mühüm atmosfer hadisələrindən bir neçəsi belədir:
1987-ci ilin oktyabr ayında Cənub-Şərqi İngiltərə 1703-cü ildən bəri baş verən ən böyük fırtına ilə üzləşdi. Fırtınadan ötrü təxminən 15 milyon ağac devrildi və meşələrin böyük hissəsi yox oldu. Təkcə 16 insanın öldüyü fırtınada binalar böyük ziyan gördü, gəmilər sahilə sürükləndi.(47)
20 mart 1998-ci ildə Corciya ştatında baş verən tornadodan ötrü 12 insan ölmüşdür.
27 may 1997-ci ildə Texasda baş verən tornadodan ötrü ölən insan sayı 27-dir. 13 may 1996-cı ildə Banqladeşin qərbində baş verən fırtınalar nəticəsində təxminən 500-1000 ölüm halı yaşanmışdır. Eyni fırtınalar 30 000 insanın yaralanmasına və 100 000 insanın evsiz qalmasına səbəb olmuşdur.
1992-ci ildə Endryu qasırğasının vurduğu ziyan təkcə Meksika körfəzində təxminən yarım trilyon dollardır. Endryu qasırğası, Baham adalarında isə təxminən 250 milyon dollar ziyana səbəb olmuşdur. ABŞ-nın şərqində 2 milyona yaxın insan qasırğadan ötrü evlərindən evakuasiya olunmuşdur.(48)
2002-ci ilin avqust ayında Avropanın orta və şərq bölgələrində təsirli olan sellərdə ölənlərin sayı 114-ə çatmışdır. 21 sentyabr 2003-cü ildə Cənubi Koreyada, son 40 ildə baş verən ən şiddətli qasırğa nəticəsində isə 2 gündə təxminən 200 insan ölmüşdür.(49)
Son illərdəki qasırğa, fırtına, tufan və tornado kimi fəlakətlər də başda Amerika qitəsi olmaqla, dünyanın bir çox yerində dağıdıcı ziyana səbəb olmuşdur. Bunlarla yanaşı, sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına gətirib çıxartmışdır. Həmçinin zəlzələlər, vulkanlar və sunami dalğalarının törətdiyi böyük təxribatlar da unudulmamışdır. Nəticə etibarilə, bütün bu fəlakətlərin “böyük şəhərlərdə” səbəb olduğu dağıntılar mühüm işarə olmuşlar.
69) Şiddətli yağışın yağması
Ev və daxma qoymayan şiddətli yağış yağana qədər qiyamət qopmaz. (Kıyamet Almetleri, səh. 253)
Göydən şiddətli yağış yağıb daş binalar istisna olmaqla, bütün kərpic evlər dağılmadıqca qiyamət qopmaz. (Ahmed b. Hanbel, Müsned 13/291, Hadis no. 7554)
İnsanlara YAĞIŞIN BOLLUĞU, lakin məhsuldarlığın azlığıyla səciyyələnən aldadıcı illər gələcək. O dövrdə yalançı insan təsdiqlənəcək, DOĞRU İNSAN YALAN SAYILACAQ; XAİN İNSANA ETİBAR EDİLƏCƏK, ETİBARLI İNSAN XAİNLİKLƏ İTTİHAM EDİLƏCƏK… (İbn-i Mace: 4036)
İntensiv yağışlardan ötrü sel fəlakətlərinin çoxalması qiyamətdən əvvəl yaşanacaq Axırzamanın işarələrindən biridir. Ötən günlərdə dünyanın müxtəlif bölgələrindən gələn sel fəlakəti xəbərləri də yaşadığımız dövrün Axırzaman olduğunu təsdiqləyən Peyğəmbərimiz, bundan 1400 il əvvəl yaşadığımız Axırzamanda çoxalan yağışların ciddi fəlakətlərə səbəb olacağını hədislərində bildirmişdir:
Tarixin heç bir dövründə olmadığı qədər çox sayda fəlakət xəbərini hər gün televiziyalarda izləyir, qəzetlərdə oxuyuruq. Təbii fəlakətlərin son illərdə həm say, həm də böyüklük etibarilə artdığı statistik həqiqətdir. Yaşadığımız dövrdə yaşanan təbii fəlakətlər dünyanın bir çox ölkəsində milyonlarla insana təsir etmiş və hesablana bilməyəcək böyüklükdə maddi ziyana gətirib çıxartmışdır. Son illərdə sellərdən ötrü yaşanan itkiləri araşdırmalı olsaq, Axırzamanın mühüm əlamətlərindən birinin baş verməkdə olduğunu çox açıq şəkildə görə bilərik.
2008-ci ildə Hindistanda iyun-sentyabr ayları arasındakı yağışlardan ötrü yaranan sel fəlakətində mindən artıq insan öldü. Pakistanda son dövrlərdə şiddətli yağışların səbəb olduğu sellər nəticəsində 32 insan həyatını itirdi. Çində ötən ilin may ayında baş verən şiddətli zəlzələnin mərkəzi olan Vınçüen şəhəri, intensiv yağışların təsiri altında qaldı. Bəzi bölgələrdə ciddi sel fəlakəti və torpaq çökməsi baş verdi. Təxminən 1 milyon 880 min insanın həyatına təsir edən bu fəlakətlər nəticəsində 8 insan həyatını itirdi.
Çində ötən ay şiddətli yağışlardan ötrü baş verən sel fəlakəti nəticəsində 7 nəfər öldü, 22 nəfər isə yoxa çıxdı. Vyetnamın şimalındakı bölgələrdə bu ayın əvvəlində şiddətli yağışların səbəb olduğu sel və torpaq çökmələri nəticəsində 22 insan həyatını itirdi, 14 insan itkin düşdüyü bildirildi. Sel fəlakətləri bəzi Avropa ölkələrinə də təsir göstərdi. İngiltərənin şimal bölgəsində ötən ay və bu ay öz təsirini göstərən leysan yağış və su basqınları həyata mənfi təsir göstərdi. Çexiya Respublikasında da ötən ayın son həftəsində öz təsirini göstərən yağışların səbəb olduğu sellər nəticəsində 13 insan öldü. Şiddətli yağış, xüsusilə ölkənin cənub hissəsini öz təsiri altına aldı.
2000-ci ildə Mozambikdə 1 milyon insan sel ucbatından evsiz qaldı. 2002-ci ildə Hindistan, Nepal və Banqladeşdə mövsümi musson yağışlarının törətdiyi fəlakətlər nəticəsində təxminən 1000 insan öldü. Çində 2003-cü ildə baş verən şiddətli yay yağışları nəticəsində 2000 insan öldü, 300 min insan evsiz qaldı. 1991-ci ildə Banqladeşdə baş verən sel hadisələrindən sonra 120 000-dən artıq insan öldü, milyonlarla insan evsiz qaldı.
2007-ci ildə Asiyada sellərdən ötrü 216 insan öldü, 20 milyon insan evsiz qaldı. 2007-ci ildə Şimali Koreyada ifrat yağışların səbəb olduğu sel fəlakəti nəticəsində 214 insan öldü, 80 insan itkin düşdü.
2007-ci ildə Meksikada sel fəlakətindən ötrü evləri uçan 500 min insan evsiz qaldı. Mehdinin zuhuru vaxtı cüt quyruqlu bir ulduz çıxacaq və elə parlaq olacaq ki, bütöv ay kimi parlayacaq. Bu ulduzun çıxışından sonra elə çox yağış yağacaq ki, böyük ziyan olacaq. Lakin xalq bu yağışları sevinclə qarşılayacaq. Çünki bundan əvvəlki 3 ildə heç yağış yağmamış olacaq. (12. İmam, Murtaza Lakha, R &K Tyrell mətbəəsi, Londra, CÜT QUYRUQLU ULDUZUN GÖRÜNMƏSİNDƏN 3 İL ƏVVƏL YAŞANACAQ QURAQLIQ VƏ BUNDAN SONRA YAŞANACAQ SEL HADİSƏLƏRİ:
-
“Lulin” quyruqlu ulduzu, 24 fevral 2009-cu ildə dünyaya ən yaxın məsafədən keçmişdir.
-
Eyni hədisdə bildirildiyi kimi, digər ulduzlardan fərqli olaraq iki quyruğa malikdir və parlaqlığı digər ulduzlardan 6 qat daha çoxdur.
-
Hədisdə deyildiyi kimi, ulduzun görünməsindən əvvəlki 3 il ərzində yağışlar dünyada olduqca azalmış və bir çox bölgədə quraqlıq yaşanmışdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneldə, “İqlim Dəyişikliyi 2007” hesabatına görə 2007-ci il və sonrasındakı bir neçə ildə, yağış yağmayan bölgələrin daha da quraqlaşacağı və buralarda aclıq və xəstəliklərin artacağı bildirilmişdir.
-
Eyni hədisdə bildirildiyi kimi, 2009-cu ilin mart ayında Dim su anbarının qapaqları ifrat dolma nəticəsində qırılmış və minlərlə insan evlərindən evakuasiya edilmək məcburiyyətində qalmışdır. Hazırda yaşanan sel fəlakətləri də bu yağış artımının nəticəsidir.
-
9 SENTYABR 1979-CU İLDƏ İSTANBULDA BÖYÜK SEL FƏLAKƏTİ YAŞANMIŞDIR. Mehdinin hədislərdə bildirildiyinə görə, hicri 1400-cü il, yəni miladi 1979- cu ildəki zühuruna təsadüf edir.
“İnsanlar 1400-cü ildə Mehdi ətrafında toplanacaqlar”. (Risaletül Huruc-ül Mehdi, səh. 108)
- 9 SENTYBAR 2009-CU İL – HAL-HAZIRDA YAŞANAN SEL FƏLAKƏTİ.
70) İldırımların çoxalması
Qiyamətin yaxınlaşdığı vaxtda, ildırımlar o qədər çoxalacaq ki, insanlar (birbirlərinə belə) deyəcəklər: “Dünən kimi ildırım vurdu?” Onlar da (belə) cavab verəcəklər: “Dünən filankəsi və filan (kimsələri) ildırım vurdu”. (El-Hakim, Müstedrek, 4/444)
Evlərinizi zəlzələlər dağıdacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə döndərəcək. (Naim bin Hammad; Geleceğin Tarihi 4, səh. 69)
Hədislərdə ildırımların çoxalmasının da qiyamət əlamətlərindən biri olduğu xəbər verilmişdir. Tam da hədisdə ifadə edildiyi kimi, ildırım düşməsindən ötrü can və mal itkisinin çoxalması son illərdə tez-tez rast gəlinən vəziyyət olmuşdur. Bu itkilərdən çox vaxt xəbərlərdə bəhs edilir. 1998-ci ildə Konqoda futbol meydançasına düşən ildırım nəticəsində, meydançada futbol oynayan 11 futbolçunun ölümü bu nümunələrdən biridir. Bənzər şəkildə 2001-ci ildə Meksikada futbol meydançasına düşən ildırımdan ötrü də 6 insan həyatını itirmişdir. Bunlardan başqa ildırımların düşməsi bir çox insanın həyatını itirməsinə və heyvanların tələf olmasına səbəb olur.
71) Haqq dinin və Quran əxlaqının tərk edilməsi
İnsanlara bir zaman gələcək ki, Qurani Kərimin yalnız şəkli, İslamın yalnız adı qalacaq. Onlar İslamdan ən uzaq insanlar olduqları halda İslami adlarla adlanacaqlar, məscidləri görünüş cəhətdən abdalaşdırılmış olduğu halda, hidayət cəhətdən xarab olacaq. (Hakim, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
İnsanlara bir zaman gələcək ki, Qurani Kərim bir vadidə, insanlar başqa vadidə olacaqlar. (Hakim, Tirmizi; Son Zamanlarla İlgili Hadisler, səh. 25)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların üzləri insan üzü, qəlbləri şeytan qəlbi olar. Qan tökərlər, çirkin hərəkətlərdən qaçmazlar. Əgər sən onlara tabe olsan, səni güdərlər. Əgər onlara güvənsən, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri arsız olar. Yaşlıları isə yaxşı əməllər işləməyi əmr etməz, pis əməllər işləməkdən çəkindirməz. (Hatib; Geleceğin Tarihi 1, səh. 23)
İnsanların… bidətçilərin (dindən olmayan şeyləri dindənmiş kimi göstərib qəbul etdirməyə çalışanlar) fikirlərini mənimsəyib bilmədən şirk qoşduqları, elmi dolanmaq üçün öyrəndikləri, dinlərini dünya nemətlərinə alət etdikləri bir dövr gələcək. (Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 68)
Qiyamət əlamətləri ilə əlaqədar hədislər bizə, bəhs edilən əlamətlərin baş verəcəyi dövrün təfsilatlı təsvirini təqdim edir. Peyğəmbərimizin yuxarıdakı sözlərindən aydın olur ki, Axırzamanın birinci mərhələsi din əxlaqının görünüşdə tətbiq edildiyi, lakin əslində Allahın əmr etdiyi Quran əxlaqının demək olar ki, tamamilə tərk edildiyi bir dövrdür. Bəzi insanlar tərəfindən açıq-aydın olan Quran ayələrinin görməzlikdən gəlindiyi, Allah adından hökmlər irəli sürüldüyü, dində ixtilafa düşüldüyü, ibadətlərin göstəriş məqsədiylə yerinə yetirildiyi, dinin mənfəət təmin etmək üçün, vasitə kimi işlədildiyi bir zamandır. İmanın təqlidə əsaslanması da bu dövrün xüsusiyyətidir. Bu dövrdə yalançı müsəlmanlar çoxluq təşkil edir, həqiqi alimlər və səmimi müsəlmanlar isə az olur. Allah Quranda, Peyğəmbərimizin axirət günü öz qövmünün; “Quranı tərk edilmiş (bir kitab) kimi qoyduğunu” (Furqan surəsi, 30) söyləyəcəyini bildirir. Məhəmməd Peyğəmbər, yuxarıdakı hədislərində də Axırzamanda insanların, Quran əxlaqından uzaqlaşacaqlarını, özlərinə Qurandan başqa rəhbərlər tutacaqlarını bildirmişdir.
72) Quranın lazımınca düşünülməməsi
Peyğəmbərimiz Quranın oxunmasına baxmayaraq, malik olduğu məlumat və hikmət barəsində düşünülməməsinin, Axırzamanın bir xüsusiyyəti olduğunu belə bildirmişdir:
Peyğəmbər belə dedi: “Elm insanlardan alınacaq”. Ziyad belə dedi: “Ey Allahın Elçisi, biz Quranı oxuduq və oxuyuruq, qadınlarımıza və uşaqlarımıza da oxuduruq. Bu elm bizdən necə alınacaq?” Peyğəmbər belə buyurdu: “Yəhudilərin Tövratı və xristianların İncili haqqında məlumatın yoxdurmu? Onlar o qədər Tövrat və İncil oxudular, bəs onlarda bundan bir şey qaldı mı?” (Ölüm Kıyamet ve Diriliş, səh. 483)
Bundan sonra, bir hissəsi Quran oxuyan, lakin oxuduqları dillərində qalan qəlblərində inanmayan insanların törəyəcəyi bir zaman gələcək. (Taberani; Son Zamanlarla İlgili Hadisler, səh. 64)
73) Müsəlmanların qeyri-müsəlmanlara qibtə etməsi
(Axırzamanda) Sizdən əvvəlki millətləri qarış-qarış, arşın-arşın izləyəcəksiniz, hətta onlar (yəhudi və xristianlar) kərtənkələ dəliyinə girsələr, siz də arxalarından girəcəksiniz. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
“Ümmətim, özündən əsrlər əvvəlki (adətləri) qarış-qarış və tək-tək qəbul etmədikcə qiyamət qopmaz”. Deyildi: “Ey Rəsulullah! Farslar və rumlar kimi?” Buyurdu: “İnsanlar arasında onlar kimi olanlar da”. (Muhtasar-ı Buhari, səh. 509, hadis no. 2216)
“Nəfsim qüdrət əlində olan zata and içirəm ki, siz də özünüzdən əvvəlki (yəhudixristian) millətlərin yoluna mütləq düşəcəksiniz”. (Tirmizi)
Peyğəmbərimizin hədislərində, Axırzamanda müsəlman cəmiyyətlərin qeyri-müsəlman cəmiyyətlərə qibtə edəcəkləri, onlara bənzəməyə çalışacaqları bildirilmişdir. Bu hədisin, bəzi müsəlman cəmiyyətlər arasında din əxlaqına uyğun olmayan ideologiya və cərəyanların yayılmasına işarə etməsi mümkündür. Osmanlı imperiyasının süqutundan sonra, başda bəzi ərəb ölkələri olmaqla, İslam aləmində radikal millətçilik cərəyanlarının yayılması bu vəziyyətin nümunələrindən biridir. Radikal millətçilik, digər millətləri sanki düşmən kimi görən, öz millətinə olan sevgisini və bağlılığını (belə ki, əslində bu olduqca qanuni duyğudur) digər millətlərə zərər vermə həddinə gətirən və din əxlaqına uyğun olmayan bir cərəyandır. Təcavüzkar ideologiyadır. Halbuki Quran əxlaqı insanların bir-birlərinə, irqlərinə, soylarına və ya bəzi maddi imkanlarına görə deyil, imanına və Allah qorxusuna görə dəyər verməyi, sevgi bəsləməyi və hörmət göstərməyi tələb edir. İman gətirənlər, hansı irq və ya millətdən olmasından asılı olmayaraq, bir-birlərinin qardaşıdır və bu şüurla həmrəylik içində olmalıdırlar.
İslam aləminə daxil olan qərb qaynaqlı ideologiyalar radikal millətçiliklə məhdudlaşmır. 20-ci əsrin əvvəlində Qərbdə yaranan din əxlaqına uyğun olmayan başqa cərəyanlar da, İslam ölkələrindəki bəzi insanlar tərəfindən İslam aləminə daxil edilmiş, kifayət qədər savadlı olmayan bəzi müsəlmanlar kor-koranə bu cərəyanların yanlış fikirlərinə qapılmışlar. Bu vəziyyət İslam aləminin böyük hissəsində yarım əsrdən uzun müddətdir davam edən qeyri-sabitlik və qarğaşalığın da əsas səbəblərindən biridir. Allahın icazəsi ilə, İsa Peyğəmbər ikinci dəfə dünyaya gəldiyi zaman bu mühit tamamilə dəyişəcək, bütün müsəlmanlar təkcə Quranı rəhbər tutacaq, həqiqi din əxlaqının tələbi olan dinclik, sabitlik və etibarı yaşayacaqlar.
74) Qurandan uzaqlaşdıran fitnələr
Ənam surəsinin 26-cı ayəsində insanları “Qurandan uzaqlaşdıranlara” diqqət çəkilir. Hədislərdən də azğın fikri cərəyanların, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl, insanları Allahın yolundan azdıracaq böyük fitnələr törədəcəyi aydın olur.
Qiyamətdən dərhal əvvəl qaranlıq gecələr kimi fitnələr var. (Ramuz-El Ehadis, 121/5)
Qiyamətə yaxın qaranlıq gecələrin parçaları kimi qarışıqlıqlar olacaq. İnsan bu qarışıqlıqlar arasında səhər mömin, axşam kafir olacaq, axşam mömin, səhər kafir olacaq. (Kur’an ve Sünnette Kıyamet ve Ahiret, səh. 155)
75) İslam əxlaqından uzaqlaşdıran təbliğatlar
…“O dövrdə xalqı cəhənnəm qapılarına çağıracaq bəzi dəvətçilər (təbliğatçı təşviqatçılar) olacaq. Hər kim bu dəvətçilərin dəvətini qəbul etsə onu cəhənnəmə atacaqlar”. “Ey Rəsulullah, bu dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan etsəniz”, “yaxşı edim, onlar bizim millətimizdən olub bizim dilimizlə danışan bir zümrədir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 382, no. 698)
Kor və kar (yəni insanları, doğrunu görməsində kor, haqqı eşitməsində kar edən) olan böyük bir fitnə, ulu bir bəla var. Fitnənin içində də xalqı cəhənnəm qapılarına doğru dəvət edən bəzi dəvətçilər (təbliğatçılar və təşviqatçılar) da var. (Ölüm-Kıyamet-Ahiret ve Yaxın gələcəkdə kor, kar və dilsiz (yəni insanları kor) edib doğrunu göstərməyən, kar edib haqqı eşitdirməyən və dilsiz (edib) haqqı danışdırmayan bəzi qorxunc fitnələr olacaq… Fitnə həngaməsində dilin fitnəyə qarışması və təbliğat aparması qılınc zərbəsi kimi onun yayılmasını təmin edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 390, no. 720)
Hədislərdə göründüyü kimi, Peyğəmbərimiz Axırzamanda dinsizlik və əxlaqsızlıq təbliğatını aparan insanlar olacağını xəbər vermişdir. Dövrümüzdə ölkələrin bir hissəsinin əxlaqi və ictimai vəziyyətində baxdığımız zaman, bu xəbərin gerçəkləşdiyini açıqca görərik. Xüsusilə təkmilləşən informasiya vasitələri ilə hazırkı dövrdə intensiv şəkildə həyata keçirilən bu təbliğat bir çox insanı din əxlaqından uzaqlaşdırmağı bacarır.
Həmçinin bəhs edilən fitnənin kar edib eşitməyə və görməyə mane olması bir çox ölkədə hakimiyyətdə olan təzyiqçi rejimləri də ağla gətirir. Bu rejimlər fikir və düşüncə azadlığını təzyiq altına alır, insanların düşüncələrini, inanclarını istədikləri kimi ifadə etmələrinə maneə törədir. Xüsusilə bəzi ərəb və Afrika ölkələrində, müsəlmanların düşüncələrini sərbəst şəkildə ifadə edə bilməmələri, inanclı olduqları üçün təzyiq altında saxlanılmaları bu vəziyyətin nümunələridir.
76) İkiüzlü və saxtakar din xadimləri
Axırzamanda alim kimi qəbul edilən bəzi insanların əslində ikiüzlü və saxtakar olduqlarını, Peyğəmbərimiz Məhəmməd belə xəbər vermişdir:
Axırzamanda canavar oxucular olacaq. Kim o zamana yetişsə, şərlərindən Allaha sığınsın. Onlar çox çirkli insanlardır. Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
Alimlər elmi sırf pul qazanmaq üçün öyrəndiyi zaman… dini dünya nemətləri üçün satdıqları zaman… hökmü satdıqları zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Axırzamanda elə insanlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. Bunlar yumşaq görünmək üçün, qoyun dərisinə bürünəcəklər, dilləri şəkərdən şirin, lakin qəlbləri canavar qəlbi kimi qatı olacaq. (Tirmizi, Zühd: 60)
“Məscidlərin içində fisqu-fücur əhlinin (Allaha üsyan edənlər, günah işləyənlər) səslərinin yüksəlməsi, dini yöndən qadağan olan şeyləri işləyənlərin, dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərində qələbə çalıb, onlara hökm etmələridir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450, no. 828)
Nəhayət bəzi cahil insanlar qalar ki, özlərinə (dini məsələlər) barədə sual verildikdə, onlar elmləri olmadığı halda, öz fikirləri ilə fətva verərlər ki, həm özləri azar, həm də xalqı azdırarlar. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 463, no. 850)
Yazıq ümmətimə, pis üləmaya görə! Bunlar elmi ticarət vasitəsi edərlər. Zəmanələrinin əmirlərinə yaxınlaşmaq surətiylə özlərinə qazanc təmin edərlər. (Hatim; Geleceğin Tarihi 1, səh. 27)
İnsanlar üzərinə elə bir zaman gələr ki, onların hamısı Quran oxuyar, ibadətə edərlər və əhli-bidətlə də məşğul olarlar. Lakin bilmədikləri cəhətdən müşrik olarlar və oxumaları və elmləri əvəzində ruzi alarlar və dünyanı din qarşılığında yeyərlər. Məhz bunlar, kor dəccalın köməkçisi olacaqlar. (Deylemi; Geleceğin Tarihi 1, səh. 27)
İslam dininə lazımi hörmət və diqqəti göstərməyən, dini, öz mənfəətləri əsasında vasitə kimi işlətməkdən çəkinməyən bəzi insanların vəziyyəti də belə bildirilmişdir:
Ümmətimin son zamanlarında məscidlərini bəzəyib qəlblərini xarab buraxan, paltarını qoruduğu qədər dinini qorumayan, dünya işlərinin qaydasında getməsi naminə dinini vasitə etməkdən çəkinməyən bəzi insanlar törəyəcək. (Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 27)
77) Siyasət adamlarındakı degenerasiya
Axırzamanda, zalım əmirlər, fasiq nazirlər, xain qazılar, yalançı hocalar olacaq. Bunlara hər hansı biri yetişsə onların yanında müttəfiq olmasın, köməkçi olmasın, istiqamət verən olmasın… (Risalet-ül huruc-ül Mehdi, səh. 182)
Xəbəriniz olsun, bu mütləqdir ki, başlarınıza bəzi amirlər və dövlət başçıları gələcək ki, onlar, (dövlət xəzinəsindən yardıma ehtiyacı olan) sizə vermədiklərinin (haqları olmadığı halda) özlərinə verilməsini qanuniləşdirəcəklər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 380, no. 697)
Yaxında başınıza bəzi əmirlər gələcək. Ruzinizə əl qoyacaq, başınızı yalanlarla qatacaqlar. İş görəcəklər. Lakin gördükləri pis olacaq. Ən pis tərəfləri də budur ki, pis əməllərini gözəl görmədikcə və yalanlarını təsdiqləmədikcə sizdən razı olmayacaqlar… (Bagavi, Tabarani; Geleceğin Tarihi 1, səh. 43)
İslamın üsulları tək-tək pozulacaq və xalqı dəlalətə salan hökumət adamları çıxacaq… (Hakim; Geleceğin Tarihi 1, səh. 57)
Axırzamanın mühüm xüsusiyyətlərindən biri də qəddar, zalım və xalqını fəlakətlərə sürükləyən liderlərin rəhbərliyə gəlməsidir. 20-ci əsr bu cür lider və rəhbərlərin nümunələri ilə doludur. Din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyən bu insanlar, həm öz xalqlarına etdikləri zülm, həm də səbəb olduqları müharibə və qarşıdurmalardan ötrü digər cəmiyyətlərə gətirdikləri bəlalar ilə məşhurlaşıblar. Hədisdə Çinin kommunist diktatoru Mao, təkcə özünə müxalif olduqları üçün minlərlə vətəndaşını qətlə yetirmiş, rəhbərliyi müddətində milyonlarla insanın ölümünə səbəb olmuşdur.
Mussolini, faşist ideologiyasının təsiriylə ölkəsini II Dünya müharibəsinə sürükləyərək xalqına böyük fəlakət gətirmişdir.
Mobutu, tarixə Afrika qitəsinin ən qəddat diktatorlarından biri kimi keçmişdir.
78) “Yaxşı əməlləri əmr etmək, pis əməlləri qadağan etmək” ibadətinin tərk edilməsi
Yaxşı əməllər tərk edilib əmr edilmədiyi, pis əməllər işlənib qadağan edilmədiyi zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Qiyamət yaxınlaşar, xeyirxah əməllər azalar. (Kıyamet Alametleri, səh. 264) Allah: “Aranızdan xeyrə çağıran, yaxşı əməllər işləməyi əmr edib pis əməllər işləməyi qadağan edən bir camaat çıxsın. Məhz bunlar nicata qovuşanlardır” (Ali İmran surəsi, 104), ayəsiylə insanlara yaxş əməllər işləməyi əmr edib, pis əməllər işləməyi qadağan etmə ibadətini fərz buyurmuşdur. Yaxşı əməllərin tövsiyə edilməsi və pis əməllərin qarşısının alınmasının Allahın mühüm bir əmri olduğu bilindiyi halda, edilməməsi də qiyamətin bir əlamətidir. Eyni zamanda qiyamətdən əvvəl baş verəcək böyük hadisələrin xəbərçisi olaraq, İsa Peyğəmbərin gəlişinin yaxınlaşdığının da bir göstəricisidir.
79) Maruf (yaxşı əməllər, doğruluq) ilə münkərin (pis əməllərin) birbiriylə qarışdırılması
(Peyğəmbər:) “Yaxşı əməllər işləməyi əmr etmədiyiniz, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olacaqr?” deyə soruşdu. “Yəni bu olacaqmı?” dedilər. “Bəli, hətta daha betəri!” deyə buyurdu və sual verməyə davam etdilər: “Münkəri (pis əməlləri) əmr edib, yaxşı işlər görməyi (yaxşılığı) qadağan etdiyiniz zaman halınız nə olar?” (Yanında olanlar heyrətlənərək): “ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?” dedilər. “Bəli, hətta daha betəri!” buyurdular və davam etdilər: “əmri bil-marufda (yaxşılığı əmr etmə) olmadığınız, nəhyi-anil-münkər (pis əməlləri qadağan etmə) etmədiyiniz vaxt halınız nə olur?” deyə soruşdu?” (Yanındakı əshabə:) “Ey Allahın Rəsulu! Bu mütləq olacaqmı?” deyə soruşdular. “Bəli, olacaq!” deyə buyurdular. (Ebu Ya’lâ, Müsned; Taberâni, el-Mu’cemu’l-Evsat; Heysemi, Mecma’u’z-Zevaid, 7, 281)
Hədisdə bildirildiyi kimi, dövrümüzdə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə doğru ilə yanlış tamamilə bir-birinə qarışdırılmışdır. İnsanlar doğrunu etdikləri, gözəl əxlaq göstərdikləri üçün “saf” kimi qiymətləndirilir, öz mənfəətləri üçün başqalarının haqqlarını tapdalayanlar isə, “ağıllı və bacarıqlı” insanlar kimi qiymətləndirilirlər. Quran əxlaqına tamamilə zidd olan bu vəziyyət müasir dövrdə bir çox cəmiyyətdə qəti anlayış olaraq yerləşmişdir.
80) Yaxınlarının insanı pis əməllərə təşviq etməsi
İnsanın həlakı valideyinlərim əlində, o yoxdursa arvadının əlində, o da yoxdursa qohumunun əlində olacaq. Belə ki, onu dolanışıq çətinliyi ucbatından qınayacaqlar, tab gətirə bilmədiyi işlərə təşviq edəcəklər, nəhayət o dözə bilməyib qaranlıq və təhlükəli işləri görəcək və həlak olub gedəcək. (Ebu Naim; Geleceğin Tarihi 1, səh. 29)
81) Həqiqi möminlərin sayca çox az olması
Peyğəmbərimizin verdiyi bir xəbər də, Axırzamanda həqiqi möminlərin demək olar ki, yox deyiləcək qədər az sayda olmasıdır:
İnsanlara bir zaman gələr ki, camelərində toplanıb namaz qılarlar. Lakin aralarında mömin olmaz. (Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 19)
82) Came və məscidlərin fərqli məqsədlərlə istifadə edilməsi
Came və məscidlərin təkcə yol kimi istifadə edilən məkanlara çevrilməsinin, Axırzamanın əlamətlərindən biri olduğu aşağıdakı hədisdə xəbər verilir:
Məscidlər namaz qılınmayıb, gəlib keçilən yol halına gəldiyi… zaman gəlmədikcə qiyamət qopmaz. (Son Zamanlarla İlgili Hadisler, səh. 87)
İnsanlar məscidlərə görə öyünmədikcə qiyamət qopmaz. (Ahmet b. Hanbel, Ebu Davud, İbni Mace)
Axırzamanda Quranı Allahın rizasını qazanmaq üçün deyil, əksinə qazanc əldə etmək üçün, oxuyan bəzi insanların da ortaya çıxacağı hədisdə belə bildirilib:
Kim Quran oxusa (mükafatını) Allahdan istəsin. Çünki son zamanlarda Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcək. (Tirmizi; Son Zamanlarla İlgili Hadisler, səh. 12)
Alimləriniz, qızıl və gümüş pullarınızı almaq üçün oxuduqları zaman, Quranı ticarət vasitəsi kimi qəbul etdiyiniz zaman qiyamət yaxınlaşmışdır. (Kıyamet Alametleri, səh. 141)
Quranın məqsədindən fərqli şəkillərdə oxunması da bir əlamətdir:
Qurani Kərimin mahnı kimi oxunub həzz alındığı, hətta insan alim olmadığı halda bu oxumasından ötrü etibar gördüyü zaman… (Taberani; Son Zamanlarla İlgili Hadisler, səh. 33)
84) Ulduz falına inanılması və taleyin inkar edilməsi
Müsəlman kimi tanınan bəzi insanların yanlış tale anlayışına sahib olmaları, bəzilərinin də ulduzların gələcəyə dair xəbər verdiyinə inanmaları Axırzamanın göstəricilərindəndir:
Axırzamanda ümmətim barəsində ən çox narahat olduğum: ulduzlara (inanmaq), taleyi inkar etmək… (Ramuz-El Ehadis, 1/1540)
85) Həccin Allah rizası üçün deyil, başqa məqsədlər üçün yerinə yetirilməsi
Həcc ibadətinin yerinə yetirilmə məqsədinin gəzmək, ticarət etmək, göstəriş etmək və ya dilənmək olması, Axırzamanın digər əlamətidir:
İnsanlar üzərinə bir zaman gələr ki, zənginlər səyahət üçün, orta təbəqənin insanları ticarət üçün, onları alimləri riya və göstəriş üçün, kasıbları isə dilənmək üçün həccə gedərlər. (Ramuz-El Ehadis, 503/8)
Bir zaman gələcək ki, insanların qayğıları qursaqları, şərəfləri malları, qiblələri qadınları olacaq. Dinləri də, qızıl və gümüş olacaq. Bunlar xalqın şərliləridir və Allah yanında onların nəsibləri yoxdur. (Sülemi; Geleceğin Tarihi 1, səh. 19)
Peyğəmbər buyurdu ki; “Qiyamət əlamətlərindən biri,…nəfsinin arzularına meyletməkdir… İnsanlar namazı tərk edəcəklər və şəhvətlərinə uyacaqlar”. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
87) İctimai pozulma
“…İnsanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman…” (Ramuz- El Ehadis, 7/7)
Zəmanə insanlarının üz-üzə olduqları mühüm bir problem, ictimai strukturlardakı pozulmalardır. İctimai tənəzzül özünü müxtəlif formalarda göstərir. Dağılmış ailələr, boşanmalardakı artım və qeyri-qanuni əlaqələrdən dünyaya gələn uşaqlar ailə qurumundakı təxribatın təbii nəticələridir. Stress, narahatlıq, bədbəxtlik və xaos bir çox insanın həyatını sanki kabusa çevirmişdir. Mənəvi boşluq içindəki insanlar sıxıntılarına çarə axtararkən alkoqol və narkotik bataqlığına yuvarlanır və ya qaranlıq yollara girirlər. Həll yolu qalmadığını düşünən bəziləri də intiharı qurtuluş zənn edirlər.
İctimai pozulmanın ən diqqətçəkən göstəricilərindən biri də qanunlara zidd davranışlardakı böyük artımdır. Cinayət hallarındakı artım olduqca böyük ölçülərə çatmışdır. BMT-nin Cinayətkarlığın Qarşısının Alınması üzrə Beynəlxalq Mərkəzinin hazırladığı “universal cinayətkarlıq və ədalət hesabatı” bütün dünya ölkələrini əhatə edən bu ümumiləşdirmədən ibarətdir:
Orta hesabla, cinayət hadisələri 1980-ci illərdə olduğu kimi, 1990-cı illərdə də yüksəlməyə davam edir.
Dünyanın hansı yeri olursa olsun, beş illik periodda, böyük şəhərlərin sakinlərinin üçdə ikisi ən azı bir dəfə cinayət sayılan hərəkətlərin hədəfi olur.
Universal səviyyədə ciddi cinayətlərə hədəf olma ehtimalı (soyğun, cinsi cinayətlər, hücum) beşdə birdir.
Bölgə ayrı-seçkiliyi olmadan, gənclər kateqoriyasındakı mülkiyyətə istiqamətli cinayətlər və zorakılıq cinayətlərinin hər ikisi də iqtisadi problemlərlə əlaqəlidir.
Son illərdə qeyri-qanuni narkotik maddəsi növləri sayca artmış və xüsusiyyət Belə bir sosioloji inkişafın səbəbləri Qurandakı keçmiş cəmiyyətlərin hekayələrində açıqca bildirilir. İctimai pozulma və buna bağlı olaraq ortaya çıxan hər cür problem, insanların Allahı və yaradılış məqsədlərini unutmalarının, haqq dindən və mənəvi dəyərlərdən uzaqlaşmalarının labüd nəticəsidir.
İctimai pozulmanın ünsürləri eyni zamanda Peyğəmbərimizin on dörd əsr əvvəl xəbər verdiyi, hazırda isə bir-bir ortaya çıxan hadisələrdir. Məhəmməd Peyğəmbər Axırzamanı, “insanların ixtilaf və ictimai (sosial) sarsıntılar içində olduqları zaman” (Ramuz-El Ehadis, 7/7) kimi xarakterizə etmişdir.
88) Xainlərə etimad edilməsi, dürüstlərin xain sayılması
İnsanlar üzərinə aldadıcı illər gələcək. O illərdə… xainə etimad ediləcək, dürüst insan xain sayılacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 476)
Pislərin çoxaldıqca çoxalması, yalançıların dürsüt qəbul edilib… qiyamət əlamətlərindəndir. (Beyhaki, İbn-i Neccar; Son Zamanlarla İlgili Hadisler, səh. 107)
Dünyada əclaf oğlu əclaf insanlar, insanların ən xoşbəxti olana qədər qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 37)
Yalançının təsdiqlənməsi, doğru danışanın yalanlanması qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 137)
Yalançı, doğru danışan qəbul ediləcək və doğru danışan isə, təkzib olunacaq. Xainə etibar ediləcək və etibarlı olanla isə, xainmiş kimi rəftar göstəriləcək… Məhz o zaman yalan yayılacaq… (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
Qiyamətdən dərhal əvvəl hiyləgər illər var. O zamanlarda etibarlı insanlara məzəmmət, xainə etibar edilər. Həmçinin etibarlı insan susdurular. Yalançıya etibarlı insan gözü ilə baxılar. (İbni Asakir; Geleceğin Tarihi 1, səh. 40)
Bələd olmayanın malik olması, yaramayanın vəzifəyə gətirilməsi, yarayanın təcrid edilməsi də qiyamət əlamətlərindəndir. (Naim bin Hammad; Geleceğin Tarihi 1, səh. 41)
Hədislərdən aydın olur ki, cəmiyyətdə pis insanların çoxalması, etibarlı qəbul edilən bəzi insanların əslində yalançı, yalançı olduğu iddia edilən bəzilərinin də əslində etibarlı insanlar olması, Axırzamanın bir xüsusiyyətidir.
İsa Peyğəmbərin gəlişindən əvvəlki dövrdə Quran əxlaqına və qanunlara uyğun şəkildə əldə edilmiş qazanc ilə etibarlı insanların az olacağı hədisdə belə bildirilmişdir:
Axırzamanda ümmətim içərisində ən az tapılacaq şey halal pul və özünə etibar edilən yoldaşdır. (Suyuti, Camiü’s-Sagir, 2/71)
Yaxşı insanlar bir-bir gedəcək, geriyə arpa və xurmanın yaramazı kimi yaramaz insanlar qalacaq. (Kıyamet Alametleri, səh. 137)
90) Əmanət əhli insanların azalması
Qiyamətə yaxın dövrdə əmanət əhli insanların azalacağı, insanların özlərinə əmanət kimi verilənlərə əl qoyub xərcləyəcəkləri də hədislərlə xəbər verilmişdir:
Qənimət müəyyən insanların idarəsində olduğu, əmanətin qənimət sayıldığı, zəkat ağır yük kimi qəbul edildiyi zaman… (Kıyamet Alametleri, səh. 114)
Əmanətin qənimət, zəkatın da (içindən çətinliklə çıxılacaq) bir borc kimi qəbul edilməsi… (Kıyamet Alametleri, səh. 139)
İnsanları, sözlərindən və vədlərindən dönmüş, əmanətləri ciddi qəbul etməyən vəziyyətdə gördüyün zaman… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 378, no. 690)
91) Zəkatın tərk edilməsi
Zəkat (ödəməyi ibadət hesab etməyib biyar və) cəza hesab etdikləri zaman. (Tirmizi, Fiten: 39, 2211)
O zaman, zəkat, cəza olaraq və xərac da, qənimət olaraq zorla alınacaq. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
Kasıbların və ehtiyac içində olanların qorunub himayə edilməsi din əxlaqının tələblərindən biridir. Allah iman gətirənlərə, ehtiyac içində olanlara sədəqə verməyi, onların ehtiyaclarını ödəyib aradan qaldırmağı və onları qoruyub himayə etməyi əmr etmişdir. Din əxlaqının yaşandığı cəmiyyətlərdə, bu əxlaqın tələbi olan ictimai yardımlaşma yaşandığı üçün, kasıblıq problemi normal olaraq ortadan qalxar. Axırzamanda isə, insanların din əxlaqından uzaqlaşmalarının nəticələrindən biri olaraq, zəkat və sədəqə vermək demək olar ki, tamamilə ortadan qalxacaq.
Hüzeyfənin dediyinə görə, Peyğəmbərimiz belə buyurmuşdur: “Ey Hüzeyfə! O gündə onlar riddə (dindən çıxmaq) üzrə olacaqlar… namaz da qılmayacaqlar”. (Ukayli, En-Necmu’s-sakıb fi Beyanı Enne’l Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal)
Peyğəmbər buyurdu ki; “Qiyamət əlamətlərindən biri, namazın tərk edilməsidir… Məhz o zaman ey Səlman! Dinsizliyin ən pisi və günahların ən pisi meydana gələcək. İnsanlar namazı tərk edəcəklər və şəhvətlərinə uyacaqlar. Əgər siz onlara çatsanız, namazlarınızı vaxtında qılın”. (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El- Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
İnsanlar elə bir zamanla üz-üzə qalacaqlar ki, namaz tərk ediləcək, strukturlar uzanacaq, andiçmə və lənətləşmələr çox olacaq, rüşvət və zina mümkün qədər yayılacaq, axirətə qarşılıq dünya alınacaq… (Kıyamet Alametleri, səh. 157)
93) Yalançı şahidlik və iftiranın yayılması
Əsil şahidliyin gizlənməsi, yalançı şahidliyin və iftiranın isə yayılması mühüm qiyamət əlamətlərindən biridir. Əslində bu vəziyyət, insanların din əxlaqından uzaqlaşmalarının nəticəsidir. Din əxlaqı insanların şərtlər nə olursa olsun, dürüst olmalarını, öz əleyhlərinə belə olsa ədalətli davranmalarını tələb edir. Din əxlaqından uzaq, axirətdə sorğu-sual ediləcəyini dərk etməyən insanlar isə, mənfəətləri tələb etdiyi zaman, asanlıqla yalan söyləyə bilər, başqası barəsində yalançı şahidlik edə bilərlər. Belə insanların sayının çoxalması isə, İsa Peyğəmbərin gəlməsindən əvvəlki dövrün xüsusiyyətlərindəndir:
Qiyamətdən dərhal əvvəl… yalançı şahidlik geniş yayılar, haqqa şahidlik isə gizlədilər. (Ramuz-El Ehadis, 1/121)
İftiranın geniş yayılması qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 450)
94) Bələd olmayan insanlara məsuliyyət verilməsi
Məsuliyyətin bələd olmayan insanlara verilməsinin nəticələri də aşağıdakı hədisdə belə vurğulanır:
İş bələd olmayana verildikdə, artıq qiyaməti gözlə! (Zebidi, Tecridi Sarih, 12/201)
95) Üstünlüyün təqvada deyil, zənginlikdə axtarılması
Cəmiyyətdəki tək üstünlük meyarının zənginlik olması və insanlara zənginliklərinə görə hörmət göstərilməsi də qiyamət əlaməti kimi bildirilmişdir:
Zənginə etibar edilib özündən daha üstün insanlar onun üçün ayağa qalxdıqları və ona salam verdikləri zaman… qiyamət yaxınlaşmış deməkdir. (Ölüm Kıyamet ve Diriliş, səh. 480-481)
Qiyamət əlamətlərindən biri,… mal sahibinə (malından ötrü) təzim etməkdir (hörmət göstərməkdir). (Feraidu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar; Beklenen Mehdi, 3-cü nəşr, səh. 146-147)
96) İnsani münasibətlərin pozulması
İnsanlar arasındakı ictimai əlaqələrin pozulmasının da bir əlamət olduğu hədislərdəki təsvirlərdən aydın olur:
İnsanın yalnız tanışlarına salam verməsi… qiyamət əlamətlərindəndir. (Ramuz-El Ehadis, 121/4)
Qəlblər bir-birinə yadlaşmadan, sözlər bir-birindən ayrılmadan, ana-ata bir, bacıqardaşlar fərqli dinlərdən olmadan qiyamət qopmaz. (Deylemi; Geleceğin Tarihi 1, səh. 32)
Salam xalqa deyil, xüsusi insanlara verilənə… qədər qiyamət qopmaz. (Ölüm- Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 470)
Qohumlarla əlaqələri kəsmək və pis qonşuluq qiyamət əlamətlərindəndir. (Ahmed b. Hanbel, Müsned, 11/90, Hadis no: 6872)
97) Heyvanlara insanlardan çox dəyər verən insanlar
Qiyamət yaxınlaşdıqda insan it balası bəsləyəcək. Bu işi ona, öz övladını böyütməkdən daha yaxşı gələcək. (Taberani, Hakim)
Heyvanları sevmək, Allahın onlarda yaratdığı gözəlliklərə qarşı heyranlıq və şəfqət duymaq, əlbəttə, gözəl xüsusiyyətdir. Lakin Peyğəmbərimizin yuxarıdakı hədisdə xəbər verdiyi hadisə, Axırzamanda insan sevgisinin unudulub yerini heyvan sevgisinin tutmasıdır. Əlbəttə, bu olduqca yanlış dünyagörüşüdür.
98) Ailəvi münasibətlərin pozulması
Ailə, qohum və qonşuluq münasibətlərinin pozulması, fərdlər arasındakı sosial və mənəvi dəyərlərin yox olması, bu dövrün başqa bir xüsusiyyətidir:
İnsanın anasına asi olması, atasına çətinlik törətməsi… (Tirmizi, Fiten: 38) Qiyamətdən dərhal əvvəl… qohumlarla əlaqələr kəsilər. (Ramuz-El Ehadis, 448/7) Qiyamət əlamətləri, bir-birlərinə çirkin sözlər söyləmək, qohumla əlaqəni kəsmək, etibarlı insanı xain saymaq, xainə güvənmək (dən ibarətdir)“. (Kıyamet Alametleri, səh. 136-137)
99) İnsanlar arasında sevgi və hörmətin azalması
Gənclərin əsəbi olmaları, uşaqlar ilə yetkinlər arasındakı sevgi və hörmət əlaqələrinin pozulması hədislərdə belə bildirilmişdir:
Böyüklər kiçiklərə mərhəmət etmədikləri, kiçiklər də böyüklərinə hörmət göstərmədikləri… uşaqlar hirsli olduqları zaman… qiyamət yaxınlaşmış olacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 480)
Böyüyə hörmət, kiçiyə mərhəmət yox olacaq. (Kıyamet Alametleri, səh. 140)
100) Ailə qurumunun zəifləməsi
Hədislər göstərir ki, ailə qurumundakı pozulma ilə əlaqədar boşanmaların və evlilikdən kənar uşaqların çoxalması Axırzaman cəmiyyətlərinin bir xüsusiyyətidir.
Boşanmaların çoxalması… qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 455)
Qiyamət yaxınlaşdıqda… qeyri-qanuni cinsi əlaqədən dünyaya gələn uşaqlar çoxalar. (Ramuz-El Ehadis, 33/7)
101) Dünya ehtirasının çoxalması
Materialist fəlsəfə və dünyagörüşlərinin təsiri ilə insanların axirəti unutmaları, dünyaya böyük ehtirasla bağlanmaları qiyamətdən əvvəlki dövrün bir xüsusiyyətidir:
İnsanlarda xəsislik və ehtiras çoxalacaq. (Müslim, İmare: 176) Qiyamət yaxınlaşdı. Halbuki insanlar dünyaya qarşı təkcə ehtiraslarını artırırlar, Allahdan da uzaqlaşırlar. (Suyuti, Camiü’s-Sagir, 2/57)
102) Riyakarlıq və göstərişin hakim olması
…O gündə riyakarlıqdan utanılmayacaq və çəkinilməyəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 458, no. 835)
Riyakarlıq (ikiüzlülük) hakim olacaq, riya (ikiüzlülük) və göstərişdən utanılmayacaq. (Ölüm Kıyamet ve Diriliş, səh. 470)
103) Kobud söz və söyüşlərin yayılması
Axırzaman, bir-birlərinə kobud söz və söyüşlərlə xitab edən insanların sayca artacağı dövrdür. Bu vəziyyət hədislərdə belə bildirilmişdir:
Son zamanlarda törəyən, bir-birləriylə qarşılaşdıqları zaman salamları lənətləşmədən ibarət olan sərxoş və asi bir nəsil… (Ahmed bin Hanbel, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 54)
Bu üç şeylə qarşılaşmayanadək ümmət gözəl bir yol üzərində olacaq: Xeyirxahlıq yox olmadıqca, əxlaqsız uşaqlar çoxalmadıqca, aralarında Əssəkkarun zahir olmadıqca… Dedilər: “Əssəkkarun nədir?” Cavab verdilər: “Axırzamanda gələcək bir nəsildir ki, aralarındakı salamları bir-birini söymək olacaq”. (Kıyamet Alametleri, səh. 141-142)
104) Saxtakarlıq və rüşvətin çoxalması
Axırzamanda tez-tez qarşılaşılan bir vəziyyət də ticarət həyatında saxtakarlıq və rüşvətin adi hal almasıdır:
Məndən sonra ümmətimdə fitrət dövrü olacaq. O dövrdə hər kəs halalı axtarmadan mal tələb edəcək, qanlar axıdılacaq və şeir Qurana əvəz tutulacaq. (Deylemi; Geleceğin Tarihi 1, səh. 50)
Qiyamət yaxınlaşdıqda… ölçü və çəkilərdə hiyləyə əl atılacaq. (Ramuz-El Ehadis, Çəki və ölçülərdə hiyləyə əl atıldığı zaman. (Kıyamet Alametleri, səh. 139) Rüşvət alınması… qiyamət əlamətlərindəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 454)
105) Dedi-qodu və lağlağanın çoxalması
Bu dövrün başqa bir xüsusiyyəti də dedi-qodu və lağlağanın böyük rəğbətlə qarşılanmasıdır:
Qiyamət yaxınlaşdıqda… o dövrün ən etibarlı insanları yaltaqlıq edənlər olacaq. (Taberani, Deylemi; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
…Dedi-qodu, qeybət və lağ edənlərin çoxalması qiyamət əlamətlərindəndir. (Beyhaki, İbn-i Neccar; Son Zamanlarla İlgili Hadisler, səh. 107)
İnsanlar üzərinə elə bir zaman gələcək, insan bir qövmün içində oturacaq ki, özünü dilə tutacaqlar qorxusuyla qalxa bilməyəcək. (Deylemi; Geleceğin Tarihi 1, səh. 30)
Halbuki Allah, dedi-qodu və lağlağanın pis əxlaq xüsusiyyətləri olduğunu bildirmiş və iman gətirənlərə bunlardan çəkinmələrini əmr etmişdir. Ayələrdə belə buyurulur:
Ey iman gətirənlər, bir qövm (digər bir) qövmü lağa qoymasın, bəlkə özlərindən daha yaxşıdırlar; qadınlar da qadınları (lağa qoymasınlar), bəlkə özlərindən daha yaxşıdırlar. …bir-birinizin qeybətini etməyin! (dalınca danışmayaın). Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Məhz bundan iyrəndiniz. Allahdan qorxun çəkinin!… (Hucurat surəsi, 11-12)
106) Bəzi gənclərin din əxlaqından uzaqlaşması
Əli deyir: “Rəsulullah əleyhissalatu vəssalam (bir gün):” Gənclərinizin günaha düşdüyü, qadınlarınızın azdığı zaman halınız necə olar?” deyə soruşmuşdu. (Kütüb-ü Sitte, hadis no: 4752; Heysemi, Mecma’u’z-Zevaid’de qeyd etmişdir (7, 281))
Gənclərin din əxlaqından uzaqlaşmaları Axırzaman xüsusiyyətlərindəndir. Təlqinə və istiqamətləndirilməyə daha əlverişli olan gənclər, asanlıqla din əxlaqına uyğun olmayan cərəyanların təsiri altına girə bilir və ya olduqca degenerasiya olunmuş bir həyata yönələ bilirlər. Bunun təməlində həqiqi din əxlaqının insanlara lazımınca öyrədilməməsi yatır. Bəzi Qərb ölkələrində və ya uzun illər kommunist rejimlə idarə
107) Əxlaqi tənəzzül
Yaşadığımız dövrdə cəmiyyətlərin ictimai strukturlarını təhdid edən çox böyük bir təhlükə var. Bu təhlükə insan bədənini ölümə aparan viruslara bənzər şəkildə hiyləgər bir fəaliyyət göstərərək cəmiyyətləri məhvə sürükləyir. Bu, bir insan cəmiyyətini ayaqda tutan əxlaqi dəyərlərin pozulmasıdır.
Axırzamanda əxlaqi tənəzzülün genişlənəcəyi
Peyğəmbərimizin hədislərindən aydın olur. Fahişəliyin açıqca edilməsinin bir qiyamət əlaməti olduğunu Peyğəmbərimiz bir hədisdə belə ifadə etmişdir:
Fahişəlik açıqca edilmədən… qiyamət qopmaz. (Ramuz-El Ehadis, 91/7) Dövrümüzdə də homoseksuallığın, fahişəlik ticarətinin, qeyri-qanuni cinsi əlaqənin, cinsi cinayətlərin, təcavüz hadisələrinin və cinsi xəstəliklərin çoxalması əxlaqi tənəzzüllün bəzi mühüm göstəriciləridir.
Bəhs olunan mövzular davamlı dünya ictimaiyyətinin gündəmindədir. Bəzi insanlar ətraflarında baş verənlərin, təhlükənin ölçülərindən xəbərsizdirlər və ya bu hadisələri ictimai həyatın bir parçası kimi qiymətləndirmə qəflətinə düşürlər. Lakin statistik göstəricilər təhlükənin ölçülərinin görünməmiş dərəcədə hər keçən gün böyüdüyünü göstərir.
Cinsi xəstəliyin yayılma dərəcəsi insanların önündəki problemlərin böyüklüyünü göz qabağına gətirən mühüm meyardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydlərinə görə, cinsi yolla yayılan xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından birini meydana gətirir; 1997-ci ilin hesabatları hər il təxminən 333 milyon yeni hadisənin meydana gəldiyini göstərirdi.(51) Bunlarla yanaşı, QİÇS böyük problem olma mövqeyini qoruyur. ÜST-nin 2000-ci il statistikası o dövrə qədər 18,8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyi həqiqətini göstərir.(52) Ümumdünya Səhiyyə Təşkilatının QİÇS ilə əlaqədar 2000-ci il hesabatındakı bu ifadələr mövzunu belə yekunlaşdırdı: “QİÇS sosial, iqtisadi və demoqrafik strukturlar üzərindəki dağıdıcı təsiriylə bənzərsizdir”.(53)
Düşündürücü hadisələr arasında homoseksuallığın yayılması da olduqca diqqətçəkəndir. Homoseksualların bəzi ölkələrdə rəsmi şəkildə evlənə bilməsi, evliliyin gətirmiş olduğu ictimai hüquqlardan istifadə edə bilmələri, dərnək və partiyalar qurmaları, dünya səviyyəsində təşkilatlanmaları, müqəddəs inanclara qarşı çıxmaları, dini dəyərlərə müharibə başlatmaları, Peyğəmbərimizin dövründən indiyədək keçən on dörd əsrlik müddət ərzində təkcə dövrümüzə məxsus hadisələrdir. yaşadığımız dövrdə tam mənasıyla ortaya çıxdığı aydın həqiqətdir. Bu da bizə bir daha, Allahın icazəsi ilə, İsa Peyğəmbərin yenidən dünyaya gəlişinin olduqca yaxın olduğunu
108) Zinanın çoxalması
Cəmiyyətdə qeyri-qanuni cinsi əlaqələrin yayılmasının da qiyamətin, yəni İsa Peyğəmbərin gəlişinin bir əlaməti olduğu Peyğəmbərimiz tərəfindən belə bildirilmişdir:
Zinanın çoxalması qiyamət əlamətlərindəndir. (Buhari, Tecrid: 1/16) Əxlaqi dəyərlərin, utanma hissinin zəifləməsi isə hədislərdə belə təsvir edilmişdir: Qiyamət yaxınlaşdıqda… qadınlar yolun ortasında cinsi əlaqədə olacaq qədər həya yox olar. (Taberani, Hakim; Son Zamanlarla İlgili Hadisler, səh. 111)
Zina uşaqları çoxalacaq. O qədər ki, kişi küçənin ortasında qadınla zina edəcək. (Kıyamet Alametleri, səh. 140)
Bir zaman gələcək qadınla yolun ortasında zina ediləcək. Heç kim buna etiraz etməyəcək. (Kıyamet Alametleri, səh. 142)
Son dövrdə hər kəsin gözü qabağında açıqca yol ortasında fahişəlik edən insanlara, qəzet və televiziya xəbərlərində tez-tez rast gəlinir. Burada, hədisdə qiyamət əlaməti kimi bildirilən bir hadisə daha tam diqqət çəkildiyi şəkildə ortaya çıxır və bir çox insan bu həqiqətə şahid olur.
109) Homoseksuallığın qəbul edilməsi
Hədislər göstərir ki, homoseksuallığın normal həyat tərzi kimi qəbul edilməsi qiyamətdən əvvəlki dövrün mühüm əlamətidir:
Kişilər qadınlara bənzəyəcək, qadınlar da kişilərə bənzəyəcək. (Ölüm-Kıyamet- Ahiret ve Ahirzaman Alametleri, səh. 451)
Kişilər kişilərlə, qadınlar qadınlarla kifayətləndiyi vaxt… qiyamət yaxınlaşmış olacaq. (Ramuz-El Ehadis, 448/8; Ölüm Kıyamet ve Diriliş, səh. 480)
110) Epidemik xəstəliklər
Vəba kimi epidemik xəstəliklər, yəni qoyun (davar) qıran deyilən heyvan xəstəliyi ki var, o sizi tutacaq… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 417, no. 761)
“Ey Malik oğlu Əvf! Qiyamətdən əvvəl altı (əlamət) sayımmı?” Dedim ki; “Onlar nələrdir ey Rəsulullah?” O da belə buyurdu: “…Sizin aranızda vəba və qarayara kimi ölümcül iki xəstəlik yayılacaq”. (Sahih-i Buhari; Beklenen Mehdi, 3-cü nəşr, səh. 147)
Epidemik xəstəliklər müxtəlif dövrlərdə bütün dünyada insanlar arasında öz təsirini göstərmişdir. Lakin dövrümüzdəki xəstəliklərin, keçmişdəkilərlə müqayisə olunduqda olduqca sürətlə yayıdıqları görünür. Keçmişdə yalnız müəyyən bölgələrdə öz təsirini göstərən xəstəliklər, hazırda nəqliyyatın qazandığı sürət nisbətində bir çox ölkəyə bir anda yayıla bilirlər.
Həmçinin dövrümüzdə tez-tez yeni və məlum olmayan epidemik xəstəliklər ortaya çıxır. Son 20-30 il ərzində ən çox eşidilən epidemik xəstəliklərdən bir neçəsi QİÇS, SARS, Ebola, Dəli Dana kimi xəstəliklərdir. Bunların insanlar üçün nə qədər böyük təhlükə meydana gətirdikləri çox yaxşı bilinir.
2002-2003-cü illərdə epidemik xəstəliklərin təhlükələri ilə əlaqədar mətbuatnəşriyyat orqanlarında bəhs edilən xəbərlərdən yalnız bir neçəsi belədir:
Efiopiyada malyariya epidemiyası: 4200 ölü Yerli orqanlar, may-avqust ayları arasında bataqlıqlarda ağcaqanadların çoxalması ilə ortaya çıxan malyariya epidemiyasında 4200 insanın öldüyünü bildiriblər. (10.09.2003, www.ntvmsnbc.com)
QİÇS-dən ölənlərin sayı 70 milyona çata bilər. Tədqiqatçılar, QİÇS xəstəliyindən ölənlərin sayının 2020-ci ildə 70 milyon insana çatacağı xəbərdarlığını verdi. (27.06.2003 www.ntvmsnbc.com)
SARS-ın xronoloji gedişatı. SARS-ın, bəzi ölkələrdə nəzarət altına alına bildiyi, bəzi ölkələrdə isə yavaşladığı xəbərləri gəlməsinə baxmayaraq, SARS hələ də qorxuducu olmağa davam edir. (29.04.2003 www.ntv-msnbc.com)
İranda epidemik xəstəlik İranda ölümcül bir virusun malların 30%-nə yoluxduğu bildirilərək, xalqa, virusun səbəb olduğu ’’Krım-Konqo qızdırma xəstəliyi” kimi tanınan epidemik xəstəliyə qarşı xəbərdarlıq verildi. İRNA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi Xəstəlik İdarəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya (Muhammed Mehdi Guya), virusun ötən ildən indiyədək 140-dan artıq insana yoluxduğunun müəyyənləşdirildiyini, bu insanlardan 20-sinin öldüyünü söylədi. (25.05.2002, www.hürriyetim.com.tr)
111) Quş qripi və donuz qripi
Peyğəmbərimiz bundan 1400 il əvvəl, Axırzamanda insanlar arasında iki epidemik xəstəliyin yayılacağını bildirmişdir. Həmçinin Peyğəmbərimizin bu xəstəliklər barəsində verdiyi təfsilatlı məlumatlar, bunları daha asan müəyyənləşdirə bilməyimizi mümkün edir. Bəhs etdiyimiz xəstəliklər, Axırzaman əlamətlərinin sıx şəkildə yaşandığı son illərdə bir-birinin ardınca ortaya çıxan; hər ikisi də ölümcül və epidemik xəstəliklər olan quş və donuz qripləridir (doğrusunu Allah bilər). Bu mövzudakı bəzi hədislər belədir:
“Altı şey qiyamətdən əvvəl olar:…Sonra çox ölən olar. Sizin aranızda qoyunların burunlarından axan və qəflətən öldürən xəstəlik kimi, ölümcül iki xəstəlik yayılacaq”. (Sahih–i Buhari, cizye (2/278 fethul bari))
“İnsanlarda şiddətli qorxmadıqca, Mehdi zühur etməz. Ondan əvvəl zəlzələlər, fitnələr, insanların başına gələn bəlalar və taun (vəba) xəstəliyi zühur edəcək… Məhz həmin vaxt (Mehdi) zühur edəcək. Ona yetişənə və onun köməkçilərindən olanlara müjdələr olsun. Ona (Mehdiyə) müxalifət edənlərə və əmrinə qarşı çıxanlara ayıb olsun”. (Fera idu Fevaidi’l Fikr Fi’l İmam el-Mehdi el-Muhtazar)
A (H1N1) donuz qripi ilə A (H5N1) quş qripi virusları, bu heyvanların tənəffüs yollarındakı hüceyrələrin reseptorlarına yerləşir. Həm quşlar, həm də donuzların milyonlarla ildir mövcud olan canlılar olmalarına baxmayaraq, Peyğəmbərimizin bildirdiyi kimi, bu zamanda epidemik xəstəliklərə səbəb olmaları, Axırzamanda yaşadığımıza digər bir dəlilidir. Bəhs edilən vəziyyət, tam da Mehdinin zühur dövründə, Allahın əmri ilə insanlar arasında yayılmışdır.
112) Ani ölümlərin çoxalması
Qiyamətdən əvvəl altı (şey) say: Ölümüm, Məscidül-Əqsanın fəthi, sonra qoyunun kuası (sinədə meydana gələn öldürücü sancı) kimi, saysız ölüm hadisələri… (Kıyamet Alametleri, səh. 123)
Ani ölümlər də qiyamət əlamətlərindəndir. (Kıyamet Alametleri, səh. 147) Hazırda ani ölümlərə səbəb olan xəstəliklərin sayında artım var. Xüsusilə müxtəlif qidalanma və həyat tərzi pozuntularından ötrü, ürək infarktı nisbətlərinin yüksəlməsi bu ani ölüm səbəblərindən biridir.
113) Cinayətlərin çoxalması
“Cinayətlər çoxalmadıqca… qiyamət qopmaz”. (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
…Fitnələr, qorxulu hallar və cinayətlərin görünməsi. (Kitab-ül Burhan fi Alamet-il Rəsulullah:
“Hərc çoxalmadıqca qiyamət qopmaz!” deyə buyurmuşdu. (Yanındakılar:) “Hərc nədir ey Allahın Rəsulu?” deyə soruşdular. “Öldürmək! Öldürmək!” deyə buyurdu”. (Müslim, Fiten: 18, 157)
“…Qan tökülməsi… qiyamət əlamətlərindəndir”. (Kıyamet Alametleri, səh. 142) “Qiyamət qopmasından əvvəl mütləq bəzi hərc hadisələri var” deyə buyurdu. Mən də: “Ey Allahın Rəsulu, hərc nədir” deyə soruşdum. Rəsulu-Əkrəm; “öldürməkdir, yəni cinayətlərdir” deyə buyurdu… “Bu öldürməkdəki məqsəd, müşrikləri öldürmək deyil. Lakin bir-birinizi öldürmənizdir. Hətta o dərəcə də ki, insanın qonşusunu, əmisinin oğlunu və yaxın qohumunu öldürməsidir” deyə buyurdu. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 385, no. 711)
Cinayət hadisələrindəki artım Axırzamanın əlamətlərindəndir. Hazırda bəzi insanların adam öldürtmək üçün qatil tutduqları, bəzi insanların qeyri-qanuni təşkilatlanmalarla cinayət şəbəkələri yaratdıqları nəzərə alınsa, bu hədisin xəbər verdiyi hadisələrin gerçəkləşdiyi də görüləcək.
114) İntihar hadisələrinin çoxalması
İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər. (Kitabü’n-Nihaye, İbn-i Kesir, 1/131)
115) Vətəndaş müharibələri-ixtilaflar
Bu mütləqdir ki, yaxın gələcəkdə fitnə, təfriqə və ixtilaf (lar törədən bəzi insan) lar olacaq. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 376, no. 685)
İnsan, qardaşını öldürmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 141) Qəlblər bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz. (Kıyamet alametleri, səh. 142-143)
Zairdə Hutu və Tutsi qəbilələri arasında baş verən vətəndaş müharibəsi, 20-ci əsrdə baş verən vətəndaş müharibələrinə çox mühüm nümunədir. 1964-cü ildə hakimiyyətə gələn polkovnik Cozef Mobutu (Joseph Mobutu) ölkəsinin əlindəki bütün mineral resursları qərbli ölkələrə açdı. Ölkənin ictimai nizamı üçün heç nə etməyən Mobutu illərlə öz sərvətini artırdı. Bununla da başlayan qəbilə vuruşmaları çox böyük Etnik irqlər arasında yaşanan müharibələr, yəni “soy qoruyuculuğu”, təkcə Zairdə deyil, bir çox ölkədə vəhşi səhnələrin yaşanması ilə nəticələndi. Allah Quranda din əxlaqından uzaq cahil insanların bu nifrət dolu soy qoruyuculuqlarına belə diqqət çəkmişdir:
Bir zaman o inkar edənlər, öz qəlblərində, “qəzəbli soy qoruyuculuğu”nu (təəssübünü), cahillərin “qəzəbli soy qoruyuculuğunu” qızışdırdıqları zaman, dərhal Allah; elçisinin və möminlərin üzərinə “(qəlbi təskin edən) güvən və sakitləşmə duyğusunu” endirdi və onları “təqva sözü” üzərində “qətiyyətlə ayaqda tutdu”. Onsuz da onlar da buna layiq və əhl idilər. Allah hər şeyi layiqincə biləndir. (Fəth surəsi, 26)
Allahın qadağan etdiyi bu düşmənçilik və kin, Axırzamanın ilk dövründə də görüləcək. İsa Peyğəmbərin təkrar yer üzünə qayıtması isə, bütün bu düşmənçiliyin, müharibələrin, qarşıdurmaların bitdiyi, dünyaya sülh və əmin-amanlığın hakim olduğu mübarək bir dövr olacaq.
116) Savadlıların çoxalması
Qiyamətin yaxınlaşmasına doğru… savadlılar çoxalar. (Müslim, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 98; Ramuz-El Ehadis, 1/121)
20-ci və 21-ci əsri ötən əsrlərdən fərqləndirən mühüm bir xüsusiyyət də savadlıların nisbətində baş verən artımdır. Keçmiş dövrlərdə təhsil, cəmiyyətin müəyyən seqmentinin sahib olduğu imtiyaz statusunda qalmışdır. 20-ci əsrin sonlarına doğru isə başda YUNESKO olmaqla, hökumətlər və qeyri-hökumət təşkilatları dünya səviyyəsində kampaniyalar təşkil ediblər. Bu təhsil səfərbərliyi, texnoloji yeniliklərin də insanların xidməti üçün istifadə edilməsi ilə birlikdə dövrümüzdə bəhrəsini verir. YUNESKO-nun 2003-cü ildə dərc olunan hesabatına görə, dünya əhalisinin 84%-i savadlıdır.(54)
Şübhəsiz ki, bu göstərici ötən on dörd əsr ərzindəki ən yüksək göstəricidir.
117) Zamanın qısalması
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… Zaman qısalacaq və vasitələrlə gedilən məsafələr qısalacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Minik vasitəsinə minmiş kimsə, İraqla Məkkə arasında yolu azma narahatlığından başqa heç bir qorxu yaşamadan səyahət etmədikcə qiyamət qopmaz. (Müntehab-ı Kenzu’l-Ummal, 2/370-371)
Onun dövründə dəvələrə ehtiyac qalmaz. (Geleceğin Tarihi 3, səh. 183) Yaşadığımız əsrin səsdən sürətli təyyarələri, qatarları və digər təkmilləşmiş nəqliyyat vasitələriylə, keçmiş dövrlərdə aylarla davam edən səfərlər indi bir neçə saat ərzində, üstəlik, olduqca etibarlı, rahat və komfortlu şəkildə edilir. Hədisin işarəsi də bu yolla gerçəkləşir.
Dövrümüzün qabaqcıl texnologiya məhsulu olan nəqliyyat vasitələrinə Allah Quranda belə işarə etmişdir:
Onlara minməyiniz və bəzək üçün atları, qatırları və eşşəkləri (yaratdı). Eləcə də, hələ sizin bilmədiyiniz nələri yaratmaqdadır. (Nəhl surəsi, 8)
Peyğəmbərimiz başqa hədislərində isə zamanın qısalması barəsində bu məlumatları verib:
Zaman təqarub edərək (yaxınlaşaraq) gecə ilə gündüz bir-birinə yaxınlaşar… (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 374, no. 681)
Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da od yandıracaq qədər az zaman olmadıqca qiyamət qopmaz. (Tirmizi, İbn-i Mace, Ahmed bin Hanbel; Son Zamanlarla İlgili Hadisler, səh. 109)
Ənəs deyir: “Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki; zaman yaxınlaşmadıqca qiyamət qopmaz. Bu yaxınlaşma elə olar ki, bir il bir ay kimi, ay bir həftə kimi, həftə də bir gün kimi, gün saat kimi, saat da bir çırağın yanması kimi (qısa) olar. (Tirmizi, Zühd: 24, 2333)
Bu hədislərdə də göründüyü kimi, Axırzamanda keçmişə görə böyük zaman qazancı olacaq. Necə ki, əsrlər əvvəl qitələr arasında həftələrlə zaman tələb edən xəbərləşmə dövrümüzdə internet və rabitə texnologiyaları sayəsində saniyələr ərzində tamamlanır. Keçmişdəki karvanlarla aylarla davam edən səyahətlər nəticəsində əldə edilən əşyaları, zəmanəmizdə qısa müddətdə təmin etmək mümkündür. Çox deyil, hələ bir neçə əsr əvvəl tək bir kitabın yazılması üçün keçən müddətdə, bu gün milyonlarla kitab nəşr oluna bilir. Bütün bunlarla yanaşı, təmizlik, yemək bişirmə, uşaq baxımı kimi gündəlik işlər, təkmilləşmiş texnologiya məhsullarının köməyi ilə vaxt almaqdan kənara çıxmışdır.
Bu nümunələr asanlıqla çoxaldıla bilər. Əlbəttə, burada üzərində dayanılması lazım olan Peyğəmbərimizin 7-ci əsrdə xəbər verdiyi qiyamət əlamətlərinin dövrümüzdə eynilə gerçəkləşməsidir.
118) Şəhərləşmənin sürətlənməsi
“Ey Ənəs! İnsanlar şəhərləşəcəklər, o şəhərlərdən bəzilərinə: “Bəsrə və Qüseyr” deyiləcək”. (Ölüm, Kıyamet ve Diriliş, Şarani, səh. 490)
Xüsusilə 19-cu əsrin ikinci yarısından etibarən təsirini göstərən sənaye inqilabı ilə birlikdə, insanlar çöllük əraziləri tərk edib şəhərlərə yerləşməyə başlayıblar. O dövrdən bəri də şəhərlərdəki əhali hər ötən il getdikcə artır. Aparılan araşdırmalar təkcə ölkəmizdə (Türkiyə) 2020-ci ildə şəhərlərdə yaşayacaq əhalinin, ölkə əhalisinin 80%-ni təşkil edəcəyini göstərir.(55) Əvvəlki əsrlərdə görülməyən bu vəziyyətin, hədisdə bəhs olunan Axırzaman əlaməti olduğu olduqca dəqiqdir.
119) Hündür binaların inşa edilməsi
Hündür-hündür binalar inşa edilmədikcə… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 468)
Bu hadisələr baş vermədikcə qiyamət qopmayacaq… Hündür binalar inşa etməkdə insanlar bir-birləriylə yarışacaq. (Buhari, Fiten: 25; Ahmed bin Hanbel, Müsned, 2/313)
Binaların göydələnlər halına gəlməsi… (Kıyamet Alametleri, səh. 146) Hündür mərtəbəli binalar 19-cu əsrin sonlarında inşa edilməyə başlanmışdır. Texnologiyanın inkişafı, poladdan istifadənin genişlənməsi və elektrik liftlərin istifadə edilməsi göydələnlərin inşasını sürətləndirmişdir. Göydələnlər 20-ci və 21-ci əsr memarlığının mühüm parçası olmuş, hazırda da bəziləri üçün sanki etibar simvoluna çevrilmişdir. Bu gün dünyanın ən hündür tikililərindən bəziləri və hündürlükləri müvafiq olaraq belədir(56):
CNN Tower (Kanada) - 555 m. Oriental Pearl TV Tower (Çin) - 467 m. Petronas Tower 1 və 2 (Malayziya) - 449 m. Sears Tower (Çikaqo) - 443 m.
Hədisdə bildirilən, insanların hündür binalar inşa etmə yarışı da, ölkələrin daha hündür göydələnlər inşa edə bilmək üçün böyük rəqabət və yarış içərisinə girmələri ilə tam gerçəkləşmişdir. Bundan 1400 il əvvəl belə bir hadisənin xəbər verilmiş olması, əlbəttə, möcüzədir. Eyni zamanda da Peyğəmbərimizin xəbər verdiyi qiyamətdən əvvəlki Axırzaman dövrünün hazırda yaşandığının da mühüm əlamətlərindən biridir.
120) Bazarların yaxınlaşması
…Bazarlar yaxınlaşmadıqça qiyamət qopmaz. (Mecmeu’z-Zevaid, 7/327) Dövrümüzdəki alış-veriş imkanları keçmişdəkiylə müqayisə olunmayacaq qədər inkişaf etmişdir. Həm kənd və qəsəbələrə qədər hər yerdə insanların istədikləri kimi, alışveriş edə biləcəkləri marketlər, alış-veriş mərkəzləri var, həm də nəqliyyatdakı sürət sayəsində insanlar keçmişdə çatma imkanı əldə edə bilmədikləri yerlərə çatıb alış-veriş etmə imkanına malikdir.
Həmçinin dövrümüzdə internet vasitəsilə alış-veriş imkanları da çox inkişaf etmişdir. Bir insan evində oturarkən alış-veriş edə bilir və dünyanın istədiyi bölgəsindəki istədiyi hər məhsulu satın ala bilir. Bu istiqamətiylə düşünüldüyü zaman, bazarlar insanların evlərinin içində kimidir.
121) İnsanın qamçısının ucuyla danışması
İnsana qamçısının ucu danışmadıqca… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Qamçı məlum olduğu kimi, keçmiş dövrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş istifadə olunmuş vasitədir. Yuxarıdakı hədis araşdırıldığı zaman Peyğəmbərimizin bu sözləriylə bənzətmə etdiyi aydın olur. Dövrümüzdə “qamçının formasına bənzədə biləcəyimiz və danışan cisim nədir?” deyə sual versək, bu sualın ən məntiqli cavabı, antenaları ilə diqqət çəkən radioqəbuledici, mobil telefon və ya bənzəri rabitə vasitələri olacaq. Təkmilləşmiş texnologiyanın məhsulu olan bu cihazlar sahib olduqları qamçıya bənzər antenalarla diqqət çəkirlər. Mobil telefon və ya peyk telefonu kimi kabelsiz rabitə vasitələrinin çox qısa keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimizin 1400 il əvvəl etdiyi təsvirin də nə qədər hikmətli olduğu anlaşılacaq. Qiyamətdən əvvəlki zaman kəsiyində olduğumuza dair bir xəbər daha,
122) İnsana öz səsinin danışması
İnsana (öz) səsi danışmadıqca… qiyamət qopmaz. (Ölüm, Kıyamet ve Diriliş, səh. 471)
Hədisdəki mesaj olduqca aydındır: İnsanın öz səsini eşitməsinin Axırzamanın bir xüsusiyyəti olduğu bildirilir. Şübhəsiz ki, insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini qeydə almalı və sonra da dinləməlidir. Səs qeydəalma və köçürmə texnologiyası da 20-ci əsrin bir məhsuludur; bu inkişaf elmi dönüş nöqtəsi olmuş, rabitə və media sektorlarının yaranmasına gətirib çıxartmışdır. Səs qeydəalma prosesi xüsusilə kompüter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmməl səviyyəyə çatmışdır.
Bir sözlə, dövrümüzün elektron alətləri, mikrofonları və dinamikləri səsin qeydə alınması və dinlənilməsinə imkan verir və bizə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərir.
123) Məhsul artımı
İnsanlar bir qab buğda əkdikləri vaxt, qarşılığında yeddi yüz qab götürəcəklər… İnsan bir neçə ovuc toxum atacaq, 700 ovuc toplayacaq… Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 43)
Peyğəmbərimiz Axırzamanda yaşanacaq texnoloji inkişaflarla əlaqədar, daha bir çox məlumat vermişdir. Hədislərdə müasir əkinçiliyə keçilməsi, yeni istehsal texnikalarının yaradılması, toxum yetişdirilməsi işləri və yağış sularının yeni anbarlar, gölməçələr yaradılaraq dəyərləndirilməsi nəticəsində yaranacaq istehsal artımına işarə edilir.
Hal-hazırda texnologiya çox böyük sürətlə inkişaf edir, məhsulların həm keyfiyyətində, həm də istehsal miqdarında artım əldə edilə bilir. Xüsusilə də genetika elmində yaşanan sürətli inkişaf, texnologiyanın bəzi növlərində olduğu kimi, kənd təsərrüfatı texnologiyasında da böyük inqilab yaşadır.
124) Səhraların yaşıllaşdırılması
Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz. (Ahmed Ərəb torpaqlarından çaylar və dərələr axmadıqca qiyamət qopmaz. (Ölüm, Kıyamet Axırzamanda məhsullarda yaşanacaq bolluğa işarə edən başqa bir texnoloji inkişaf da səhraların yaşıllaşdırılmasıdır. Dünyada quraq sahələrin 43%-ni səhraların təşkil etdiyi düşünülsə, bu mövzunun kənd təsərrüfatı texnologiyası üçün nə qədər böyük əhəmiyyət daşıdığı daha asan aydın olar. Dövrümüzdə suyun səmərəsiz səhra torpaqlarına qədər çatdırılmasıyla, ən quraq torpaqlarda belə istehsal prosesi həyata keçirilə bilir. Əgər bu yüksək texnologiya bütün səhralarda tətbiq olunsa, qıtlığın astanasında olan bir çox ölkə çox məhsuldar əkin sahələrinə qovuşacaq. Əlbəttə ki, bunun üçün çox böyük texnologiya lazımdır.
Səhra bölgələrində əkinçiliyin həyata keçirilə bilməsi üçün, suvarma məsələsi həll edilməli və əkinəyararlı torpaqlar təmin edilməlidir. Bunun üçün üzərində çalışılan texnologiyalardan biri kompüterin nəzarəti altında aparılan suvarmadır. Bu texnologiya ilə su axını bilavasitə bitkilərin kök nahiyələrinə istiqamətləndirilir və tək bir damla suyun belə israf edilməsinin qarşısı alınır. Hər cür suyun təmizlənərək istifadəyə verilməsi də səhra əkinçiliyində çox mühüm yer tutar. Bunun üçün sel və dəniz sularının çox sürətli şəkildə istifadəyə verilməsi də, kənd təsərrüfatı texnologiyasının əsasını təşkil edir. Bu yolla çox böyük su mənbəyi təmin edilmiş olacaq və ölkə iqtisadiyyatlarına böyük dəstək təmin ediləcək. Peyğəmbərimiz hədislərində suyun səmərəli şəkildə istifadə edilməsinə də işarə etmişdir:
…Ümmətin istər yaxşıları, istərsə də pisləri, misli heç vaxt görünməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq, bir damlası belə hədər getməyəcək, torpaq tək bir toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
125) Ömürlərin uzanması
Onun dövründə… ömürlər uzanacaq. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar səh. 43)
Peyğəmbərimizin verdiyi bu xəbərin üstündən on dörd əsr keçmişdir. Qeydlər, orta ömür müddətinin, yaşadığımız bu dövrdə digər bütün dövrlərdən daha çox olduğunu açıqca göstərir. Hətta 20-ci əsrin əvvəli ilə sonları arasında belə böyük fərq var. Məsələn, 1995-ci ildə dünyaya gəlmiş bir uşağın 1900-cü ildə dünyaya gəlmiş bir uşağa görə orta hesabla 35 il daha uzun yaşayacağı təxmin edilir.(57) Bu mövzudakı diqqətçəkən digər bir nümunə də, keçmişdə 100 ildən artıq yaşayan insanların olduqca nadir, dövrümüzdə isə çox sayda olmasıdır.
BMT-nin əhali fondunun qaynaqlarına görə, son bir neçə ildə dünya əhalisi yüksək ölüm göstəricisindən aşağı ölüm göstəricisinə doğru diqqətəlayiq keçid mərhələsindədir. Demoqrafik inqilab kimi xarakterizə edilən bu hadisənin mərkəzində də yaşlıların sayı və nisbət etibarilə artımı yer alır. Bu cür sürətli və irimiqyaslı inkişafın sivilizasiya tarixinin Şübhəsiz ki, ömür müddətindəki bu artım səbəbsiz deyil. Tibb texnologiyasının inkişafına bağlı olaraq səhiyyə xidmətlərindəki yüksəlmə insanların belə bir nemətə qovuşmasına imkan yaratmışdır. Bunlarla yanaşı, genetika elmindəki inkişaflar və hələ də böyük sürətlə irəliləməkdə olan İnsan Genomu Layihəsi səhiyyə sahəsində yepyeni bir dövr başlatmaq üzrədir. Bu irəliləyişlər keçmiş dövrlərdə yaşayan insanların xəyal belə edə bilməyəcəyi ölçüdədir. Bütün bu inkişaflara əsaslanaraq, bunu söyləmək mümkündür: Yaşadığımız dövrün insanları yuxarıdakı hədisin xəbər verdiyi uzun və sağlam həyat standartına nail olmuşdur. Həmçinin bu standart, yaxın gələcəkdə daha da yüksələcəkmiş kimi görünür.
126) Saxta məsihlərin ortaya çıxması İsa Peyğəmbərin gəlişinin xəbərçisidir
Allahın şərəfli elçisinin gəlişi üçün hazırlıq görmək istəyən iman sahiblərini tənbəlliyə aparmaq istəyənlər ola bilər. Bu insanlar müxtəlif bəhanələrlə İsa Peyğəmbər üçün hazırlıq görməyi lüzumsuz göstərməyə çalışa bilərlər. Bunun üçün istifadə edəcəkləri bəhanələrdən biri də saxta məsihlərin ortaya çıxması olacaq. Hərdənbir əqli cəhətdən sağlam olmayan və ya müxtəlif mənfəətlər ardınca qaçan bəzi insanlar İsa Peyğəmbər olduqlarını iddia ediblər. Bəzi ətraflar isə, bu cəhalət içindəki insanların etdiklərini öz mənfəətləri üçün istifadə etməyə çalışmış; “İsa Peyğəmbər gələcək şəklindəki şərhlər, saxta məsihlərin ortaya çıxmasına səbəb olur” şəklində açıqlamalar veriblər. Bu açıqlamalarla İsa Peyğəmbərin yer üzünə yenidən gəlişi üçün görüləcək hazırlıqları ləngitmək və hətta dayandırmaq istəyiblər. Lakin Allahın vəd etdiyi bu mübarək dövrün gəlişini heç kim gecikdirə bilməyəcək. Çünki bu cür insanlar çox mühüm bir həqiqəti görə bilmirlər: “saxta məsihlərin ortaya çıxması, İsa Peyğəmbərin gəlişinin bir əlamətidir, müjdəsidir”. Peyğəmbərimiz hədislərində belə bir xəbər vermişdir:
Hər biri Allahın Rəsulu olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fiten: 43; Ebu Davud, Melahim: 16)
Hər biri özünün tək məbud olan Allahdan Rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 36)
Yuxarıdakı hədislər bizə dövrümüzdəki hadisələri xatırladır. Bəzi saxtakarlar müsəlmanların və xristianların gözləntilərindən sui-istifadə edərək peyğəmbərlik iddiaları ilə ortaya çıxarır və bəzən də böyük fəlakətlərə səbəb olurlar.
Mütəxəssislər saxta məsih axınlarının 1970-ci illərdə ortaya çıxmağa başladığını, o tarixdən indiyə qədər də sürətli artım içində olduqlarını ifadə edir. Mütəxəssislərə görə, bu artıma səbəb olan başlıca iki təməl xüsus var. Bunlardan biri kommunizmin süqut etməsi, digəri isə internet texnologiyasının təmin etdiyi imkanlardır.(59) Aşağıdakı sitatlar Federal agentlər və məzhəb üzvləri arasındakı 51 günlük gərginlik faciə ilə nəticələndi. Məzhəbin Uako, Texas yaxınlarındakı tikililəri tamamilə yandı. 33 yaşı olan “Branch Davidians” hərəkatının lideri və məsihi David Koreş (David Koresh) digər 74 insanla birlikdə öldü.(60)
Keçən həftə İsveçrə və Kanadada, saxta Məsih Luk Juret (Luc Jouret)-in tərəfdarlarından və onların uşaqlarından ibarət olan 53 insan öldü. Bu iki ölkənin polisləri ölümlərin səbəbinin kütləvi intihar, kütləvi qətliam və ya ikisinin qarışığı olub olmadığını araşdırır.(61) Ən pis məzhəb qətliamının qorxunc dəlili… Uqandada yeni məzarlar tapıldıqca, liderləri tərəfindən aldadılan fanatik bir məzhəbin 1000-ə yaxın tərəfdarının öldüyündən narahatlıq duyulur…(62)
Elə bir hadisə idi ki, səbəb olduğu şok dalğaları dünyanın hər yanına yayıldı: Müasir tarixin ən pis kütləvi intiharı. Bir məzhəbin üzvləri olan 900-dən artıq insan Cənubi Amerika meşələrində tapıldı. Ölülər Cim Conun (Jim Jonesin) tərəfdarları idi.(63)
Saxta peyğəmbərlərə Quran ayələrində də diqqət çəkilmişdir. Bu mövzudakı bir ayə belədir:
Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy gəldi” deyən və “Allahın nazil etdiyinin bənzərini də mən endirəcəyəm” deyəndən daha zalım kim ola bilər? Sən bu zalımları, ölümün “şiddətli sarsıntısı” zamanında mələklərin əllərini uzadaraq onlara: “Canlarınızı (bu qıs-qıvraq yaxalanışdan) çıxardın, bu gün Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrindən təkəbbürlənərək (üz döndərdiyinizdən) ötrü alçaldıcı əzabla qarşılıq görəcəksiniz” (dedikləri vaxt) bir görsən… (Ənam surəsi, 93)
Ayənin davamında bildirildiyi kimi, bu insanlar ayənin hökmünü girə bilər və uydurduqları yalanın qarşılığını görə bilərlər.
Şübhəsiz ki, saxta məsihlərin yalanlarının tamamilə ortaya çıxacağı günlər yaxındır. Çünki Peyğəmbərimiz yalançıların ardından İsa Peyğəmbərin geri dönüşünü də müjdələmişdir.
Həqiqi iman sahibləri, İsa Peyğəmbəri, əlamətlərindən dərhal tanıyacaqlar. Etdiyi hər hərəkət hikmətli və bənzərsiz olacaq, bu əlamətlərlə digər insanlardan seçiləcək və heç bir isbata ehtiyac duymadan dərhal tanına biləcək. Saxta məsihlərin özlərini isbat etməyə çalışmaları isə onların saxta olduqlarının ən bariz dəlilidir.
İsa Peyğəmbərin dəlilləri, etdikləri olacaq. O, dinsiz cərəyanları, inkarın və əxlaqsızlığın insanlar arasında yayılması üçün səy göstərənlərin sistemlərini çox böyük təxribata uğradacaq. Allahın vəhyi ilə hərəkət etdiyi üçün inkar edənlərin tələlərini puç etməsi, din əxlaqını insanlar arasında yayması, küfrün səylərini təsirsiz hala gətirməsi onun üçün çox asan olacaq. Möcüzələriylə Allahın dininin haqq olduğunu və iman gətirənlərin mütləq üstün gələcəklərini isbat edəcək. Rəbbimiz iman gətirənləri Quranda belə müjdələyir:
Onlar, Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Halbuki Allah Öz nurunu tamamlayandır; kafirlərin xoşuna gəlməsə də. Elçilərini hidayət və haqq din üzrə göndərən Odur. Belə ki, onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcək; müşriklərin xoşuna gəlməsə də. (Saff surəsi, 8-9)

