İsa Peyğəmbərin gəliş əlamətləri

3 / 7 · 13 dəq oxu

İsa Peyğəmbərin qayıtmasının xəbərçiləri

İsa Peyğəmbərin yer üzünə qayıdışının yaxınlaşdığını göstərən çox sayda əlamət var. Bu əlamətlər bizə Quranda, Peyğəmbərimizin hədislərində, müxtəlif İslam alimlərinin açıqlamalarında bildirilib. Bunlarla yanaşı İncildə də qiyamətdən əvvəlki dövr və İsa Peyğəmbərin yer üzünə qayıdış vaxtı barəsində bildirilən müxtəlif hadisələr mövcuddur. Bütün bu mənbələrdə bildirilən hadisələr bizim üçün İsa Peyğəmbərin yer üzünə qayıtmasının yaxınlaşdığını bildirən bir xəbərdir.

Qiyamət əlamətləri

Artıq onlar, qiyamət saatının onlara qəflətən gəlməsindən başqa şeymi gözləyirlər? Məhz onun işarələri gəlmişdir. Lakin özlərinə gəldikdən sonra öyüd alıb düşünmələri onlar üçün nə təmin edər?… (Məhəmməd surəsi, 18)

Yuxarıdakı ayədə görüldüyü kimi, Allah qiyamət əlamətlərinin bəzilərini Quranda bizə bildirmişdir. Allah Zuxruf surəsinin 61-ci ayəsində İsa Peyğəmbər üçün; “şübhəsiz ki, o, qiyamət saatı üçün bir elmdir (əlamətdir)…” deyə buyurur. Peyğəmbərimiz də bir hədisində belə buyurmuşdur:

İsa ibn Məryəm ədalətli bir hakim və ədalətli bir imam olaraq enmədikcə qiyamət qopmayacaq… (Sünen-i İbni Mace, 10/340)

Quranda və hədislərdə göründüyü kimi, İsa Peyğəmbərin yer üzünə qayıtması qiyamətin yaxınlaşdığının əlamətlərindəndir. O zaman qiyamətin digər əlamətləri də İsa Peyğəmbərin gəlişinin yaxınlaşdığını göstərən əlamətlər kimi qiymətləndirilməlidir.

Buna görə də, irəliləyən səhifələrdə istər Quranda, istərsə də Peyğəmbərimizin hədislərində bildirilən qiyamət əlamətlərinə İsa Peyğəmbərin gəlişinin əlamətləri kimi yer veriləcək. Bu əlamətlər araşdırıldığı zaman, bir çoxunun ardıcıl şəkildə müəyyən dövr ərzində gerçəklkəşdiyi açıqca görüləcək, İsa Peyğəmbərin gəlişinin yaxınlaşdığı dəqiq aydınlaşacaq.

Bir-birləriylə dəstəklənən elçilər

Keçmiş peyğəmbərlərlə əlaqədar Quranda verilən xəbərlərə baxdığımızda, Allahın bir çox peyğəmbəri başqa bir peyğəmbər və ya elm sahibi qul ilə dəstəklədiyini görərik.

(Allah) dedi: “Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də elə “güc və səlahiyyət” verəcəyik ki, ayələrimiz sayəsində sizə çata bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcək kimsələrsiniz”. (Qəsas surəsi, 35)

Musa Peyğəmbərin həyatına baxdığımız zaman, Allahın onu başqa qulları ilə də dəstəklədiyini görərik. Bu mövzudakı ayələrdən bəziləri belədir:

Bir zaman Musa gənc köməkçisinə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər gedəcəyəm və ya uzun illər sərf edəcəyəm”. (Kəhf surəsi, 60)

Tam o əsnada, tərəfimizdən özünə rəhmət bəxş etdiyimiz və tərəfimizdən özünə elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. Musa ona dedi: “Doğru yol olaraq sənə öyrədiləndən mənə öyrətməyin üçün sənə tabe ola bilərəmmi?” (Kəhf surəsi, 65-66)

Allahın başqa peyğəmbəriylə dəstəklədiyi qullarından biri də İbrahim Peyğəmbərdir. İbrahim Peyğəmbərin təbliğindən sonra Lut Peyğəmbərin iman gətirdiyini Allah Quranda belə xəbər vermişdir:

(İbrahim) dedi: “Siz Allahı tərk edib dünya həyatında aranızda sevgi bağı olaraq bütləri (ilahlar) qəbul etdiniz. Sonra qiyamət günü biriniz digərinizi inkar edəcək və biriniz digərinizə lənət oxuyacaq. Sizin sığınacaq yeriniz oddur və heç bir köməkçiniz yoxdur”. Bundan sonra Lut ona iman gətirdi və dedi: “Həqiqətən mən Rəbbimə hicrət edəcəyəm. Çünki, şübhəsiz ki, O, güclü və üstün olandır, hökm və hikmət sahibidir”. (Ənkəbut surəsi, 25-26)

Bu mövzuda bir nümunəni Peyğəmbərimiz Məhəmmədin həyatında da görərik:

Siz Ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək etmişdir. Bir zaman kafirlər iki nəfərdən biri olaraq Onu (Məkkədən) çıxartmışdılar; ikisi mağarada olduqları zaman öz dostuna belə deyirdi: “Qəm yemə, əlbəttə, Allah bizimlədir!”. Beləliklə də, Allah Ona “rahatlıq və əmin-amanlıq duyğusunu” nazil etmişdi, Onu sizin görmədiyiniz ordularla dəstəkləmiş və inkar edənlərin də sözünü (inkar çağırışlarını) alçaltmışdı… (Tövbə surəsi, 40)

Allahın digər bir qulu ilə dəstəklədiyi peyğəmbərlərindən biri də Davud Peyğəmbər- dır. Davud Peyğəmbər və Allahın məlik olaraq göndərdiyini bildirdiyi Talut ilə əlaqədar Quranda verilən bəzi məlumatlar belədir:

Peyğəmbərləri onlara dedi: “Allah sizə Talutu (məlik olaraq) göndərdi”. Onlar: “Biz hökmdarlığa ona görə daha layiq ikən və ona mal (sərvət) bolluğu verilmədiyi halda, necə bizi (idarə etmək üçün) hökmdarlıq (mülk) onun ola bilər?” dedilər. O (belə) demişdi: “Doğrusu, Allah sizə onu seçdi və onun bilik və bədən gücünü artırdı. Allah Öz mülkünü istədiyinə verər; Allah (rəhməti və gücü) geniş olandır, biləndir”. (Bəqərə surəsi, 247)

Talut orduyla birlikdə ayrıldığı zaman dedi: “Şübhəsiz ki, Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, o məndən deyil və kim də (əli ilə bir ovuc götürənlər istisna olmaqla) onu dadmasa məndəndir. Kiçik bir qismi istisna olmaqla (hamısı sudan) içdi. O, özüylə birlikdə iman gətirənlərlə (çayı) keçdikdən sonra (geridə qalanlar): “Bu gün bizim Caluta və ordusuna qarşı (müqavimət göstərəcək) gücümüz yoxdur” dedilər. (Həmin vaxt) mütləq Allaha qovuşacaqlarına ümid edənlər (belə) dedilər: “Neçə-neçə az saylı dəstələr, çox saylı dəstələrə Allahın icazəsi ilə qalib gəliblər; Allah səbr edənlərlədir”.

Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqları zaman dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, addımlarımızı sabit et (sürüşdürmə) və kafirlər dəstəsinə qarşı bizə kömək et”.

Beləliklə də, Allahın icazəsi ilə onları məğlub etdilər. Davud Calutu öldürdü. Allah da ona mülk və hikmət verdi; ona istədiyini öyrətdi… (Bəqərə surəsi, 249-251)

Başqa ayələrdə də Rəbbimiz Davud Peyğəmbər və Süleyman Peyğəmbərə elm verdiyini, Süleyman Peyğəmbərin Davud Peyğəmbərə varis edildiyini xəbər vermişdir:

And olsun, Davud və Süleymana elm verdik. Onlar: “Bizi iman gətirmiş bəndələrinin bir çoxundan üstün edən Allaha həmd olsun” dedilər. Süleyman Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quşların danışıq dili öyrədildi və bizə hər şeydən (bol nemət) verildi. Həqiqətən bu, açıq-aydın üstünlükdür!”. (Nəml surəsi, 15-16)

Buraya qədər bəhs etdiyimiz ayə və hekayələrdə görüldüyü kimi, Allah elçilərini bəzən bir-birləriylə dəstəkləmişdir. Rəbbimiz İsa Peyğəmbəri da mübarək bir şəxslə dəstəkləyəcək. Peyğəmbərimizin hədislərində bildirdiyi bu şəxs Mehdi- dır.

“Mehdi” sözü “doğruya aparan” mənasını daşıyır. Peyğəmbərimiz, Allahın, Axırzamanda baş verəcək qarğaşalığın qarşısını alacaq, insanları qurtuluşa nail edəcək bir qulunu göndərəcəyini bizə bildirmişdir. Peyğəmbərimizin hədislərində, çıxış yeri, zamanı, görəcəyi işlər, xüsusiyyətləri ilə əlaqədar təfsilatlı məlumat verilən Mehdinin bir xüsusiyyəti də İsa Peyğəmbərin, bu mübarək şəxsin arxasında namaz qılacağı və İslam əxlaqını yer üzünə birlikdə hakim edəcəkləridir. Peyğəmbərimiz in bu mövzuda bir çox hədisi var, bunlardan bir neçəsi belədir:

Qiyamətə (Dəccal ilə döyüşə) qədər mənim ümmətimdən bir qrup haqq üzrə qalib olaraq mübarizə aparacaq. Həmçinin İsa ibn Məryəm göydən nüzul etdiyi zaman onların əmiri (Mehdi) özünə; “gəl bizə namaz qıldır” deyəcək. Lakin O: “bu ümmətə Allahın bir lütfü olaraq sizin biriniz, digərləriniz üçün əmirdir” cavabını verəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 80)

“İmamınız özünüzdən olduğu halda Məryəm oğlu (İsa əleyhissalam) aranıza endiyi (imamınıza iqtida etdiyi-tabe olduğu-) zaman görəsən necə olarsınız?” deyə buyurdu. (Sahih-i Müslim, 1-ci cild, səh. 208)

“Məryəm oğlu (İsa əleyhissalam) aranıza endiyi və sizdən (birini) imam etdiyi zaman halınız necə olacaq?” deyə buyurdu. (Sahih-i Müslim, 1-ci cild, səh. 208)

Ümmətimdən bir qrup qiyamət gününə qədər haqq üzərində mübarizə apararaq qalib gəlməkdə davam edəcək. “Nəhayət Məryəm oğlu İsa enər və müsəlmanların əmiri ona: “gəl, bizə namaz qıldır” deyər. Bundan sonra İsa: “Xeyr, Allahın bu ümmətə bir lütfü olaraq sizin bir hissəniz digər bir hissə üzərində əmirsiniz” deyər. (Sahih-i Müslim, 1-ci cild, səh. 209)

Bəzi İslam alimləri də Mehdi və İsa Peyğəmbərin birlikdə olacaqlarını təfsilatlı şəkildə açıqlamışdır. Bu açıqlamalardan bir neçəsi belədir:

Məhəmməd ibn Rəsul Bərzənci: Mehdinin varlığı və Axırzamanda zühur edəcəyi, Peyğəmbər ailəsindən və Fatimə oğullarından olması, təvatür ölçüsünə çatan hədislərlə açıqlanmışdır və bu hədisləri inkar etməyin heç bir mənası yoxdur… (Kıyamet Alametleri, səh. 192)

…Bu da bir həqiqətdir ki, İsa Peyğəmbər, Mehdidən hakimiyyəti almayacaq; çünki liderlər Qureyşdəndir. Madam ki, insanlar arasında bu ikisi mövcud olacaq, elə isə İsa Peyğəmbər onun əmiri deyil, vəziri olacaq. Buna görədir ki, Mehdinin arxasında namaz qılacaq və ona tabe olacaq…” (Kıyamet Alametleri, səh. 185)

Rəbbani: Digər bir hədisdə isə, Rəsulullah belə buyurdu:

“Əshabi-Kəhf, İsa Peyğəmbərin köməkçiləri olacaq”. İsa Peyğəmbər, Mehdi dövründə yerə enəcək. Mehdi, dəccalın yox edilməsində İsa Peyğəmbərə razılıq verər. Onun səltənəti dövründə, Ramazan ayının on dördündə Günəş tutulacaq; həmin ayın ilkində isə Ay qaralacaq. Bunların olması, adətin və münəccimlərin hesabı xilafına (təxmin edilməyən, gözlənilməz şəkildə) olacaq. (Rabbani, Mektubat, 2-ci cild, 380-ci məktub, səh. 1162-1163)

“Aradan min il keçdikdən sonra, Mehdinin gəlişi də bunun üçündür. Onun mübarək gəlişini, hatəmür-rəsul Rəsulullah müjdələmişdir. İsa Peyğəmbər belə aradan min il keçdikdən sonra, nüzul edəcək (enəcək)…” (Rabbani, Mektubat, 1-ci cild, 209-cu məktub, səh. 440)

Mehdi, İsa Peyğəmbərdən bir müddət əvvəl zühur edəcək və ilk öncə İslam aləmində fikri mübarizə aparacaq. İslamın əslindən qopmuş müsəlmanları həqiqi imana və əxlaqa qaytaracaq, bütün İslam aləmini birləşdirəcək. Darvinizmə və materializmə qarşı çox güclü fikri mübarizə aparacaq, bu iki din əxlaqına zidd ideologiyanı tam mənasıyla məğlubiyyətə uğradacaq. Hədislərdə bildirildiyinə görə, Mehdiylə eyni dövrdə dünyaya qayıdacaq İsa Peyğəmbər isə, xüsusilə xristian və yəhudi aləminə xitab edəcək, onları düşdükləri xurafatlardan xilas olub Qurana görə yaşamağa dəvət edəcək. Xristianların İsa Peyğəmbərə tabe olmasıyla birlikdə, İslam və Xristian aləmləri tək bir inancda birləşəcək və dünya “Qızıl dövr” adlanan böyük sülh, əmin-amanlıq, xoşbəxtlik və rifah dövrü yaşayacaq.

Mehdinin İsa Peyğəmbərdən qısa müddət əvvəl gələcəyi Axırzamanla əlaqədar digər mühüm bir mənbədə belə bildirilir:

Mehdi, bu ümmətin ortası, İsa Peyğəmbər da axırı olacaq. Ortası dedikdə nəzərdə tutulan şey, Mehdinin İsa Peyğəmbərdən çox az müddət əvvəl gələcəyini ifadə etmək üçündür. İsa Peyğəmbər da, ondan dərhal sonra gəldiyi üçün axır kimi xarakterizə edilib. (El-Kavlu’l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24)

O zaman bütün bunlar bizə göstərir ki, Mehdinin çıxış əlamətləri eyni zamanda İsa Peyğəmbərin da çıxış əlamətidir. İrəliləyən hissələrdə Allahın mübarək peyğəmbəri İsan yer üzünə gəlişinin yaxınlaşdığını müjdələyərkən, Mehdinin çıxış əlamətlərini də ayrı-ayrılıqda qeyd edəcəyik.

İsa Peyğəmbər və Mehdi bu əsrdə gələcək

Hər yüz ildən bir din əxlaqını bidətlərdən qurtarmaq və yeniləmək üçün Allah tərəfindən bir şəxsin göndərildiyi, böyük və mötəbər İslam alimlərinin “Sünəni-Əbu Davud”, “Məktubatı-Rəbbani” kimi əsərlərində açıqca bildirilmişdir:

Əbu Hüreyrənin rəvayətinə görə; Rəsulullah belə buyurub: Həqiqətən Əziz və Cəlil olan Allah hər əsrin əvvəlində bu ümmətin dinini bidətdən (dinə sonradan qarışmış batil tətbiqlərdən) təmizləyəcək, yeniləyəcək (elm sahibi) bir şəxsi göndərər. (Sünen-i Ebu Peyğəmbərimizdən rəvayət edilən hədislərdə Axırzamanda zühur edəcəyi müjdələnən Mehdinin çıxış zamanı olaraq isə, hicri 1400-ci il verilmişdir:

“İnsanlar 1400-cü ildə Mehdinin yanında toplanacaq”. (Risaletül Huruc-ül Mehdi, səh. 108)

Bu 100 illik müddətdə İslam əxlaqı müəyyən müddət ərzində bütün dünyaya hakim olacaq, din əxlaqına qarşı mübarizə aparan dəccaliyyət sistemi isə tamamilə ortadan qalxacaq. Lakin təxminən 100 il qədər davam edəcək bu yüksəliş dövründən sonra, yəni hicri 1500-cü illərlə birlikdə dünya yenidən bir pozulma prosesinə daxil olacaq. böyük hədis və fiqh alimlərindən biri olan Əhməd İbn Hənbəl kimi bir çox alimin bir-birlərindən nəql etdikləri bir hədisdə Peyğəmbərimiz özünə qədər dünyada keçən zamanın 5600 il olduğunu bildirərək bəşəriyyət tarixinin başlanğıcı barəsində mühüm məlumat vermişdir:

Əhməd İbn Hənbəl əsasında nəql etdi. İsmail ibn Əbdülkərim, Əbdüssaməddən O da Vəhbdən rəvayət etdi: DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 89)

Digər tərəfdən başqa bir çox hədisdə isə dünyanın ömrünün 7000 il olduğuna dair açıq izahlar var:

Ənəs Malikdən təxric etdi (çıxarış etdi). O dedi ki, Rəsulullah buyurdu: DÜNYANIN ÖMRÜ, AXİRƏT GÜNLƏRİNDƏN YEDDİ GÜNDÜR. Allah buyurdu: RƏBBİN QATINDA BİR GÜN SİZİN SAYDIQLARINIZDAN MİN İL KİMİDİR. Kim bir din qardaşının Allah yolunda bir ehtiyacını ödəsə, Allah onun üçün gündüzlərini orucla, gecələrini də ibadətlə keçirmiş kimi, BU DÜNYANIN YEDDİ MİN İLLİK ÖMRÜ QƏDƏR SAVAB YAZAR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 88)

Dakka ibn Zeyd əl-Cühənidən rəvayət etdilər. O dedi ki; mən gördüyüm bir yuxunu Rəsulullaha danışdım. Bu yuxuda Peyğəmbər yeddi pilləli bir minbərin ən üst pilləsində idi. O buyurdu ki; GÖRDÜYÜN BU YEDDİ PİLLƏLİ MİNBƏR DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İLDİR. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 89)

Hicri 1300-cü illərin və son min ilin ən böyük mücəddidi olan Səid Nursi həzrətləri isə, İslam əxlaqının hakimiyyət müddəti üçün, hicri 1500-cü illəri vermişdir. Səid Nursi bu tarixlərə qədər ki, dövrün, müsəlmanların açıq və aşkar qalibiyyət dövrləri olacağını ifadə etmişdir. Bundan sonrakı illərdə isə İslam əxlaqının dünyadakı yüksəliş dövrünün bitəcəyi və kafirlər üçün qiyamət qopmasının hicri 1545-ci ildən başlayacağını söyləmişdir (doğrusunu Allah bilər).

“Ümmətimdən bir taifə (qrup) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq “Ümmətimdən bir taifə…” fıqrasının (bəndinin) məqam-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti), 1542 (2117) edərək nəhayət-i davamına (varlığının sonuna) eyham edər. “Haqq üzərində olacaq” (şəddə sayılır) fıqrası (bəndi) belə; məqam-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti) 1506 (2082) edib, bu tarixə qədər zahir və aşkaranə (açıq və ortada), bəlkə qalibanə; sonra ta 1542-yə (2117), gizli və məğlubiyyət içində vəzifə-i tənviriyəsinə (aydınlaşdırma vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edər. “Allahın əmri gəlincəyə qədər” (şəddə sayılır) fıqrası (bəndi) belə; məqamı-ı cifrisi (cifr hesabına görə olan nəticəsi, ədədi qiyməti) 1545 (2120) olub, kafirin başında QİYAMƏT QOPMASINA eyham edər. (Kastamonu Lahikası, səh. 33)

Böyük əhli-sünnə alimi Bərzənci həzrətləri də dünyanın ömrünün hicri 1600-cü illərə çatmayacağını, yəni hicri 1500-cü illər içində qiyamətin qopmasının Allahın icazəsi ilə gözlənildiyini ifadə edir (doğrusunu Allah bilər).

BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ AŞMAYACAQ… (Kıyamet Alametleri, Medineli Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk nəşriyyatı, İstanbul, 2002, səh. 299)

Peyğəmbərimizdən rəvayət edilən hədisə əsaslanaraq Süyuti həzrətləri isə verdiyi açıqlamada belə bildirir:

“MƏNİM ÜMMƏTİMİN ÖMRÜ 1500 İLİ ÇOX KEÇMƏYƏCƏK”. (Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed bin Hanbel, Kitâbu’l-İlel, səh. 89)

Peyğəmbərimizin hədislərindən və böyük İslam alimlərinin açıqlamalarında da açıqca aydın olduğu kimi, yaşadığımız hicri 1400-cü illər Mehdinin zühur dövrüdür. Bu əsrdə İsa Peyğəmbər yer üzünə gələcək, Mehdi zühur edəcək və İslam əxlaqı yer üzünə hakim olacaq.

Elçilərə qarşı çıxanlar

Allah bir ayədə; “məhz belə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən yaratdıq” (Furqan surəsi, 31) deyə buyurmuşdur. Ayədə açıqca bildirildiyi kimi, hər dövrdə Allahın elçilərinə düşmən olan, onlara maneə törətməyə çalışan insanlar olmuşdur. İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gəlişində də özünə düşmən olanlar, qarşı çıxanlar olacaq. Əlbəttə ki, bu düşmənlərin başında olan, inkarçıların liderliyini edən, bir ayədə diqqət çəkildiyi kimi; “pisliyi təşkil edən” bir şəxs də olacaq.

Məhz bu şəxs, Peyğəmbərimizin hədislərində dəccal kimi tanıdılır. Dəccal ərəb mənşəli bir sözdür, “dəcl” kökündən gəlir. Lüğətlərdə verilən mənaya görə dəccal; “yalançı, hiyləgər, zehinləri, könülləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizlədən, bucaq-bucaq hər yeri dolaşan müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (lənətlənmiş, qovulmuş) bir insandır”. Dəccal Axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük mənfi gücün adıdır. Hədislərdə ümumiyyətlə bir şəxs kimi təsvir edilir, lakin bu bir insan ola biləcəyi kimi, zorakılığa və vəhşiliyə meylli, şeytani xüsusiyyətlərə sahib və insanlara zülm edən bir ideologiya da ola bilər.

Axırzaman kimi fövqəladə hadisələrin baş verdiyi bir dövrdə Allahın elçisinə düşmənçilik edərək şeytanın sistemini hakim etməyə çalışacaq olan Dəccal, tarixin bəlkə də, ən şiddətli inkarçılarından biri olacaq. Necə ki, Peyğəmbərimiz Dəccalın fitnəsinin böyüklüyünü belə təsvir edib:

Adəmin yaradılışından qiyamətə qədər keçən zaman müddətində Dəccaldan daha böyük hadisə yoxdur. (Tirmizi, səh. 82; Müslim, Fiten: 126)

Məhəmməd Peyğəmbərin başqa hədislərində

Dəccal, qiyamətin mühüm əlamətlərindən biri kimi xəbər verilir:

Qiyamət on əlamət görünmədikcə qopmaz: Duman, Dəccal, Dəbbətül-ərz, Günəşin qərbdən doğması, İsanın yer üzünə enməsi… (Büyük Hadis Külliyatı, 5-ci cild, səh. 362)

Böyük İslam alimləri də Dəccalın qiyamətdən əvvəl yer üzünə gələcəyini qəti məlumat kimi çatdırıblar. Məsələn, Əbu Hənifə bu mövzu barəsində bunları bildirir:

Dəccalın, Yəcuc və Məcucun çıxması, Günəşin qərbdən doğması, İsanın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə varid olduğu vəchlə, haqqdır, olacaqdır. (Ebu Hanife, Nu’man b. Sabit (150/767), Fıkh-ı Ekber, tərcüməçi: H. Basri Çantay, Ankara, 1982)

İsa Peyğəmbər və Mehdi ilə eyni dövrdə, yəni Axırzamanda yer üzünə gələcək olan Dəccalın məğlub olması üçün, Allah İsa Peyğəmbəri vəsilə edəcək. Peyğəmbərimizin bildirdiyi kimi, İsa Peyğəmbər, Dəccalı mənəvi cəhətdən yox edəcək və yer üzündə İslam əxlaqının tam hakim olduğu, mübarək bir dövrün başlamasını təmin edəcək. İsa Peyğəmbərin Dəccalı yox etməsiylə əlaqədar bir hədis belədir:

Dəccal, İsa Peyğəmbəri gördükdə suyun içində duzun əriməsi kimi əriyər və qaçıb gedər. İsa Peyğəmbər (Dəccalın arxasınca): “Mənim sənə endirəcəyəm bir zərbə var, sən bu zərbədən heç cür xilas ola bilməzsən”, deyər və ona (Fələstindəki bab-ü Lüdd (Lut qapısı) adlanan mövqedə yəni) bab-ü Lüddün (Lut qapısının) şərq tərəfindəki bab-ü Rəmlə (Rəml qapısı; rəml, Filistində bir qəsəbənin adıdır) yanında yetişərək Dəccalı yox edər. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 496)

Böyük İslam alimi Səid Nursi da əsərlərində, Axırzaman və İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gəlişi mövzularına çox geniş yer vermişdir. Xüsusi olaraq vurğuladığı mövzuların başında isə, İsa Peyğəmbərin yer üzünə gəldiyi əsnada dünyadakı dinsizliyi təmsil edən Dəccal ilə çox böyük mübarizə aparıb, onu məğlub edəcəyidir.

Həmçinin aləm-i insaniyyətdə (bəşəriyyət aləmində) inkar-ı üluhiyyət (Allahın kainatdakı hakimiyyətini inkaretmə) niyyətiylə mədəniyyət və müqəddəsat-ı bəşəriyəyi (insanların müqəddəs dəyərlərini) zir-ü zəbər edən (qarmaqarışıq edən) Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın din-i həqiqisini (həqiqi dinini) İslamiyyətin həqiqətiylə birləşdirməyə çalışan hamiyətkar (həmiyyətli) və fədakar bir İsəvi camaatı namı (adı) altında və “müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini, həzrəti İsa əleyhissalamın rəyasəti (başçılığı) altında öldürəcək və dağıdacaq, bəşəri inkar-ı üluhiyyətdən (Allahın varlığını inkar etməkdən) qurtaracaq. (Said Nursi, Mektubat, 29-cu məktub, səh. 441)

…“O qədər güclüdür və davam edər; təkcə həzrəti İsa onu (Dəccalı) yox edə bilər, başqa çarə ola bilməz” deyə rəvayət edilib. Yəni, onun peşəsini və yırtıcı rejimini pozacaq, məhv edəcək, lakin səmavi və ülvi xalis bir din İsəvilərdə zühur edəcək və həqiqəti-Quraniyəyə (Quran həqiqətlərinə) iqtida (tabe olan) və ittihad edən (birləşən) bu İsəvi dinidir ki, həzrəti İsa əleyhissalamın nüzulu (enişi) ilə o dinsiz peşə məhv olar, yox olar. Yoxsa onun şəxsi bir mikrob, bir zökəmlə öldürülə bilər. (Said Nursi, Şualar, 5-ci şua, səh. 581)

Ustadın bu açıqlamasında həqiqi isəvilik kimi adlandırdığı din İslamdır. Ustadın digər açıqlamaları da nəzərə alındığı zaman bu vəziyyət açıqca görülür. Necə ki, hədislərdə də İsa Peyğəmbərin Quran ilə hökm edəcəyi, xristianlığın batil inanclarını ortadan qaldıraraq, insanları tək bir din altında, (yəni İslam əxlaqında) toplayacağı bildirilir.

Bütün bu açıqlamalardan aydın olduğu kimi, İsa Peyğəmbər və Dəccal eyni dövrdə yer üzündə olacaqlar. Dolayısilə eynilə qiyamət əlamətləri və Mehdinin çıxış əlamətləri kimi, Dəccalın əlamətləri də, İsa Peyğəmbərin yer üzünə ikinci dəfə gəlişinin bir xəbərçisidir. Yenə irəliləyən hissələrdə Dəccalın çıxış əlamətlərinə təfsilatlı şəkildə toxunulacaq və İsa Peyğəmbərin gəlişinin yaxın olduğu bu vəsilə ilə bir daha vurğulanacaq.

İncildəki açıqlamalar

Buraya qədər İsa Peyğəmbərin gəlişinin xəbərçiləri olaraq həmişə İslami mənbələrdən bəhs etdik. Bunlardan aydın olduğu kimi, Axırzaman ilə əlaqədar əlimizdə İslami mənbələrə aid çox sayda məlumat var. Lakin hər nə qədər təhrif edilmiş olsa da, İncildə də İsa Peyğəmbərin təkrar yer üzünə gəlişini müjdələyən müxtəlif xəbərlər var. Bu xəbərlərin doğruluğundan qəti əmin ola bilməsək də, Quran və Peyğəmbərimizin səhih hədisləri ilə uyğun açıqlamaları nəzərə almaqda fayda var. Çünki İslami mənbələrlə uyğun olan bu açıqlamaların orjinallığını qorumuş olma ehtimalı güclüdür.

İncildə xüsusilə də İsa Peyğəmbərin ikinci gəlişi, bunun işarələri və son zamanlar barəsində çox sayda açıqlamaya rast gəlmək mümkündür. Bu açıqlamalarda İsa Peyğəmbər- ın gəlişindən əvvəl və sonra meydana çıxacaq təbiət hadisələri, ictimai hadisələrdən bəhs edilir. Dövrümüzdə, Peyğəmbərimizin də hədislərində təfsilatlı şəkildə bildirdiyi bu əlamətlərin əksəriyyətinin əvvəlki zamanlarla müqayisədə diqqətçəkən tərzdə ortaya çıxdığına şahid oluruq. Önəmli olan bu işarələrin biri və ya ikisinin deyil, demək olar ki, hamısının bir-birinin ardınca yaşadığımız dövrdə ortaya çıxmasıdır. Beləliklə də, yaşadığımız zamanın Axırzaman olduğunu, başda İslami mənbələrə görə, həm də İncilə əsaslanaraq söyləmək mümkündür.

İrəliləyən hissələrdə Axırzaman və İsa Peyğəmbərin yer üzünə qayıtmasına işarə edən İncildəki açıqlamalara da yer veriləcək.