İNCİL: Yenə deyir ki, “Ya Rəbb, başlanğıcda, dünyanın təməllərini sən atdın. Göylər də Sənin əllərinin əsəridir. Onlar yox olacaq, amma Sən qalıcısan. Hamısı bir geyim kimi köhnələcək. Bir xalat kimi bükəcəksən onları, bir geyim kimi dəyişdiriləcəklər. Amma Sən həmişə eynisən, illərin tükənməyəcək.” (İbranilərə, 1:10-12)
QURAN: Yer üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir. (Rəhman surəsi, 26-27)
Allah hər şeyin Yaradıcısıdır:
İNCİL: Hər şeyin qaynağı Odur; hər şey Onun tərəfindən və Onun üçün yarandı. Ona sonsuza qədər ucalıq olsun! Amin. (Romalılara, 11:36)
QURAN: Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)
Allah şəkil və surət verəndir:
İNCİL: Gerçək budur ki, Allah bədənin hər üzvünü dilədiyi şəkildə bədənə yerləşdirmişdir. (1 Korinflilərə, 12:18)
QURAN: Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 6)
Allah dua edənin duasına cavab verər:
İNCİL: [Allahdan] diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. (Matta, 7:7)
İNCİL: İmanla dua etsəniz, dilədiyiniz hər şeyi alarsınız. (Matta, 21:22)
QURAN: Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin surəsi, QURAN: Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)
Allahın elçisinə iman və itaət edən Allaha itaət etmiş olar:
İNCİL: [İsa Peyğəmbər:] “… Məni qəbul edən də məni Göndərəni [Allahı] qəbul etmiş olar.” (Matta, 10:40; Mark, 9:37)
İNCİL: [İsa Peyğəmbər:] “… Məni rədd edən də məni Göndərəni [Allahı] rədd etmiş olar.” (Luka, 10:16)
QURAN: Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər. (Fəth surəsi, 10)
QURAN: Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik. (Nisa surəsi, 80)
Peyğəmbər özündən danışmaz, Allahın vəhyini çatdırar:
İNCİL: İsa onlara, “Mənim təhsilim mənim deyil, məni Göndərənindir [Allahındır]” deyə cavab verdi. (Yəhya, 7:16)
İNCİL: Bu səbəblə İsa belə dedi: “… mənim o olduğumu, özlüyümdən heç bir şey etmədiyimi, amma eynilə Allahın mənə öyrətdiyi kimi danışdığımı anlayacaqsınız.” (Yəhya, 8:28)
QURAN: O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. (Nəcm surəsi, 3-4)
QURAN: Mən Rəbbimin mənə vəhy etdiklərini sizə təbliğ edir və sizə öyüdnəsihət verirəm. Allahdan nazil olanlar sayəsində sizin bilmədiklərinizi bilirəm. (Əraf surəsi, 62)
Allah elçisinə itaət edəni sevər:
İNCİL: İsa ona bu qarşılığı verdi: “Məni sevən sözümə uyar, Allahım da onu sevər… Məni sevməyən, sözlərimə uymaz. Eşitdiyiniz söz mənim deyil, məni göndərən İNCİL: [İsa Peyğəmbər:] “Kim buyruqlarımı bilir və yerinə yetirirsə, məni sevən odur. Məni sevəni Allahım da sevəcək. Mən də onu sevəcəyəm…” (Yəhya, 14:21)
QURAN: De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz. (Ali İmran surəsi, 31-32)
Möminlərin çətinliklərlə imtahan olmaları:
İNCİL: [İsa Peyğəmbər:] “… [Allah rizası üçün] mənə olan bağlılığınızdan ötrü insanlar sizi söyüb zülm etdikləri, yalan yerə sizə qarşı hər cür pis sözü söylədikləri zaman nə xoşbəxt sizə! Sevinin, sevinclə coşun! Çünki [axirətdəki] mükafatınız böyükdür. Sizdən əvvəl yaşamış peyğəmbərlərə də belə zülm etdilər.” (Matta, 5:10-12)
İNCİL:… “Allahın Hökmranlığına [cənnətə], bir çox çətinlikdən keçərək girməyimiz lazımdır” deyirdilər. (Həvarilərin İşləri, 14:22)
QURAN: Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. Həqiqətən, Allahın köməyi yaxındır. (Bəqərə surəsi, 214)
Hər kəsin gücünün çatacağı ilə imtahan olması:
İNCİL: Hər kəsin qarşılaşdığı sınaqlardan başqa sınaqlarla qarşılaşmadınız. Allah etibarlıdır, gücünüzü aşan şəkildə sınanmanıza icazə verməz. Dözə bilməniz üçün sınaqla birlikdə çıxış yolunu da təmin edəcək. (1 Korinflilərə, 10:13)
QURAN:… Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)
QURAN:… Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, Allah çıxış yolu göstərər. (Talaq surəsi, 2)
Allah üçün canını malını satmaq:
İNCİL: İzdihamlı xalq birlikləri İsayla birlikdə yol aldı. İsa dönüb onlara belə dedi: “Biri mənə gəlib də atasını, anasını, arvadını, uşaqlarını, qardaşlarını, hətta öz canını QURAN: De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz” (Tövbə surəsi, 24)
İmanın möhkəm bir təməl üzərində qurulması:
İNCİL: [İsa Peyğəmbər:] “Məhz bu sözlərimi eşidib tətbiq edən hər kəs, evini qaya üzərinə quran ağıllı adama bənzəyər. Yağış yağar, sellər basar, yellər əsər, evə hücum edər; amma ev yıxılmaz. Çünki qaya üzərinə qurulmuşdur. Bu sözlərimi eşidib də tətbiq etməyən hər kəs, evini qum üzərinə quran axmaq adama bənzəyər. Yağış yağar, sellər basar, yellər əsər, evi sarsıdar. Ev yıxılar; yıxılışı da qorxunc olar.” (Matta, 7:24-27)
İNCİL: [İsa Peyğəmbər:] “Mənə gələn və sözlərimi eşidib tətbiq edən adamın kimə bənzədiyini sizə izah edim. Belə bir adam, evini inşa edərkən torpağı qazan, dərinlərə enib təməli qaya üzərinə atan adama bənzəyər. Sel sularıyla qabaran çay o evə hücum etsə də, onu məhv etməz. Çünki ev möhkəm tikilmişdir. Amma sözlərimi eşidib də tətbiq etməyən adam, evini təməl qoymadan torpağın üzərinə quran adama bənzəyər. Qabaran çay daşanda ev dərhal çökər. Evin yıxılışı da qorxunc olar.” (Luka, 6:47-49)
QURAN: Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 109)
Allah yolunda hicrət edən insana bərəkət verilməsi:
İNCİL: “Sizə doğrusunu söyləyim” dedi İsa, “[Allah rizası üçün] mənim və Müjdənin [Allahın əmrlərinin] uğruna evini, qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxıb da indi, bu çağda çəkəcəyi zülmlərlə birlikdə yüz qat daha çox evə, qardaşa, anaya, uşağa, torpağa və gələcək çağda sonsuz həyata qovuşmayacaq heç kim yoxdur. Nə var ki, birincilərin bir çoxu sonuncu, sonuncuların bir çoxu da birinci olacaq.” (Mark, 10:29-31)
QURAN: Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim Allaha və Onun Elçisinə tərəf hicrət edərək evindən çıxdıqdan sonra da ölüm onu haqlayarsa, onun mükafatını Allah verər. Allah Bağışlayandır, Rəhmlidir. (Nisa surəsi, 100)
İnfaq ibadətini nümayiş mövzusu etməmək: etməyin. İkiüzlülər, insanların tərifini qazanmaq üçün… belə edərlər. (Matta, 6:2)
QURAN: Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi 264)
Mal yığıb toplamamaq:
İNCİL: Yer üzündə özünüzə xəzinələr yığmayın. Burada güvə və pas onları yeyib bitirər, oğrular da girib oğurlayarlar. Bunun yerinə özünüzə göydə [axirət üçün] xəzinələr yığın. Orada nə güvə, nə pas onları yeyib bitirər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradasa, ürəyiniz də orada olacaq. (Matta, 6:19-21)
QURAN: O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hutəməyə atılacaqdır. (Hüməzə surəsi, 2-4)
Möminlər, özləri ehtiyac içində olsalar da infaq edərlər:
İNCİL: İsa başını qaldırdı və hədiyyə toplanan yerdə hədiyyələrini qoyan zənginləri gördü. Yoxsul bir dul qadının oraya iki mis pul atdığını görüncə, “Sizə gerçəyi söyləyim” dedi, “Bu yoxsul dul qadın hər kəsdən daha çox verdi. Çünki bunların hamısı qutuya, zənginliklərindən artıq qalanı atdılar. Bu qadın isə yoxsulluğuna baxmayaraq, dolanmaq üçün əlində nə varsa hamısını verdi.” (Luka, 21:1-4)
QURAN: Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar.
Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır. (Həşr surəsi, 9)
İbadət edərkən göstəriş etməmək:
İNCİL: “Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Onlar, hər kəs onları görsün deyə… tinlərdə durub dua etməkdən zövq alarlar. Sizə doğrusunu söyləyim, onlar qarşılıqlarını almışlar. Amma siz dua edəcəyiniz zaman daxili otağınıza çəkilib qapını örtün və gizlidə olan Allaha dua edin. Gizlilik içində ediləni görən Allahınız sizi mükafatlandıracaq. (Matta, 6:5-6)
QURAN: Onlar riyakardırlar və az bir şey verməkdən belə imtina edirlər. (Maun surəsi, 6-7)
QURAN: Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı
Allaha yaxınlaşdıran qurban əti deyil, təqvadır:
İNCİL:… Hələ bütpərəst vərdişlərinin təsirində qalan bəziləri, yedikləri ətin bütə təqdim edildiyini düşünürlər. Vicdanları zəif olduğu üçün ləkələnir. Yemək bizi Allaha yaxınlaşdırmaz… (1 Korinflilərə, 8:7-8)
QURAN: Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ! (Həcc surəsi, 37)
Başqalarını xəbərdar edərkən insanın özünü unutmaması:
İNCİL: Sən niyə qardaşının gözündəki çöpü görürsən, amma öz gözündəki tiri fərq etmirsən? Öz gözündə tir varkən qardaşına necə, “İcazə ver, gözündəki çöpü çıxarım” deyərsən? Ay ikiüzlü! Əvvəl öz gözündəki tiri çıxar, o zaman qardaşının gözündəki çöpü çıxarmaq üçün daha yaxşı görərsən. (Matta, 7:3-5; Luka, 6:37-42)
İNCİL: Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: “…Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər.” (Matta, 23:1-3)
QURAN: Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız? (Bəqərə surəsi, 44)
İnkar edənlərin gözlərinin və qulaqlarının korlaşması:
İNCİL: Onlara bənzətmələrlə danışmağımın səbəbi budur. Çünki, “Gördükləri halda görməzlər, eşitdikləri halda duymazlar və anlamazlar.” “Beləcə, Yeşayanın peyğəmbərlik sözü onlar üçün reallaşmış oldu: “Eşidəcək, amma heç anlamayacaqsınız, baxacaq baxacaq, amma heç görməyəcəksiniz! Çünki bu xalqın ürəyi duyğusuzlaşdı, qulaqları ağırlaşdı. Gözlərini bağladılar. Belə ki, gözləri görməsin, qulaqları eşitməsin, ürəkləri anlamasın və Mənə dönməsinlər. Dönsəydilər, onları yaxşılaşdırardım.” (Matta, 13:13-15)
İNCİL: Gözlərin olduğu halda görmürsünüzmü? Qulaqlarınız olduğu halda eşitmirsinizmi? (Mark, 8:18-19)
QURAN: Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər.
Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf QURAN: Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 7)
İNCİL: [İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm: Düşmənlərinizi sevin, sizdən nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün yaxşılıq diləyin, sizi təhqir edənlər üçün dua edin.” (Luka, 6:27-28)
İNCİL: Pisliyə pisliklə cavab verməyin. Hər kəsin gözündə yaxşı olanı etməyə diqqət yetirin. Hər kəslə sülh içində yaşamaq üçün əlinizdən gələni edin. Mümkünsə, əlinizdən gəldiyincə hər kəslə sülh içində yaşayın. Sevimli qardaşlar, kimsədən qisas almayın; bunu Allahın qəzəbinə buraxın. Çünki belə yazılmışdır: “Rəbb deyir ki, “Qisas mənimdir, mən cavab verəcəyəm.”“ Amma, “Düşmənin acmışsa doyur, susamışsa su ver. Bunu etməklə onu utanca boğarsan.” Pisliyə məğlub olma, pisliyi yaxşılıqla məğlub et. (Romalılara, 12:17-21)
QURAN: Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
QURAN: Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. (Qəsas surəsi, 54)
Evlərə girildiyində salam vermək:
İNCİL: Hansı evə girsəniz, əvvəl, “Bu evə əmin-amanlıq olsun!” deyin. Orada əmin-amanlıq sevən biri varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq; yoxsa, sizə dönəcək. (Luka, 10:5-6)
QURAN: Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız. (Nur surəsi, 27)
Allah dilərsə (inşaAllah) demək:
İNCİL: Dinləyin indi, “Bu gün ya da sabah filan şəhərə gedəcəyik, orada bir il qalıb ticarət edəcəyik və pul qazanacağıq” deyən sizlər, sabah nə olacağını bilmirsiniz. Həyatınız nədir ki? Qısa bir müddət görünən və sonra itən bir tüstü kimisiniz. Bunun yerinə, “Rəbb dilərsə yaşayacağıq, onu, bunu edəcəyik” deməlisiniz. (Yaqub, 4-cü hissə, 13:15)
QURAN: Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de. (Kəhf surəsi, 23-24)
Verilən əhdə bağlı qalmaq:
İNCİL: Yenə atalarımıza, “Yalan yerə and içməyəcəksən, amma Rəbbin hüzurunda içdiyin andları yerinə yetirəcəksən” deyildiyini eşitdiniz. (Matta, 5:33)
QURAN: Allahla bağladığınız əhdə sadiq olun; möhkəm and içdikdən sonra andlarınızı pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. (Nəhl surəsi, 91)
İman edənlərin çəkişib ayrılığa düşməmələri:
İNCİL: Qardaşlar… hamınız həmfikir olun, aranızda bölünmələr olmadan eyni düşüncə və fikirdə birləşin… (1 Korinflilərə, 1:10-11)
QURAN: Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Dində asanlıq vardır:
İNCİL: [İsa Peyğəmbər:] “Ey bütün yorğunlar və yükü ağır olanlar! Mənə gəlin, mən sizə rahatlıq verərəm. [Allah rizası üçün] yükünüzü yükləyin, məndən öyrənin. Çünki mən mülayim, təvazökaram. Beləcə, canlarınız rahatlığa qovuşar. Yükü daşımaq asan, öhdəçilik yüngüldür.” (Matta, 11:28-30)
QURAN: İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)
QURAN: Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı… (Həcc surəsi, 78)
Dünya həyatının keçiciliyi:
İNCİL: Dünyanı və dünyaya aid şeyləri sevməyin. Dünyanı sevənin Allaha sevgisi yoxdur. Çünki dünyaya aid olan hər şey, cismani təbiətin ehtirasları, gözün ehtirasları və maddi həyatın verdiyi qürur Allahdan deyil, dünyadandır. Dünya və dünyəvi ehtiraslar keçər, amma Allahın istəyini yerinə yetirən sonsuza qədər yaşayar. (1 Yəhya, 2:15-17)
İNCİL:… Qürbəti xatırladan bu dünyadakı zamanınızı Allah qorxusuyla keçirin.
Bilirsiniz ki, atalarınızdan qalma boş yaşayışınızdan qızıl ya da gümüş kimi keçici şeylərlə [xilas ola bilməzsiniz]… (1 Peter, 1:17-18)
QURAN: Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.
(Rad surəsi, 26) olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq. (Yunis surəsi, 70)
Axirətdə görmənin itiləşməsi:
İNCİL: İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik.
İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm… (1 Korinflilərə, 13:12-13)
QURAN: Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” (Qaf surəsi, 22)
Cəhənnəm əhlinin möminlərdən su tələb etmələri:
İNCİL: Ölülər diyarında [cəhənnəmdə] iztirab çəkən zəngin adam başını qaldırıb uzaqda [cənnətdə] İbrahimi və onun yanında Lazarı gördü. “Ey atamız İbrahim, acı mənə!” deyə səsləndi. “Lazarı göndər barmağının ucunu suya batırıb dilimi sərinlətsin. Bu alovların içində əzab çəkirəm.” (Luka, 16:23-24)
QURAN: Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: “Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün”. Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram etmişdir”. (Əraf surəsi, 50)
İnkarçıların ölülər danışsa belə iman etməmələri:
İNCİL: İbrahim ona, “Əgər Musa ilə peyğəmbərləri dinləməzlərsə, ölülər arasından biri dirilsə belə razı salınmazlar” dedi. (Luka, 16:31)
QURAN: Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu bunu bilmir. (Ənam surəsi, 111)
İlk insandan yaradılış:
İNCİL:… Allah, bütün xalqları tək insandan törətdi və onları yer üzünün hər tərəfinə yerləşdirdi. (Həvarilərin İşləri, 17:24-28)
QURAN: Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)
İNCİL: Bu hadisələr başqalarına dərs olsun deyə onların başına gəldi; çağların sonuna çatan bizləri xəbərdar etmək üçün yazıya alındı. (1 Korinflilərə, 10:11)
QURAN: Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Artıq sənə Öz tərəfimizdən Zikr vermişik. (Taha surəsi, 99)
Allah Qatında bir günün, bir il olması:
İNCİL: Sevimli qardaşlarım, bunu unutmayın ki, Rəbbin nəzərində bir gün min il, min il bir gün kimidir. (2 Peter, 3:8)
QURAN: Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz.
Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47)
Üstünlüyün soya görə olmaması, soya əhəmiyyət verməmək:
İNCİL: Makedoniyaya gedərkən sənə xahiş etdiyim kimi, Efesdə qal və bəzi kəslərin fərqli təlimlər yaymamasını, nağıllarla və sonu gəlməyən şəcərələriylə məşğul olmamasını nəsihət et. Bu şeylər, imana əsaslanan İlahi nizama xidmət etməkdən çox, mübahisələrə gətirib çıxarar. (1 Timoteyə, 1:3-4)
QURAN: Kafirlər öz qəlbində təkəbbürlüyə – cahillik lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Münafiqlərin xarici görünüşlərinin aldadıcı olması:
İNCİL: “Vay halınıza ey din alimləri və Fariseylər, ikiüzlülər! Siz xaricdən gözəl görünən, amma içi ölü sümükləri və hər cür pisliklə dolu ağ məzarlara bənzərsiniz.
Xaricdən insanlara doğru görünərsiniz, amma daxildə ikiüzlülük və pisliklə dolusunuz. (Matta, 23:27-28)
QURAN: Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! (Münafiqun surəsi, 4)
Münafiqlərin Allah yolunda mübarizədən qaçmaq üçün ailələrini evimdəkilərlə vidalaşım.” İsa ona, “Kotanı tutub da geriyə baxan, Allahın Hökmranlığına İNCİL: Başqa bir şagirdi İsaya, “Ya Rəbb, icazə ver, əvvəl gedib atamı basdırım” dedi. İsa ona, “Ardımca gəl” dedi. “Burax ölüləri, öz ölülərini özləri basdırsın.” (Matta, 8:21-22)
QURAN: Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! Siz müqavimət göstərə bilməyəcəksiniz. Geri qayıdın!” İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)
Münafiqlərin ürəklərində olmayanı söyləmələri:
İNCİL: Ey ikiüzlülər! Yeşayanın sizinlə əlaqədar bu peyğəmbərlik sözü nə qədər yerindədir: “Bu xalq dodaqlarıyla Məni sayar, amma ürəkləri Məndən uzaqdır. Mənə boşuna ibadət edərlər. Çünki öyrətdikləri, sadəcə insan buyruqlarıdır.’“ (Matta, 15:7-9; Mark, 7: 6-7)
QURAN: Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik”
– dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)
QURAN: Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: “İman gətirdik!” – deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır… (Maidə surəsi, 41)
Allahın əmrlərinə qarşılıq atalarının dinini müdafiə edənlər:
İNCİL:… İsadan soruşdular: “Şagirdlərin niyə ataların adətinə zidd davranır?…” İsa onları belə cavabladı: “… Siz Allahın əmrini buraxıb insanların adətini tutursunuz.” İsa onlara ayrıca bunu söylədi: “İnsanların adətinə uymaq üçün Allahın əmrini rədd edirsiniz.” (Mark, 7:5-9)
İNCİL: Bunun üzərinə… İsaya gəlib, “Şagirdlərin niyə ataların adətini tapdalayır?” dedilər… İsa onlara bu qarşılığı verdi: “Ya siz, niyə adətiniz uğruna Allahın buyruğunu tapdalayırsınız?” (Matta, 15:1-3)
QURAN: Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru QURAN: Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir” – deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Əraf surəsi, 28)
İman edənlər bir-birlərinin ailəsidir:
İNCİL: Biri İsaya, “Bax, ananla qardaşların çöldə dayanır, səninlə görüşmək istəyirlər” dedi. İsa, onunla danışana, “Kimdir anam, kimdir qardaşlarım?” cavabını verdi. Əliylə şagirdlərini göstərərək, “Budur anam, budur qardaşlarım!” dedi. “Allahın istəyini kim yerinə yetirsə, qardaşım, bacım və anam odur.” (Matta, 12:47-50)
QURAN: Nuh Rəbbini çağırıb dedi: “Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!” O dedi: “Ey Nuh! O, sənin ailəndən deyildir. Doğrusu, bu, pis bir işdir. Elə isə bilmədiyin bir şeyi Məndən istəmə.
Həqiqətən də, Mən sənə cahillərdən olmamağı tövsiyə edirəm”. (Hud surəsi, 45-46)
İman edənlər və yaxşı torpağa əkilən toxum bənzətməsi:
İNCİL: “İndi əkinçiylə əlaqədar bənzətməni siz dinləyin. Kim Allahın Hökmranlığı ilə [cənnətlə] əlaqədar sözü eşidər və anlamazsa, pis olan gələr, onun ürəyinə əkiləni sökər aparar. Yol kənarına əkilən toxum məhz budur. Qayalıq yerlərə əkilən isə eşitdiyi sözü dərhal sevinclə qəbul edən, amma kök sala bilmədiyi üçün ancaq bir müddət dayanan adamdır. Belə biri Allahın sözündən ötrü çətinlik ya da zülmə uğrayınca dərhal səndələyib düşər. Tikanlar arasında əkilən də budur: Sözü eşidər, amma dünyəvi qayğılar və zənginliyin hiyləgərliyi sözü boğar və məhsul verməsinə mane olar. Yaxşı torpağa əkilən toxum isə, sözü eşidib anlayan birinə bənzəyər. Beləsi, əlbəttə məhsul verər, bəzisi yüz, bəzisi altmış, bəzisi də otuz qat.” (Matta, 13:18-23)
İNCİL: İsa sonra onlara, “Siz bu bənzətməni anlamırsınızmı?” dedi. “Elə isə bütün bənzətmələri necə anlayacaqsınız? Əkinçinin əkdiyi, Allahın sözüdür. Bəzi insanlar sözün əkildiyi yerdə yol kənarına düşən toxumlara bənzəyər. Bunlar sözü eşidər eşitməz, şeytan gəliə, ürəklərinə əkilən sözü götürər aparar. Qayalıq yerlərə əkilən isə, eşitdikləri sözü dərhal sevinclə qəbul edən, amma kök sala bilmədikləri üçün ancaq bir müddət dayanan kəslərdir. Belələri Allahın sözündən ötrü çətinlik ya da zülmə uğrayınca dərhal səndələyib düşərlər. Yenə bəziləri tikanlar arasında əkilən toxumlara bənzəyərlər. Bunlar sözü eşidərlər, amma dünyəvi qayğılar, zənginliyin hiyləgərliyi və daha başqa həvəslər araya girib sözü boğar və məhsul verməsinə mane olar. Yaxşı torpağa əkilənlər isə, sözü eşidən, onu mənimsəyən, bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat məhsul verən kəslərdir.” (Mark, 4:13-20)
QURAN: Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir.
İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (Fəth surəsi, 29)

