İncildən gözəl sözlər

13 / 21 · 26 dəq oxu

İncildə Qurana uyğun digər əmirlər

Həyatınıza diqqət yetirin! Qardaşınız günah işləyərsə, onu xəbərdar edin; tövbə etsə, bağışlayın. Gündə yeddi dəfə sizə qarşı günah işləyər və yeddi dəfə sizə gəlib, “Tövbə edirəm” desə, onu bağışlayın. (Luka, 17:3-4)

Günah işləyənləri hər kəsin önündə xəbərdar et ki, o biriləri də [Allahdan] qorxsun. (1 Timoteyə, 5:20)

Aldanmayın, “Pis yoldaşlıqlar yaxşı xasiyyəti pozar”. Ağıllanıb özünüzə gəlin, artıq günah işləməyin. Bəziləriniz Allahı heç tanımır. Utanasınız deyə söyləyirəm bunları. (1 Korinflilərə, 15:33-34)

“Əgər qardaşın sənə qarşı günah işlərsə, ona get, günahını özünə göstər. Hər şey yalnız ikinizin arasında qalsın. Qardaşın səni dinləyərsə, onu qazanmış olarsan. Amma dinləməzsə, yanına bir ya da iki adam daha al ki, deyilən hər şey iki ya da üç şahidin sözüylə təsdiqlənsin. Onları da dinləməzsə, vəziyyəti iman edənlər birliyinə bildir. Birliyi də dinləməzsə, onu bütpərəst ya da vergi nümayəndəsi say. (Matta, 18:15-17)

Fitnə çıxarmamaq

Qardaşlar, sizə yalvararam, aldığınız təlimə [Allahın əmrlərinə] qarşı gələrək ayrılıqlara və azmalara səbəb olanlara diqqət yetirin, onlardan çəkinin. (Romalılara, 16:17)

İsa şagirdlərinə belə dedi: “İnsanı günaha salan tələlərin olması qaçılmazdır. Amma bu tələlərə vasitəçilik edən adamın vay halına! Belə bir adam bu kiçiklərdən birini günaha salacağına, boyuna bir dəyirman daşı keçirilib dənizə atılsa, onun üçün daha yaxşı olar. (Luka, 17:1§-2)

… [Allah] mələklərini göndərəcək, onlar da insanları günaha salan hər şeyi, pislik edən hər kəsi Onun hökmranlığından [axirət hesabından] yığıb qızğın sobaya [cəhənnəm atəşinə] atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. Doğru kəslər o zaman Allahın hökmranlığında [cənnətdə] günəş kimi parlayacaqlar. Qulağı olan eşitsin! (Matta, 13:41-43)

[İsa Peyğəmbər:] “… İnsanı günaha salan tələlərdən ötrü vay dünyanın halına! Belə tələlərin olması qaçılmazdır. Amma bu tələlərə vasitəçilik edən adamın vay halına!” (Matta, 18:7)

Tövbə etmək

İsa onlara bu qarşılığı verdi: “Sağlam olanların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən doğru kəsləri deyil, günahkarları tövbəyə çağırmağa gəldim.” (Luka, 5:31-32)

Elə isə, günahlarınızın bağışlanılması üçün tövbə edin və Allaha dönün. Belə ki, Rəbb sizə yenilənmə fürsətləri versin… (Həvarilərin İşləri, 3:19)

Sənin bu işdə bir payın, bir haqqın yox. Ürəyin, Allahın gözündə doğru deyil. Bu pisliyindən tövbə et və Rəbbə yalvar, ürəyindəki bu düşüncə, bəlkə, bağışlanar.

Sənin kin dolu, pisliyə bağlı biri olduğunu görürəm. (Həvarilərin İşləri, 8:21-23)

… İsa, Allahın Müjdəsini [Allahın əmrlərini] eşitdirə-eşitdirə Qalileyaya getdi. “Zaman doldu” deyirdi, “Allahın Vədi [axirət hesabı] yaxınlaşdı. Tövbə edin, Müjdəyə [Allahın əmrlərinə] inanın!” (Mark, 1:14-15)

O günlərdə… Yəhya Yəhudeya çölündə ortaya çıxdı. Bu çağırışı edirdi: “Tövbə edin!

Allahın Vədi yaxınlaşmışdır.” (Matta, 3:1-2)

Rəbbin qulu davakar olmamalı. Əksinə, hər kəsə şəfqətlə davranmalı, öyrətmə qabiliyyəti olmalı, haqsızlıqlara səbirlə dözməlidir. Özünə qarşı olanları yumşaq xasiyyətlə yola gətirməli.

Həqiqəti anlamaları üçün Allah, bəlkə, onlara bir tövbə yolu açar. Beləliklə, aila bilər, istəyini yerinə yetirmələri üçün onları məhbus edən iblisin tələsindən xilas ola bilərlər. (2 Timoteyə, 2:24-26)

[İsa Peyğəmbər:] “Şiloahdakı qüllə üzərlərinə yıxılınca ölən o on səkkiz adamın, Yerusəlimdə yaşayan o biri insanların hamısından daha günahkar olduğunumu sanırsınız? Sizə xeyr deyirəm.

Amma tövbə etməsəniz, hamınız belə məhv olacaqsınız.” (Luka, 13:4-5)

Peter onlara bu qarşılığı verdi: “Tövbə edin… Beləcə, günahlarınız bağışlanacaq….

Bu vəd sizlər, uşaqlarınız, uzaqdakıların hamısı üçün, Allahımız Rəbbin çağıracağı hər kəs üçün keçərlidir.” (Həvarilərin İşləri, 2:38-39)

Allahı ucaldaraq belə dedilər: “Demək ki, Allah tövbə etmə və həyata qovuşma fürsətini o biri xalqlara da vermişdir.” (Həvarilərin İşləri, 11:18)

[Yəhya Peyğəmbər:] “Bundan belə tövbəyə yaraşar meyvələr verin! Öz- özünüzə, “Biz İbrahimin soyundanıq” deməyə çalışmayın. Mən sizə bunu söyləyim: Allah, İbrahimə bu daşlardan da uşaq yarada bilər. Balta ağacların kökünə dayanmış artıq. Yaxşı meyvə verməyən hər ağac kəsilib atəşə atılar.” (Luka, 3:8-9)

İsa, “Daha doğrusu, nə xoşbəxt Allahın sözünü dinləyib tətbiq edənlərə!” dedi. Ətrafdakı izdiham böyüyərkən İsa danışmağa başladı. “İndiki nəsil pis nəsildir” dedi… “Nineva xalqı, Yunisin çağırışı ilə tövbə etdi.” (Luka, 11:28-29, 32)

… Yəhya çöldə ortaya çıxdı. İnsanları, günahlarının bağışlanması üçün tövbə etməyə… çağırırdı. (Mark, 1:4)

Əvvəl Dəməşq və Yerusəlim xalqını, sonra bütün Yəhudeya bölgəsini və o biri xalqları, tövbə edib Allaha dönməyə və bu tövbəyə yaraşan işlər etməyə çağırdım. (Həvarilərin İşləri, 26:20)

Beləcə, şagirdlər yola çıxıb insanları tövbəyə çağırmağa başladılar. (Mark, 6:12) O da İordan çayının ətrafındakı bütün bölgəni gəzərək insanları, günahlarının bağışlanması üçün tövbə etməyə… çağırdı. (Luka, 3:3)

Həyatınıza diqqət yetirin! Qardaşınız günah işləyərsə, onu xəbərdar edin; tövbə etsə, bağışlayın. Gündə yeddi dəfə sizə qarşı günah işlər və yeddi dəfə sizə gəlib, “tövbə edirəm”

Allah, keçmiş dövrlərin məlumatsızlığını görməzlikdən gəldi [bağışladı]; amma indi hər yerdə hər kəsin tövbə etməsini buyurur. (Həvarilərin İşləri, 17:30)

Həm yəhudiləri, həm də yunanları tövbə edib Allaha dönməyə və… [Allah üçün] İsaya inanmağa çağırdım. (Həvarilərin İşləri, 20:21)

Geriyə qalan insanlar, yəni bu bəlalardan ölməyənlər, öz əlləriylə düzəltdikləri bütlərdən dönüb tövbə etmədilər. Cinlərə və görə bilməyən, eşidə bilməyən, gəzə bilməyən qızıl, gümüş, tunc, daş, taxta bütlərə tapınmaqdan imtina etmədilər. Adam öldürməkdən, cadu, fahişəlik, oğurluq etməkdən də tövbə etmədilər. (Vəhy, 9:20-21)

Bəzilərinin düşündüyü kimi Rəbb vədini yerinə yetirməkdə gecikməz; amma sizə qarşı səbir edir [vaxt verir]. Çünki [Allah] kimsənin məhv olmasını istəmir, hər kəsin tövbə etməsini istəyir. Amma Rəbbin günü… [qəflətən] gələcək. O gün göylər böyük bir səs-küylə ortadan qalxacaq, maddi elementlər yanaraq yox olacaq, yer və yer üzündə qurulmuş hər şey yanıb tükənəcək. (2 Peter, 3:9-10)

Nə var ki, bir mövzuda sənə qarşıyam: Başlanğıcdakı sevgindən uzaqlaşdın. Bunun üçün, haradan düşdüyünü xatırla! Tövbə et və başlanğıcda etdiklərini davam etdir… (Vəhy, 2:4-5)

Mən sevdiklərimi xəbərdar edib tərbiyə edərəm. Onun üçün səyə gəl, tövbə et. (Vəhy, 3:19)

Allahın istəyiylə çəkilən acı, adamı qurtuluşla nəticələnən və peşmanlıq doğurmayan tövbəyə aparar. Dünyanın acıları isə ölüm [cəhənnəm əzabı] gətirər. Baxın bu acılar, Allahın istəyiylə çəkdiyiniz bu acılar sizdə ciddiyyət, paklanmaq üçün nə böyük istək yaratdı! Sizdə nə böyük qəzəb, qorxu, həsrət, səy və günahkarı cəzalandırma arzusu oyandırdı! Bu mövzuda hər baxımdan günahsız olduğunuzu sübut etdiniz. (2 Korinflilərə, 7:10-11)

Sizə bunu söyləyim, eyni şəkildə Allahın mələkləri də tövbə edən bir tək günahkar üçün sevinc duyacaqlar. (Luka, 15:10)

Bunun üçün, ölü işlərdən [cəhənnəm əzabına aparan işlərdən] tövbə etməyin və Allaha inanmağın təməlini… ölülərin dirilişi və sonsuz mühakiməylə əlaqədar təlimin təməlini atmadan… yetkinliyə doğru irəliləyək. Allah icazə versə, bunu edəcəyik. Bir dəfə aydınlaşdırılmış mənəviyyatı dadmış və Allah sözünün yaxşılığını və gələcək çağın güclərini dadmış olduqları halda, yoldan azanları yenidən tövbə edəcək vəziyyətə gətirməyə imkan yoxdur… (İbranilərə, 6:1-6)

İsraf etməmək

Hər kəs doyunca İsa şagirdlərinə: “Artıq qalan parçaları toplayın, heç bir şey ziyan olmasın”— dedi. Onlar da topladılar. Yedikləri beş arpa çörəyindən artıq qalan parçalarla on iki səbət doldurdular. Xalq, İsanın etdiyi möcüzəni görüncə, “Həqiqətən, dünyaya gələcək olan Peyğəmbər budur” dedi. (Yəhya, 6:12-14)

Dinləyin indi, “Bu gün ya da sabah filan şəhərə gedəcəyik, orada bir il qalıb ticarət edəcəyik və pul qazanacağıq” deyən sizlər, sabah nə olacağını bilmirsiniz. Həyatınız nədir ki? Qısa bir müddət görünən və sonra itən bir buxar kimisiniz. Bunun yerinə, “Rəbb dilərsə yaşayacağıq, onu, bunu edəcəyik” deməlisiniz. (Yaqub, 4-cü hissə, 13:15)

… Mükəmməlliyə doğru irəliləyək. Allah icazə versə, bunu edəcəyik. (İbranilərə, 6:1-3)

Evlərə girildiyində əvvəl salam vermək

Hansı evə girsəniz, əvvəl: “Bu evə əmin-amanlıq olsun!” deyin. Orada əminamanlığa layiq biri varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq; yoxsa, sizə dönəcək. (Luka, 10:5-6)

Onun evinə girərkən, evdəkilərə əmin-amanlıq diləyin. Əgər evdəkilər buna layiqsə, dilədiyiniz əmin-amanlıq üzərlərində qalsın; layiq deyillərsə, sizə geri dönsün (Matta, 10:12-13)

… İsa oraya gəldi, ortada dayanıb onlara, “Üzərinizə əmin-amanlıq olsun” dedi… İsa yenə onlara, “Sizə əmin-amanlıq olsun!” dedi. (Yəhya, 20:19-21)

İman edənlərin birlik olması

Qardaşlar… hamınız bir-birinizlə uyğunlaşın, aranızda bölünmələr olmadan eyni düşüncə və fikirdə birləşin… (1 Korinflilərə, 1:10)

Qardaş qardaşa qarşı dava açır, üstəlik imansızlar qarşısında! Əslində birbirinizdən şikayətçi olmanız belə sizin üçün açıq-aşkar məğlubiyyətdir. Haqsızlığa uğrasanız daha yaxşı olmazmı? Aldadılsanız daha yaxşı olmazmı? Bunun yerinə, siz özünüz haqsızlıq edib başqasını aldadırsınız. Üstəlik bunu qardaşlarınıza edirsiniz. (1 Korinflilərə, 6:6-8)

Artıq nə yəhudi, nə yunan, nə kölə, nə azad, nə kişi, nə qadın ayrı-seçkiliyi var. Hamınız [Allah rizası üçün] Məsih İsada [İsa Peyğəmbərə bağlılıqda] birsiniz. (Qalatiyalılara, 3:28)

Bəzilərinin alışdığı kimi, bir araya gəlməkdən imtina etməyək; o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ürəkləndirək. (İbranilərə, 10:25)

… Yaşayışınız Məsihin müjdəsinə [Allahın Kitabına] layiq olsun. Belə ki, gəlib sizi görsəm də, uzaqda qalsam da, sizinlə əlaqədar xəbərləri, tək bir ruhda dayandığınızı, Müjdədə [Allahın əmrlərində] açıqlanan inanc uğrunda tək bir can halında birlikdə mübarizə apardığınızı, sizə qarşı duranlardan heç bir şəkildə qorxmadığınızı eşidim. Belə davranmanız onlar üçün bir əlamətdir, özlərinin məhv olacağını, sizlərin isə xilas olacağını göstərən bir əlamət. Və bu Allahın işidir [Adətullahıdır].” (Filipililərə, 1:27-28)

[İsa Peyğəmbər:] “[Allah rizası üçün] mənim tərəfimdə olmayan mənə qarşıdır, mənimlə Onların nə düşündüyünü bilən İsa belə dedi: “Öz içində bölünmüş olan hər ölkə məhvə məruz qalar. Öz içində bölünmüş heç bir şəhər ya da ev möhkəm qala… Qardaşına qarşı hirslənən hər adam mühakimə olunmağa layiq olacaq. Kim qardaşına alçaldıcı bir söz söyləsə… kim qardaşına axmaq desə, cəhənnəm atəşini qazanacaq. Buna görə… qardaşının sənə qarşı bir şikayəti olduğunu xatırlasan… get, əvvəl qardaşınla barış; sonra gəl, əhdini təqdim et. (Matta, 5:21-24)

İsa buna qarşılıq onlara, “Kimdir anam və qardaşlarım?” dedi. Sonra ətrafında oturanlara baxıb belə dedi: “Budur anam, budur qardaşlarım! Allahın istəyini kim yerinə yetirsə, qardaşım, bacım və anam odur.” (Mark, 3:33-35)

Hər baxımdan təvazökar, mülayim, səbirli olun. Bir-birinizə sevgiylə, anlayışla davranın. (Efeslilərə, 4:2)

Qardaşlar, siz azad olmağa çağırıldınız. Ancaq azadlığınız təbii mənliyə fürsət olmasın. Bir-birinizə sevgiylə xidmət edin. Bütün Müqəddəs Qanun tək bir sözdə yekunlaşdırılmışdır:

“Qonşunu özün kimi sev.” Amma bir-birinizi yeyib bitirərkən, diqqət yetirin, bir-birinizi yox etməyəsiniz! (Qalatiyalılara, 5:13-15)

Ürəklərinin cəsarət tapmasını, sevgidə birləşmələrini diləyirəm. Belə ki, anlayışın verdiyi tam təhlükəsizliyin bütün zənginliyinə qovuşsunlar və Allahın sirrini, yəni elmin və müdrikliyin bütün xəzinələrinin gizli olduğu Məsihi tanısınlar. (Kolosselilərə, 2:2-3)

Bundan sonra İsa din alimlərini yanına çağırıb onlara bənzətmələrlə səsləndi: “Bir ölkə öz içində bölünmüşsə, ayaqda dura bilməz. Bir ev öz içində bölünmüşsə, ayaqda dura bilməz… Heç kim güclü adamın evinə girib malını oğurlaya bilməz.” (Mark, 3:23-27)

İsanın anasıyla qardaşları onun yanına gəldilər, amma izdihamdan ona yaxınlaşa bilmədilər. İsaya, “Ananla qardaşların çöldə dayanır, səni görmək istəyirlər” deyə xəbər verildi.

İsa xəbəri gətirənlərə belə cavab verdi: “Anamla qardaşlarım, Allahın sözünü eşidib yerinə yetirənlərdir.” (Luka, 8:19-21)

İsa: “Ona mane olmayın!” dedi. “Sizə qarşı olmayan, sizin tərəfinizdədir.” (Luka, 9:50)

Biz də [Allah rizası üçün] qardaşlarımız üçün canımızı verməliyik. (1 Yəhya, 3:16)

Əmanəti əhlinə vermək

Ən kiçik işdə etibarlı olan adam, böyük işdə də etibarlı olar. Ən kiçik işdə dürüst olmayan adam, böyük işdə də dürüst olmaz. Dünyanın hiyləgər sərvəti mövzusunda etibarlı deyilsinizsə, həqiqi sərvəti sizə kim əmanət edər? Başqasının malı mövzusunda etibarlı deyilsinizsə, öz malınız olmaq üzrə sizə kim bir şey verər? (Luka, 16:10-12)

Bir çox şahid qarşısında məndən eşitdiyin sözləri, başqalarına da öyrətməyə yetərli olacaq etibarlı kəslərə əmanət et. Məsih İsanın yaxşı bir əsgəri [şagirdi, təqibçisi] olaraq mənimlə birlikdə çətinliyə sinə gər. (2 Timoteyə, 2:2-3)

Müqəddəs olanı itlərə verməyin. İncilərinizi donuzların önünə atmayın. Yoxsa bunları ayaqlarıyla tapdaladıqdan sonra dönüb sizi parçalaya bilərlər. (Matta, 7:6)

Vay halınıza…! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. (Matta, 23:23; Luka, 11:42)

Xarici görünüşə görə mühakimə etməyin, mühakiməniz ədalətli olsun. (Yəhya, 7:24)

Siz, ağalar xidmətçilərinizə ədalət və bərabərliklə davranın… (Kolosselilərə, 4:1)

İsa ona, “Mənə niyə yaxşı deyirsən?” dedi. “Yaxşı olan tək biri var, O da Allahdır. Onun buyruqlarını bilirsən: “Adam öldürmə, zina etmə, oğurluq etmə, yalan yerə şahidlik etmə, kimsənin haqqını yemə, anana-atana hörmət göstər.” (Mark, 10:18-19)

… Necə mühakimə etsəniz [axirətdə] elə mühakimə olunacaqsınız. Hansı ölçü ilə versəniz, [axirətdə] eyni ölçü ilə alacaqsınız. (Matta, 7:1-2)

Bunlar iman sayəsində ölkələr ələ keçirdilər, ədaləti təmin etdilər, vəd edilənlərə qovuşdular, aslanların ağzını bağladılar. (Pauldan İbranilərə, 11:33)

Tərsinə, qonaqpərvər, xeyirxah, sağlamfikirli, ədalətli, pak, özünə nəzarət edə bilən biri olmalı. (Titə, 1:8)

İman edən sizlərə qarşı davranışımızın nə cür müqəddəs, ədalətli, qüsursuz olduğuna siz şahidsiniz; Allah da buna şahiddir. (1 Saloniklilərə, 2:10)

Qardaşlarım… insanlar arasında ayrı-seçkilik etməyin. Toplandığınız yerə qızıl üzüklü, qəşəng geyimli bir adamla çirkin geyimli yoxsul bir adam gəldiyində, qəşəng geyimli adama maraqla, “Sən bura, yaxşı yerdə otur”, yoxsula da “Sən orada dayan”, ya da “Ayaqlarımın dibində otur” desəniz, aranızda ayrı-seçkilik edən, pis niyyətli hakimlər olmursunuzmu? (Yaqub, 2:1-4)

… Hakimiyyətin əsası ədalət əsasıdır. Doğruluğu sevdin, pislikdən nifrət etdin… (İbranilərə, 1:8-9)

… Könlümün məmnun olduğu sevimli qulum odur… O ədaləti xalqlara bildirəcək… Əzilmiş qamışı qırmayacaq, tüstüləyən fitili söndürməyəcək və sonunda ədaləti zəfərə çatdıracaq. (Matta, 12:18-20)

Onlardan birinə haqsızlıq edildiyini görən Musa, onu müdafiə etdi… Sabahısı gün Musa, döyüşən iki ibraniylə qarşılaşınca onları barışdırmaq istədi. “Əfəndilər”,—dedi,—”Siz qardaşsınız. Niyə bir-birinizə haqsızlıq edirsiniz?’ (Həvarilərin İşləri, 7:24-26)

[İsa Peyğəmbər:] “Siz insan gözüylə mühakimə edirsiniz. Mən kimsəni mühakimə etmərəm. Mühakimə etsəm belə mənim mühakiməm doğrudur. (Yəhya, 8:15-16)

Amma insanlar arasında ayrı-seçkilik etsəniz, günah işləmiş olarsınız; Qanun [Müqəddəs Kitab] tərəfindən Qanunu [Allahın əmrlərini] tapdalayanlar olaraq günahkar olarsınız. (Yaqub, 2:9-10)

Allah “hər kəsə, etdiklərinin qarşılığını verəcək.” Həmişə yaxşılıq edərək ucalıq, möhtərəmlik, ölümsüzlük axtaranlara sonsuz həyat [cənnət] verəcək. Eqoistlərin, gerçəyə uymayıb haqsızlıq arxasınca gedənlərin üzərinə isə qəzəb və kin yağdıracaq.

Haqsızlıq edən etdiyi haqsızlığın qarşılığını alacaq, heç bir ayrı-seçkilik edilməyəcək. (Kolosselilərə, 3:25)

Etdikləri haqsızlığa qarşılıq zərər görəcəklər… (2 Peter, 2:13)

Bu söylədiklərimi, tərəf tutmadan və ayrı-seçkilik etmədən yerinə yetirməyin üçün səni Allahın, Məsih İsanın və seçilmiş mələklərin hüzurunda xəbərdar edirəm… Başqalarının günahlarına ortaq olma. Özünü təmiz tut. (1 Timoteyə, 5:20-22)

Ürəklərinizdə bizə yer verin. Kimsəyə haqsızlıq etmədik, kimsəni yoldan azdırmadıq, kimsəni istismar etmədik. (2 Korinflilərə, 7:2)

Bunlar gəlib İsaya, “Müəllimimiz” dedilər, “Sənin dürüst biri olduğunu, kimsənin tərəfini tutmadan, insanlar arasında ayrı-seçkilik etmədən Allah yolunu dürüstcə öyrətdiyini bilirik…” (Mark, 12:14; Matta, 22:16)

Pislikdən çəkinmək

Pisliyə pisliklə cavab verməyin. Hər kəsin gözündə yaxşı olanı etməyə diqqət yetirin. Hər kəslə sülh içində yaşamaq üçün əlinizdən gələni edin. Mümkünsə, əlinizdən gəldiyi qədər hər kəslə sülh içində yaşayın. Sevimli qardaşlar, kimsədən qisas almayın; bunu Allahın qəzəbinə buraxın. Çünki belə yazılmışdır: “Rəbb deyir ki, “Qisas mənim, mən qarşılıq verəcəyəm.” Amma, “Düşmənin acmışsa doyur, susamışsa su ver. Bunu etməklə onu utandırarsan” Pisliyə məğlub olma, pisliyi yaxşılıqla məğlub et. (Romalılara, 12:17-21)

Hər növ acı söz, qəzəb, kin, səs-küy, söyüşmək və bunlarla yanaşı hər növ pislik üzərinizdən getsin. Bir-birinizə qarşı yaxşı ürəkli olun… Mehribanlıqla bir-birinizi bağışlayın. (Efeslilərə, 4:31-32)

Nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün. Sevginiz ikiüzlü olmasın. Pislikdən çəkinin, yaxşılığa bağlanın. (Romalılara, 12:8-9)

Bunun üçün, hər cür pisliyi və hər tərəfə yailmış pisliyi üstünüzdən sıyırıb ataraq, daxildə olan, canlarınızı qurtaracaq gücdə olan sözü təvazökarlıqla qəbul edin. (Yaqub, 1:21)

Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə, müqəddəslik diləyərək cavab verin. Çünki müqəddəs qılınmağı miras almaq üçün çağırıldınız. (1 Peter, 3:9)

Sevən biri qonşusuna pislik etməz. Bu səbəblə sevmək Müqəddəs Qanunu [Allahın əmrlərini] yerinə yetirməkdir. (Romalılara, 13:10)

Bunun üçün köhnə mayayla -kin və pislik mayasıyla- deyil, səmimiliyin və dürüstlüyün mayasız çörəyiylə bayram edək. (1 Korinflilərə, 5:8)

Sizə yalvarırıq, qardaşlar, boş gəzənləri xəbərdar edin, ürəksizləri cəsarətləndirin, gücsüzlərə dəstək olun, hər kəsə qarşı səbirli olun. Əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün hər zaman yaxşılığı məqsəd tutun. Hər zaman sevinin. Həmişə dua edin. Hər vəziyyətdə şükür edin. Çünki Allahın… sizin üçün istədiyi budur. (1 Hər şeyi sınayın, yaxşı olana möhkəm yapışın. Hər növ pislikdən çəkinin. (1 Saloniklilərə, 5:21-22)

Diriliş olub bitdi deyərək həqiqi yoldan azdılar. İndi də bəzilərinin imanını alt-üst edirlər. Nə var ki, Allahın atdığı möhkəm təməl, “Rəbb Özünə aid olanları bilir” və “Rəbbin adını anan hər kəs pislikdən uzaq dursun” sözləriylə möhürlənmiş olaraq dayanır. (2 Timoteyə, 2:18-19)

Pislikdən çəkinib yaxşılıq etsin. Əmin-amanlığı məqsəd qoysun, ardınca getsin. Çünki Rəbbin gözləri [Allah inayəti] doğru kəslərin üzərindədir. Qulaqları onların yalvarışına açıqdır [Allah doğruların dualarını qəbul edər]. Amma Rəbb pislik edənlərə qarşıdır. (1 Peter, 3:11-12)

Sevgi səbirlidir, sevgi şəfqətlidir. Sevgi qısqanmaz, öyünməz, lovğalanmaz. Sevgi kobud davranmaz, öz mənfəətini axtarmaz, asanlıqla hirslənməz, pisliyin hesabını tutmaz. Sevgi haqsızlığa sevinməz, həqiqi olanla sevinər. Sevgi hər şeyə dözər… hər şeyə qatlanar. (1 Korinflilərə, 13:4-7)

Aranızdakı mübarizə və çəkişmələrin qaynağı nədir? Bədənlərinizin üzvlərində savaşan ehtiraslarınız deyilmi? Bir şey arzu edirsiniz, amma əldə edə bilməyincə adam öldürürsünüz. Qısqanırsınız, amma istəyinizə çata bilməyincə çəkişir və döyüşürsünüz. Əldə edə bilmirsiniz, çünki Allahdan diləmirsiniz. Dilədiyiniz zaman da diləyinizə qovuşa bilmirsiniz. Çünki pis məqsəd qoyub, ehtiraslarınız uğrunda istifadə etmək üçün diləyirsiniz. Siz ey vəfasızlar, dünya ilə dostluğun Allahla düşmən olduğunu bilmirsinizmi? Dünya ilə dost olmaq istəyən, özünü Allaha düşmən edər. (Yaqub, 4:1-4)

Yaxşılıq etmək

Yaxşılıq etməyi və sizdə olanı başqalarıyla paylaşmağı unutmayın. Çünki Allah… [bunlardan] məmnun olar. (İbranilərə, 13:16)

… Qardaşlar… əsla kimsə pisliyə pisliklə cavab verməsin. Bir-biriniz və bütün insanlar üçün hər zaman yaxşılığı məqsəd qoyun. (1 Saloniklilərə, 5:14-15)

Sizə zülm edənlər üçün yaxşılıq diləyin. Yaxşılıq diləyin, lənət etməyin. (Romalılara, 12:14)

Sevimli qardaşım, pisi deyil, yaxşını nümunə götür. Yaxşılıq edən, Allahdandır [Allahın rizasına uyanlardandır]… (3 Yəhya, 1:11)

Bir-birimizi sevgi və yaxşı işlər üçün necə şövqə gətirə biləcəyimizi düşünək. (İbranilərə, 10:24)

… Bunun üçün fürsətimiz varkən hər kəsə, xüsusilə iman ailəsinin üzvlərinə yaxşılıq edək. (Qalatiyalılara, 6:9-10)

[İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün yaxşılıq diləyin, sizi təhqir edənlər üçün dua edin.” (Luka, 6:27-28)

[İsa Peyğəmbər:] “Sizdən bir şey diləyən hər kəsə verin, malınızı alandan onu geri istəməyin.

İnsanların sizə necə davranmasını istəyirsinizsə, siz də onlara elə davranın. Əgər yalnız sizi sevənləri sevsəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar belə özlərini sevənləri sevər. Yalnız sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz, bu sizə nə tərif qazandırar?

Günahkarlar da belə edər. Amma siz düşmənlərinizi sevin, yaxşılıq edin, heç bir qarşılıq gözləmədən borc verin. Alacağınız mükafat böyük olacaq…” (Luka, 6:30-35)

Yaxşı ağac pis meyvə verməz. Pis ağac da yaxşı meyvə verməz. Hər ağac meyvəsindən tanınar. Tikanlı bitkilərdən əncir toplanmaz, kollardan üzüm yığılmaz. Yaxşı insan, ürəyindəki yaxşılıq xəzinəsindən yaxşılıq, pis insan isə içindəki pislik xəzinəsindən pislik çıxarar. İnsanın ağzı, ürəyindən çıxanı söyləyir. (Luka, 6:43-45; Matta, 12:33-35)

Sizlər isə, qardaşlar, yaxşılıq etməkdən bezməyin… (2 Saloniklilərə, 3:13)

Allahın istəyi, yaxşılıq edərək ağılsızların məlumatsızlığını susdurmanızdır. Azad insanlar olaraq yaşayın; amma azadlığınızı pislik etmək üçün bəhanə etməyin. Allahın qulları olaraq yaşayın. Bütün insanlara hörmət edin. İmanlı qardaşlarınızı sevin. Allahdan qorxun… (1 Peter, 2:16-17)

… Həyatdan zövq almaq və yaxşı günlər görmək istəyən, dilini pislikdən, dodaqlarını hiyləli sözlərdən uzaq tutsun. Pislikdən çəkinsin və yaxşılıq etsin. Əmin-amanlığı axtarıb onun ardınca getsin. Çünki Rəbbin gözləri [Allahın rəhməti və köməyi] doğru kəslərin üzərindədir… (1 Peter, 3:10-12)

Və onlar məzarlarından çıxacaqlar. Yaxşılıq edənlər yaşamaq [sonsuz cənnət həyatında yaşamaq], pislik edənlər mühakimə olunmaq [axirət əzabını çəkmək] üçün diriləcəklər. (Yəhya, 5:29)

İsa hər yanı gəzərək yaxşılıq edir, şeytanın təzyiqi altında olanların hamısını yaxşılaşdırırdı. Çünki Allah onunla birlikdə idi. (Həvarilərin İşləri, 10:37-38)

Sevginiz ikiüzlü olmasın. Pislikdən çəkinin, yaxşılığa bağlanın. (Romalılara, 12:9)

Çünki istər kölə istər azad olsun, hər kəsin etdiyi hər yaxşılığın qarşılığını Rəbdən alacağınızı bilirsiniz. (Efeslilərə, 6:8)

Hər birimiz qonşusunu mənəvi cəhətdən inkişaf etdirmək üçün, qonşusunun yaxşılığını güdərək [Allah rizası üçün] onu məmnun etsin. (Romalılara, 15:2)

Öz əllərimizlə çalışıb əmək veririk. Bizə söyənlərə yaxşılıq diləyirik, zülm edilincə səbir edirik. (1 Korinflilərə, 4:12)

Pislikdən çəkinib yaxşılıq etsin. Əmin-amanlığı məqsəd qoysun, ardınca getsin. (1 Peter, 3:11)

Yaxşılıq etməkdə çalışqan olsanız, sizə kim pislik edəcək? Düzgünlük uğruna acı çəksəniz belə, nə xoşbəxt sizə! İnsanların “qorxduğundan qorxmayın, ürkməyin.”… İçinizdəki ümidin səbəbini soruşan hər kəsə uyğun bir cavab verməyə həmişə hazır olun. Yalnız bunu mülayim olaraq, hörmətlə edin. Vicdanınızı təmiz tutun… (1 Peter, 3:13-16)

Amma dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ev xalqına kömək edərək Allah yolunda getməyi və böyüklərinə yaxşılıq borcunu ödəməyi öyrənsinlər. Çünki bu Allahı məmnun edər. (1 Timoteyə, 5:4)

İndiki dövrdə zəngin olanlara qürurlanmamalarını, gəlib-keçici zənginliyə ümid bağlamamalarını buyur. Zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bağlasınlar. Yaxşılıq etmələrini, yaxşılıq üçün zəngin, əliaçıq və paylaşmağa meyilli olmalarını buyur. Beləliklə, həqiqi həyata qovuşmaq üçün gələcək üçün onlara möhkəm təməl Çünki günah işləyib döyüldüyünüzdə dözsəniz, bunda təriflənəcək nə var? Amma yaxşılıq edib acı çəkdiyinizdə dözsəniz, Allahı məmnun edərsiniz. (1 Peter, 2:20)

Elə isə, Allahın mübarək və sevimli seçilmişləri [iman etmiş qulları] olaraq ürəkdən mehribanlığı, yaxşılığı, təvazökarlığı, səbiri, mülayimliyi qəbul edin. (Kolosselilərə, 3:12)

İnadçılığın və tövbəsiz ürəyin üzündən Allahın ədalətli mühakiməsinin açıqlanacağı qəzəb günü üçün özünə qarşı qəzəb yığırsan. Allah “hər kəsə, etdiklərinin qarşılığını verəcək.” Həmişə yaxşılıq edərək ucalıq, möhtərəmlik, ölümsüzlük axtaranlara sonsuz həyat [cənnət həyatı] verəcək. Eqoistlərin, həqiqətə uymayıb haqsızlıq arxasınca gedənlərin üzərinə isə qəzəb və kin yağdıracaq. Pislik edən hər kəsə… çətinlik və əzab verəcək; yaxşılıq edən hər kəsə… ucalıq, möhtərəmlik, sağlamlıq verəcək. (Romalılara, 2:5-10)

Sizə gəlincə, qardaşlarım, yaxşılıqla dolu, hər məlumatla bəzəndiyinizdən mən əminəm. Həmçinin, bir-birinizə öyüd verə biləcək vəziyyətdəsiniz. (Romalılara, 15:14)

Söz dinləməyinizi hər kəs eşitdi, bu səbəblə sizin adınıza sevinirəm. Yaxşılıq mövzusunda müdrik, pislik mövzusunda təcrübəsiz olmanızı istəyirəm. (Romalılara, 16:19)

Çünki işığın meyvəsi hər yaxşılıqda, düzgünlükdə və həqiqətdə görünər. Rəbbi nəyin məmnun etdiyini bilin. Qaranlığın meyvəsiz işlərinə qatılmayın. Əksinə, onları ortaya çıxarın. Qaranlıqdakıların gizlicə etdiklərindən danışmaq belə ayıbdır. (Efeslilərə, 5:9-12)

Müjdənin [Allahın əmrlərinin] uğrunda məhbus qaldığım müddətcə sənin yerinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyərdim; amma sənin təsdiqin olmadan bir şey etmək istəmədim. Belə ki, edəcəyin yaxşılıq zərurətdənmiş kimi görünməsin, könüldən olsun. (Filimona, 1:13-14)

Məsələn, Sara İbrahimi “Əfəndim” deyə çağırar, sözünü dinləyərdi. Yaxşılıq edər, heç bir təhdiddən qorxmazsanız, siz də Saranın uşaqları olarsınız. (1 Peter, 3:6)

Bunun üçün, Allahın istəyinə uyğun olaraq acı çəkənlər, yaxşılıq edərək canlarını etibarlı Yaradana əmanət etsinlər. (1 Peter, 4:19)

Bu səbəblə Allahımız sizi çağırışına layiq görsün, yaxşılığa istiqamətli hər diləyinizi, imana əsaslanan hər məşğuliyyətinizi Öz gücüylə nəticələndirsin deyə sizin üçün həmişə dua edirik. (2 Saloniklilərə, 1:11)

Əksinə Allahın xidmətçiləri olaraq fövqəladə möhkəm dayanmaqda, çətinlik, sıxıntı və əzablarda, işgəncə, həbs, qarışıqlıq, əmək, yuxusuzluq və aclıqda; pak yaşayışda, məlumat, səbir, yaxşılıq… və səmimi sevgidə; həqiqətin elanında və Allahın gücündə; sağ və sol əllərimizdə doğruluğun silahlarıyla… özümüzü hər vəziyyətdə nümunə göstəririk… (2 Korinflilərə, 6:4-8)

“Yaxşılıq tapmaq, yer üzündə uzun ömürlü olmaq üçün anana-atana hörmət göstərəcəksən.” Vəd ehtiva edən ilk buyruq budur. (Efeslilərə, 6:2-3)

Bunu sizin yaxşılığınız üçün söyləyirəm, azadlığınızı məhdudlaşdırmaq üçün deyil. Diqqətinizi dağıtmadan, Rəbbə adanmış olaraq, Ona yaraşar şəkildə yaşamağınızı istəyirəm. (1 Korinflilərə, 7:35)

Yafoda İsanın şagirdi olan Tabita adında bir qadın vardı… Bu qadın hər zaman “Doğru və Allahdan qorxan, bütün Yəhudi xalqı tərəfindən yaxşılığıyla tanınan, Korneli adında bir yüzbaşı var” dedilər… (Həvarilərin İşləri, 10:22)

Riya və göstərişdən çəkinmək

Doğruluğunuzu insanların gözü qarşısında göstəriş məqsədiylə sərgiləməkdən çəkinin. Yoxsa Allahdan mükafat ala bilməzsiniz. (Matta, 6:1)

… Birinə sədəqə verərkən bunu car çəkərək elan etməyin. İkiüzlülər insanların tərifini qazanmaq üçün… belə edərlər. Sizə doğrusunu söyləyim, onlar qarşılıqlarını almışlar. Siz sədəqə verərkən, sol əliniz sağ əlinizin nə etdiyini bilməsin. Belə ki, verdiyiniz sədəqə gizli qalsın. Gizlicə ediləni görən Allah sizi mükafatlandıracaq. (Matta, 6:2-4)

Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Onlar, hər kəs onları görsün deyə… küçələrin tinlərində durub dua etməkdən zövq alarlar. Sizə doğrusunu söyləyim, onlar qarşılığını almışlar. (Matta, 6:5)

Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: “… Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və daşınması çətin yükləri bağlayıb başqalarının kürəyinə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmaq istəməzlər. Etdiklərinin hamısını nümayiş üçün edərlər…” (Matta, 23:1-5)

[İsa Peyğəmbər:] “Vay halınıza… ikiüzlülər! Siz ağardılmış məqbərələrə bənzərsiniz ki, xaricdən gözəl görünərlər, lakin daxili ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də beləcə insanlara xaricdən saleh görünərsiniz, lakin daxilən ikiüzlülük və fəsadla dolusunuz.” (Matta, 23:27-28)

Oruc tutduğunuz zaman, ikiüzlülər kimi üzünüzü turşutmayın. Onlar oruc tutduqlarını insanlara bildirmək üçün özlərinə pərişan bir görünüş verərlər… (Matta, 6:16)

Dul qadınların malını mülkünü istismar edən, nümayiş üçün uzun-uzun dua edən bu kəslərin cəzası daha da ağır olacaq. (Mark, 12:40; Luka, 20:47)

İsa onu yeməyə çağırana da belə dedi: “… Amma ziyafət verdiyin zaman yoxsulları, iflicləri, şikəstləri, korları çağır. Beləcə, xoşbəxt olarsan. Çünki bunlar sənə qarşılıq verəcək vəziyyətdə deyildirlər. Qarşılığı sənə… insanlar dirildiyi zaman veriləcək.” Süfrədə oturanlardan biri bunu eşidincə İsaya, “Allahın axirətində [cənnətdə] yemək yeyəcək olana nə xoşbəxt!” dedi. (Luka, 14:12-15)

Nəfsi təmizləmək, istəklərdən (nəfsin eqoist ehtiraslarından) çəkinmək

Cismani təbiətin işləri açıqdır. Bunlar cinsi əxlaqsızlıq, pislik, pozğunluq, bütpərəstlik, cadugərlik, düşmənlik, çəkişmə, qısqanclıq, kin, eqoist ehtiraslar, ayrılıqlar, bölünmələr, dözümsüzlük, sərxoşluq, dəlisov əyləncələr və bənzər şeylərdir. Sizi daha əvvəl xəbərdar etdiyim kimi yenə xəbərdar edirəm, belə davrananlar Allahın hökmranlığını [cənnəti] miras ala bilməyəcəklər. Allahın Ruhunun meyvəsi [Rəhmanı olan] isə sevgi, sevinc, sağlamlıq, səbir, şəfqət, yaxşılıq, bağlılıq, həlimlik və nəfsə hakim olmaq. Bu cür xüsusiyyətləri qadağan edən qanun yoxdur. (Qalatiyalılara, 5:19-23)

Belə ki, Qanunun [Allahın əmrlərinin] gərəyi, mənliyə görə deyil, Allahın Ruhuna [Allah rizasına] görə yaşayan bizlərdə yerinə gəlsin. Cismani təbiətə uyanlar cismani təbiətlə bağlı… düşünərlər. Cismani təbiətə əsaslanan düşüncə ölüm [cəhənnəm əzabı], Allahın Ruhuna [Allah rizasına] əsaslanan düşüncədirsə həyat və əmin-amanlıqdır. Çünki cismani təbiətə əsaslanan düşüncə Allaha düşməndir; Allahın Qanununa boyun əyməz, əyə bilməz də… Cismani təbiətin sınağında olanlar Allahı məmnun edə bilməzlər. (Romalılara, 8:4-8)

Şübhəsiz, İsanın səsini eşitdiniz… Onun yolunda öyrədildiniz. Əvvəlki yaşayışınıza aid olub hiyləgər ehtiraslarla korlanan köhnə yaradılışı üzərinizdən sıyırıb atmağı, düşüncədə və ruhda yenilənməyi, həqiqi düzgünlük və müqəddəslikdə… yeni yaradılışı geyinməyi öyrəndiniz. (Efeslilərə, 4:21-24)

Bunu demək istəyirəm:… [Allahın rizasına uyğun] yaşayın. O zaman cismani təbiətin ehtiraslarını əsla yerinə yetirməzsiniz. (Qalatiyalılara, 5:16)

Bu səbəblə bədənin dünyəvi meyillərini fahişəliyi, pisliyi, şəhvəti, pis arzuları və bütpərəstliklə bərabər olan acgözlüyü öldürün. Bunlar üzündən Allahın qəzəbi söz dinləməyənlərin üzərinə gəlir. Keçmişdə bunlarla iç-içə yaşadığınız zaman siz də bu yollarda yürüdünüz. Amma indi kin, qəzəb, pis niyyət daxil, hamısını üzərinizdən sıyırıb atın. Ağızınızdan heç bir böhtan ya da nalayiq söz çıxmasın. Bir-birinizə yalan danışmayın. Çünki köhnə yaradılışı pis vərdişləriylə birlikdə üzərinizdən çıxarıb atdınız… (Kolosselilərə, 3:5-10)

Çünki cismani təbiətə görə yaşasanız, öləcəksiniz [cəhənnəmə gedəcəksiniz]; amma bədənin pis işlərini Allahın Ruhuyla [Allah rizası üçün yaşayaraq] öldürsəniz yaşayacaqsınız [cənnətə gedəcəksiniz]. (Romalılara, 8:13)

Çünki biz cismani təbiətin sınağındaykən… günah ehtirasları bədənimizin üzvlərinə də təsir edir. Bunun nəticəsi olaraq ölümə [cəhənnəm əzabına] aparan meyvələr verdik. (Romalılara, 7:5)

Öz cismani təbiətinə əkən, cismani təbiətdən ölüm [cəhənnəm əzabı] biçəcək. Allahın Ruhuna əkən [Allahın rizasına görə yaşayan]… sonsuz həyat biçəcək [cənnəti qazanacaq]. Yaxşılıq etməkdən bezməyək. İstirahət etməsək, mövsümündə biçərik. Bunun üçün fürsətimiz varkən hər kəsə, xüsusilə iman ailəsinin üzvlərinə yaxşılıq edək. (Qalatiyalılara, 6:8-10)

Onun [Allahın] ucalığı və fəziləti sayəsində bizə çox böyük və qiymətli vədlər verildi. Belə ki, dünyada pis arzuların gətirib çıxardığı korlanmadan xilas olaraq [yaşayasınız]…

Məhz bu səbəblə hər cür səyi göstərərək imanınıza fəziləti, fəzilətinizə məlumatı, məlumatınıza nəfsə hakim olmanı, nəfsə hakim olmağınıza dözmə gücünü, dözmə gücünüzə Allah yoluna bağlılığı, bağlılığınıza qardaşsevərliyi, qardaşsevərliyinizə sevgini qatın. (2 Peter, 1:4-7)

Bu kəslər, susuz çeşmələr, fırtınanın yaydığı duman kimidirlər. Onları zil qaranlıq gözləyir. Çünki səhv yolda gedənlərdən hələ xilas olanları, boş və mənasız sözlər söyləyərək cismani təbiətin ehtiraslarıyla, pozğunluqla aldadırlar. Onlara azadlıq vəd edərlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olsa, onun köləsi ehtiraslarınıza uymayın. Sizi çağıran Allah müqəddəs olduğuna görə, siz də hər Sevimli qardaşlar… cana qarşı döyüşən cismani təbiətin ehtiraslarından çəkinin.

Çünki bu dünyada yad və qonaqsınız. İnanmayanlar arasında müsbət bir həyat sürün. Belə ki, pislik edənlərmişsiniz kimi sizə böhtan atsalar da, yaxşı işlərinizi görərək Allahı, onlara yaxınlaşdığı gün ucaltsınlar. (1 Peter, 2:11-12)

Gecə irəlilədi, gündüz yaxınlaşdı. Bunun üçün qaranlığın işlərini üzərimizdən atıb işığın silahlarını [mənəvi silahları] götürək. Özümüzü dəlisov əyləncəyə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, çəkişməyə və qısqanclığa bağlamayaq. Gün işığında olduğu kimi, hörmətli bir həyat sürək…. Mənliyinizin ehtiraslarına uymağı düşünməyin. (Romalılara, 13:12-14)

Zəngin olmaq istəyənlər təmizlənib tələyə düşərlər, insanı çöküşə və yıxıma aparan bir çox axmaq və zərərli arzulara qapılarlar. Çünki hər cür pisliyin kökü də pul sevgisidir. Kimiləri zəngin olma həvəsiylə imandan azdılar, öz-özlərinə çox acı çəkdirdilər. (1 Timoteyə, 6:9-10)

Bir çoxları da onların pozğunluğuna qapılacaq. Onlara görə həqiqət yolu söyüləcək. Acgözlüklərinə görə uydurma sözlərlə sizi istismar edəcəklər. Onlar üçün çoxdan verilmiş mühakimə gecikməz. Onları gözləyən dağıntı da gecikməz. (2 Peter, 2:2-3)

Sizlər bir zamanlar içində yaşadığınız səhvlərdən və günahlardan ötrü ölü idiniz. Bu dünyanın gedişinə… yəni söz dinləməyən insanlarda indi təsirli olan ruha uyurdunuz. Bir zamanlar hamımız belə insanların arasında, cismani təbiətin… istəklərini yerinə yetirərək cismani təbiətin ehtiraslarına görə yaşayırdıq. Təbii olaraq o birilər kimi biz də qəzəb uşaqlarıydıq. (Efeslilərə, 2:1-3)

Görünür ki, Rəbb Öz yolunda gedənləri qarşılaşdıqları sınaqlardan necə qurtaracağını bilir. Doğru olmayanları, xüsusilə cismani təbiətin korlanmış ehtirasları ardınca gedən və səlahiyyətini xor görənləri cəzalandıraraq mühakimə gününə qədər necə saxlayacağını da bilər. Bu həyasız, dikbaş kəslər uca varlıqları söyməkdən qorxmazlar… Amma anlamadıqları mövzularda söyüb sayan bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğulan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə uğrayacaqlar. Etdikləri haqsızlığa qarşılıq zərər görəcəklər. Gündüz zövq aləmlərinə dalmağı əyləncə sayarlar. Ləkə və üz qarasıdırlar. Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri azdırırlar. Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. (2 Peter, 2:9-14)

Saleh əməllər görmək, xeyirlərdə yarışmaq

Qardaşlar, siz azad olmağa çağırıldınız. Ancaq azadlıq cismani təbiət [nəfsinizə uymaq] üçün fürsət olmasın. Bir-birinizə sevgiylə xidmət edin. (Qalatiyalılara, 5:13)

İnsanlara deyil, Rəbbə xidmət edər kimi [Allah rizası üçün] könüldən xidmət edin. Çünki istər kölə, istər azad olsun, hər kəsin etdiyi hər yaxşılığın qarşılığını Rəbdən alacağınızı bilirsiniz. (Efeslilərə, 6:7-8)

[İsa Peyğəmbər:] “[Allah rizası üçün] mənə xidmət etmək istəyən, ardımca gəlsin.

Mən haradayamsa, mənə xidmət edən də orada olacaq. Allah, mənə xidmət edəni Hər biriniz hansı mənəvi hədiyyəni aldınızsa, bunu Allahın çox cəhətli lütfünün yaxşı xidmətçiləri olaraq bir-birinizə xidmət etməkdə istifadə edin. Danışan, Allahın sözlərini çatdırar kimi danışsın. Başqalarına xidmət edən, Allahın verdiyi güclə xidmət etsin.

Belə ki… Allah hər şeydə ucaldılsın… (1 Peter, 4:10-11)

İsa onlara, “Xalqların kralları, öz xalqlarına hakim kəsilərlər. Öndə gedənləri də özlərinə xeyirxah adını yaraşdırarlar” dedi. “Amma siz belə olmayacaqsınız. Aranızda ən böyük olan, ən kiçik kimi olsun; idarə edən, xidmət edən kimi olsun.” (Luka, 22:25-26)

Etdiyiniz bu xidmət yalnız müqəddəslərin [özünü Allaha həsr etmişlərin] əskiklərini aradan qaldırmaqla qalmır, bir çoxlarının Allaha şükür etməsiylə də zənginləşirsiniz. Onlar səmimiliyinizi sübut edən bu xidmətə görə, açıqca mənimsədiyiniz Məsih Müjdəsinə [Allahın İsa Peyğəmbərə vəhyinə] uyaraq özləriylə və hər kəslə malınızı comərdcə paylaşdığınız üçün Allahı ucaldırlar. (2 Korinflilərə, 9:12-13)

Qaçışda yarışanların hamısı qaçdığı halda mükafatı bir adamın qazandığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. Yarışa qatılan hər kəs özünə hər cəhətdən nəzarət edər. Belələri bunu çürüyüb gedəcək bir dəfnə tacı qazanmaq üçün edərlər. Bizsə heç çürüməyəcək bir tac üçün edirik. Bunun üçündür ki, məqsədsiz olaraq qaçan biri kimi qaçmıram… (1 Korinflilərə, 9:24-27)

… Allahın nəzərində təmiz və qüsursuz olan dindar adamın, yetimlərlə dulları çətin vəziyyətlərində ziyarət etməsi və özünü dünyanın ləkələməsindən qorumasıdır.” (Yaqub, 1:27)

İsa belə cavab verdi: “Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü. Onu soyundurub döydülər, yarımcan halda buraxıb getdilər… O yoldan keçən bir Samariyalı isə… adamın yanına getdi… Sonra adamı öz heyvanına mindirib mehmanxanaya apardı, onunla maraqlandı. Ertəsi gün iki dinar çıxararaq mehmanxana sahibinə verdi. “Ona yaxşı bax” dedi, “Bundan artıq nə xərcləsən, geri qayıdanda sənə ödəyərəm.” Səncə bu üç nəfərdən hansı quldurlar arasına düşən adama qonşu kimi davrandı?”

Qanunşünas [din alimi], “Ona mərhəmət göstərən” dedi. İsa, “Get, sən də elə et” dedi. (Luka, 10:30-37)

Yafoda, İsanın şagirdi olan Tabita adında bir qadın vardı. Tabita ceyran mənasını verir. Bu qadın hər zaman yaxşılıq edib yoxsullara kömək edərdi. (Həvarilərin İşləri, 9:36)

Şagirdlərin hər biri öz gücü qədər, Yəhudeyada yaşayan qardaşlara göndərilmək üzrə yardım toplamağı qərara aldılar. Bu qərarı yerinə yetirib hədiyyələrini Barnaba və Şaulun əliylə kilsənin ağsaqqallarına göndərdilər. (Həvarilərin İşləri, 11:29-30)

İsa hələ Qalileyada ikən bu qadınlar onun ardınca getmiş, ona xidmət etmişlərdi… (Mark, 15:41)

Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə birlikdə olanların ehtiyac duymalarını qarşılamaq üçün xidmət etmişdir. (Həvarilərin İşləri, 20:34)

Məsihə [Allah rizası üçün] bu yolda xidmət edən, Allahı məmnun edər, insanların da məmnuniyyətini qazanar. (Romalılara, 14:18)

Bunun üçün Məsih İsaya aid [Allah rizası üçün İsa Peyğəmbərə bağlı] biri olaraq Allaha Bir-birinizə qardaşlıq sevgisiylə bağlı olun. Bir-birinizə hörmət göstərməkdə yarışın. Səyiniz azalmasın… Rəbbə qulluq edin. Ümidinizlə sevinin. Çətinliyə dözün. Özünüzü duaya həsr edin. Ehtiyac içində olan müqəddəslərə [özünü Allaha həsr etmişlərə] kömək edin.

Qonaqpərvər olmağı məqsəd edin. (Romalılara, 10:10-13)

Amma indi müqəddəslərə [özünü Allaha həsr etmişlərə] bir xidmət üçün Yerusəlimə gedirəm. Çünki Makedoniya və Axayyada olanlar, Yerusəlimdəki müqəddəslər arasında yoxsul olanlar üçün yardım toplamağı uyğun gördülər… Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm…. (Romalılara, 15:25-29)

Etdiyi yaxşılıqlarla tanınmış… çətinlikdə olanlara kömək etmiş, özünü hər cür yaxşı işə həsr etmişsə… (1 Timoteyə, 5:9-10)

İmanlı bir qadının dul yaxınları varsa onlara kömək etsin. İnananlar birliyi yük altına girməsin ki, həqiqətən, kimsəsiz olan dullara kömək edə bilsin. (1 Timoteyə, 5:16)

Yoxsullar hər zaman aranızdadır, dilədiyiniz anda onlara kömək edə bilərsiniz; amma mən hər zaman aranızda olmayacağam. (Mark, 14:7)

Mallarını mülklərini satır və bunun pulunu hər kəsə ehtiyacına görə paylayırdılar. (Həvarilərin İşləri, 2:45)

Aralarında yoxsul olan yox idi. Çünki torpaq ya da ev sahibi olanlar bunları satar, satdıqlarının əvəzini gətirib elçilərin buyruğuna verərdilər; bu da hər kəsə ehtiyacına görə paylanardı. (Həvarilərin İşləri, 4:34-35)

Qardaşlarım, əgər bir kimsə yaxşı hərəkətləri yoxkən imanı olduğunu söyləsə, bu nəyə yarayar? Elə bir iman o kimsəni qurtara bilərmi? Bir kişi ya da qadın çılpaq və gündəlik yeməkdən məhrumkən, sizdən biri ona, “Əmin-amanlıqla get, isinməni və doymağını diləyirəm” desə, amma bədənin ehtiyac duyduqlarını verməzsə, bu nəyə yarayar?… Görürsən, onun [İbrahim Peyğəmbərin] imanı hərəkətləriylə birlikdə təsirli idi; imanı, hərəkətləriylə tamamlandı. (Yaqub, 2:14-22)

Keçici yemək üçün deyil, sonsuz həyat boyunca qalıcı yemək üçün çalışın… (Yəhya, 6:27)

… Bunlar, öz imkanlarıyla İsaya və şagirdlərinə kömək edirdilər. (Luka, 8:3) Bizimkilər də özlərini yaxşı işlərə həsr etməyi öyrənsinlər. Beləliklə, təməl ehtiyacları qarşılanmış və səmərəsiz bir həyat sürməmiş olarlar. (Titə, 3:14)

Rəbbin xidmətində [Allah yolunda] çalışan Trifenayla Trifosaya salam söyləyin. Rəbbin xidmətində çox çalışmış sevimli Persisə salam deyin. (Romalılara, 16:12)

Axayyada ilk iman edən və özlərini müqəddəslərin [özünü Allaha həsr etmişlərin] xidmətinə həsr edən Stefananın ailəsini tanıyırsınız. Qardaşlar, sizə yalvarıram, bu kimilərə və onlarla birlikdə çalışıb əmək verənlərin hamısına bağlı olun. (1 Korinflilərə, 16:15-16)

Müjdəni [Allahın əmrlərini] yayma səylərindən ötrü bütün kilsələr tərəfindən təriflənən bir qardaşı da onunla birlikdə göndəririk. Üstəlik bu qardaş, Rəbbi ucaltmaq və köməyə hazır olduğumuzu göstərmək üçün etdiyimiz bu xeyirli xidmətdə yol yoldaşımız olmaq üzrə… Timotenin, dəyərini sübut etmiş biri olduğunu… Müjdənin [Allahın əmrlərinin] yailması üçün mənim yanımda xidmət etdiyini bilirsiniz. (Filipililərə, 2:22)

Əfəndiləri iman etmiş olanlarsa, necə olsa qardaşıq deyib əfəndilərinə hörmətsizlik etməsinlər. Əksinə, daha yaxşı xidmət etsinlər. Çünki bu yaxşı xidmətdən faydalananlar, sevdikləri imanlılardır. Bu qanunları öyrət və nəsihət et. (2 Timoteyə, 6:2)

… Romaya gəldiyində məni səylə axtarıb tapdı. O gün Rəbdən mərhəmət tapmasını diləyirəm. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən də çox yaxşı bilirsən. (2 Timoteyə, 1:16-18)

… Edəcəyin yaxşılıq zərurətdənmiş kimi görünməsin, könüldən olsun. (Filimona, 1:13-14)

Allah… əməyinizi və müqəddəslərə [özünü Allaha həsr etmişlərə] xidmət etmiş olaraq və etməyə davam edərək Onun adına [Allahın razılığı üçün] göstərdiyiniz sevgini unutmaz. Ümidinizdən doğan tam zəmanətə qovuşmağınız üçün hər birinizin sona qədər eyni səyi göstərməsini diləyirik. Tənbəl olmamağınızı, vəd edilənləri iman və səbir vasitəsilə miras alanların örnəyinə uymağınızı istəyirik. (İbranilərə, 6:10-12)

Etdiklərini, sevgini, imanını, xidmətini, səbrini bilirəm. Son etdiklərinin ilk etdiklərini aşdığını da bilirəm. (Vəhy, 2:19)

Bu xidməti Allahın mərhəmətiylə üzərimizə götürdüyümüz üçün cəsarətimizi itirmərik. Utancverici gizli yolları rədd etdik. Hiyləyə üz tutmarıq, Allahın sözünü də təhrif etmərik. Həqiqəti ortaya qoyaraq özümüzü Allahın qarşısında hər insanın vicdanına tövsiyə edərik. (2 Korinflilərə, 4:1-2)

[İsa Peyğəmbər] əlinə toxununca qadının hərarəti düşdü. Qadın qalxıb İsaya [Allah rizası üçün] xidmət etməyə başladı. (Matta, 8:15)

Davud, öz nəslində Allahın məqsədinə uyğun olaraq xidmət etdikdən sonra gözlərini həyata bağladı, ataları kimi basdırıldı və bədəni çürüyüb getdi. (Həvarilərin İşləri, 13:36)

Belə ki, müqəddəslər [özünü Allaha həsr etmişlər] xidmət vəzifəsini etmək… üzrə təchiz edilsin. (Efeslilərə, 4:12)

Allahın əmrlərini tövsiyə edərkən eyni zamanda yerinə yetirmək

Allah sözünü yalnız eşitməklə özünüzü aldatmayın, bu sözü yerinə yetirənlərdən də olun. (Yaqub, 1:22)

… Mükəmməl qanuna [Allahın əmrlərinə], azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır! (Yaqub, 1:25)

… Qanunu [Allahın əmrlərini] bildikləri halda günah işləyənlərsə Qanunla mühakimə olunacaqlar. Çünki Allah Qatında təmizlənənlər Qanunu eşidənlər deyil, yerinə Nə var ki, indi təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.

Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir. (Yaqub,

İman sahibi ana və ataya qarşı hörmətli olmaq

[İsa Peyğəmbər:] “Onun [Allahın] buyruqlarını bilirsən: “Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, kimsənin haqqını yeməyəcəksən, anana-atana hörmət göstərəcəksən.” (Mark, 10:19)

[İsa Peyğəmbər:] “… Anana atana hörmət göstərəcəksən.” (Luka, 18:20; Matta, 19:19)

Ey uşaqlar, Rəbb yolunda ana-atanızın sözünü dinləyin. Çünki doğrusu budur.

“Yaxşılıq etmək, yer üzündə uzunömürlü olmaq üçün anana-atana hörmət göstərəcəksən.” Vəd ehtiva edən ilk buyruq budur. Ey atalar, siz də uşaqlarınızın qəzəbini oyandırmayın. Onları Rəbbin tərbiyə və öyüdüylə böyüdün. (Efeslilərə, 6:1-4)

Musa, “Anana-atana hörmət göstərəcəksən”… (Mark, 7:10)