Vay halınıza…. ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! (Matta, 23:23)
Vay halınıza… ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. Ey kor…
Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun! (Matta, 23:25-26)
Amma vay halınıza… Çünki siz nanə, sədəfotu və hər cür göyərtinin onda birini verirsiniz, lakin ədalətə və Allah məhəbbətinə etinasızlıq göstərirsiniz. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. (Luka, 11:42)
… Siz… kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin daxiliniz soyğunçuluq və pisliklə dolub. Ey ağılsızlar, zahiri yaradanla daxili yaradan eyni deyilmi? Yaxşısı budur ki, qablarınızın içindəkilərini sədəqə verəsiniz, onda sizin üçün hər şey təmiz olar. (Luka, 11:39-41)
Dini çətin göstərməyə çalışmaları
İsa da belə dedi: «Elə sizin də vay halınıza, ey qanunşünaslar! Çünki adamları ağır yüklərlə yükləyirsiniz, amma özünüz barmağınızın biri ilə də bu yüklərə toxunmursunuz. (Luka, 11:46)
Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: “… Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və daşınması çətin yükləri bağlayıb başqalarının kürəyinə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmaq istəməzlər.
Etdiklərinin hamısını nümayiş üçün edərlər…” (Matta, 23:1-5)
… Vicdanları sanki qızğın bir dəmirlə dağlanılmış bu yalançılar… iman edib gerçəyi bilənlərin təşəkkürlə yeməsi üçün Allahın yaratdığı yeməklərdən çəkinmək lazım olduğunu buyuracaqlar. (1 Timoteyə, 4:1-3)
… Dünyanın təməl qanunlarından xilas olduğunuza görə, nə üçün dünyada yaşayanlar kimi, “Bunu eləmə”, “Bunu dadma”, “Buna toxunma” kimi qaydalara uyursunuz? Bu qaydaların hamısı, istifadə edildikcə yox olacaq şeylərlə əlaqədardır; insanların buyruqlarına, təlimlərinə əsaslanır. Şübhəsiz, bu qaydaların saxta dindarlıq, saxta təvazökarlıq, bədənə əziyyət baxımından müdrikcə bir görünüşü vardır; amma cismani təbiətin [nəfsin] ehtiraslarına nəzarət etməkdə heç bir faydaları yoxdur. (Kolosselilərə, 2:20-23)
İsa onları belə cavabladı: “[İkiüzlülərin]… öyrətdikləri, yalnız insan buyruqlarıdır.” Siz Allahın buyruğunu bir tərəfə buraxmış, insan adətinə uyursunuz.” İsa onlara ayrıca bunu söylədi: “Öz adətinizi davam etdirmək üçün Allahın buyruğunu bir kənara qoymağı necə də gözəl bacarırsınız!” (Mark, 7:6-9)
Gizli dinsiz olmaları
Çünki Allahımızın lütfünü pozğunluğa vasitə edən… İsa Məsihi yadırğayan bəzi Allahsızlar gizlicə aranıza sızdılar. Onların mühakimə olunacaqları çoxdan bəri yazılmışdır. (Yəhuda, 1:4)
Bunu bil ki, son günlərdə çətin anlar olacaq… Allah yolundaymış kimi görünüb bu yolun gücünü inkar edənlər olacaq. Belələrindən uzaq dayan. (2 Timoteyə, 3:1-5)
Məlumat sahibi olduqları halda, imanı qavramayan kəslər olmaları
Allah yolundaymış kimi görünüb bu yolun gücünü inkar edənlər olacaq… Bunların arasında evlərin içinə soxulub günahla yüklü, müxtəlif arzularla süründürülən, hər zaman öyrənən, amma həqiqətin elminə heç cür çata bilməyən… adamlar var. (2 Timoteyə, 3:1-7)
Bu buyruğun məqsədi, pak ürəkdən, təmiz vicdandan, səmimi imandan doğan sevgini oyandırmaqdır. Bəzi kəslər bunlardan azaraq boş danışıqlara daldılar. Müqəddəs Qanun müəllimi [Allahın əmrlərini öyrədən] olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də iddialı olduqları mövzuları anlayırlar. (1 Timoteyə, 1:3-6)
Ürəklərində olmayanı söyləmələri
İsa onları belə cavabladı: “Yeşayanın siz ikiüzlülərlə əlaqədar peyğəmbərlik sözü nə qədər yerindədir! Yazıldığı kimi, “Bu xalq, dodaqlarıyla Məni [Allahı] sayar, amma Bu buyruğun məqsədi, pak ürəkdən, təmiz vicdandan, səmimi imandan doğan sevgini oyandırmaqdır. Bəzi kəslər bunlardan azaraq boş danışıqlara dalarlar.
Müqəddəs Qanun müəllimi [Allahın əmrlərini öyrədən] olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də iddialı olduqları mövzuları anlayırlar. (1 Timoteyə, 1:3-6)
Amma şagirdlərindən biri, İsaya sonradan xəyanət edən Yəhuda İskaryot, “Bu yağ niyə üç yüz dinara satılıb pulu yoxsullara verilmədi?” dedi. Bunu, yoxsullarla maraqlandığı üçün deyil, oğru olduğu üçün söyləyirdi. Ortaq pul qutusu onda idi və qutuya qoyulandan götürürdü. (Yəhya, 12:4-6)
Nümayiş üçün ibadət etmələri
Bütün xalq dinləyərkən İsa şagirdlərinə belə dedi: “İlahiyyatçılardan özünüzü gözləyin. Onlar uzun paltarlarda gəzməyi xoşlayar, bazar meydanlarında salam almağı və sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı sevərlər.
Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq” (Luka, 20:45-47; Mark, 12:38-40)
Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Onlar, hər kəs özlərini görsün deyə… tinlərin başında dikilib dua etməkdən zövq alarlar. Sizə doğrusunu söyləyim, onlar qarşılıqlarını almışlar. (Matta, 6:5)
Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: “… Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və daşınması çətin yükləri bağlayıb başqalarının kürəyinə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmaq istəməzlər. Etdiklərinin hamısını nümayiş üçün edərlər…” (Matta, 23:1-5)
Vay halınıza… Məscidlərdə ən seçmə yerlərdə olmaq, meydanlarda salamlanılmaq üçün ürəyiniz gedir. Vay halınıza! İnsanların, fərqində olmadan üzərlərində gəzişdiyi naməlum məzarlara bənzəyirsiniz. (Luka, 11:43-44)
Bununla birlikdə, öndərlərin belə bir çoxu İsaya iman etdi. Amma… iman etdiklərini açıqca söyləmədilər. Çünki insandan gələn tərifi, Allahdan gələn tərifdən daha çox sevirdilər. (Yəhya, 12:42-43)
Başqalarına söylədiklərini özləri etməmələri
Bundan sonra İsa xalqa və şagirdlərinə belə səsləndi: “… Sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və daşınması ağır yükləri bağlayıb başqalarının kürəyinə yükləyərlər, özlərisə bu yükləri daşımaq üçün barmaqlarını belə oynatmaq istəməzlər. Etdiklərinin hamısını nümayiş üçün edərlər…” (Matta, 23:1-5)
Öz gözündəki tiri görməzkən, qardaşına necə, “qardaş, icazə ver, gözündəki çöpü çıxarım” deyərsən? İkiüzlü! Əvvəl öz gözündəki tiri çıxar, o zaman qardaşının gözündəki çöpü çıxarmaq üçün daha yaxşı görərsən. (Luka, 6:42)
Xarici görünüşlərinin aldadıcı olması
Vay halınıza ey din alimləri və Fariseylər, ikiüzlülər! Siz xaricdən gözəl görünən, amma içi ölü sümükləri və hər cür pisliklə dolu ağardılmış məzarlara bənzəyirsiniz.
Xaricdən insanlara doğru görünərsiniz, amma daxildə ikiüzlülük və pisliklə dolusunuz. (Matta, 23:27-28)
Möminlər əleyhinə hiylə qurmaları
Bunun üzərinə… İsanı, öz söyləyəcəyi sözlərlə tələyə salmaq məqsədiylə hiylə qurdular. (Matta, 22:13; Mark, 12:13)
İsa oradan ayrılınca… onu şiddətlə sıxışdıraraq bir çox mövzuda ağzını aramağa başladılar. Ağzından çıxacaq bir sözlə onu tələyə salmaq üçün fürsət gözləyirdilər. (Luka, 11:53-54)
Tez-tez səfər etdim. Çaylarda, quldurlar arasında, istər soydaşlarımın, istərsə də o biri xalqların arasında təhlükələrə uğradım. Şəhərdə, çöldə, dənizdə, saxta qardaşlar arasında təhlükələrə düşdüm. (2 Korinflilərə, 11:26)
İnkarçılara xəbər daşımaq üçün möminlərin arasına qatılmaları
İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər. Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. (Luka,
Möminləri saxta dəlillərlə həbsə atdırmaq istəmələri
İsanı güdürdülər və yanına özlərini dürüst insan kimi göstərən bir neçə casus göndərdilər.
Onu dediyi söz üstə tutub valinin hökm və səlahiyyətinə təslim etmək məqsədləri var idi. (Luka, 20:20)
İsa hələ danışarkən, On ikilərdən biri olan Yəhuda gəldi. Yanında, baş din adamlarıyla xalqın öndərləri tərəfindən göndərilmiş qılınclı, dəyənəkli böyük bir izdiham vardı. İsaya xəyanət edən Yəhuda, “Kimi öpsəm, İsa odur, onu həbs edin” deyə onlarla sözləşmişdi… (Matta, 26:47-49; Mark, 14:43-45)
Möminləri yurdlarından sürgün etmək, öldürmək istəmələri
… Bu sözləri eşidincə əsəbdən qudurdular. Ayağa qalxıb İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan aşağı atmaq üçün şəhərin qurulduğu təpənin yamacına apardılar. Amma İsa onların arasından keçərək oradan uzaqlaşdı. (Luka, 4:28-30)
Vay halınıza!… Onlara peyğəmbərlər və elçilər göndərəcəyəm, bunlardan bəzisini öldürəcək, bəzilərinə zülm edəcəklər. (Luka, 11:47-49)
[İsa Peyğəmbər:] İbrahimin soyundan olduğunuzu bilirəm. Yenə də məni öldürmək istəyirsiniz. Çünki ürəyinizdə sözümə yer vermirsiniz. (Yəhya, 8:37)
Möminlərə qarşı əməkdaşlıq etmələri və onlara xəyanət etmələri
[İsa Peyğəmbər:] “Mənimlə yemək yeyən biri məni ələ verəcək.”… İsa onlara, “On ikilərdən biridir, çörəyini mənimlə birlikdə eyni qaba batırandır” dedi. (Mark, 14:18-20)
O sırada On ikilərdən biri -adı Yəhuda İskaryot olanı- baş din adamlarına gedərək, “onu [İsa Peyğəmbəri] ələ versəm mənə nə verərsiniz?” dedi. Otuz gümüş çıxarıb ona verdilər. Yəhuda o andan etibarən İsanı ələ vermək üçün fürsət gözləməyə başladı. (Matta, 26:14-16;
Mark, 14:10-11)
İsa hələ danışarkən, On ikilərdən biri olan Yəhuda gəldi. Yanında, baş din adamlarıyla xalqın öndərləri tərəfindən göndərilmiş qılınclı, dəyənəkli böyük bir izdiham vardı. İsaya xəyanət edən Yəhuda, “Kimi öpsəm, İsa odur, onu həbs edin” deyə onlarla sözləşmişdi. Düz İsaya gedib, “Salam…!” deyərək onu öpdü. (Matta, 26:47-49; Mark, 14:43-45)
Şeytan, On ikilərdən biri olub İskaryot deyə adlandırılan Yəhudanın ürəyinə girdi. Yəhuda getdi… İsanı necə ələ verə biləcəyini danışdı. Onlar buna sevindilər və ona pul verməyə razı oldular. Bunu qəbul edən Yəhuda, izdihamın olmadığı bir zamanda İsanı ələ İsa onlara bu qarşılığı verdi: “Siz On ikiləri seçən mən deyiləmmi? Buna qarşı içinizdən biri şeytandır.” Şimon İskaryotun oğlu Yəhudadan danışırdı. Çünki Yəhuda On
Möminlərə qarşı kin və nifrətlə dolu olmaları
… Bu sözləri eşidincə əsəbdən qudurdular. Ayağa qalxıb İsanı şəhərin kənarına qovdular. Onu uçurumdan aşağı atmaq üçün şəhərin qurulduğu təpənin yamacına apardılar. Amma İsa onların arasından keçərək oradan uzaqlaşdı. (Luka, 4:28-30)
İsanı günahlandırmaq üçün fürsət gözləyən din alimləri… onu müşahidə edirdilər. İsa, onların nə düşündüklərini bilirdi…. Onlar isə hirsdən dəliyə döndülər və aralarında İsaya nə edə biləcəklərini müzakirə etməyə başladılar. (Luka, 6:7-11)
Möminləri səhv axtarmaq qəsdiylə müşahidə etmələri və sınamaları
Bunları İsanı sınamaq məqsədiylə söyləyirdilər; onu günahlandıra bilmək üçün bir səbəb axtarırdılar. Dayanmadan eyni sualı soruşduqları zaman qalxdı və “İçinizdə kim günahsızdırsa, ilk daşı o atsın!” dedi. (Yəhya, 8:6-7)
İsa onların pis niyyətlərini bildiyindən, “Ey ikiüzlülər!” dedi. “Məni niyə sınayırsınız?” (Matta, 22:18)
Allah yolunda mübarizədən bəhanələr sürərək uzaq dayanmaları
Yolda gedərkən bir adam İsaya, “Hara getsən, sənin ardınca gələcəyəm” dedi. İsa ona, “Tülkülərin, quşların yuvası var, amma İnsanoğlunun [İsa Peyğəmbərin] başını salacaq bir yeri yox” dedi. Bir başqasına, “Ardımca gəl” dedi. Adam isə, “İcazə ver, əvvəl gedib atamı basdırım” dedi. İsa ona belə dedi: “Burax ölüləri, öz ölülərini özləri basdırsın. Sən gedib Allahın Hökmranlığını [axirət həyatını] eşitdir.” Bir başqası… “Sənin ardınca gələcəyəm amma, icazə ver, əvvəl evimdəkilərlə vidalaşım.” İsa ona, “Kotanı tutub da geriyə baxan, Allahın Hökmranlığına [cənnətə] layiq deyil” dedi. (Luka, 9:57-62;
Matta, 8:19-22)
İnfaq etmək istəməmələri
[İsa Peyğəmbər:] “Onun [Allahın] buyruqlarını bilirsən: “Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, anana-atana hörmət göstərəcəksən.” “Bunların hamısını gəncliyimdən bəri yerinə yetirirəm” dedi adam. İsa bunu eşidincə ona, “Hələ bir əksiyin var” dedi. “Nəyin varsa hamısını sat, pulunu yoxsullara payla; beləcə göylərdə xəzinən olar. Sonra gəl, məni izlə.” Adam bu sözləri eşidincə çox kədərləndi. Çünki son dərəcə zəngin idi. Onun kədərini görən İsa, “Varlı kəslərin Allahın Hökmranlığına [cənnətə] girməsi nə qədər çətindir!” dedi. “Necə ki, dəvənin iynə dəliyindən keçməsi, zənginin Allah Hökmranlığına [cənnətə] girməsindən daha Xananya adında bir adam, arvadı Sapfiranın təsdiqiylə bir mülk satdı, pulun bir qismini özünə saxlayaraq gerisini gətirib elçilərin buyruğuna verdi. Arvadının da olanlardan xəbəri vardı. Peter ona, “Xananya, necə oldu da şeytana uydun… yalan danışıb mülkün pulunun bir qismini özünə saxladın?” dedi. “Mülk satılmadan əvvəl sənə aid deyildimi? Sən onu satdıqdan sonra da pulu dilədiyin kimi istifadə edə bilməzdinmi? Niyə ürəyində belə bir hiylə qurdun? Sən insanlara deyil, Allaha yalan danışmış oldun.” (Həvarilərin İşləri, 5:1-4)
Zəngin olmaq istəyənlər təmizlənib tələyə düşərlər, insanı çökməyə və məhvə aparan bir çox axmaq və zərərli arzulara qapılarlar. Çünki hər cür pisliyin bir kökü də pul sevgisidir.
Bəziləri zəngin olma həvəsiylə imandan azdılar, öz-özlərinə çox acı çəkdirdilər. (1 Timoteyə, 6:9-10)
Möminlərə mənfəətlərini təmin etmək üçün yanaşmaları
Aranıza sızan bu kəslər… Vay onların halına!… Qazanc üçün özlərini Bilamınkına bənzər bir yanılmaya qapdırdılar… Məhəbbət mərasimlərinizdə sizinlə birlikdə çəkinmədən yeyib-içən bu kəslər quru ləkədir. Tək özlərini bəsləyən çobanlardır…
Bunlar həmişə şikayətlənib deyinirlər, öz ehtiraslarının arxasınca gedirlər. Ağızlarından nalayiq sözlər çıxar, öz mənfəətləri üçün başqalarına yaltaqlanarlar. (Yəhuda, 1:8, 11-12, 16)
… Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri doğru yoldan azdırarlar. Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. (2 Peter, 2:13-14)
Mənfəət əldə edə bilmədiklərində mömin birliyindən ayrılmaları
… Necə ki, indidən çoxlu sayda Məsih əleyhdarı törəmişdir… Bunlar aramızdan çıxırlar, amma bizdən deyildilər. Bizdən olsaydılar, bizimlə qalardılar. Ayrılmaları heç birinin bizdən olmadığını ortaya çıxardı. (1 Yəhya, 2:18-19)
Ağılsız olmaları
Aranıza sızan bu kəslər… ağıldan məhrum heyvanlar kimi instinktləriylə anladıqları nə varsa, onları məhvə aparır. (Yəhuda, 1:8, 10)
… Bu həyasız, dikbaş insanlar uca varlıqları söyməkdən qorxmazlar [Allahı tənzih edirik]… Amma anlamadıqları mövzularda söyən bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə uğrayacaqlar. Etdikləri haqsızlığa qarşılıq zərər görəcəklər. Gündüz zövq aləmlərinə dalmağı əyləncə sayarlar. Bir ləkə və üz qarasıdırlar… (2 Peter, 2:10-13)
Təkəbbürlü və çirkin cəsarət sahibi olmaları
… Bu həyasız, dikbaş insanlar uca varlıqları söyməkdən qorxmazlar [Allahı tənzih edirik]… Amma anlamadıqları mövzularda söyən bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə uğrayacaqlar… (2 Peter, 2:10-12)
Aranıza sızan bu kəslər də onlar kimi gördükləri xülyalara əsaslanaraq öz bədənlərini kirlədir, Rəbbin səlahiyyətini heçə sayır, uca varlıqları söyürlər… Bu kəslər anlamadıqları hər şeyi söyürlər… (Yəhuda, 1:8-10)
Başqalarının imanına mane olmağa çalışmaları
… Ey Qanun mütəxəssisləri [Müqəddəs Kitab alimləri]! Məlumat qapısının açarını götürüb apardınız. Özünüz bu qapıdan girmədiniz, girmək istəyənlərə də mane oldunuz. (Luka, 11:52)
Vay halınıza… ikiüzlülər! Allahın Hökmranlığının [cənnətin] qapısını insanların üzünə bağlayırsız; nə özünüz içəri girir, nə də girmək istəyənləri buraxırsınız! (Matta, 23:13-14)
İmanı zəif olanları doğru yoldan azdırmağa çalışmaları
… Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri doğru yoldan azdırarlar. Ürəyi acgözlüyə alışdırılmış lənətli insanlardır. (2 Peter, 2:13-14)
… [Münafiqlər] səhv yolda gedənlərdən hələ xilas olanları, boş sözlər söyləyərək cismani təbiətin ehtiraslarıyla, pozğunluqla doğru yoldan azdırarlar. (2 Peter, 2:18)
Qardaşlar… götürdüyünüz təlimə qarşı gələrək ayrılıqlara və azmalara səbəb olanlara diqqət yetirin, onlardan çəkinin. Belə kəslər Məsihə deyil, öz mədələrinə qulluq edərlər. Saf adamların ürəklərini, qulağı oxşayan şirin sözlərlə aldadarlar. (Romalılara, 16:17-18)
Vay halınıza… ikiüzlülər! Tək bir adamı dininizə çevirmək üçün dənizləri, qitələri gəzərsiniz. Dininizə dönəni də özünüzdən iki qat cəhənnəmlik edərsiniz. (Matta, 23:15)
Çünki saxta məsihlər, saxta peyğəmbərlər törəyəcək; bunlar böyük işarələr və möcüzələr edəcəklər. Belə ki, əllərindən gəlsə, seçilmiş olanları belə azdıracaqlar. Sizə əvvəldən söyləyirəm. (Matta, 24:24-25)
… Gerçək yoldan azdılar. İndi də bəzilərinin imanını alt-üst edirlər. Nə var ki, Allahın atdığı möhkəm təməl, “Rəbb Özünə aid olanları bilər” və “Rəbbin adını anan hər kəs pislikdən uzaq dayansın” sözləriylə möhürlənmiş olaraq dayanır. Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, taxta və torpaq qablar da vardır. Bəzisi şərəfli, bəzisi yarasız iş üçün istifadə edir. Əgər bir kimsə bayağı olandan təmizlənsə, şərəfli məqsədlərə uyğun, müqəddəs qılınmış, ağasına faydalı və hər yaxşı işə hazır bir qab olacaq. (2 Timoteyə, 2:18-20)
… Son zamanlarda bəziləri yalançıların ikiüzlülüyü səbəbiylə hiyləgər ruhlara və cinlərin təlimlərinə qulaq asaraq imandan dönəcək. (1 Timoteyə, 4:1)
Fitnə çıxarmaq üçün möminlərin arasına qatılmaları
Mən getdikdən sonra sürünü əsirgəməyən yırtıcı qurdların aranıza girəcəyini bilirəm. Hətta şagirdləri öz arxalarından aparmaq üçün sizin aranızdan da azğın sözlər söyləyən kəslər çıxacaq. (Həvarilərin İşləri, 20:29)
Nə var ki, İsa Məsihdə sahib olduğumuz azadlığı əl altından öyrənmək və beləcə, bizi kölələşdirmək [dünya həyatına çəkmək] üçün gizlicə aramıza sızan saxta qardaşlar vardır. Müjdə gerçəyi [Allahın vəhyi] daim sizinlə qalsın deyə bir an belə onlara boyun əyib təslim olmadıq. (Qalatiyalılara, 2:4-5)
… Saxta peyğəmbərlər vardı, eynilə sizin də aranızda yanlış təlim edənlər olacağı kimi. Bunlar… gizlicə aranıza dağıdıcı təlimlər salacaqlar. Belələri ani bir məhvə uğrayacaqlar. Bir çoxları da onların pozğunluğuna qapılacaq. Onlara görə həqiqət yolu söyüləcək. Acgözlüklərindən ötrü uydurma sözlərlə sizi istismar edəcəklər. Onlar üçün çoxdan verilmiş mühakimə gecikməz. Onları gözləyən məhv də gecikməz. (2 Peter, 2:1-3)
Saxta peyğəmbərlərdən çəkinin! Quzu dərisinə bürünərək gəlirlər sizə, amma yırtıcı qurdlardır. Onları meyvələrindən tanıyacaqsınız. Tikanlı bitkilərdən üzüm, dəvətikanlarından əncir toplana bilərmi? Bunun kimi, hər yaxşı ağac yaxşı meyvə verər, pis ağac isə pis meyvə verər. Yaxşı ağac pis meyvə verə bilməz. Pis ağac da yaxşı meyvə verə bilməz. Yaxşı meyvə verməyən hər ağac kəsilib atəşə atılar. Beləcə, saxta peyğəmbərləri meyvələrindən tanıyacaqsınız. (Matta, 7:15-20)
Cahillik həyatından tam olaraq qopmamaları
Onlara azadlıq vəd edərlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki adam nəyə məğlub olsa, onun köləsi olar… İsa Məsihi tanımaqla dünyanın çirkinliklərindən xilas olduqdan sonra təkrar eyni işlərə qarışıb məğlub olsalar, son halları ilk hallarından betər olar. Çünki düzgünlük yolunu bilib də özlərinə əmanət edilmiş müqəddəs buyruqdan [Allahın əmrlərindən] geri dönməkdənsə, bu yolu heç bilməmiş olmaq onlar üçün daha yaxşı olardı. Bu həqiqi aforizm onların vəziyyətini izah edir:… “donuz da yuyunduqdan sonra palçıqda eşələnməyə dönər.” (2 Peter 2:19- 22)
… Qardaş deyə bilinərkən fahişəlik edən, acgöz, bütpərəst, söyən, əyyaş ya da soyğunçu olanla yoldaşlıq etməyin, belə biriylə yemək belə yeməyin. İnananlar birliyinin xaricindəkiləri mühakimə etməyə mənim nə haqqım var? Sizin də mühakimə etməli olduğunuz kəslər birliyin içindəkilər deyilmi? Birliyin xaricində qalanları Allah mühakimə edər. “Pis adamı aranızdan qovun!” (1 Korinflilərə, 5:11-13)
… Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar. Gözləri zinayla doludur, günahdan doymazlar. Qərarsız kəsləri doğru yoldan azdırarlar. Ürəyi acgözlüyə alışdırılmış
Dünyada və axirətdə məhv olmaq və əzabla qarşılıq görmələri
… Sizinlə yeyib içərkən öz hiylələrindən zövq alarlar… Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq doğru yolu buraxıb azdılar… Bu kəslər, susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidirlər. Onları zülmət qaranlıq gözləyir. (2 Peter, 2:13-17)
Aranıza sızan bu kəslər… Küləyin apardığı yağışsız buludlara, iki dəfə ölmüş, kökündən sökülmüş, payızın meyvəsiz ağaclarına bənzəyərlər. Köpüyünü sovuran dənizin azğın dalğaları kimi eyiblərini ətrafa sovurarlar. Avara ulduzlar kimidirlər. Onları sonsuza qədər davam edəcək zülmət qaranlıq gözləyir. (Yəhuda, 1:8, 12-13)
… Bunlar… gizlicə aranıza dağıdıcı təlimlər salacaqlar. Belələri ani bir məhvə uğrayacaqlar. Bir çoxları da onların pozğunluğuna qapılacaq. Onların üzündən həqiqətin yolu söyüləcək. Acgözlüklərindən ötrü uydurma sözlərlə sizi istismar edəcəklər. Onlar üçün çoxdan verilmiş olan mühakimə gecikməz. Onları gözləyən məhv də gecikməz. (2 Peter, 2:1-3)
… Bu kəslər, instinktləriylə yaşayan, tutulub boğazlanılmaq üçün doğan, ağıldan məhrum heyvanlar kimidir. Heyvanlar kimi onlar da məhvə uğrayacaqlar. Etdikləri haqsızlığa qarşılıq zərər görəcəklər. Gündüz zövq aləmlərinə dalmağı əyləncə sayarlar. Bir ləkə və üz qarasıdırlar… (2 Peter, 2:12-13)

