İncildən gözəl sözlər

10 / 21 · 41 dəq oxu

İncildə imanın şərtləri

Hər vəziyyətdə şükür edin. Çünki Allahın sizin üçün istədiyi budur. (1 Saloniklilərə, 5:18)

Allahın sizə bağışladığı fövqəladə lütfdən ötrü sizlər üçün dua edir, sizin üçün darıxırlar.

Sözlə izah edilə bilməyən hədiyyəsi üçün Allaha şükürlər olsun! (2 Korinflilərə, 9:14-15)

Bununla İsa xalqa yerə oturmalarını buyurdu. Sonra yeddi çörəyi götürdü, şükür edib bunları böldü, paylamaları üçün şagirdlərinə verdi. Onlar da xalqa payladılar. Bir neçə kiçik balıqları da vardı. İsa şükür edib bunları da paylamalarını söylədi. (Mark, 8:6-7)

Halbuki, Allahın yaratdığı hər şey yaxşıdır, heç bir şey rədd edilməməli; yetər ki, təşəkkürlə qəbul edilsin. (1 Timoteyə, 4:4)

Nəzərinizi duaya yönəldin. Duada ayıq qalın, şükür edin. (Kolosselilərə, 4:2) Müəyyən bir günü qeyd edən, Rəbb üçün qeyd edər. Hər şeyi yeyən, Allaha şükür edərək Rəbb üçün yeyər. Bəzi şeyləri yeməyən də Rəbb üçün yeməz və Allaha şükür edər. (Romalılara, 14:6)

… Bizi zəfərə çatdıran Allaha şükürlər olsun! Bu səbəblə, sevimli qardaşlarım, Rəbb yolunda verdiyiniz əməyin boşa getməyəcəyini bilərək dayanın, sarsılmayın, Rəbbin işində hər zaman çalışqan olun. (1 Korinflilərə, 15:57-58)

Aranızda açıq-saçıqlıq, axmaq söhbətlər, bayağı zarafatlar da olmasın. Bunlar sizə yaraşmaz. Bunun yerinə şükür edin. (Efeslilərə, 5:4)

Bir-birinizə məzmurlar, ilahilər, ruhani nəğmələr söyləyin; ürəkdən Rəbbə nəğmələr, məzmurlar oxuyun; dayanmadan, hər şey üçün… Allaha şükür edin; [Allah rizası üçün] Məsihə duyduğunuz hörmətə görə bir-birinizə bağlı olun. (Efeslilərə, 5:19-21)

Sizi xatırladıqca Allahıma şükür edirəm. (Filipililərə, 1:3)

… Şükür edici olun! Məsihin sözü bütün zənginliyi ilə içinizdə yaşasın. Tam bir müdrikliklə bir-birinizə öyrədin, öyüd verin, məzmurlar, ilahilər, ruhani nəğmələr söyləyərək ürəklərinizdə təşəkkürlə Allaha nəğmələr yüksəldin. Söylədiyiniz, etdiyiniz hər şeyi..

Allaha şükür edərək edin. (Kolosselilərə, 3:15-17)

Dualarımızda sizləri xatırlayır, hər zaman hamınız üçün Allaha şükür edirik. İmanın məhsulu olan fəaliyyətinizi, sevgiyə əsaslanan əməyinizi və… İsa Məsihə bağladığınız ümiddən qaynaqlanan möhkəmliyinizi Allahın hüzurunda dayanmadan anırıq. (1 Saloniklilərə, 1:2-3)

Təşəkkürlə dolub daşaraq Onda [Allaha bağlılıqda] köklənin və inkişaf edin, sizə öyrədildiyi kimi imanda güclənin. (Kolosselilərə, 2:7)

O anda İsa… belə dedi: “Allah, yerin və göyün Rəbbi! Bu gerçəkləri müdrik və ağıllı kəslərdən gizlədib kiçik uşaqlara açdığın üçün Sənə şükür edirəm. Bəli Allah, Sənin istəyin bu [İsa Peyğəmbər:] “Onları ac olaraq evlərinə göndərsəm, yolda huşlarını itirərlər. Həm bəziləri uzaq yoldan gəlir.” Şagirdləri buna qarşılıq, “Belə kimsəsiz bir yerdə bu qədər adamı doyuracaq çörəyi insan haradan tapa bilər?” dedilər. İsa, “neçə çörəyiniz var?” deyə soruşdu. “Yeddi” dedilər. Bunun üzərinə İsa, xalqa yerə oturmalarını buyurdu. Sonra yeddi çörəyi götürdü, şükür edib bunları böldü, paylamaları üçün şagirdlərinə verdi. Onlar da xalqa payladılar. Bir neçə kiçik balıqları da vardı. İsa şükür edib bunları da paylamalarını söylədi. Hər kəs yeyib doydu. Artıq qalan parçalardan yeddi kisə dolusu yığdılar. Orada təxminən dörd min adam vardı. (Mark, 8:3-10)

Allaha həmişə şükür etməyimiz üçün bir səbəb daha var: Allahın sözünü bizdən eşidib qəbul etdiyiniz zaman, bunu insan sözü olaraq deyil, gerçəkdə olduğu kimi, Allah sözü olaraq mənimsədiniz. Siz imanlılarda təsirli olan da bu sözdür. (1 Saloniklilərə, 2:13)

… İyirmi dörd qoca üzü üstə yerə əyildi. Allaha tapınaraq belə dedilər: “Hər şeyə gücü çatan, var olan, var olmuş olan Rəbb Allah! Sənə şükür edirik…” (Vəhy, 11:16-17)

İsa, “neçə çörəyiniz var?” deyə soruşdu. “Yeddi çörəklə bir neçə kiçik balığımız var” dedilər. Bunun üzərinə İsa, xalqa yerə oturmalarını buyurdu. Yeddi çörəklə balıqları götürdü, şükür edib bunları böldü, şagirdlərinə verdi. Onlar da xalqa payladılar. Hər kəs yeyib doydu. Artıq qalan parçalardan yeddi kisə dolusu yığdılar. Yemək yeyənlərin sayı, qadın və uşaqlar istisna olmaqla, dörd min kişi idi. (Matta, 15:34-38)

Məhz o əsnada ortaya çıxan Anna, Allaha şükür edərək Yerusəlimin qurtuluşunu gözləyən hər kəsə [Allahın elçisi] İsadan danışmağa başladı. (Luka, 2:38)

Bunun üçün… İsaya [Allahın Peyğəmbəri olaraq] iman etdiyinizi və bütün müqəddəsləri [özünü Allaha həsr etmişləri] sevdiyinizi eşitdiyimdən bəri, mən də sizin üçün daima [Allaha] şükür edir, sizi dualarımda həmişə xatırlayıram. (Efeslilərə, 1:15-16)

Heç narahat olmayın; hər mövzudakı diləklərinizi, Allaha dua edib yalvararaq təşəkkürlə bildirin. (Filipililərə, 4:6)

… Üzü üstə yerə çöküb Allaha tapınaraq belə deyirdilər: “Amin! Tərif, ucalıq, müdriklik, təşəkkür, hörmət, güc, qüdrət, sonsuzlara qədər Allahımızın olsun! Amin!” (Vəhy, 7:11-12)

Amma şükürlər olsun Allaha! Əvvəl günahın kölələri olan sizlər… [sizə izah edilən] təlimin əsasına ürəkdən bağlandınız. Günahdan azad olunaraq doğruluğun kölələri oldunuz. (Romalılara, 6:17-18)

Daxili varlığımda Allahın Qanunundan [Allahın əmr və qadağalarına uymaqdan] zövq alıram… Allaha şükürlər olsun! Nəticə olaraq mən ağlımla Allahın Qanununa… qulluq edirəm. (Romalılara, 7:22, 25)

Farisey ayaq üstə durub öz-özünə belə dua etdi: “Allahım, o biri insanlara -soyğunçulara, haqqı yeyənlərə, zina edənlərə-… bənzəmədiyim üçün Sənə şükür edirəm.” (Luka, 18:11)

İlkin hamınız üçün… Allahıma şükür edirəm. Çünki imanınız bütün dünyada eşitdirilir. (Romalılara, 1:8)

… Belə ki, atalarımıza verilən sözlər təsdiqlənsin və o biri xalqlar mərhəməti üçün Allahı ucaltsın. Yazıldığı kimi: “Bunun üçün xalqlar arasında Sənə şükür edəcəyəm, Adını ilahilərlə tərifləyəcəyəm.” (Romalılara, 15:8-9)

[Allah rizası üçün] İsa Məsihin adını hər yerdə anan hər kəsə, Allahdan… lütf və sağlamlıq olsun. Allahın, Məsih İsada [İsa Peyğəmbər vəsiləsiylə] sizə bağışladığı lütfdən ötrü, sizin üçün hər Şükür edərək yeməyə qatılsam, şükür etdiyim yeməkdən ötrü niyə qınanım? Nəticə olaraq, nə yeyər, nə içərsəniz, nə edərsəniz, hər şeyi Allahın ucalığı üçün edin. (1 Korinflilərə, 10:30-31)

Sizə çatdırdığımı mən Rəbdən öyrəndim… İsa əlinə çörək götürdü, şükür edib çörəyi böldü… (1 Korinflilərə, 11:23-24)

Əkinçiyə toxum və yemək üçün çörək ehtiyatı verən Allah sizin də əkin ehtiyatınızı çoxaldacaq və salehliyinizin bəhrəsini artıracaq. Hər tərəfli səxavətli olmanız üçün hər baxımdan varlandırılacaqsınız. Səxavətiniz… Allaha şükür etməyə səbəb olacaq. Çünki etdiyiniz bu xidmət yalnız müqəddəslərin ehtiyaclarını ödəməklə kifayətlənmir, həm də Allaha edilən çox şükürlərlə aşıb-daşır. (2 Korinflilərə, 9:10-12)

Allah bizi beləcə böyük bir ölüm təhlükəsindən qurtardı; daha da qurtaracaq. Ümidimizi Ona bağladıq. Siz də dualarınızla bizə kömək etdikcə, bizi yenə qurtaracaq. Belə ki, bir çox adamın dualarıyla bizə edilən lütfdən ötrü bir çoxlarının dilindən bizim üçün [Allaha] təşəkkürlər edilsin. (2 Korinflilərə, 1:10-11)

Bütün bunlar sizin faydanızadır. Beləliklə, Allahın lütfü çoxalıb daha çox insana çatdıqca, Allahın ucalığı üçün təşəkkür də artsın. (2 Korinflilərə, 4:15)

Bizi həmişə Məsihin zəfər alayında aparan, Onu tanımağın gözəl qoxusunu vasitəçiliyimizlə hər yerdə yayan Allaha şükürlər olsun! Çünki biz həm xilas olanlar, həm də məhv olanlar arasında Allah üçün Məsihin gözəl qoxusuyuq. Məhv olanlar üçün ölümə aparan [cəhənnəminə vəsilə olan] ölüm qoxusu, xilas olanlar üçünsə həyata aparan [cənnətinə vəsilə olan] həyat qoxusuyuq… (2 Korinflilərə, 2:14-16)

Titin ürəyində sizin üçün eyni maraq yaradan Allaha şükürlər olsun! Çünki Tit təkcə xahişimizi qəbul etməklə deyil, eyni zamanda sizə diqqət göstərdiyi üçün öz istəyilə yanınıza gəlir. (2 Korinflilərə, 8:16-17)

Hər şeydən əvvəl bunu nəsihət edirəm: Allah yoluna bir bağlılıq və ciddiyyətlə sakit və hüzurlu bir həyat yaşayaq deyə, krallarla bütün yuxarı rəhbərlər daxil, bütün insanlar üçün [Allaha] diləklər, dualar, yalvarışlar və şükürlər edilsin. (1 Timoteyə, 2:1-2)

Dayanmadan, gecə gündüz dualarımda səni xatırlayaraq atalarım kimi təmiz vicdanla qulluq etdiyim Allaha şükür edirəm. (2 Timoteyə, 1:3)

İsa: “Getmələrinə ehtiyac yoxdur, onlara siz yemək verin”—dedi. Şagirdlər: “Burada beş çörəklə iki balıqdan başqa bir şeyimiz yox ki”—dedilər. İsa: “Onları bura, mənə gətirin” dedi. Xalqa otluqda əyləşmələrini buyurduqdan sonra, beş çörəklə iki balığı götürdü, gözlərini göyə qaldıraraq şükür etdi; sonra çörəkləri bölüb şagirdlərinə verdi, onlar da xalqa payladılar. Hər kəs yeyib doydu. Artıq qalan parçalardan on iki dolu səbət yığdılar. Yemək yeyənlərin sayı, qadın və uşaqlar istisna olmaqla, təxminən beş min kişi idi. (Matta, 14:16-21)

Yemək əsnasında İsa əlinə çörək götürdü, şükür edib çörəyi böldü və şagirdlərinə verdi. “Alın, yeyin” dedi… Sonra bir kasa götürüb şükür etdi və bunu şagirdlərinə verərək, “Hamınız bundan için” dedi. (Matta, 26:26-27; Mark, 14:22-23)

İsa onlara: “Neçə çörəyiniz var, gedin baxın”—dedi. Öyrənib gəldilər: “Beş çörəklə iki balığımız var”—dedilər. İsa hər kəsə qrup şəklində yaşıl ot üzərində oturmalarını buyurdu. Xalq yüz, əlli nəfərlik qruplar halında oturdu. İsa beş çörəklə iki balığı götürdü, gözlərini göyə qaldıraraq şükür etdi; sonra çörəkləri böldü və xalqa paylamaları üçün şagirdlərinə verdi.

İki balığı da hamısının arasında paylaşdırdı. Hər kəs yeyib doydu. Artıq qalan çörək və balıqdan on iki dolu səbət yığdılar. Yemək yeyən kişilərin sayı beş minə qədər idi. (Mark, 6:38-44)

İsa: “Onlara siz yemək verin”—dedi. “Beş çörəklə iki balıqdan başqa bir şeyimiz yox”— dedilər. “Yoxsa bu qədər xalq üçün yemək götürməyə bizmi gedək?” Orada təxminən beş min kişi vardı. İsa şagirdlərinə: “Xalqı yüz, əlli nəfərlik qrup halında oturdun”—dedi. Şagirdlər elə edib hər kəsi yerə oturtdular. İsa, beş çörəklə iki balığı götürdü, gözlərini göyə qaldıraraq şükür etdi; sonra bunları böldü və xalqa paylamaları üçün şagirdlərinə verdi. Hər kəs yeyib doydu. Artıq qalan parçalardan on iki dolu səbət toplandı. (Luka, 9:13-17)

Yemək saatı gəlincə İsa, elçiləriylə birlikdə süfrəyə oturdu və onlara belə dedi: “… Pasxa yeməyini sizinlə birlikdə yeməyi çox arzulamışdım…” Sonra kasanı götürərək şükür etdi və: “Bunu alın, aranızda paylaşın”— dedi… Sonra əlinə çörək götürdü, şükür edib çörəyi böldü və onlara verdi… (Luka, 22:14-19)

Getdikləri kəndə yaxınlaşdıqları sırada İsa, yoluna davam edəcəkmiş kimi davrandı. Amma onlar, “Bizimlə qal. Haradasa axşam olacaq, gün batmaq üzrə” deyərək onu məcbur etdilər. Beləcə, İsa onlarla birlikdə qalmaq üçün içəri girdi. Onlarla süfrədə oturarkən İsa çörək götürdü, şükür etdi və çörəyi bölüb onlara verdi. (Luka, 24:28-30)

Paul bunları söylədikdən sonra çörək götürdü, hamısının qarşısında Allaha şükür etdi, çörəyi bölüb yeməyə başladı. (Həvarilərin İşləri, 27:35)

Sonunda Romaya çatdıq. Xəbərimizi alan Romadakı qardaşlar, bizi qarşılamaq üçün Appi Bazarına və Üç Mehmanxanaya qədər gəldilər. Paul onları görüncə Allaha şükür etdi, ürəkləndi. (Həvarilərin İşləri, 28:15)

Şagirdlərindən biri Şimon Peterin qardaşı Andrey, İsaya dedi ki: “Burada beş arpa çörəyi ilə iki balığı olan bir uşaq var. Amma bu qədər adam üçün bunlar nədir ki?”. İsa: “Xalqı yerə oturdun”—dedi. Ora otluq idi. Beləcə, xalq yerə oturdu. Təxminən beş min kişi vardı. İsa çörəkləri götürdü, şükür etdikdən sonra oturanlara payladı. Balıqlardan da istədikləri qədər verdi. Hər kəs doyunca İsa şagirdlərinə, “Artıq qalan parçaları yığın, heç bir şey ziyan olmasın” dedi. Onlar da yığdılar. Yedikləri beş arpa çörəyindən artıq qalan parçalarla on iki səbət doldurdular. Xalq, İsanın etdiyi möcüzəni görüncə, “Həqiqətən, dünyaya gələcək Peyğəmbər budur”— dedi. (Yəhya, 6:8-14)

Bunun üzərinə daşı çəkdilər. İsa gözlərini səmaya qaldıraraq belə dedi: “Allahım, məni eşitdiyin [dualarımı qəbul etdiyin] üçün Sənə şükür edirəm. Məni hər zaman eşitdiyini bilirdim. Amma bunu, ətrafda dayanan xalq üçün, məni Sənin göndərdiyinə iman etsinlər deyə söylədim.” (Yəhya, 11:41-42)

Hər şeyə sevinclə qatlanıb səbir edə bilməniz üçün Onun uca gücünə sığınıb bütün qüdrətlə güclənmənizi diləyirik. Bizi müqəddəslərin [özünü Allaha həsr etmişlərin]… mirasına ortaq olmağa yetərli edən Allaha şükür etməniz üçün dua edirik. O bizi qaranlığın hökmranlığından qurtarıb… dərgahına köçürdü… (Kolosselilərə, 1:11-14)

Allahımızın hüzurunda sizə görə böyük sevinc duyuruq. Buna qarşılıq Allahımıza sizin üçün necə şükür edə bilərik? Sizinlə üz-üzə görüşmək, iman mövzusundakı əskiklərinizi tamamlamaq üçün gecə-gündüz var gücümüzlə dua edirik. (1 Saloniklilərə, 3:9-10)

Qardaşlar, sizin üçün hər zaman Allaha təşəkkür borcluyuq. Belə etməyimiz də yerindədir. Çünki imanınız böyüdükcə böyüyür, hər birinizin o birisinə olan sevgisi artır. (2 Amma biz, ey Rəbbin sevdiyi qardaşlar, sizlər üçün hər zaman Allaha təşəkkür borcluyuq. Çünki Allah… [sizləri] gerçəyə inanaraq xilas olmanız üçün sizi də başlanğıcdan Sizlər üçün dua edərkən Allaha… hər zaman şükür edirik. Çünki Məsih İsaya [Allahın Peyğəmbəri olaraq] iman etdiyinizi və bütün müqəddəsləri [özünü Allaha həsr etmişləri] sevdiyinizi duyduq. (Kolosselilərə, 1:3-4)

… [Allahın Peyğəmbəri olaraq] İsaya olan imanını və bütün müqəddəslərə [özünü Allaha həsr etmişlərə] bəslədiyin sevgini duyduqca dualarımda səni xatırlayır, Allahıma davamlı şükür edirəm. (Filimona 1:4-5)

Allahı bildikləri halda Onu Allah olaraq ucaltmadılar, Ona şükür etmədilər. Əksinə, düşüncələrində ağılsızlığa düşdülər; anlayışsız ürəklərini qaranlıq bürüdü. (Romalılara, 1:21)

Allaha təvəkkül etmək*

  • Hər cür çətinlik və sıxıntının Allahdan gəldiyini bilib, yalnız Allaha güvənmək, Allahdan kömək diləmək.

Onun üçün, ayaq üstə möhkəm dayandığını sanan diqqət yetirsin, yıxılmasın! Hər kəsin qarşılaşdığı sınaqlardan başqa sınaqlarla qarşılaşmadınız. Allah etibarlıdır, gücünüzü aşan şəkildə sınanmanıza icazə verməz. Dözə bilməniz üçün sınaqla birlikdə çıxış yolunu da təmin edəcəkdir. (1 Korinflilərə, 10:12-13)

Bu səbəblə, sevimli qardaşlarım, Rəbb yolunda verdiyiniz əməyin boşa getməyəcəyini bilərək dayanın, sarsılmayın, Rəbbin işində hər zaman çalışqan olun. (1 Korinflilərə, 15:58)

Amma biz [axirətdə] təmizlənmənin verdiyi ümidin reallaşmasını Allahın Ruhuna sığınaraq, imanla gözləyirik. (Qalatiyalılara, 5:5)

Əksinə, Allahın xidmətçiləri olaraq fövqəladə dözümlülükdə, sıxıntı, çətinlik və əzablarda, döyülmə, həbs, qarışıqlıq, əmək, yuxusuzluq və aclıqda; pak yaşayışda, bilik, səbir, yaxşılıq… və qəlbən sevgidə; həqiqətin bilinməsində və Allahın gücündə; sağ və sol əllərimizdə doğruluğun silahlarıyla… yaxşı gündə və pis gündə, özümüzü hər vəziyyətdə nümunə göstəririk. Aldadanlar sailırıqsa da, dürüst kəslərik. (2 Korinflilərə, 6:4-8)

Adi insanlar kimi yaşayırıqsa da, insani gücə əsaslanıb savaşmırıq [mübarizə aparmırıq]. Çünki savaşımızın [fikri mübarizəmizin] silahları insani silahlar deyil, qalaları yıxan Allahın gücünə sahib [imana əsaslanan], [mənəvi] silahlardır. (2 Korinflilərə, 10:3-4)

Amma biz, ey Rəbbin sevdiyi qardaşlar, sizlər üçün hər zaman Allaha təşəkkür borcluyuq. Çünki Allah… gerçəyə inanaraq xilas olmanız üçün sizi başlanğıcdan seçdi… Elə isə möhkəm dayanın, qardaşlarım! İstər sözlə, istər məktubla, sizə çatdırdığımız təlimlərə möhkəm bağlanın… Bizi sevib lütfüylə bizə sonsuz cəsarət və böyük ümid verən Allahımız sizi ürəkləndirsin, hər yaxşı hərəkət və sözdə gücləndirsin. (2 Saloniklilərə, 2:13-17)

Düzgünlük uğruna acı çəksəniz belə, siz necə də xoşbəxtsiniz! İnsanların Buna görə onlardan qorxmayın. Çünki [Allah üçün] örtülü olub da ortaya çıxarılmayacaq, gizli olub da bilinməyəcək heç bir şey yoxdur… Bədəni öldürən, amma canı öldürə bilməyənlərdən qorxmayın. Canı da, bədəni də cəhənnəmdə məhvə uğrada bilən Allahdan qorxun. (Matta, 10:26-28)

Son olaraq Rəbdə, Onun üstün gücüylə güclənin. İblisin hiylələrinə qarşı möhkəm dayana bilmək üçün Allahın təmin etdiyi bütün [mənəvi] silahlardan istifadə edin. Çünki savaşımız [fikri mübarizəmiz]… bu qaranlıq dünyanın güclərinə, pisliyin… ordularına qarşıdır. Bu səbəblə, pis gündə dayana bilmək, lazımlı hər şeyi etdikdən sonra yerinizdə dayana bilmək üçün Allahın bütün [mənəvi] silahlarından istifadə edin. Beləcə, belinizi həqiqətlə sarmış, sinənizə düzgünlük zirehini taxmış və ayaqlarınıza sağlamlıq müjdəsini yayma hazırlığını geymiş olaraq yerinizdə durun. Bunların hamısına əlavə olaraq, şeytanın bütün atəşli oxlarını söndürə biləcəyiniz iman qalxanını alın. (Efeslilərə, 6:10-16)

Bunu eşitdiyimiz gündən bəri biz də sizlər üçün dua edir, tam bir müdriklik və mənəvi anlayışla Allahın istəyini tamamilə bilmənizi təmin etməsini diləyirik. Rəbbə yaraşar şəkildə yaşamanız, Onu hər cəhətdən məmnun etməyiniz, hər yaxşı işdə bəhrə verərək Allahı tanımaqda irəliləməniz üçün dua edirik. Hər şeyi sevinclə qarşılayıb səbir edə bilməyiniz üçün Onun uca gücünə sığınıb bütün qüdrətlə güclənmənizi diləyirik… (Kolosselilərə, 1:9-11)

Amma yanınızdan hələ dönən Timote, imanınıza, sevginizə bağlı bizə gözəl xəbərlər gətirdi. Bizi hər zaman yaxşı xatirələrlə xatırladığınızı, sizi görmək üçün darıxdığımız qədər sizin də bizim üçün darıxdığınızı söylədi. Bu səbəblə qardaşlar, bütün əziyyət və çətinliklərimiz arasında, imanınızdan ötrü sizinlə hüzur duyduq. Çünki siz Rəbbə bağlı qalsanız, biz əsl o zaman yaşayarıq. (1 Saloniklilərə, 3:6-8)

Geyim mövzusunda niyə narahat olursunuz? Qır zanbaqlarının necə böyüdüyünə baxın! Nə işləyərlər, nə də iplik əyirərlər… (Matta, 6:28-29)

Haqsız yerə acı çəkən adam, Allah rizası üçün acıya qatlansa, Allahı məmnun edər. Çünki günah işləyib döyüldüyünüzdə dözsəniz, bunda təriflənəcək nə var? Amma yaxşılıq edib acı çəkdiyinizdə dözüm göstərsəniz, Allahı məmnun edərsiniz. Necə ki, bunun üçün çağırıldınız. [Allah rizası üçün] Məsih, izindən gedəsiniz deyə… sizə nümunə oldu. O günah işləmədi, ağzından hiyləli söz çıxmadı. Üzünə söyüldüyündə söyüşlə cavab vermədi, acı çəkdiyində kimsəni təhdid etmədi; davasını, ədalətlə mühakimə edən Allaha buraxdı. (1 Peter, 2:19-23)

Ana-atanız, qardaşlarınız, qohum və dostlarınız belə sizi ələ verəcək və bəzilərinizi öldürdəcəklər. Mənim adıma görə [Allah rizasına uyaraq məni izlədiyiniz üçün] hər kəs sizə nifrət edəcək. Nə var ki, başınızdakı saçlardan bir tel belə yox olmayacaq. Dözümlü olmaqla canlarınızı [cənnətdəki sonsuz həyatı] qazanacaqsınız. (Luka, 21:16-19)

Mühakimə də budur: Dünyaya işıq gəldi, amma insanlar işıq yerinə qaranlığı sevdilər. Çünki etdikləri işlər pis idi. Pislik edən hər kəs işığa nifrət edər və etdikləri ortaya çıxmasın deyə işığa yaxınlaşmaz. Amma gerçəyi tətbiq edən adam etdiklərini, Allaha sığınaraq etdiyini göstərmək üçün işığa gəlir. (Yəhya, 3:19-21)

Bizə verilən bu lütfə… imanla qovuşduq və Allahın ucalığına [rəhmətinə və rizasına] çatmaq ümidiylə öyünürük. Yalnız bununla deyil, çətinliklərlə də öyünürük. Çünki bilirik ki, çətinlik dözüm gücünü, dözüm gücü Allahın bəyənməsini, Allahın bəyənməsi də ümidi təmin edər. Ümid xəyal qırıqlığına uğratmaz. (Romalılara, 5:2-5)

Beləcə, İbrahim səbirlə [Allaha] sığınaraq vədə çatdı. (İbranilərə, 6:15)

Qardaşlarım, müxtəlif sınaqlarla üz-üzə gəldiyinizdə bunu böyük sevinclə qarşılayın. Çünki bilərsiniz ki, imanınızın sınanması dözüm gücünü meydana gətirər.

Dözüm gücü də, heç bir əskiyi olmayan, yetkin, mükəmməlliyə çatmış kəslər olmanız üçün təsirli olsun. İçinizdən birinin müdriklikdə əskiyi varsa, hər kəsə əliaçıqlıqla… verən Allahdan istəsin; özünə veriləcək. Yalnız heç şübhə etmədən, imanla istəsin. Çünki şübhə edən adam küləyin sürüyüb sovurduğu dəniz dalğasına bənzəyər. (Yaqub, 1:2-6)

Siz də böyük çətinliklərə qarşı, Allahın… verdiyi sevinclə Allah sözünü qəbul edərək bizi… nümunə götürdünüz. (1 Saloniklilərə, 1:6)

Bu səbəblə bizlər, dözdüyünüz bütün zülm və çətinliklər qarşısındakı səbir və imanınızdan ötrü Allahın kilsələri arasında sizinlə öyünürük. Bütün bunlar Allahın ədalətli mühakiməsinin əlamətidir. Nəticə olaraq, uğrunda acı çəkdiyiniz Allah dərgahına [cənnətə] layiq sailacaqsınız. Allah ədalətli olanı edəcək: Sizə çətinlik çəkdirənlərə çətinlik ilə cavab verəcək, çətinlik çəkən sizləri isə bizimlə birlikdə rahatlığa qovuşduracaq… (2 Saloniklilərə, 1:4-6)

Çünki elə bir zaman gələcək ki, möhkəm təlimə dözə bilməyəcəklər. Qulaqlarını oxşayan sözlər eşitmək üçün ətraflarına öz arzularına uyğun müəllimlər yığacaqlar. Qulaqlarını həqiqət üçün tıxayıb nağıllara uyacaqlar. Amma sən hər vəziyyətdə ayıq ol, çətinliyə sinə gər, müjdəçi olaraq işini et, vəzifəni tamamla. (2 Timoteyə, 4:3-5)

Çəkəcəyin çətinliklərdən qorxma!… On gün çətinlik çəkəcəksiniz. Ölüm bahasına da olsa sadiq qal, sənə həyat tacını [cənnətdəki sonsuz həyatı] verəcəyəm. (Vəhy, 2:10)

Amma Rəbb etibarlıdır. O sizi gücləndirəcək, pis olandan qoruyacaq. (2 Saloniklilərə, 3:3)

İsa şagirdlərinə belə dedi: “Bu səbəblə sizə bunu söyləyirəm: “Nə yeyəcəyik?” deyə canınız üçün, ya da “nə geyinəcəyik?” deyə bədəniniz üçün narahat olmayın…

Qarğalara baxın! Nə əkər, nə biçərlər; nə zirzəmiləri, nə anbarları vardır. Allah yenə də onları doyurar… Hansı biriniz narahat olmaqla ömrünü bir anlıq uzada bilər? Bu kiçik işə belə gücünüz çatmadığına görə, o biri mövzularda niyə narahat olursunuz? Zanbaqların necə böyüdüyünə baxın! Nə işləyərlər, nə də iplik əyirərlər… Bu gün var olub sabah ocağa atılacaq otu belə geydirən Allahın sizi də geydirəcəyi nə qədər daha qətidir, ey imanı qıt olanlar! “Nə yeyəcəyik, nə içəcəyik?’ deyə düşünüb dərdlənməyin. Dünya xalqları həmişə bu şeylərin arxasınca qaçar. Halbuki Allahımız, bunlara ehtiyac duyduğunuzu bilər. Siz Onun kəramətinin ardınca gedin, o zaman sizə bunlar da veriləcək.” (Luka, 12:22-31; Matta, 6:25-33)

Bu səbəblə indi qısa bir müddət müxtəlif sınaqlar nəticəsində acı çəkməyiniz lazımdırsa da, sevinclə coşmaqdasınız… (1 Peter, 1:6)

Rəbbə güvənim odur ki, mən də yaxında gələcəyəm. (Filipililərə, 2:24) Nə var ki, əvvəl müjdənin bütün xalqlara eşitdirilməsi lazımdır. Sizi həbs edib məhkəməyə verdiklərində, “Nə söyləyəcəyik?’ deyə əvvəldən narahat olmayın. O anda sizə nə ilham olsa, onu söyləyin. Çünki danışan siz deyil, Allah… olacaq. (Mark, 13:10-11)

“Sizi sinaqoq birliklərinin, rəhbərlərinin və səlahiyyətlilərin önünə çıxardıqlarında, “Özümüzü nəylə, necə müdafiə edəcəyik?” ya da, “Nə söyləyəcəyik?” deyə narahat olmayın. Allah… o anda sizə nə söyləməli olduğunuzu öyrədəcək.” (Luka, 12:11-12)

“… Rəbbiniz, nələrə ehtiyac duyduğunuzu daha siz Ondan diləmədən əvvəl bilər.” Bunun üçün siz belə dua edin: “Doğru yoldan azdırılmağımıza icazə vermə. Pis olandan bizi qurtar. Çünki hökmranlıq, güc və ucalıq sonsuzlara qədər Sənindir. Amin.” (Matta, 6:8-13)

Bunun üçün Rəbbimizə şahidlik etməkdən [Allahın varlığının dəlillərini təsdiq etməkdən] də, Onun uğruna məhbus olan məndən də utanma. Allahın gücüylə müjdə [Allahın dini, hökmləri] uğrunda mənimlə birlikdə çətinliyə sinə gər. Allah bizi, etdiklərimizə görə deyil, Öz məqsədinə və lütfünə görə qurtarıb mübarək bir həyata çağırdı… (2 Timoteyə, 1:8-9)

Dar qapıdan girin. Çünki insanı məhvə aparan qapı geniş və yol enlidir. Bu qapıdan girənlər çoxdur. [cənnətdəki sonsuz] həyata aparan qapı isə dar, yol da çətindir. Bu yolu tapanlar azdır. (Matta, 7:13-14)

Özümüzü düzgünlüklə mühakimə etsəydik, mühakimə olunmazdıq. Dünyayla birlikdə məhkum olmayaq deyə Rəbb bizi mühakimə edib tərbiyə edir. (1 Korinflilərə, 11:31-32)

Bu səbəblə vəd, Allahın lütfünə sığınmaq və İbrahimin bütün soyu üçün zəmanət altına alınmaqla imana bağlı qılınmışdır… İbrahim çətin bir vəziyyətdə ikən bir çox xalqın atası olacağına ümidlə iman etdi. [Allahın vədi olan] “Sənin soyun belə olacaq” sözünə güvənirdi. Yüz yaşına yaxınlaşmışkən, ölü deyilə biləcək bədənini və Saranın ölü rəhmini düşündüyündə imanı zəifləmədi. (Romalılara, 4:16-19)

Dünyəvi çadırda yaşayan bizlər ağır bir yük altında inləyirik. Əsl istədiyimiz soyunmaq deyil, geyinməkdir. Belə ki, ölümlü olan, həyat tərəfindən udulsun. Bizləri tam olaraq bu məqsəd üçün hazırlamış və zəmanət olaraq bizə Öz Ruhundan vermiş Allahdır. Bu səbəblə həmişə cəsarətimiz vardır… Gözlə görülənə deyil, imana sığınaraq yaşayarıq. (2 Korinflilərə, 5:4-7)

Sizlərsə işıqlandıqdan sonra acılarla dolu böyük bir mübarizəyə dayandığınız o ilk günləri xatırlayın. Bəzən narazılıqlara, çətinliklərə uğrayıb seyr etməli oldunuz, bəzən də eyni vəziyyətdə olanlarla həmrəy idiniz. Həm həbsdəkilərin dərdlərinə ortaq oldunuz, həm də daha yaxşı və qalıcı bir malınız olduğunu bilərək mallarınızın paylanmasını sevinclə qarşıladınız. Onun üçün cəsarətinizi itirməyin; bu cəsarətin mükafatı böyükdür. (İbranilərə, 10:32-35)

İman olmadan Allahı məmnun etmək qeyri-mümkündür. Allaha yaxınlaşan, Onun var olduğuna və Onu axtaranları mükafatlandıracağına iman etməlidir. İman sayəsində Nuh, hələ olmamış hadisələrlə əlaqədar olaraq Allah tərəfindən xəbərdar edilincə, Allah qorxusuyla ev xalqının qurtuluşu üçün bir gəmi düzəltdi. Bununla dünyanı mühakimə etdi və imana əsaslanan doğruluğun varisi oldu. İman sayəsində İbrahim miras alacağı yerə getməsi üçün çağırılınca, Allahın sözünü dinlədi və hara gedəcəyini bilmədən yola çıxdı. İman sayəsində yadelli olaraq vəd edilən ölkəyə yerləşdi. Eyni vədin ortaq varisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. Çünki memarı və qurucusu Allah olan təməlli şəhəri gözləyirdi. (İbranilərə, 11:6-10)

Paul Miletdən Efesə xəbər göndərərək kilsənin ağsaqqallarını yanına çağırtdı. Yanına gəldikləri zaman onlara belə dedi: “Asiya vilayətinə ayaq basdığım ilk gündən bəri, sizinlə olduğum bütün müddət boyunca, necə davrandığımı bilirsiniz. Yəhudilərin qurduğu tələlərdən çəkdiyim çətinliklərin ortasında Rəbbə tam bir təvazökarlıqla, gözyaşları içində qulluq etdim. Faydalı olan hər hansı bir şeyi sizə eşitdirməkdən, istər açıqda, istərsə evdən-evə gəzərək sizə öyrətməkdən çəkinmədim. Həm yəhudiləri, həm də yunanları, tövbə edib Allaha dönməyə və… İsaya [onun Allahın elçisi olduğuna] inanmağa çağırdım. İndi də… [Allaha] boyun əyərək Yerusəlimə gedirəm. Orada başıma nələr gələcəyini bilmirəm… Məni zəncirlər və çətinliklərin gözlədiyinə dair hər şəhərdə məni xəbərdar edir.

Canıma heç əhəmiyyət vermirəm, ona dəyər vermirəm. Yetər ki, yarışı bitirim və… [Allah rizası üçün] İsadan aldığım vəzifəni, Allahın lütfünü bildirən müjdəyə [Allahın vəhyinə] şahidlik etmə [Allah rizası üçün] Məsihin sevgisindən bizi kim ayıra bilər? Çətinlikmi, əzabmı, zülmmü, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Yazıldığı kimi: “Sənin uğrunda bütün gün öldürülürük, qəssablıq qoyun sailırıq.” Amma bizi sevən [Allah] tərəfindən bu vəziyyətlərin hamısında qaliblərdən üstünük. Əminəm ki, nə ölüm, nə həyat… nə hakmiyyət, nə indiki, nə gələcək zaman, nə güclər, nə yüksəklik, nə dərinlik, nə də yaradılmış başqa bir şey bizi… Allah sevgisindən ayırmağa yetməyəcəkdir. (Romalılara, 8:35-39)

Qardaşlar, sizlərə Allahın Makedoniyadakı kilsələrinə təmin etdiyi lütfdən danışmaq istəyirik: Böyük çətinliklərlə sınandıqlarında, coşğun sevincləri və həddindən artıq yoxsulluqları tam bir səxavətə çevrildi. Əllərindən gəldiyi qədərini, hətta daha çoxunu öz istəkləriylə verdiklərinə şahidlik edərəm. (2 Korinflilərə, 8:1-3)

Bir müddət üçün… səfasını sürməkdənsə, Allahın xalqıyla [səmimi olaraq iman edənlərlə] birlikdə təzyiq görməyi seçdi. [Allah] uğruna alçaldılmağı Misir xəzinələrindən daha böyük zənginlik saydı. Çünki [axirətdə] alacağı mükafatı düşünürdü. Kralın qəzəbindən qorxmadan imanla Misirdən ayrıldı… İman sayəsində israillilər qurudan keçər kimi Qamış Dənizindən keçdilər. Misirlilər buna cəhd edincə boğuldular. İsraillilər yeddi gün boyunca Yerixonun divarı ətrafında dolandılar; sonunda imanları sayəsində divarlar yıxıldı. (İbranilərə, 11:24-30)

Uyğun zamanda [Allahın] sizi ucaltması üçün… özünüzü alçaldın. Bütün qayğılarınızı Ona yükləyin [Allaha təvəkkül edin], çünki O sizi qoruyar. Ayıq və diqqətli olun.

Düşməniniz iblis kükrəyən aslan kimi udacaq birini axtararaq gəzir. Dünyanın hər yerindəki qardaşlarınızın da eyni acıları çəkdiyini bilərək imanda sarsılmadan iblisə qarşı müqavimət göstərin… Bütün lütfün qaynağı olan Allahın Özü qısa bir müddət acı çəkməyinizdən sonra sizi yetkinləşdirib gücləndirəcək, gücləndirib təməlləndirəcək. (1 Peter, 5:6-10)

Yol kənarındakılar sözü eşidən kəslərdir. Amma sonra iblis gəlir, inanıb xilas olmasınlar deyə sözü ürəklərindən götürüb aparar. Qayalıq yerə düşənlər, eşitdikləri sözü sevinclə qəbul edən, amma kök sala bilmədikləri üçün ancaq bir müddət inanan kəslərdir. Belələri sınandıqları zaman imandan dönərlər. Tikanlar arasına düşənlər, sözü eşidən, amma zamanla həyatın qayğıları, zənginlikləri və zövqləri içində boğulan, bu səbəbdən yetişmiş məhsul verməyənlərdir. Yaxşı torpağa düşənlər isə, sözü eşidincə onu yaxşı və möhkəm bir ürəkdə saxlayanlardır. Bunlar səbirlə dözərək məhsul verərlər. (Luka, 8:12-15)

İsa onlara, “Xalqların kralları, öz xalqlarına hökmran kəsilərlər. Öndə gələnləri də özlərinə xeyirxah ünvanını yaraşdırarlar” dedi. “Amma siz belə olmayacaqsınız. Aranızda ən böyük olan, ən kiçik kimi olsun; idarə edən, xidmət edən kimi olsun. Hansı daha böyük, süfrədə oturanmı, xidmət edən mi? Süfrədə oturan deyilmi? Halbuki mən aranızda xidmət edən biri kimi oldum.

Sınandığım zamanlar mənimlə birlikdə [Allah rizası üçün] dözənlər sizlərsiniz.” (Luka, 22:25-28)

Hər cür təsəllinin qaynağı olan Allaha, mərhəmətli Allaha… təriflər olsun! Özündən [Allahdan] aldığımız güclə hər cür çətinlikdə olanlara təsəlli edə bilməyimiz üçün bütün çətinliklərimizdə bizə güc verir… Çətinlik çəkiriksə, bu sizin rahatlığınız və qurtuluşunuz üçündür. Rahat olursa bu, bizim çəkdiyimiz acıların eynisinə dözüm göstərmənizdə təsirli olacaq [Allahda] hüzur və təhlükəsizlik tapmağınız üçündür.

Sizə bağlı ümidimiz sarsılmaz. Çünki acılarımıza olduğu kimi, hüzurumuza də ortaq olduğunuzu Mənə dedi ki, “Bunlar o böyük çətinlikdən keçib gələnlərdir… Bunun üçün, Allahın… Məscidində gecə gündüz Ona tapınırlar…” (Vəhy, 7:15)

İsa, gözlərini şagirdlərinə çevirərək belə dedi: “Nə xoşbəxt sizə, ey yoxsullar! Çünki Allahın dərgahı [cənnət] sizindir. Nə xoşbəxt sizə, indi aclıq çəkənlər! Çünki doyurulacaqsınız…

[Allah rizası üçün] İnsanoğluna [İsa Peyğəmbərə] bağlılığınız üzündən insanlar sizə nifrət etdikləri, sizi cəmiyyətdən xaric edib alçaltdıqları və adınızı pisləyib sizi rədd etdikləri zaman nə xoşbəxt sizə! O gün sevinin, coşğuyla atılıb-düşün! Çünki cənnətdəki mükafatınız böyükdür. Necə ki, onların ataları da peyğəmbərlərə belə davrandılar. (Luka, 6:20-23)

Siz əvvəlcə Onun [Allahın] hökmranlığının və doğruluğunun ardınca gedin, o zaman sizə bütün bunlar da veriləcək. O halda sabah üçün narahat olmayın… (Matta, 6:33-34)

… Amma bu, özümüzə deyil, ölüləri dirildən Allaha güvəndiyimiz üçün oldu. Allah bizi belə böyük bir ölüm təhlükəsindən qurtardı; sonra da qurtaracaq. Ümidimizi Ona bağladıq. (2 Korinflilərə, 1:9-10)

… Sahib olduqlarınızla kifayətlənin… Beləcə, cəsarətlə deyirik ki, “Rəbb mənim köməkçimdir, qorxmaram; insan mənə nə edə bilər?” (İbranilərə, 13:5-6)

… İmanın verdiyi tam zəmanətlə, ürəkdən bir səmimiliklə Allaha yaxınlaşaq. Açıq şəkildə mənimsədiyimiz ümidə [Allahın köməyinə] möhkəm bağlanaq. Çünki vəd edən Allah etibarlıdır. (İbranilərə, 10:22-23)

Mən də yaxında gələcəyəm, bu mövzuda Rəbbə güvənirəm. (Filipililərə, 2:24) Amma bu günə qədər Allah köməkçim oldu. Bunun sayəsində burada dayanır, böyük-kiçik hər kəsə şahidlik edirəm. Mənim söylədiklərim, peyğəmbərlərin və Musanın əvvəldən xəbər verdiyi hadisələrdən başqa bir şey deyil. (Həvarilərin İşləri, 26:22)

Dua etmək

Özünüzü duaya verin. Duada ayıq qalın və şükür edin. (Kolosselilərə, 4:2)

İçinizdən biri çətinlikdədirsə, dua etsin. Sevinclidirsə, ilahi söyləsin. İçinizdən biri xəstədirsə… Rəbbin adıyla… onun üçün dua etsinlər. İmanla edilən dua xəstəni yaxşılaşdıracaq və Rəbb onu ayağa qaldıracaq. Əgər xəstə günah işləmişsə, günahları bağışlanacaq. Bu səbəblə, şəfa tapmaq üçün günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin. Doğru adamın yalvarışı çox güclü və təsirlidir. (Yaqub, 5:13-16)

… Bütün varlığımla qulluq etdiyim Allah, sizi dayanmadan, hər zaman dualarımda xatırladığıma şahiddir. Allahın istəyiylə sonunda bir yol tapıb yanınıza gəlmək üçün dua edirəm. Çünki ruh cəhətdən bərkiməniz [mənəvi olaraq güclənməniz] üçün sizə mənəvi bir hədiyyə çatdırmaq üçün sizi görməyi çox istəyirəm. (Romalılara, 1:9-11)

Ümidinizlə sevinin. Çətinliyə səbir edin. Özünüzü duaya həsr edin. (Romalılara, 12:12) Daima dua edin. Hər vəziyyətdə şükür edin. Çünki Allahın, Məsih İsada sizin üçün üçün də dua edin ki, Allah, sözünü yaymağımız və uğrunda [Allah rizası üçün] həbs edildiyim Məsih sirrini açıqlamağımız üçün bizə bir qapı açsın. Bu sirri lazım olduğu kimi açıqlıqla bildirə bilməyim üçün dua edin. (Kolosselilərə, 4: 2-4)

Heç narahat olmayın; hər mövzudakı diləklərinizi, Allaha dua edib yalvararaq təşəkkürlə diləyin. O zaman Allahın hər idrakı aşan sağlamlığı… ürəklərinizi və düşüncələrinizi qoruyacaq. (Filipililərə, 4:6-7)

Duam budur ki, sevginiz, elm və hər növ duyğuyla artdıqca artsın. (Filipililərə, 1:9)

Dayanmadan dua edin. (1 Saloniklilərə, 5:17) Diqqət yetirin, ayıq durun, dua edin… Çünki o anın nə vaxt gələcəyini bilə bilməzsiniz. (Mark, 13:33)

İsa şagirdlərinə, “Mən dua edərkən siz burada oturun”— dedi. (Mark, 14:32)

Hər cür dua və yalvarışla, hər zaman… dua edin. Bu məqsədlə, bütün müqəddəslər [özünü Allaha həsr etmişlər] üçün yalvararaq tam diqqətlə ayıq durun. (Efeslilərə, 6:18)

Duam budur ki, sevginiz, elm və hər növ duyğuyla dayanmadan artsın. Belə ki, üstün dəyərləri ayıra biləsiniz və beləcə, Allahın ucaldılıb təriflənməsi üçün, İsa Məsih vasitəsilə gələn düzgünlük meyvəsiylə dolaraq… saf və qüsursuz olasınız. (Filipililərə, 1:9-11)

Pis bir şey etməməyiniz üçün Allaha dua edirik. Diləyimiz, bizim imtahanı keçmiş görünməyimiz deyil, biz imtahanda müvəffəqiyyətsiz görünsək belə sizin yaxşı olanı etmənizdir. Çünki həqiqətə qarşı deyil, ancaq həqiqət uğrunda bir şey edə bilərik. Biz gücsüz, sizsə güclüykən sevinirik. Mükəmməlliyə çatmağınız üçün də dua edirik. (2 Korinflilərə, 13:7-9)

Bunun üçün… İsaya [Allahın Peyğəmbəri olaraq] iman etdiyinizi və bütün müqəddəsləri [özünü Allaha həsr etmişləri] sevdiyinizi eşitdiyimdən bəri, mən də sizin üçün davamlı şükür edir, sizi dualarımda həmişə xatırlayıram… Uca Allah, Onu tanımağınız üçün sizə müdriklik və hidayət versin deyə dua edirəm. Onun çağırışından doğan ümidi, müqəddəslərə verdiyi mirasın uca zənginliyini və iman edən bizlər üçün təsir meydana gətirən [Allahın] qüdrətinin, aşan böyüklüyünü anlamağınız üçün, ürəklərinizin gözləri aydınlansın deyə dua edirəm. Bu qüdrət, Allahın… sərgilədiyi üstün güclə eyni fəaliyyətdədir. (Efeslilərə, 1:15-20)

Beləcə, belinizi həqiqətlə sarmış, sinənizə düzgünlük zirehini taxmış və ayaqlarınıza sağlamlıq müjdəsini yayma hazırlığını geymiş olaraq yerinizdə durun. Bunların hamısına əlavə olaraq, şeytanın bütün atəşli oxlarını söndürə biləcəyiniz iman qalxanını alın. Qurtuluş dəbilqəsini və Allahın… qılıncını, yəni Allah sözünü alın. Hər cür dua və yalvarışla, hər zaman… dua edin. Bu məqsədlə, bütün müqəddəslər [özünü Allaha həsr etmişlər] üçün yalvarışda olaraq tam diqqətlə ayıq durun. Ağzımı hər açdığımda mənə lazımlı söz verilsin deyə mənim üçün də dua edin; belə ki, müjdənin sirrini cəsarətlə bildirə bilim. [Allah rizası üçün] uğrunda zəncirə vurulmuş vəziyyətdə elçilik etdiyim Müjdəni lazım olduğu kimi cəsarətlə eşitdirə bilməyim üçün dua edin. (Efeslilərə, 6: 14-20)

Özünüzü duaya həsr edin. (Romalılara, 12:12) İsa bir yerdə dua edirdi. Duasını bitirincə şagirdlərindən biri… “Yəhyanın öz şagirdlərinə öyrətdiyi kimi sən də bizə dua etməyi öyrət.” İsa onlara, “Dua edərkən belə söyləyin” dedi: “Allah, adın müqəddəs qılınsın. Hakimiyyətin gəlsin [Haqq din əxlaqı dünyaya hakim olsun]. Hər gün bizə gündəlik çörəyimizi ver. Günahlarımızı bağışla. Çünki biz də bizə qarşı günah edən hər kəsi bağışlayırıq. Doğru yoldan ayrılmağımıza icazə vermə.” (Luka, 11:1-4)

O günlərdə İsa, dua etmək üçün dağa çıxdı və bütün gecəni Allaha dua edərək keçirdi. (Luka, 6:12)

Sizinlə üz-üzə görüşmək, iman mövzusundakı əskiklərinizi tamamlamaq üçün gecə gündüz var gücümüzlə dua edirik. Allahımız… [siz Saloniklilərə] qovuşmağımız üçün yolumuzu açsın! Rəbb bir-birinizə və bütün insanlara bəslədiyiniz sevgini, bizim sizə bəslədiyimiz sevgi ölçüsündə çoxaldıb artırsın! Belə ki… Allahın hüzurunda müqəddəslikdə qüsursuz olmanız üçün ürəklərinizi gücləndirsin. (1 Saloniklilərə, 3:10-13)

Məhz bu səbəblə, Allahımız sizi çağırışına layiq görsün, yaxşılığa istiqamətli hər diləyinizi, imana əsaslı hər məşğuliyyətinizi Öz gücüylə nəticələndirsin deyə sizin üçün hər zaman dua edirik. (2 Saloniklilərə, 1:11)

Son olaraq, qardaşlar, Rəbbin sözü aranızda olduğu kimi sürətlə yailıb ucaldılsın deyə bizim üçün dua edin. Əxlaqsız, pis insanlardan xilas olmağımız üçün də dua edin. Çünki hər kəs iman etmiş deyil. Amma Rəbb etibarlıdır. O sizi gücləndirəcək, pis olandan qoruyacaq. Buyurduqlarımızı etdiyinizə və edəcəyinizə dair Rəbdə [Allah rizası üçün] sizə güvənirik. (2 Saloniklilərə, 3:1-4)

“Mən sizə bunu söyləyim: Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün, sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.” (Luka, 11:9-10; Matta, 7:7-8)

Dua etdiyiniz zaman ikiüzlülər kimi olmayın. Onlar, hər kəs onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməkdən zövq alarlar. Sizə doğrusunu söyləyim, onlar mükafatlarını almışlar. Siz isə, dua edəcəyiniz zaman otağınıza girib qapını örtün və gizlində olan Rəbbinizə dua edin. Gizlilik içində ediləni görən Rəbbiniz sizi mükafatlandıracaq… Rəbbiniz, nələrə ehtiyac duyduğunuzu daha siz Ondan diləmədən əvvəl bilir. Bunun üçün siz belə dua edin: “… Rəbbimiz, adın müqəddəs qılınsın.

Hakimiyyətin gəlsin [Haqq din əxlaqı dünyaya hakim olsun]… Bu gün bizə gündəlik çörəyimizi ver. Bizə qarşı cinayət törədənləri bağışladığımız kimi, Sən də bizim günahlarımızı bağışla. Doğru yoldan ayrılmağımıza icazə vermə. Pis olandan bizi xilas et. Çünki hakimiyyət, güc və ucalıq sonsuzlara qədər Sənindir. Amin.” (Matta, 6:5-13)

İsa çölə çıxdı, hər zamanki kimi Zeytun dağına getdi. Şagirdlər də onun ardınca getdilər.

Oraya çatınca İsa onlara, “Dua edin ki, doğru yoldan azmayasınız” dedi. Onlardan bir daş atımı qədər uzaqlaşdı və diz çökərək belə dua etdi: “Allahım, Sənin istəyinə uyğunsa, bu kasanı məndən uzaqlaşdır. Yenə də mənim deyil, Sənin istədiyin olsun.” Göydən bir mələk İsaya görünərək onu gücləndirdi… İsa daha hərarətlə dua etdi… İsa duadan qalxıb şagirdlərin yanına dönüncə onları… yatmış gördü. Onlara, “Nə üçün yatırsınız?” dedi.

“Qalxıb dua edin ki, doğru yoldan azmayasınız.” (Luka, 22:39-46)

Sizdən birinin müdriklikdə əskiyi varsa, hər kəsə səxavətlə… verən Allahdan istəsin; Allah ona verəcək. Amma heç şübhə etmədən, imanla istəsin. Çünki şübhə edən insan küləyin sovurduğu dəniz dalğasına bənzəyər. Bütün həyatında belə dəyişən, qərarsız olan insan Rəbdən bir şey alacağına ümid etməsin. (Yaqub, 1:5-8)

İsa onlara bu qarşılığı verdi: “Sizə doğrusunu söyləyim, əgər imanınız olar və şübhə etməzsəniz, tək əncir ağacına olanı etməklə deyil; bu dağa, “Qalx, dənizə atıl” desəniz, dediyiniz olacaq. İman edərək dua etdiyinizdə, dilədiyiniz hər şeyi alacaqsınız.” (Matta, İlk gündən indiyə qədər müjdənin [Allahın vəhyinin] yailmasındakı əməkdaşlığınızdan ötrü, hər duamda hamınız üçün hər zaman sevinclə diləyirəm. (Filipililərə 1:4-5)

… Bütün müqəddəslərə [özünü Allaha həsr etmişlərə] bəslədiyin sevgini eşitdikcə dualarımda səni xatırlayır, Rəbbimə davamlı şükür edirəm. İmanını başqalarıyla paylaşmaqda fəal olmağın və beləliklə… sahib olduğumuz hər yaxşılığın şüuruna çatmağın üçün dua edirəm. (Filimona, 4:6)

Bunlar İsanın anası Məryəm, o biri qadınlar və İsanın qardaşlarıyla tam bir birlik içində həmişə dua edirdi. (Həvarilərin İşləri, 1:14)

Sonra belə dua etdilər: “Ya Rəbb, Sən hər kəsin ürəyini bilirsən. Yəhyanın, aid olduğu yerə getmək üçün buraxdığı bu xidməti və elçilik vəzifəsini boynuna götürməklə bu iki adamdan hansını seçdiyini göstər bizə.” (Həvarilərin İşləri, 1:24-25)

Peter daha bir neçə sözlərlə onları xəbərdar etdi. “Özünüzü bu azğın nəsildən qurtarın!” deyə yalvardı… O gün təxminən üç min adam birliyə qatıldı. Bunlar özlərini elçilərin təliminə, birlik olmağa, çörək bölməyə və duaya həsr etdilər. (Həvarilərin İşləri, 2:40-42)

Bir gün Peterlə Yəhya, saat üçdə, dua vaxtında məscidə çıxırdılar. (Həvarilərin İşləri, 3:1)

“Və indi ya Rəbb… Sənin sözünü tam ürəklə eşitdirmək üçün biz qullarına güc ver…” Duaları bitincə toplandıqları yer sarsıldı… Allahın sözünü cəsarətlə eşitdirməyə davam etdilər. (Həvarilərin İşləri, 4:29-31)

“Bu səbəblə, qardaşlar, aranızdan Allahın Ruhuyla [Allahın razı olduğu əxlaqla] və müdrikliklə dolu, yeddi hörmətli adam seçin. Onları bu iş üçün vəzifələndirək. Biz isə özümüzü duaya və Allah sözünü yaymağa həsr edək.” Bu təklif bütün birliyi məmnun etdi… Elçilər də dua edib əllərini onların üzərinə qoydular. Beləcə, Allahın sözü yailır, Yerusəlimdəki şagirdlərin sayı artdıqca artır, din adamlarının bir çoxu da iman çağırışına uyurdu. (Həvarilərin İşləri, 6:3-7)

Peterlə Yəhya oraya çatınca, Samariyalı imanlıların Allahın Ruhunu almaları [Allahın razı olacağı əxlaqa qovuşmaları, iman etmələri] üçün dua etdilər. (Həvarilərin İşləri 8:15)

… [İsa Peyğəmbər] “Qalx” dedi, “Düz Küçə deyilən küçəyə get və Yəhudanın evində Şaul adında Tarsuslu birini soruş. Bu anda orada dua edir.” (Həvarilərin İşləri, 9:11)

Peter, hər kəsi çölə çıxartdı, diz çöküb dua etdi… (Həvarilərin İşləri, 9:40)

Qeysəriyyədə Korneli adında bir adam vardı. O, İtaliyalı adlı alayın yüzbaşılarından biri idi. Dindar bir adam idi. Həm özü, həm də bütün ev xalqı Allahdan qorxardı. Xalqa çox kömək edərdi, Allaha həmişə dua edərdi. (Həvarilərin İşləri, 10: 1-2)

Səhərisi gün onlar yol alıb şəhərə yaxınlaşarlarkən, saat on iki radələrində Peter dua etmək üçün dama çıxdı. (Həvarilərin İşləri, 10:9)

Korneli, “Üç gün əvvəl bu sıralarda, saat üçdə evimdə dua edirdim” dedi. “Birdən-birə, parlaq geyimli bir adam önümə çıxdı. “Korneli” dedi, “Allah sənin duanı eşitdi [duanı qəbul etdi], verdiyin sədəqələri qəbul etdi.”“ (Həvarilərin İşləri, 10:30-31)

… Peter həbs olundu. Amma imanlılar birliyi onun üçün Allaha coşğun bir Peter olanların fərqinə varınca Mark deyə tanınan Yəhyanın anası Məryəmin evinə getdi.

Orada bir çox adam toplanmış dua edirdi. (Həvarilərin İşləri, 12:12)

Beləcə oruc tutub dua etdikdən sonra, Barnaba ilə Şaulun üzərinə əllərini qoyub onları yolçu etdilər. (Həvarilərin İşləri, 13:3)

Şənbə günü şəhər qapısından çıxıb çay sahilinə getdik. Orada bir dua yeri olacağını düşünürdük. Oturduq, orada toplanmış qadınlarla danışmağa başladıq. (Həvarilərin İşləri, 16:13)

Gecə yarısına doğru Paulla Sila dua edir, Allahı ilahilərlə ucaldırdılar. O biri məhbuslar da onları dinləyirdi. (Həvarilərin İşləri, 16:25)

Paul bu sözləri söylədikdən sonra diz çöküb onlarla birlikdə dua etdi. (Həvarilərin İşləri, 20:36)

Günümüz başa çatanda şəhərdən ayrılıb yolumuza davam etdik. İmanlıların hamısı, yoldaşları və uşaqlarıyla birlikdə bizi şəhərin xaricinə qədər keçirdilər. Dəniz sahilində diz çöküb dua etdik. (Həvarilərin İşləri, 21:5)

Yerusəlimə döndükdən sonra, məsciddə dua etdiyim bir sırada… (Həvarilərin İşləri, 221:17)

Qayalıqlara mindirməkdən qorxaraq arxa tərəfdən dörd dəmir atdılar və günün tez doğması üçün dua etdilər. (Həvarilərin İşləri, 27:29)

… Xəstənin yanına girən Paul dua etdi… (Həvarilərin İşləri, 28:8)… “Allahın cənnətinə bir çox çətinlikdən keçərək girməyimiz lazımdır” deyirdilər. İmanlılar üçün hər kilsədə ağsaqqallar seçdilər. Dua və orucla onları, inandıqları Rəbbə əmanət etdilər. (Həvarilərin İşləri, 14:23)

Qardaşlar… sizə yalvarıram, mənim üçün Allaha dua edərək cəhdimə qatılın.

Yəhudeyadakı imansızlardan xilas olmağım üçün və Yerusəlimə olan xidmətimin… qəbul edilməsi üçün dua edin. (Romalılara, 15:30-31)

Keçici bir müddət üçün razılaşıb özünüzü duaya həsr etməkdən başqa bir səbəblə bir-birinizi məhrum etməyin [bir-birinizdən ayrılmayın]. Sonra yenə birləşin ki, özünüzə nəzarət edə bilmədiyiniz üçün şeytan sizi aldatmasın. (1 Korinflilərə, 7:5)

Elə isə nə etməliyəm? Ruhumla da, zehnimlə də dua edəcəyəm. Ruhumla da, zehnimlə də ilahi söyləyəcəyəm. (1 Korinflilərə, 14:15)

Allah bizi belə böyük bir ölüm təhlükəsindən qurtardı; daha da qurtaracaq. Ümidimizi Ona bağladıq. Siz də dualarınızla bizə kömək etdikcə, bizi yenə qurtaracaq. Belə ki, bir çox adamın dualarıyla bizə təmin edilən lütfdən ötrü bir çoxlarının ağzından bizim üçün təşəkkürlər təqdim edilsin. (2 Korinflilərə, 1:10-11)

Allahın sizə bağışladığı mükəmməl lütfdən ötrü sizlər üçün dua edir, sizin üçün darıxırlar. Sözlə izah edilə bilməyən hədiyyəsi üçün Allaha şükürlər olsun! (2 Korinflilərə, 9:14-15)

Sizi xatırladıqca Allahıma şükür edirəm. İlk gündən indiyə qədər Müjdənin yailmasındakı əməkdaşlığınıza görə hər duamda hamınız üçün hər zaman sevinclə dua edirəm. (Filipililərə, 1:3-5)

Çünki dualarınızla… bunun mənə qurtuluş gətirəcəyini bilirəm. (Filipililərə, 1:19)

Sizlər üçün dua edərkən Allaha… hər zaman şükür edirik. (Kolosselilərə, 1:3) Bunu eşitdiyimiz gündən bəri biz də sizlər üçün dua etməkdən, tam müdriklik və mənəvi anlayışla Allahın istəyini tamamilə bilmənizi təmin etməsini diləməkdən geri qalmadıq. Rəbbə yaraşar şəkildə yaşamanız, Onu hər istiqamətdən məmnun etməniz, hər yaxşı işdə bəhrə verərək Allahı tanımaqda irəliləməniz üçün dua edirik. Hər şeyə sevinclə dözüb səbir edə bilməyiniz üçün Onun uca gücünə sığınaraq, bütün qüdrətlə güclənmənizi diləyirik. Bizi müqəddəslərin… [özünü Allaha həsr etmişlərin] mirasına ortaq olmağa yetərli qılan Allaha şükür etməyiniz üçün dua edirik. (Kolosselilərə, 1: 9-12)

Sizdən biri və Məsih İsanın qulu olan Epafra sizə salam deyir. Allahın hər istəyindən əmin, yetkin kəslər olaraq möhkəm dayanasız deyə sizin üçün hər zaman duayla mübarizə aparır. (Kolosselilərə, 4:12)

Dualarımızda sizləri xatırlayır, hər zaman hamınız üçün Allaha şükür edirik. İmanın məhsulu olan fəaliyyətinizi, sevgiyə əsaslanan əməyinizi və… ümiddən qaynaqlanan möhkəmliyinizi Allahın hüzurunda dayanmadan xatırlayırıq. (1 Saloniklilərə, 1:2-3)

Hər şeydən əvvəl bunu nəsihət edərəm: Allah yoluna tam bir bağlılıq və qətiyyətlə sakit və hüzurlu bir həyat sürək deyə, krallarla bütün baş idarəçilər daxil, bütün insanlar üçün diləklər, dualar, yalvarışlar və şükürlər təqdim edilsin. (1 Timoteyə, 2:1-2)

Buna görə, kişilərin qəzəblənib çəkişmədən, hər yerdə pak əllər yüksəldərək dua etmələrini istəyərəm. (1 Timoteyə, 2:8)

Halbuki, Allahın yaratdığı hər şey yaxşıdır, heç bir şey rədd edilməməli; yetər ki, təşəkkürlə qəbul edilsin. Çünki hər şey Allahın sözüylə və duayla müqəddəs qılınar. (1 Timoteyə, 4:4-5)

Həqiqətən, kimsəsiz, tək qalmış dul qadın ümidini Allaha bağlamışdır; gecə gündüz Ona dua etməyə davam edər. Özünü zövqə verən dul qadınsa daha yaşayarkən ölmüşdür. (1 Timoteyə, 5:5-6)

Dayanmadan, gecə gündüz dualarımda səni xatırlayaraq atalarım kimi təmiz vicdanla qulluq etdiyim Allaha şükür edirəm. (2 Timoteyə, 1:3)

… [Allahın Peyğəmbəri olaraq] İsaya olan imanını və bütün müqəddəslərə [özünü Allaha həsr etmişlərə] bəslədiyin sevgini duyduqca dualarımda səni xatırlayır, Allahıma həmişə şükür edirəm… Hər yaxşılığın şüuruna çataraq imana əsaslanan birlikdə fəal olmağın üçün dua edirəm. (Filimona, 1:4-6)

Bu arada mənə qala biləcəyim bir yer hazırla. Çünki dualarınız vasitəsilə sizlərə bağışlanacağımı [Allahın sizlərlə birlikdə olmama icazə verəcəyini] ümid edirəm. (Filimona, 1:22)

… Onu ölümdən qurtaracaq gücdə olan Allaha böyük fəryad və göz yaşlarıyla dua etdi, yalvardı və Allah qorxusuna görə eşidildi [duaları qəbul oldu]. (İbranilərə, 5:7)

Bizim üçün dua edin. Vicdanımızı təmiz tutduğumuza, hər baxımdan müsbət bir həyat sürmək istədiyimizə əminik. Yanınıza tez zamanda dönə bilməyim üçün dua etmənizi xüsusilə xahiş edirəm. (İbranilərə, 13:18-19)

… Bir-biriniz üçün dua edin. Doğru adamın yalvarışı çox güclü və təsirlidir. İlyas da eynilə bizim kimi insan idi. Yağış yağmaması üçün səylə dua etdi; üç il altı ay ölkəyə yağış yağmadı. Yenidən dua etdi; göy yağışını, torpaq da məhsulunu verdi. (Yaqub, 5:16-18)

Hər şeyin sonu yaxındır. Buna görə, sağlam fikirli olun və dua etmək üçün ayıq olun. Hər şeydən əvvəl bir-birinizi səmimi olaraq sevin. Çünki sevgi bir çox günahı örtər. Deyilmədən öncə, bir-birinizə qonaqpərvərlik göstərin. Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin. (1 Peter, 4:7-10)

Qardaşının ölümcül olmayan bir günah işlədiyini görən, onun üçün dua etsin… (1 Yəhya, 5:16)

Sevimli qardaşım, canın rahatlıq içində olduğu kimi, hər baxımdan sağlam və rahat olmağın üçün dua edirəm. Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlı qaldığına, gerçəyin izindən getdiyinə şahidlik edincə çox sevindim… (3 Yəhya, 1:2-4)

Amma siz, sevimli qardaşlarım, özünüzü bütünlüklə müqəddəs olan imanınızın təməli üzərində təkmilləşdirin… Dua edin… Rəbbimizin sizi sonsuz həyata qovuşduracaq mərhəmətini gözləyərkən, özünüzü Allahın sevgisində qoruyun. Bəzi qərarsızlara mərhəmət edin. Bəzisini atəşdən çəkib qurtarın. Bəzisinə də qorxuyla mərhəmət edin. Amma günahkar bədənin ləkələdiyi geyimdən belə iyrənin. (Yəhuda, 1:20-23)

Allahın hüzurunda etibarımız budur ki, Onun istəyinə uyğun nə diləsək bizi eşidər [Allah dualarımıza qarşılıq verər]. Hər nə diləsək bizi eşitdiyini bildiyimizə görə, Ondan dilədiklərimizi aldığımızı da bilərik. (1 Yəhya, 5:14-15)

… Bunları iki-iki, özünün gedəcəyi hər kəndə, hər yerə özündən qabaq göndərdi. Onlara, “Məhsul bol, amma işçi az” dedi, “Buna görə məhsulun sahibi Rəbbə yalvarın, məhsulunu qaldıracaq işçilər göndərsin.” (Luka, 10:1-2)

İsa şagirdlərinə, heç usanmadan, hər zaman dua etmələri lazım olduğunu ifadə edən bu bənzətməyi izah etdi. “… Allah da, gecə-gündüz Ona yalvaran seçilmişlərinin haqqını almayacaqmı? Sizə bunu söyləyim, onların haqqını tez alacaq…” (Luka, 18:1-8)

Səhər erkəndən əncir ağacının yanından keçərkən, ağacın kökdən qurumuş olduğunu gördülər. Hadisəni xatırlayan Peter, “… Əncir ağacı qurumuş!” dedi. İsa onlara belə cavab verdi: “Allaha iman edin. Sizə doğrusunu söyləyim, kim bu dağa, “Qalx, dənizə atıl!” deyər və ürəyində şübhə duymadan dediyinin olacağına inansa, diləyi yerinə yetəcəkdir. Bunun üçün sizə deyirəm ki, duayla dilədiyiniz hər şeyi daha indidən almış olduğunuza inanın, diləyiniz yerinə yetəcəkdir. Qalxıb dua etdiyiniz zaman, birinə qarşı bir şikayətiniz varsa onu bağışlayın ki…” (Mark, 11:20-26)

Bir az irəlilədi, üzü üstə yerə əyilib dua etməyə başladı. (Mark, 14:35)

“Şimon, Şimon, şeytan sizləri buğda kimi ələkdən keçirmək üçün [Allahdan] icazə almışdır. Amma mən, imanını itirməyəsən deyə sənin üçün [Allaha] dua etdim. Geri döndüyün zaman qardaşlarını gücləndir.” (Luka, 22:31-32)

O gün məndən heç bir şey soruşmayacaqsınız. Sizə doğrusunu söyləyim… Allahdan nə diləsəniz, sizə verəcəkdir… Diləyin, alcaqsınız. Belə ki, sevinciniz tam olsun. (Yəhya, 16:23-24)

Çünki Yəhudi və yunan ayrı-seçkiliyi yoxdur, Rəbb hamısının Rəbbidir. Özünə yalvaranların hamısına qarşı əli açıqdır [Lütfkarlığı bol olandır]. Rəbbə yalvaran hər kəs xilas olacaq. (Romalılara, 10:12-13)

Allahın Öz ucalığının zənginliyinə uyğun olaraq… sizi iç varlığınızda qüdrətlə gücləndirməsini… diləyirəm. Belə ki, Allahın bütövlüyündə bütöv olmanız üçün, sevgidə köklənmiş və təməllənmiş olaraq bütün müqəddəslərlə [özünü Allaha həsr etmişlərə] birlikdə Məsihin sevgisinin nə cür geniş və uzun, yüksək və dərin olduğunu anlamağa, biliyi aşan bu sevgini qavramağa gücünüz çatsın. Allah, bizdə təsirli olan qüdrətiylə, dilədiyimiz ya da düşündüyümüz hər şeydən daha çoxunu edə biləcək gücdədir. (Efeslilərə, 3:19-20)

Onun çağırışından [Allahın vədindən] doğan ümidi, müqəddəslərə [özünü Allaha həsr etmişlərə] verdiyi mirasın [cənnətin] uca zənginliyini və iman edən bizlər üçün təsirli olan qüdrətinin aşan böyüklüyünü anlamanız üçün, ürəklərinizin gözləri işıqlansın deyə dua edirəm. (Efeslilərə, 1:18-19)

Vicdana uymaq

Dayanmadan, gecə gündüz dualarımda səni xatırlayaraq [sənin üçün Allaha dua edərək] atalarım kimi təmiz vicdanla qulluq etdiyim Allaha şükür edirəm. (2 Timoteyə, 1:3)

… Vicdanınızı təmiz tutun. (1 Peter 3:16)

Oğlum Timote… bu buyruğu sənə əmanət edirəm. Belə ki, bu sözlərə əsaslanaraq yaxşı döyüşü [yaxşılıq üçün, gözəlliklə mübarizəni] davam etdirin. İmana və təmiz vicdana sarıl. Bəziləri təmiz vicdanı bir tərəfə itələyərək iman mövzusunda batdılar. (1 Timoteyə, 1:18-19)

… Atalarınızın baş qaldırdığı və çöldə onu sınadığı günki kimi, ürəklərinizi daşlaşdırmayın. (İbranilərə, 3:7-8)

… Bir-birinizi hər gün ürəkləndirin. Belə ki, heç birinizin ürəyi günahın aldatmasıyla daşlaşmasın. (İbranilərə, 3:13)

… Paul, “Qardaşlar” dedi, “Mən bu günə qədər Allahın hüzurunda tərtəmiz bir vicdanla yaşadım.” (Həvarilərin İşləri, 23:1)

[Allah rizası üçün] Məsihə bağlı biri olaraq həqiqəti söyləyirəm, yalan danışmıram.

Vicdanım da söylədiklərimi… təsdiqləyir. (Romalılara, 9: 1)

Eynilə bu adamların qəbul etdiyi kimi, həm doğru kəslərin, həm doğru olmayanların ölümdən diriləcəyinə dair Allaha ümid bağladım. Bu səbəblə mən… Allahın… hüzurunda vicdanımı təmiz tutmağa həmişə diqqət göstərirəm. (Həvarilərin İşləri, 24: 15-16)

Dünyaya və xüsusilə sizə, insanın müdrikliyiylə deyil, Allahın lütfüylə, Allahdan gələn saflıq və səmimiyyətlə davrandığımıza vicdanımız şahiddir. Və biz bununla öyünürük. (2 Korinflilərə, 1:12)

Bu xidməti Allahın mərhəmətiylə boynumuza götürdüyümüz üçün cəsarətimizi itirmərik. Utanc verici gizli yolları rədd etdik. Hiyləyə üz tutmarıq, Allahın sözünü də təhrif etmərik.

Həqiqəti ortaya qoyaraq özümüzü Allahın hüzurunda hər insanın vicdanına tövsiyə edərik. (2 Korinflilərə, 4:1-2)

… Kilsə vəzifəliləri, özü sözü ayrı, şərab düşkünü, haqsız qazanc arxasınca qaçan kəslər deyil, ciddi kəslər olmalıdır. Təmiz vicdanla imanın sirrinə sarılmalıdırlar. Bunlar da əvvəl sınansın; tənqid olunacaq bir istiqamətləri yoxsa vəzifə alsınlar. (1 Timoteyə, 3:8-10)

… Məqsədimiz Rəbbi məmnun etməkdir… Rəbdən qorxmanın nə demək olduğunu bildiyimizdən insanları razı salmağa çalışırıq. Nə olduğumuzu Allah bilir; ümid edirəm siz Bu buyruğun məqsədi, pak ürəkdən, təmiz vicdandan, səmimi imandan doğan sevgini oyandırmaqdır. Bəzi kəslər bunlardan azaraq boş söhbətlərə daldılar. Müqəddəs Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də iddialı olduqları mövzuları anlayırlar. (1 Timoteyə, 1:5-7)

Elə isə ürəklərimiz… pis vicdandan təmizlənmiş, bədənlərimiz təmiz suyla yuyunmuş olaraq, imanın verdiyi tam zəmanətlə, qəlbən səmimiyyətlə Allaha yaxınlaşaq. Açıqca mənimsədiyimiz ümidə möhkəm yapışaq. Çünki vəd edən Allah etibarlıdır. Bir-birimizi sevgi və yaxşı işlər üçün necə cəhdə gətirə biləcəyimizi düşünək. Bəzilərinin alışdığı kimi, bir yerə toplaşmaqdan imtina etməyək; o günün yaxınlaşdığını gördükcə bir-birimizi daha da çox ürəkləndirək. (İbranilərə, 10:22-25)

Yaxşılıq etməyi, sizdə olanı başqalarıyla paylaşmağı unutmayın. Çünki Allah bu cür qurbanlardan məmnun olar. Öndərlərinizin sözünü dinləyin, onlara bağlı qalın. Çünki onlar… sizi qoruyarlar. Onların sözünü dinləyin ki, vəzifələrini… sevinclə etsinlər. Bizim üçün dua edin.

Vicdanımızı təmiz tutduğumuza, hər baxımdan müsbət bir həyat sürmək istədiyimizə əminik. Yanınıza tez zamanda dönə bilməyim üçün dua etməyinizi, xüsusilə xahiş edirəm. (İbranilərə, 13:16-19)

Yalnız bunu mülayim olaraq, hörmətlə edin. Vicdanınızı təmiz saxlayın… Davam etdirdiyiniz müsbət həyatı qınayanlar sizə atdıqları böhtandan utansınlar. Yaxşılıq edib acı çəkmək -əgər Allahın istəyi budursa- pislik edib acı çəkməkdən daha yaxşıdır. (1 Peter, 3:16-17)

… Bizim üçün tək bir Allah vardır. O hər şeyin qaynağıdır, bizlər Onun üçün yaşayırıq. Tək bir Rəbb var… Hər şey Onun tərəfindən yaradıldı, biz də Onun icazəsiylə yaşayırıq. Nə var ki, hər kəs bu məlumata sahib deyil. Hələ bütpərəst vərdişlərinin təsirində qalan bəziləri, yedikləri ətin bütə təqdim edildiyini düşünürlər. Vicdanları zəif olduğu üçün ləkələnir. (1 Korinflilərə, 8:5-7)

Sevimli qardaşlarım, ürəyimiz bizi günahlandırmazsa, Allahın hüzurunda özümüzə etibarımız olar və Ondan hər nə diləsək alarıq [dualarımız qəbul olar]. Çünki Onun buyruqlarını yerinə yetirir və Onu məmnun edən şeyləri edirik. (1 Yəhya, 3: 21-22)

… Son zamanlarda bəziləri yalançıların ikiüzlülüyü səbəbiylə hiyləgər ruhlara və cinlərin təlimlərinə qulaq asaraq imandan dönəcək. Vicdanları sanki qızğın bir dəmirlə dağlanmış bu yalançılar… iman edib həqiqəti bilənlərin təşəkkürlə yeməsi üçün Allahın yaratdığı yeməklərdən çəkinmək lazım olduğunu buyuracaqlar. (1 Timoteyə, 4:1-3)

Ürəyi təmiz olanlar üçün hər şey təmizdir, amma ürəyi çirkin olanlar və imansızlar üçün heç bir şey təmiz deyil. Çünki onların zehinləri də, vicdanları da çirklənmişdir. Allahı tanıdıqlarını irəli sürər, amma etdikləriylə Onu danarlar. Söz dinləməz, heç bir yaxşı işə yaramaz iyrənc kəslərdir. (Titə, 1:15-16)

Nə xoşbəxt mülayim olanlara! Çünki onlar yer üzünü miras alacaqlar. Nə xoşbəxt doğruluğa acıb susayanlara! Çünki onlar doyurulacaqlar. Nə xoşbəxt mərhəmətli olanlara! Çünki onlar mərhəmət tapacaqlar. Nə xoşbəxt ürəyi təmiz olanlara!… (Matta, 5:5-8)

… Adam da özünü xeyli işlərdən təmizləsə, şərəfli məqsədlərə uyğun, müqəddəs qılınmış… faydalı, hər yaxşı işə hazır bir qab olar. Gənclik arzularından qaç. Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və sağlamlığın ardınca qaç. (2… Vicdanları buna şahidlik edər. Düşüncələri isə onları ya günahlandırar ya da müdafiə edər. Yaydığım müjdəyə [Allahın əmrlərinə] görə Allahın, insanları gizlicə etdikləri şeylərdən ötrü… mühakimə edəcəyi gün belə olacaq. (Romalılara, 12:14-16)

Bunun üçün Allaha bağlı olun. Şeytana qarşı müqavimət göstərin, sizdən qaçacaq. Allaha yaxınlaşın… Ey günahkarlar, əllərinizi günahdan təmizləyin. Ey qərarsızlar, ürəklərinizi pak edin. (Yaqub, 4:7-8)

… Daha əvvəl deyildiyi kimi, “Bu gün Onun səsini [Allahdan gələn vəhyi] eşitsəniz, ürəklərinizi daşlaşdırmayın.” (İbranilərə, 4:7)

… Təmiz ürəklə Rəbbə yalvaranlarla birlikdə doğruluğun, imanın, sevginin və sağlamlığın ardınca qaç. (2 Timoteyə, 2:22)

Yaşlı adamı danlama, atan kimi yol göstər. Gənc kişilərə qardaş kimi, yaşlı qadınlara ana kimi, gənc qadınlara tam ürək təmizliyiylə bacı kimi yol göstər. Həqiqətən, kimsəsiz dul qadınlara hörmət göstər. (1 Timoteyə, 5:1-3)

Allahın elçilərinə iman və itaət etmək

[İsa Peyğəmbər:] “Mənim tərəfimdə olmayan mənə qarşıdır. Mənimlə birlikdə toplamayan, dağıdır deməkdir.” (Matta, 12:30)

Allah tərəfindən təsdiqlənən, Onun göndərdiyi insana iman etmənizdir. (Yəhya, 6:29)

Məni qəbul edən də məni Göndərəni [Allahı] qəbul etmiş olar. (Luka, 9:48;

Mark, 9:37; Matta, 10:40)

[İsa Peyğəmbər:] “Sizi dinləyən məni dinləmiş olar, sizi rədd edən məni rədd etmiş olar.

Məni rədd edən də məni Göndərəni [Allahı] rədd etmiş olar.” (Luka, 10:16)

Onlar da bunu soruşdular: “Allahın istədiyi işləri etmək üçün nə etməliyik?” İsa, “Allahın işi [Allahın istədiyi] Onun göndərdiyi adama iman etmənizdir” deyə cavab verdi. (Yəhya, 6:28-29)

Sizə doğrusunu söyləyim, sözümü eşidib məni Göndərənə [Allaha] iman edənin [cənnətdə] sonsuz həyatı vardır. Belə biri… ölümdən həyata keçmişdir. (Yəhya, 5:24)

“Nə üçün… söylədiklərimi etmirsiniz? Mənə gələn və sözlərimi eşidib tətbiq edən adamın kimə bənzədiyini sizə izah edim. Belə bir adam, evini tikərkən torpağı qazan, dərinlərə enib təməli qaya üzərində atan adama bənzəyər. Sel sularıyla qabaran çay o evə doğru gəlsə də, onu yıxmaz. Çünki ev möhkəm tikilmişdir.

Amma sözlərimi eşidib də tətbiq etməyən adam, evini təməl qoymadan torpağın üzərində quran adama bənzəyər. Qabaran çay gələndə ev dərhal çökər. Evin yıxılması da qorxunc olar.” (Luka, 6:46-49)

Amma onun [İsa Peyğəmbərin] sözünə uyanın Allaha olan sevgisi həqiqətən yetkinliyə çatmışdır. Allahda olduğumuzu [Allahın razılığına uyduğumuzu] bununla anlayırıq.

“Allahda [Allahın razılığına uyğun] yaşayıram” deyən, Məsihin getdiyi yolda getməlidir. (1 Yəhya, Öndərlərinizin sözünü [Allah rizası üçün] dinləyin, onlara bağlı qalın. Çünki onlar… sizi qoruyarlar. Onların sözünü dinləyin ki… sevinclə etsinlər. (İbranilərə, 13:17)

[İsa Peyğəmbər:] “[Allah rizası üçün] mənim adım uğrunda evlərini, qardaşlarını, ana ya da atalarını, uşaqlarını ya da torpaqlarını buraxan hər kəs, bunların yüz qatını əldə edəcək və [cənnətdəki] sonsuz həyatı miras alacaq. Nə var ki, birincilərin bir çoxu sonuncu, sonuncuların bir çoxu da birinci olacaq.” (Matta, 19:29-30)

Qardaşlar, birlikdə məni nümunə götürün [mənim kimi Allaha və onun Peyğəmbəri İsaya iman edin]. Sizə verdiyimiz nümunəyə görə yaşayanlara diqqətlə baxın. (Filipililərə, 3:17)

[İsa Peyğəmbər:] “Sizə bir nümunə göstərdim; etdiyimin eynisini siz də bir-birinizə edəsiniz deyə.” (Yəhya, 13:15)

Allahın göndərdiyi biri Allahın sözlərini söyləyər… (Yəhya, 3:34) [İsa Peyğəmbər:] “Sizə doğrusunu söyləyim, bir kimsə sözümə uysa, ölümü [cəhənnəm həyatını] əsla görməyəcək.” (Yəhya, 8:51)

İsa, ətrafındakı kütləni görüncə gölün qarşı tərəfinə keçilməsini buyurdu. O əsnada din alimlərindən biri ona yaxınlaşıb, “Müəllimim” dedi, “Hara gedsən də, sənin ardınca gələcəyəm.” (Matta, 8:18-19)

İsa oradan keçərkən, vergi toplama yerində oturan birini gördü. Matta adındakı bu adama, “Ardımca gəl” dedi. Adam da qalxıb İsanın ardınca getdi. (Matta, 9:9)

Yəhudilər təəccübləndilər. “Bu adam heç təhsil görmədiyi halda, necə bu qədər məlumatlı ola bilər?” dedilər. İsa onlara, “Mənim təhsilim mənim deyil, məni Göndərənindir” deyə cavab verdi. “Əgər bir kimsə Allahın istəyini yerinə yetirmək istəyirsə, bu təlimin Allahdanmı olduğunu, yoxsa özlüyümdənmi danışdığımı biləcək.

Özündən danışan özünü ucaltmaq istəyər, amma özünü Göndərəni [Allahı] ucaltmaq istəyən doğrudur və onda haqsızlıq yoxdur.” (Yəhya, 7:15-18)

İsa özünə iman edən yəhudilərə, “Əgər mənim sözümə bağlı qalsanız, həqiqətən, şagirdlərim olarsınız. Həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək.” dedi. (Yəhya, 8:31-32)

İsa yüksək səslə, “Mənə iman edən mənə deyil, məni Göndərənə [Allaha] iman etmiş olar” dedi… Mənə iman edən heç kim qaranlıqda qalmasın deyə, dünyaya işıq olaraq [dünyanın hidayəti üçün] gəldim. Sözlərimi eşidib və onlara uymayanı mən mühakimə etmərəm. Çünki mən dünyanı mühakimə etməyə deyil, dünyanı qurtarmağa gəldim. Məni rədd edən və sözlərimi qəbul etməyən adamı mühakimə edəcək Biri [Allah] var… (Yəhya, 12:44-48)

İsa, Qalileya gölünün sahilində gəzərkən Peter adlanan Şimonla qardaşı Andreyi gördü. Balıqçı olan bu iki qardaş gölə tor atırdılar. Onlara, “Ardımca gəlin” dedi, “Sizləri insan tutan balıqçılar edəcəyəm.” Onlar da dərhal torlarını buraxıb onun ardınca getdilər. İsa daha irəli gedincə başqa iki qardaşı, Zavdayın oğulları Yaqubla Yəhyanı gördü. Ataları Zavdayla birlikdə gəmidə torlarını təmir edirdilər. Onları da çağırdı. Dərhal gəmini və atalarını buraxıb İsanın ardınca getdilər. (Matta, 4:18-22)

İsa gəmiyə minərkən, əvvəllər cinli olan adam ona, “Səninlə gəlim” deyə yalvardı. Amma İsa adama icazə vermədi. Ona, “Evinə, yaxınlarının yanına dön” dedi. “Rəbbin sənin üçün nələr etdiyini, sənə necə mərhəmət etdiyini onlara izah et.” Adam da getdi, İsanın [Allahın icazəsiylə] onun üçün nələr etdiyini Dekapolisdə eşitdirməyə başladı.

İki gəmidən Şimona aid olanına minən İsa, ona sahildən bir az aralanmasını xahiş etdi. Sonra oturdu, gəminin içindən xalqa öyrətməyə davam etdi. Danışığını bitirincə Şimona, “Dərin sulara açılın, balıq tutmaq üçün torlarınızı atın” dedi. Şimon bu qarşılığı verdi: “Əfəndimiz, bütün gecə çalışdıq, heç bir şey tuta bilmədik. Yenə də sənin sözündən sonra torları atacağam.” Bunu edincə elə çox balıq tutdular ki, torları cırılmağa başladı. (Luka, 5:3-6)

İsa ona bu qarşılığı verdi: “Məni sevən sözümə əməl edər, Allahım da onu sevər…

Məni sevməyən, sözlərimə qulaq asmaz. Eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır.” (Yəhya, 14:23-24)

[İsa Peyğəmbər:] “Kim buyruqlarımı bilir və yerinə yetirirsə, məhz məni sevən odur. Məni sevəni Allahım da sevəcək. Mən də onu sevəcəyəm…” (Yəhya, 14:21)

[İsa Peyğəmbər:] “Sizə doğrusunu söyləyim… Məni qəbul edən də məni Göndərəni [Allahı] qəbul etmiş olar.” (Yəhya, 13:20)

İsa Yerixoya girdi. Kəndin içindən keçirdi. Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. İsanın kim olduğunu görmək istəyir, amma boyu qısa olduğu üçün izdihamdan görə bilmirdi. İsanı görə bilmək üçün öndən qaçıb bir yabanı əncir ağacına dırmaşdı. Çünki İsa oradan keçəcəkdi. İsa oraya varınca yuxarı baxıb, “Zakkay, tez aşağı en!” dedi. “Bu gün sənin evində qalmalıyam.” Zakkay sürətlə aşağı endi və sevinc içində İsanı evinə dəvət etdi. (Luka, 19:1-6)

… Nə görmüş, nə eşitmişsə ona şahidlik edər, amma şahidliyini kimsə qəbul etməz. Onun şahidliyini qəbul edən, Allahın gerçək olduğunu qavramışdır. Allahın göndərdiyi adam Allahın sözlərini söyləyər… İsaya iman edənin [cənnətdə] sonsuz həyatı vardır. Amma İsanın sözünü dinləməyən həyatı görməyəcək. Allahın qəzəbi beləsinin üzərində qalar. (Yəhya, 3:32-36)

… Onun [Allahın] göndərdiyi adama iman etmirsiniz. Müqəddəs Yazıları araşdırırsınız. Çünki bunlar vasitəsilə sonsuz həyata sahib olduğunuzu sanırsınız. Mənə şahidlik edən də bu yazılardır! Elə isə siz, həyata qovuşmaq üçün mənə gəlmək istəmirsiniz. (Yəhya, 5:38-40)

“O zaman… [İsa Peyğəmbər] sağındakı kəslərə, “Sizlər, Allahımın müqəddəs hesab etdikləri, gəlin!” deyəcək. “Dünya qurulduğundan bəri sizin üçün hazırlanmış olan məkanı [cənnəti] miras alın! Çünki acmışdım, mənə yemək verdiniz; susamışdım, mənə içəcək verdiniz; yad idim, məni içəri aldınız. Çılpaqdım, məni geydirdiniz; xəstəydim, mənimlə maraqlandınız; zindandaydım, yanıma gəldiniz.”… Sonra solundakılara belə deyəcək: “Ey lənətlilər… sönməz atəşə gedin! Çünki acmışdım, mənə yemək vermədiniz; susamışdım, mənə içəcək vermədiniz; yad idim, məni içəri almadınız; çılpaqdım, məni geydirmədiniz; xəstəydim, zindandaydım, mənimlə maraqlanmadınız.’“ (Matta, 25:34-36; 41-43)

Allahın əmrlərini bildirən müqəddəs kitablara iman və itaət

Peyğəmbərlərin Kitablarında yazılı hər şeyə inanıram. Eynilə bu şəxslərin qəbul etdiyi kimi, həm doğru kəslərin, həm doğru olmayanların ölümdən diriləcəyinə dair Allaha ümid bağladım. Bu səbəblə mən Allahın hüzurunda… vicdanımı təmiz tutmağa həmişə diqqət göstərirəm. (Həvarilərin İşləri, 24:14-16)

Amma o mənə, “Əsla etmə!” dedi, “Mən sənin, Peyğəmbər qardaşların və bu Kitabın sözlərinə uyanlar kimi bir Allah quluyam. Allaha qulluq et!” (Vəhy, 22:9)

Yəhyanın həbs olunmasından sonra İsa, Allahın Müjdəsini [Allahın əmrlərini] eşitdirə-eşitdirə Qalileyaya getdi. “Zaman doldu” deyirdi, “Allahın hökmranlğı [cənnət vədi] yaxınlaşdı. Tövbə edin, Müjdəyə [Allahın əmrlərinə] inanın!” (Mark, 1:14-15)

Hər ikisi də Allahın nəzərində doğru kəslər idi, Rəbbin bütün buyruq və qaydalarına əskiksizcə uyğunlaşdırardı. (Luka, 1:6)

Bu səbəblə Romada olan sizlərə də Müjdəni [Allahın əmrlərini] əlimdən gəldiyincə bildirmək üçün səbirsizlənirəm… Müjdə [Allahın əmrləri] iman edən hər kəsin -əvvəl yəhudilərin, sonra yəhudi olmayanların- qurtuluşu üçün Allahın gücüdür…

Təmizlənmə tək imanla olar. Yazıldığı kimi, “İmanla təmizlənən yaşayacaq.” (Romalılara, 1:15-17)

[İsa Peyğəmbər:] “Müqəddəs Qanunu [əvvəlki Allahın vəhyini] ya da Peyğəmbərlərin sözlərini etibarsız etmək üçün gəldiyimi sanmayın. Mən etibarsız etməyə deyil, tamamlamağa gəldim… Bu buyruqların ən kiçiklərindən birini kim tapdalayar və başqalarına elə etməyi öyrətsə, Allah Qatında [axirətdə] ən kiçik sailacaq. Amma bu buyruqları kim yerinə yetirər və başqalarına öyrətsə, Allahın Qatında [axirətdə] böyük sailacaq. (Matta, 5:17-19)

Sevimli qardaşlar… Hər iki məktubumda da bu mövzuları xatırladaraq təmiz düşüncələrinizi oyandırmağa çalışdım. Belə ki, müqəddəs Peyğəmbərlərin çox əvvəldən söylədiyi sözləri… xatırlayasınız. (2 Peter, 3:1-2)

İndi, qardaşlar, sizə bildirdiyim, sizin də qəbul edib bağlı qaldığınız Müjdəni [Allahın əmrlərini] xatırlatmaq istəyirəm. Sizə müjdələdiyim bu sözə möhkəm sarılsanız, onun vasitəsilə xilas olarsınız… (1 Korinflilərə, 15:1-2)

… [Allah] Allahı tanımayanları və Özüylə əlaqədar Müjdəyə [Allahın əmrlərinə] uymayanları cəzalandıracaq. Belələri Rəbbin varlığından və uca gücündən uzaq qalaraq sonsuza qədər məhv olma cəzasına məhkum olacaqlar… (2 Saloniklilərə, 1:8-9)

Musa, Müqəddəs Qanuna [Allahın buyruqlarını ehtiva edən vəhyə] əsaslanan düzgünlüklə əlaqədar belə yazır: “Qanunun şərtlərini yerinə yetirən, onlar sayəsində yaşayacaq [axirətdə sonsuz cənnət həyatı ilə qarşılıq görəcək].” İmana əsaslanan düzgünlük isə belə deyir:… “Allah sözü sənə yaxındır, ağzında və ürəyindədir.” (Romalılara, 10:5-8)

Özünü… mənəvi cəhətdən yetkin sayan varsa, bilsin ki, sizə yazdıqlarım Rəbbin buyruğudur. Bunlara əhəmiyyət verməyənin özünə də əhəmiyyət verilməsin. (1 Korinflilərə, 14:37-38)

[İsa Peyğəmbər:] Şagirdləriylə birlikdə xalqı da yanına çağırıb belə danışdı: “Ardımca gəlmək istəyən… məni izləsin. Canını qurtarmaq istəyən onu itirəcək, canını [Allah rizası üçün] mənim və Müjdənin [Allahın əmrlərinin] uğrunda itirən isə onu qurtaracaq.” (Mark, Peter ona, “Bax, biz hər şeyi buraxıb sənin ardınca gəldik” deməyə başladı. “Sizə doğrusunu söyləyim” dedi İsa, “[Allah rizası üçün] Mənim və Müjdənin [Allahın əmrlərinin] uğrunda evini, qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxıb indi, bu dövrdə çəkəcəyi zülmlərlə birlikdə yüz qat daha çox evə, qardaşa, anaya, uşağa, torpağa və gələcək dövrdə sonsuz həyata [cənnətə] qovuşmayacaq kimsə yoxdur.” (Mark, 10:28-30)

Necə ki, hər kəs Müjdəyə [Allahın əmrlərinə] uymadı. Yeşayanın dediyi kimi: “Ya Rəbb, verdiyimiz xəbərə kim inandı?” Demək ki, iman, xəbəri eşitməklə, eşitmək də Məsihlə əlaqədar sözün yailmasıyla olar. Amma soruşuram: Onlar eşitmədilərmi? Əlbəttə, eşitdilər. “Səsləri bütün yer üzünə, sözləri dünyanın hər tərəfinə çatdı.”… (Romalılara, 10:16-18)

… Bu kitabdakı peyğəmbərlik sözlərinə əməl edən nə xoşbəxdirt! (Vəhy, 7:22) Bu peyğəmbərlik sözlərini oxuyan, burada [Allahın Müqəddəs Kitabında] yazılanları dinləyib yerinə yetirən nə xoşbəxtdir! Çünki gözlənilən zaman yaxındır. (Vəhy, 1:3)