İncildən gözəl sözlər

2 / 21 · 7 dəq oxu

İncildə Allah sevgisi və Allah rizasına uyğun sevgi anlayışı

Bir din alimi yaxınlaşıb ona, “Bütün buyruqların ən əhəmiyyətlisi hansıdır?” deyə soruşdu. İsa belə cavab verdi: “Ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız olan Rəbb tək Rəbdir. Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sev. İnsanın Allahı bütün qəlbiylə, bütün zehniylə və bütün gücüylə sevməsi, qonşusunu da özü kimi sevməsi, bütün yandırılan nəzirlərdən və təqdim edilən qurbanlardan daha əhəmiyyətlidir”. (Mark, 12:28-33)

Adam belə cavab verdi: “Allahın olan Rəbbi bütün qəlbinlə, bütün canınla, bütün gücünlə və bütün ağlınla sev. Qonşunu da özün kimi sev”. (Luka, 10:27)

İsa belə cavab verdi: “Ən əhəmiyyətlisi budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb tək Rəbdir.

Allahın Rəbbi bütün qəlbinlə, bütün canınla, bütün ağlınla və bütün gücünlə sevəcəksən”. İkincisi də budur: “Qonşunu özün kimi sevəcəksən”… “ (Mark, 12:29-31)

Sevgi Allahın buyruqlarına uyğun yaşamağımız deməkdir. Başlanğıcdan bəri eşitdiyiniz kimi, Onun buyruğu sevgi yolunda yürümənizdir. (2 Yəhya, 1:6)

… Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün anlayışınla sevəcəksən. Məhz ilk və ən əhəmiyyətli buyruq budur. İlkinə bənzəyən ikinci buyruq da budur: “Qonşunu özün kimi sevəcəksən”. (Matta, 22:37-39)

Hər şeydən əvvəl bir-birinizi səmimi qəlbdən sevin. Çünki sevgi bir çox pisliyi örtər. (1 Peter, 4:8)

Bir-birinizə qardaşlıq sevgisiylə bağlı olun. Bir-birinizə hörmət göstərməkdə yarışın. (Romalılara, 12:10)

Sevimli bacı-qardaşlarım, bir-birimizi sevək. Çünki sevgi Allahdandır. Sevən hər kəs… Allahı tanıyar. Sevməyən insan Allahı tanımaz. Çünki Allah sevgidir… Sevimli bacıqardaşlarım, Allah bizi bu qədər çox sevdiyinə görə biz də bir-birimizi sevməyə borcluyuq. (1 Yəhya, 4:7-11)

Duam budur ki, sevginiz, bilgi və hər növ duyğuyla artdıqca artsın. (Filipililərə, 1:9)

[İsa Peyğəmbər:] Sizə [Allah rizası üçün] yeni bir buyruq verirəm: “Bir-birinizi sevin. Sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Bir-birinizə sevginiz olsa, hər kəs bununla mənim şagirdlərim olduğunuzu anlayacaq”. (Yəhya, 13:34-35)

Sevgi səbirlidir, sevgi şəfqətlidir. Sevgi qısqanmaz, öyünməz, lovğalanmaz. Sevgi kobud davranmaz, öz mənfəətini axtarmaz, asanlıqla qəzəblənməz, pisliyin hesabını tutmaz. Sevgi haqsızlığa sevinməz, həqiqi olanla sevinər. Sevgi hər şeyə qatlanar, hər şeyə inanar, hər şeyə ümid edər, hər şeyə dözər. Sevgi [Allahın sevgisi] əsla sona çatmaz… (1 Korinflilərə, 13:4-8)

Amma Allahı sevəni Allah bilər. (1 Korinflilərə, 8:3)

Əgər sadəcə sizi sevənləri sevsəniz, nə mükafatınız olar? Vergiyığanlar da belə etmirmi? Sadəcə qardaşlarınıza salam versəniz, artıq nə etmiş olarsınız?… (Matta, 5:46-47)

“Qonşunu sevəcəksən, düşməninə nifrət edəcəksən” deyildiyini eşitdiniz. Amma mən sizə deyirəm ki, “düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin”. (Matta, 5:43-44)

Məsih bizi necə sevdisə… Siz də eləcə sevgi yolu ilə gedin. (Efeslilərə, 5:2)

Məni sevirsinizsə, [Allah rizası üçün] buyruqlarımı yerinə yetirərsiniz… Kim [Allah rizası üçün] buyruqlarımı bilir və yerinə yetirsə, məni sevən odur. Məni sevəni Allah sevəcək. Mən də onu sevəcəyəm… (Yəhya, 14:15, 21)

İsa ona bu qarşılığı verdi: “Məni sevən sözümə əməl edər, Allah da onu sevər…

Məni sevməyən, sözlərimə qulaq asmaz. Eşitdiyiniz söz mənim deyil; məni göndərən Allahındır”. (Yəhya, 14:23-24)

Sizə bu buyruğu verirəm: “Bir-birinizi sevin!” (Yəhya, 15:17)

Yazıldığı kimi, “Allahın Onu sevənlər üçün [axirət həyatında] hazırladıqlarını heç bir göz görmədi, heç bir qulaq eşitmədi, heç bir insan ürəyi qavramadı”. (1 Korinflilərə, 2:9)

… “Qonşunu özün kimi sevəcəksən”. (Qalatiyalılara, 5:14)

[İsa Peyğəmbər:] “Allahın məni sevdiyi kimi, mən də sizi sevdim. Mənim sevgimdə qalın. Əgər [Allah rizası üçün] buyruqlarımı yerinə yetirsəniz, sevgimdə qalarsınız, eynilə mənim də Allahın buyruqlarını yerinə yetirdiyim və sevgisində qaldığım kimi… Bunları sizə, sevincim sizdə olsun və sevinciniz tamamlansın deyə söylədim. Mənim buyruğum budur: Sizi sevdiyim kimi bir-birinizi sevin. Heç kimdə, insanın [Allah rizası üçün] dostları uğrunda canını verməsindən daha böyük bir sevgi yoxdur. Sizə [Allah üçün] buyurduqlarımı etsəniz, mənim dostlarım olarsınız”. (Yəhya, 15:9-14)

… Bir-birimizi sevsək… [Allah] sevgisi içimizdə mükəmməlləşmiş olar. (1 Yəhya, 4:12)

Ümid xəyal qırıqlığına uğratmaz. Çünki… Allahın sevgisi ürəklərimizə dolmuşdur. (Romalılara, 5:5)

Allahın bizə olan sevgisini bildik və buna inandıq. Allah sevgidir. Sevgidə yaşayan Allahda [Allahın rizasına uyğun] yaşayar… (1 Yəhya, 4:16)

Elə isə, Allahın müqəddəs və sevimli seçilmişləri olaraq ürəkdən mehribanlığa, yaxşılığa, təvazökarlığa, səbirə, mülayimliyə bürünün. Bir-birinizə anlayışlı davranın.

Birinizin o birindən bir şikayəti varsa, Rəbbin sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın.

Hər şeydən əvvəl… sevgiyə bürünün. (Kolosselilərə, 3:12-14)

Bizsə sevirik, çünki əvvəl O [Allah] bizi sevdi. “Allahı sevirəm” deyib, qardaşından nifrət edən yalançıdır. Çünki gördüyü qardaşını sevməyən, görmədiyi Allahı sevə bilməz. “Allahı sevən qardaşını da sevsin” deyən buyruğu Məsihdən aldıq. (1 Yəhya, 4:19-21)

Daimi olan üç şey vardır: İman, ümid, sevgi… (1 Korinflilərə, 13:13) İnsanların və mələklərin diliylə danışsam, amma sevgim olmasa, səs çıxaran misdən ya da çalınan zəngdən fərqim qalmaz… Bütün sirləri bilsəm, hər bilgiyə sahib olsam, amma sevgim olmasa, bir heçəm. Varımı, yoxumu sədəqə olaraq paylasam, bədənimi yandırılmağa təslim etsəm, amma sevgim olmasa, bunun mənə heç bir faydası olmaz. (1 Korinflilərə, 13:1-3)

İsa… “Həyata qovuşmaq istəyirsənsə, Onun [Allahın] buyruqlarını yerinə yetir”. “Hansı buyruqları?” deyə soruşdu adam. İsa bu qarşılığı verdi: ““Adam öldürməyəcəksən, zina etməyəcəksən, oğurlamayacaqsan, yalan yerə şahidlik etməyəcəksən, ata-anana hörmət edəcəksən” və “qonşunu özün kimi sevəcəksən.” (Matta, 19:17-19)

Gəncsən deyə kimsə səni kiçik hesab etməsin. Danışıqda, davranışda, sevgidə, imanda, paklıqda imanlılara nümunə ol. (1 Timoteyə, 4:12)

Qardaşlar, aranızda çalışanların, Rəbbi yolunda sizə rəhbərlik edib öyüd verənlərin dəyərini bilməyinizi xahiş edirik. Etdikləri işə görə onlara sərhədsiz hörmət, sevgi göstərin. Birbirinizlə sülh içində yaşayın. (1 Saloniklilərə, 5:12-13)

Qardaşlar, sizin üçün hər zaman Allaha təşəkkür borcluyuq. Belə etməyimiz də lazımdır.

Çünki imanınız böyüdükcə böyüyür, hər birinizin o birisinə olan sevgisi artır. Buna görə bizlər, qatlandığınız bütün zülm və çətinliklər qarşısındakı səbir və imanınızdan ötrü sizinlə öyünürük. (2 Saloniklilərə, 1:3-4)

Əgər sadəcə sizi sevənləri sevsəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar belə özlərini sevənləri sevər. (Luka, 6:32)

Amma vay halınıza… Siz nanənin, sədokimilərin və hər növ tərəvəzin onluğunu verərsiniz də, ədalətə və Allah sevgisinə laqeydlik edərsiniz. Onluq verməyə laqeyd yanaşmadan əsas bunları yerinə yetirməniz lazım idi. (Luka, 11:42)

[Allah rizası üçün] Məsihin sevgisindən bizi kim ayıra bilər? Çətinlikmi, əzabmı, zülmmü, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? (Romalılara, 8:35)

Əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə hakimiyyət, nə indiki, nə gələcək zaman, nə güclər, nə yüksəklik, nə dərinlik, nə də yaradılmış başqa bir şey bizi… Allah sevgisindən ayırmağa yetməyəcək. (Romalılara, 8:38-39)

… “Hamımızın biliyi var” deyirsiniz, bunu bilirik. Bilik insanı lovğalandırar, sevgi isə inkişaf etdirər. (1 Korinflilərə, 8:1)

Bir-birinizi sevməkdən başqa heç kimə borclu olmayın. Çünki başqalarını sevən, Müqəddəs Qanunu [Allahın əmrlərini] yerinə yetirmiş olar. (Romalılara, 13:8)

Həqiqətə uymaqla özünüzü təmizlədiniz, bacı-qardaşlar üçün səmimi bir sevgiyə sahib oldunuz. Onun üçün bir-birinizi səmimi olaraq ürəkdən sevin. (1 Peter, 1:22)

Hər kəsə hörmət bəsləyin. İmanlı qardaşlarınızı sevin, Allahdan qorxun… (1 Peter, 2:17)

Nəticə olaraq hamınız eyni düşüncədə birləşin. Başqalarının duyğularını paylaşın. Birbirinizi qardaşca sevin. Şəfqətli, təvazökar olun. (1 Peter, 3:8)

Başlanğıcdan bəri eşitdiyiniz buyruq budur: Bir-birimizi sevək. (1 Yəhya, 3:11) Balalarım, sözlə və dillə deyil, hərəkətlə və səmimi olaraq sevək. (1 Yəhya, 3:18)

Onun [Allahın] buyruğu… [Allahın elçisi] İsanın buyurduğu kimi bir-birimizi sevməyimizdir. (1 Yəhya, 3:23)

Ona sevgiylə baxan İsa: “Bir əksiyin var”— dedi. “Get nəyin varsa sat, pulunu yoxsullara ver, beləcə cənnətdə xəzinən olar. Sonra gəl, məni izlə”. (Mark, 10:21)

Allahı sevmək Onun buyruqlarını yerinə yetirmək deməkdir. Onun buyruqları da Amma dünyanın, Allahı sevdiyimi və Allahın mənə buyurduğu hər şeyi yerinə yetirdiyimi [İsa Peyğəmbər:] “… məni sevdiyiniz… üçün Allahın Özü sizi sevir.” (Yəhya, 16:27)

“Zina etməyəcəksən, adam öldürməyəcəksən, oğurlamayacaqsan, başqasının malına göz dikməyəcəksən” buyruqları və bundan başqa nə buyruq varsa, bu bir sözlə yekunlaşdırılmışdır: “Qonşunu özün kimi sevəcəksən”. Sevən adam qonşusuna pislik etməz. Buna görə sevmək Müqəddəs Qanunu [Allahın əmrlərini] yerinə yetirməkdir. (Romalılara, 13:9-10)

… Bütün müqəddəsləri [özünü Allaha həsr etmiş olanları] sevdiyinizi eşitdiyimdən bəri mən də sizin üçün həmişə şükür edir, sizi dualarımda həmişə xatırlayıram. (Efeslilərə, 1:15-16)

Allahın lütfü İsa Məsihi tükənməyən bir sevgiylə sevənlərin hamısıyla birlikdə olsun. (Efeslilərə, 6:24)

Sizlər üçün dua edərkən Allaha… hər zaman şükür edirik. Çünki Məsih İsaya iman etdiyinizi və bütün müqəddəsləri [özünü Allaha həsr etmişləri] sevdiyinizi eşitdik. (Kolosselilərə, 1:3-4)

Qardaşlıq sevgisi mövzusunda kimsənin sizə bir şey yazmasına ehtiyac yoxdur. Çünki Allah sizə bir-birinizi sevməyi öyrətdi. Gerçəkdə bütün Makedoniyadakı bacı-qardaşların hamısını sevirsiniz. Qardaşlar, sizdən xahiş edirik, bu mövzuda daha da irəliləyin. (1 Saloniklilərə, 4:9-10)

“Qonşunu özün kimi sevəcəksən” deyən Müqəddəs Yazıya uyaraq… Allahın Qanununu həqiqətən yerinə yetirirsinizsə, yaxşı edirsiniz. (Yaqub, 2:8)

Məsihi görməmiş olsanız da onu sevirsiniz. İndi onu görmədiyiniz halda… sözlə izah edilməz uca bir sevinclə coşursunuz. (1 Peter, 1:8)

İndi səndən xahiş edirəm… bir-birimizi sevək. Bu sənə yazdığım yeni bir buyruq deyil, başlanğıcdan bəri qəbul etdiyimiz buyruqdur. (2 Yəhya, 1:5)

Qardaş sevgisi daimi olsun. Qonaqpərvər olmaqdan geri qalmayın… Çünki bunun sayəsində bəziləri bilmədən mələkləri qonaq etdilər. Həbsdə olanları, onlarla birlikdə həbs edilmiş kimi xatırlayın. Sizin də bir bədəniniz olduğunu düşünərək pis rəftar görənləri xatırlayın. (İbranilərə, 13:1-3)

Rəbb bir-birinizə və bütün insanlara olan sevginizi, bizim sizə olan sevgimiz ölçüsündə çoxaldıb artırsın! (1 Saloniklilərə, 3:12)

Doğru olanı etməyən və qardaşını sevməyən insan Allahdan [Allahın razı olduğu qullardan] deyil. Məhz Allahın qulları… belə ayırd edilər. (1 Yəhya, 3:10)

Qardaşını sevən, işıqda [Allahın nuruyla] yaşayar və başqasının büdrəməsinə səbəb olmaz. Amma qardaşından nifrət edən qaranlıqdadır; qaranlıqda gedər və hara getdiyini bilməz. Çünki qaranlıq, onun gözlərini kor etmişdir. (1 Yəhya, 2:10-11)

Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, sevgi… ruhu vermişdir. (2 Timoteyə, 1:7)… Rəbbə tabe biri olaraq sənin üçün daha çox seviləcək bir qardaşdır. (Filimona, 1:16) [İsa Peyğəmbər:] “Amma məni dinləyən sizlərə bunu söyləyirəm: Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin, sizə lənət edənlər üçün yaxşılıq diləyin, sizi təhqir edənlər üçün Sevginiz ikiüzlü olmasın. Pislikdən iyrənin, yaxşılığa bağlanın. (Romalılara, 12:9)