İslam və Xristianlıq

9 / 13 · 19 dəq oxu

İncildə tanıdılan "Allahın peyğəmbəri İsa"

Xristianlıq müxtəlif məzhəblərə, bu məzhəblər də öz aralarında müxtəlif qollara ayrılır. İncili fərqli şəkillərdə izah edən, müxtəlif tətbiq metodlarına malik olan cürbəcür dini cərəyanlar, kilsələr mövcuddur. Ancaq bu fərqli qolların əksəriyyətinin yekdilliklə qəbul etdiyi iman əsası “üçləmə”dir.

Tarix boyunca üçləmə inancını rədd edən müxtəlif cərəyanlar ortaya çıxıb. Lakin bu cərəyanların böyüyüb güclənməsi çoxluq təşkil edən üçləmə müdafiəçiləri tərəfindən əngəllənib. Bu cərəyanlar dərhal “azğın” və “batil” adlandırılıb, təzyiqlərə məruz qalıblar və onların qarşısı hər vasitə ilə alınıb. Kitabın sonrakı hissələrində də oxuyacağınız kimi, azlıq təşkil edən bəzi qruplar istisna olmaqla üçləmə inancı xristian dünyasında ümumən qəbul olunub və ya zorla qəbul etdirilib.

Kitabın əvvəlindən etibarən qeyd etdiyimiz kimi, üçləmə inancı Qur’ana tamamilə zidd bir inancdır və İncildə də mövcud olan açıqlamalar İsa Peyğəmbərin həyatının heç bir anında belə bir iddiasının olmadığını, belə bir şeyə dolayısı ilə də olsa işarə etmədiyini, hətta bu kimi səylərin qarşısını şəxsən aldığını, hər sözündə Allahı təriflədiyini və ucaltdığını göstərir. Müasir dövrdə üçləmə inancına əks tərəfdə olan qrupların üstündə dayandıqları məsələlərdən biri də əslində budur: İsa Peyğəmbərin bəşər olması.

İsa Peyğəmbərin həyatı üçləmə iddiasını təkzib edir

İncildə İsa Peyğəmbərin həyatı və bu qiymətli elçinin təbliği ilə bağlı qeyd edilən məlumatlar və İsa Peyğəmbərin hikmətli nəsihətləri üçləmə etiqadı səbəbi ilə əsrlərdir ki, qulaqardına vurulur. Üçləmə inancı beyinləri o qədər qarışdırıb ki, bunun nəticəsində İsa Peyğəmbər tanrılaşdırılır və o, ondan kömək umulacaq səviyyəyə qaldırılır.

Qur’ana görə, İsa Peyğəmbər Allahın insanlara xəbərdarlıq edən və onları qorxudan kimi göndərdiyi, anadan olmasından Öz dərgahına yüksədilməsinə kimi həyatının hər anında bənzərsiz möcüzələr yaradaraq kömək etdiyi mübarək bir peyğəmbərdir. Onun anadan olması Allahdan çox böyük möcüzədir. Ancaq anadan olmasından sonra o da bütün insanlar kimi bir həyat yaşayıb. İsa Peyğəmbər da başqa insanlar kimi Allahın “Ol” deməsi ilə yaradılıb və o, Allah qarşısında acizliyini bilən, Allaha möhtac olan bir bəşərdir. Həm Qur’an ayələrində, həm də İncildə İsa Peyğəmbərin bəşəri xüsusiyyətləri çox müxtəlif misallarla tərif edilir. Məsələn, əvvəlki fəsillərdə də qeyd etdiyimiz kimi, Rəbbimiz “Maidə” surəsinin 75-ci ayəsində İsa Peyğəmbər və Məryəm barədə “…Onların hər ikisi yemək yeyirdi…” şəklində buyuraraq onların mələk olmadıqlarını, başqa insanlar kimi bir bəşər olduqlarını bildirib.

İncildə mövcud olan bir çox nümunədə İsa Peyğəmbərin bəşəri xüsusiyyətlərindən bəhs edilir. Bunlardan bir neçəsi aşağıdakı kimidir.

İsa Peyğəmbərin anadan olması, nəsli və yaxınları

İsa Peyğəmbərin əcdadı və dünyaya gəlməsi ilə bağlı müxtəlif açıqlamalar var. Bu məlumatlara görə, İsa Peyğəmbər Davud Peyğəmbərin nəslindən gəlir. İsa Peyğəmbər xalq arasında tanınan bir şəxsdir. İnsanlar onun kimin nəslindən gəldiyini, harada anadan olduğunu, harada böyüdüyünü bilir. İsa Peyğəmbərin ailəsi camaat tərəfindən yaxşı tanınırdı.

“O, bizlərə qulu Davudun sülaləsindən qüdrətli bir Xilaskar meydana gətirdi. Əzəldən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə xəbər göndərdi ki, bizi düşmənlərimizin və bizə nifrət edənlərin hamısının əlindən xilas edəcək” (“Luka İncili”, 1/69-71).

“İbrahim oğlu, Davud oğlu İsa Məsihin nəsil şəcərəsi belədir…” (“Matta İncili”, 1/1-2). “Onun anası və qardaşları gəldilər, evin bayırında durub, Onun yanına adam göndərərək, Onu çağırdılar” (“Mark İncili”, 3/31). “İsanın önündə gedən və ardınca gələn xalq: “Davud oğluna hosana! (“bizi xilas et” deməkdir) Rəbbin adı ilə gələnə həmd olsun! Ən yüksəklərdə hosana”, - deyə qışqırırdılar. İsa Yerusəlimə çatdığı zaman, bütün şəhər: “Bu kimdir?”, - deyərək sarsıldı. Xalq isə deyir- di: “Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa peyğəmbərdir”” (“Matta İncili”, 21/9-11).

“Məryəmin oğlu, Yaqub, Yusif, Yəhuda və Şimonun qardaşı dülgər bu deyilmi? Bacıları burada aramızda deyillərmi…” (“Mark İncili”, 6/3).

İsa Peyğəmbərin bəşəri xüsusiyyətləri

Üçləmə inancının əsasında İsa Peyğəmbərin bəşəri xüsusiyyətlərini qulaqardına vurmaq anlayışı var. Halbuki İncildə İsa Peyğəmbər ilə bağlı verilən məlumatlardan bu qiymətli insanın “Allahın oğlu deyil, Allahın mübarək bir elçisi olaraq bəhs edildiyi” açıq-aşkar aydın olur. Onun da bütün insanlar kimi bir həyat yaşadığını görürük. O da başqa insanlar kimi anadan olub, həyatının körpəlik, uşaqlıq və gənclik mərhələlərini yaşayıb. Acanda yanındakı həvariləri ilə birlikdə Allaha şükr edərək yemək yeyib, uzun bir günün ardınca hər bir insan kimi o da yorulub və yatmağa ehtiyac hiss edib. Bununla yanaşı, ətrafdakı insanlar İsa Peyğəmbərin yuyunmaq, təmizlənmək kimi hər cür fiziki ehtiyaclarının olmasına da şahid olublar. Bunlar hər bir adamın qarşılaşdığı təbii ehtiyaclardır. Bundan başqa, həmin ehtiyaclar üçləmə inancında İsa Peyğəmbərin adına qoşulmasına çalışılan tanrılıq iddiası ilə də tam şəkildə ziddiyyət təşkil edir.

“İsa isə hikmətdə və boy-buxunda, Allah və insanlar qarşısında lütfdə tərəqqi edirdi” (“Luka İncili”, 2/52). “Onlarla süfrə başında oturarkən, çörək götürüb şükr etdi, parçaladı və onlara verdi” (“Luka İncili”, 24/30). “Onlar hələ sevincdən inanmayıb təəccüblənərkən, İsa onlara dedi: “Burada bir yeməyə bir şey varmı?” Ona bir tikə bişmiş balıq və bir parça bal pətəyi verdilər. O da götürüb onların qabağında yedi” (“Luka İncili”, 24/41-43).

“Mayasız çörək bayramının birinci günündə şagirdlər İsanın yanına gəlib dedilər: “Pasxa yeməyi üçün harada hazırlıq görməyimizi istəyirsən?”” (“Matta İncili”, 26/17).

“İsa Levinin evində yemək yeyərkən…” (“Mark İncili”, 2/15).

“Onlar evə gəldilər və yenə izdiham toplaşdı, belə ki, çörək yeməyə belə imkanları yox idi” (“Mark İncili”, 3/20).

“Onlar süfrədə oturub yemək yeyərkən İsa dedi: “Sizə doğrusunu deyirəm: Mənimlə bərabər çörək başında yemək yeyən sizlərdən biri Məni ələ verəcəkdir”” (“Mark İncili”, 14/18).

“Fəriseylərdən biri İsadan xahiş etdi ki, onunla bərabər çörək yesin. O da fəriseyin evinə girdi və süfrə başında oturdu” (“Luka İncili”, 7/36). “…İsa yol getməkdən yorulmuşdu. O quyunun yanında oturdu. Altıncı saata az qalmışdı. Samariyalı bir qadın su çəkməyə gəldi. İsa ona dedi: “Mənə su ver içim”, - dedi” (“Yəhya İncili”, 4/6-7).

“İsa qayığın arxa tərəfində yastığın üstündə yatırdı…” (“Mark İncili”, 4/38). “İsa onlara dedi: “Sakit bir yerə gedək və bir az dincələk”. Çünki gəlib-gedən o qədər çox idi ki, qidalanmağa belə vaxtları yox idi” (“Mark İncili”, 6/31).

“…Gəzməkdən yorulan İsa quyunun yanında oturdu…” (“Yəhya İncili”, 4/4). Yuxarıda sitat gətirdiyimiz İncil cümlələri İsa Peyğəmbərin başqa insanlar kimi Rəbbimizin mərhəmətinə möhtac bir bəşər olduğunu göstərir. O, Allahın bütün aləmlərə üstün etdiyi, peyğəmbərlik vəzifəsi ilə şərəfləndirdiyi və möcüzələr bəxş etdiyi çox üstün əxlaqlı bir bəndəsidir. O, xüsusi özəlliklərə malik olan bir bəşərdir, həmçinin digər canlılar kimi Allahın mərhəmətinə möhtac, aciz bir bəndədir. Halbuki canlı-cansız bütün kainatın yaradanı olan Allah həmişə diridir, hər an hər şeyə hakimdir və hər şeyə hökm edəndir, hər şeyi bilir, hər şeyə gücü çatır. O, mürgüləmir və Onu yuxu da tutmur, O, hər cür qüsurlardan da uzaqdır, O, yaratdıqlarına müxtəlif acizliklər verib və malik olduqları bu qüsurları dərk edərək ancaq Ona qulluq etmələrini, hər şeyi Ondan istəmələrini əmr edib.

İsa Peyğəmbər da bütün insanlar kimi Allahın mərhəmətinə möhtac bir bəndədir

İsa Peyğəmbərin Allahın sonsuz mərhəməti ilə müxtəlif möcüzələr göstərməsindən həm Qur’an ayələrində, həm də İncildə bəhs edilir. Ancaq İsa Peyğəmbər hər sözündə, apardığı təbliğatda və həvarilərlə olan söhbətlərində bu möcüzələri Allahın istəyi ilə yerinə yetirdiyini bildirib. Danışanın özü deyil, Allah olduğunu, bütün edilən işləri Allahın yerinə yetirdiyini, Allahın bütün canlılar üzərində tək hakim olduğunu tez-tez vurğulayıb. Onun Allahın dəvətini insanlara çatdıran bir bəndə olduğunu, bu etdiklərini Allahın istəyi ilə həyata keçirdiyini, hər etdiyinin Allahın nəzarətində olduğunu bildirib. Onun bu sözlərindən bəziləri aşağıdakı kimidir:

“Hər şey Rəbbim tərəfindən mənə verildi…” (“Matta İncili”, 11/27).

“…Allah mənə necə əmr etmişsə, elə də icra edirəm…” (“Yəhya İncili”, 14/31).

“…Mən sizə söylədiyim sözləri Özümdən söyləmirəm…” (“Yəhya İncili”, 14/10).

“…Sizə doğrusunu, doğrusunu deyirəm: elçi özündən bir şey edə bilməz…” (“Yəhya İncili”, 5/19).

“…Verdiyim təlim mənim deyil, məni göndərənindir” (“Yəhya İncili”, 7/16).

“Onları mənə verən Rəbbim hamıdan böyükdür…” (“Yəhya İncili”, 10/29).

“Çünki mən özümdən söyləmədim, məni göndərən Allah Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat de- məkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm” (“Yəhya İncili”, 12/49-50).

“İsa Allahın hər şeyi Özünə əmanət etdiyini və Allahdan çıxıb gəlib, Allaha qayıdacağını bilirdi”

(“Yəhya İncili”, 13/3). “Məni göndərən mənimlədir. O məni tək buraxmayıb, çünki mən daim Onun xoşuna gələn işləri görürəm” (“Yəhya İncili”, 8/29).

“Mən öz-özümdən bir şey edə bilmərəm; eşitdiyim kimi hökm edirəm və mənim hökmüm doğrudur, ona görə ki, məqsədim öz iradəmi deyil, məni göndərənin iradəsini yerinə yetirməkdir” (“Yəhya İncili”, 5/30).

“…Əgər Rəbbim ona imkan verməsə, heç kimsə mənim yanıma gələ bilməz” (“Yəhya İncili”, 6/65). İncildə yer alan yuxarıdakı açıqlamalar üçləmə inancı baxımından çox əhəmiyyətlidir. Çünki bu ifadələrdə İsa Peyğəmbərin bir tanrı deyil, Allaha möhtac, Allahın istədiyi kimi hərəkət edən, Allahın əmrinə uyğun şəkildə qərar verən, Allahın ilhamı ilə danışan, Allahın xoşlayacağı işləri görən bir bəndə olması şəxsən İsa Peyğəmbərin özü tərəfindən ifadə edilib. Ancaq bütün bu hikmətli və səmimi sözlər üçləmə inancında qulaqardına vurulur, İsa Peyğəmbərin isə mövcud olmaq üçün heç bir şeyə ehtiyac duymayan üstün varlıq kimi tanıdılmasına səy göstərilir. Halbuki bunlar həqiqəti əks etdirmədiyi kimi həm Rəbbimizin uca Şəxsinə, həm də Onun mübarək elçisi İsa Peyğəmbərə qarşı hörmətsizlikdir. Rəbbimiz bütün bu bənzətmə və müqayisələrdən uzaqdır. O, heç bir şeyə ehtiyacı olmayan, bütün qüsur və nöqsanlardan uzaq, sonsuz və tək güc sahibi olan Allahdır. Ona bərabər və oxşar heç bir varlıq yoxdur.

Buradakı ifadələrdə İsa Peyğəmbərin ancaq Allaha qulluq etməklə bağlı hökmlərə tabe olduğu aydın şəkildə görünür. Yalnız Allaha qulluq edən İsa Peyğəmbəri Allahla “eyniləşdirən” üçləmənin nə qədər batil bir etiqad olması buradan da aydın olur.

İsa Peyğəmbərin Allaha dua etməsi

Üçləmə inancını təkzib edən başqa bir dəlil isə bu mübarək insanın Rəbbimizə olan səmimi dualarıdır. Dua edən insan Allahın varlığını və birliyini, Onun qarşısındakı acizliyini, ona yeganə kömək edənin Allah olduğunu və Ondan başqa ibadət ediləcək heç bir gücün olmadığını qəbul etmiş adam mənasına gəlir. Dua Allaha olan dərin təslimiyyətin, insanın öz şəxsi acizliyinin fərqində olmasının ən gözəl ifadə formalarından biridir. Rəbbimiz bütün qüsurlu sifətlərdən uzaq olandır və sonsuz qüdrət sahibidir. Kainatda bütün qüdrət yalnız Ona məxsusdur. Kömək və bağışlanma yalnız və yalnız bütün insanların möhtac olduğu, Özünün isə heç kimə ehtiyacı olmayan Allahdan istənilir. İsa Peyğəmbərin duaları da onun Allaha olan təslimiyyətinin və malik olduğu güclü Allah qorxusunun ən səmimi və sadə əlamətlərindədir. İncildə bildirildiyinə görə, İsa Peyğəmbər həm şükr etmək, həm də istəyini çatdırmaq məqsədilə Rəbbimizə dua edib. O, istəklərini yerinə yetirə biləcək yeganə gücün və mütləq Qüdrətin Allah olduğunu bilirdi.

“Bir az irəli getdi, yerə üzüqoylu döşəndi və dua etdi…” (“Matta İncili”, 26/39). “Xalqa əmr etdi ki, ot üzərində otursunlar. Beş çörəklə iki balığı götürdü, göyə baxaraq Allaha şükr duası etdi…” (“Matta İncili”, 14/19). “Və xalqı buraxdıqdan sonra, dua etmək üçün təktənha dağa çıxdı. Axşam düşdükdə orada tək idi” (“Matta İncili”, 14/23). “Səhər gün doğmazdan əvvəl İsa qalxdı və çıxıb tənha bir yerə getdi. Orada dua etməyə başladı” (“Mark İncili”, 1/35). “Onları yola salandan sonra dağa, dua etməyə getdi” (“Mark İncili”, 6/46). “İsa şagirdlərinə dedi: “Mən dua edərkən, siz burada oturun”” (“Mark İncili”, 14/32). “O günlərdə İsa dua etmək üçün dağa çıxdı, bütün gecəni Allaha dua ilə keçirdi” (“Luka İncili”, 6/12).

“İsa bir yerdə dua edirdi. Bitirdiyi zaman şagirdlərindən biri ona dedi: “Ya Rəbb! Yəhya öz şagirdlərinə öyrətdiyi kimi, Sən də bizə dua etməyi öyrət””

(“Luka İncili”, 11/1). “…Amma mən sənin üçün dua etdim ki, imanın azalmasın; sən də bir zaman dönüb öz qardaşlarına qüvvət ver” (“Luka İncili”, 22/32). İsa Peyğəmbərin Rəbbimizin ən gözəl sifətlərini anaraq etdiyi səmimi duası Qur’anın bir ayəsində belə bildirilir:

“Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o həm bizim, həm də bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”” (“Maidə” surəsi, 114).

Allah İsa Peyğəmbərin bu duasını qəbul edib və belə buyurub:

“Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm!”” (“Maidə” surəsi, 115).

İsa Peyğəmbər Allaha dua edərək Ondan bir süfrə göndərməsini istəyib. Allah İsa Peyğəmbərin bu duasını qəbul edərək Onun istəyini yerinə yetirib. Ancaq yaddan çıxarılmamalıdır ki, İsa Peyğəmbərin bu möcüzəni yerinə yetirəcək müstəqil və xüsusi bir gücü yoxdur. O, Allahın sonsuz yaratma gücünü insanlara göstərməsində elçilik vəzifəsini icra edən çox mübarək bir bəndədir.

İsa Peyğəmbər İncildə “Allahın elçisi” adlandırılıb

Üçləmə etiqadının əsasında İsa Peyğəmbərin Allahın hökm və əmrlərini təbliğ edən bir elçi və ya başqa peyğəmbərlər kimi Allahın göndərdiyi bir bəndə kimi deyil, “Allahın oğlu” (bundan Allaha sığınırıq) şəklində görmək düşüncəsi dayanır. Halbuki İncildə İsa Peyğəmbərin Allahın vəhyini təbliğ edən, insanları iman gətirməyə və Allaha təslim olmağa dəvət edən bir elçi olduğu xəbər verilir. İsa Peyğəmbər da “göndərilmiş bir elçi” olduğunu öz təbliğatında həmişə ifadə edib. İsa Peyğəmbərin Allahın söylədiyi “Mən onlara Sənin sözünü çatdırdım” (“Yəhya İncili”, 17/14) sözü diqqəti xüsusilə cəlb edir. O da Süleyman Peyğəmbər, Musa Peyğəmbər, Davud Peyğəmbər, Muhəmməd Peyğəmbər kimi bir peyğəmbərdir, Allahın əmr və buyruqlarını təbliğ edən elçidir. Həmçinin bir İncil ayəsində Musa Peyğəmbərin “Allahınız Rəbb sizə qardaşlarınızdan mənim kimi bir peyğəmbər çıxaracaq” (“Həvarilərin işləri”, 7/37) deyə söylədiyi xəbər verilir. İsanın peyğəmbərliyini təsdiq edən İncil ifadələrindən bəziləri bu cürdür:

“Məni sevməyən sözlərimə riayət etməz və eşitdiyiniz söz mənim deyil, məni göndərən Allahındır” (“Yəhya İncili”, 14/24).

“Əgər Rəbbimin işlərini görmürəmsə, mənə iman etməyin. Amma görürəmsə, mənə iman etmirsinizsə də o işlərə iman edin” (“Yəhya İncili”, 10/37-38). “İsanın göstərdiyi möcüzəni görən xalq: “Doğrudan da dünyaya gəlməli olan peyğəmbər budur”, - dedi” (“Yəhya İncili”, 6/14). “Həmin adam Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli peyğəmbərdi” (“Luka İncili”, 24/19).

“…Çünki məni göndərəni tanımırlar” (“Yəhya İncili”, 15/21).

“Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, Öz qulunu ortaya çıxardıb əvvəlcədən sizin yanınıza göndərdi” (“Həvarilərin işləri”, 3/26).

“Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən Səni yer üzündə ucaltdım. Sənin Mənə icra etmək üçün tapşırdığın işi yerinə yetirdim. Dünyadan mənə verdiyini adamlara Sənin adını açıqladım. Sənin idilər, onları Mənə verdin və Sənin sözünə riayət etdilər. İndi bilirlər ki, mənə verdiyin hər şey Səndəndir. Çünki mənə bildirdiyin sözləri onlara bildirdim və onlar qəbul etdilər. Səndən çıxıb gəldiyimi də həqiqətən anladılar və məni Sənin göndərdiyinə iman etdilər” (“Yəhya İncili”, 17/3-8).

“Sizə doğrusunu, doğrusunu deyirəm: mənim göndərdiyim kimsəni qəbul edən məni qəbul edər və məni qəbul edən məni göndərəni qəbul edər” (“Yəhya İncili”, 13/20).

“…Mən özüm özlüyümdən gəlmədim, amma məni göndərən haqqdır. Və siz Onu tanımırsınız. Mən Onu tanıyıram, çünki Ondanam və məni O göndərdi” (“Yəhya İncili”, 7/28-29).

“İsa onlara dedi: “Başqa yaxın qəsəbələrə gedək ki, oralarda da təbliğ edim, çünki mən buna görə gəlmişəm”” (“Mark İncili”, 1/38). “İsa dedi: “Allahın tələb etdiyi iş budur: Onun göndərdiyi adama iman edəsiniz”” (“Yəhya İncili”, 6/29).

“Allahın göndərdiyi kimsə Allahın kəlamlarını söylər…” (“Yəhya İncili”, 3/34).

“…Məni göndərən Haqqdır və mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm” (“Yəhya İncili”, 8/26). “…İsa onlara: “Məndə elə yemək vardır ki, onu siz bilməzsiniz”, - dedi. Buna görə də şagirdlər bir-birilərinə: “Kimsə ona yemək gətiribmi?” - deyirdilər. İsa onlara dedi: “Mənim yeməyim məni göndərənin iradəsini yeritmək və Onun işini tamamlamaqdır”, - dedi” (“Yəhya İncili”, 4/31-34).

İsa Peyğəmbərin apardığı təbliğatın əsası Allaha iman və qulluqdur

Üçləmə etiqadına görə, xristianlığın əsas şərti İsa Peyğəmbərə iman gətirməkdir və üçləməyə inanmayan bir adam həqiqi xristian deyil. Halbuki İncildə bu iddiaları puça çıxaran çox aydın ifadələr var. Xüsusilə də İsa Peyğəmbərin təbliğatı insanları yalnız Allaha iman gətirməyə dəvət etmək üzərində qurulub. İsa Peyğəmbər ətrafındakı insanların suallarını, şübhələrini, tərəddüdlərini onları Allaha təslim olmağa dəvət edərək aradan qaldırır.

“İsa ona belə dedi: “Belə yazılmışdır ki, Allahın olan Rəbbə səcdə qıl və yalnız Ona qulluq et”” (“Luka İncili”, 4/8). “Sizə doğrusunu deyirəm: Mənim sözümü dinləyib məni göndərənə iman edənin əbədi həyatı vardır və məhkum edilməz, lakin ölümdən həyata keçmişdir” (“Yəhya İncili”, 5/24).

“Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır. Siz həm Allaha, həm də pula qulluq edə bilməzsiniz” (“Matta İncili”, 6/24).

“İsa ona dedi: “Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla və bütün düşüncənlə sev”” (“Matta İncili”, 22/37). “Din alimlərindən biri gəlib onların mübahisələrini dinlədi. Və İsanın onlara yaxşı cavab verdiyini görəndə: “Əmrlərin ən birincisi hansıdır?” - deyə soruşdu. İsa da cavab verdi: “Əmrlərin ən birincisi: “Dinlə ey İsrail! Allahımız Rəbb, bir olan Rəbbdir. Və Allahın olan Rəbbi bütün ürəyinlə, bütün canınla, bütün düşüncənlə və bütün qüvvətinlə sev”“. İkincisi buna bənzərdir: “Qonşunu özün kimi sev. Bunlardan daha böyük əmr yoxdur”. Din alimi ona dedi: “Lap yaxşı, müəllim! Doğru dedin ki, Allah birdir və Ondan başqası yoxdur”” (“Mark İncili”, 12/28-32). “Bundan sonra daşı qaldırdılar. İsa da gözlərini yuxa- rıya qaldırıb dedi: “Ey Rəbb, məni eşitdiyin üçün sənə minnətdaram. Əlbəttə, məni daim eşidəcəyini bilirdim, amma bunu ətrafımda duran xalq üçün söylədim ki, məni Sənin göndərdiyinə iman etsinlər””

(“Yəhya İncili”, 11/41-42). “İsa yüksək səslə dedi: “Mənə iman edən, mənə deyil, məni göndərənə iman edər. Və məni görən, məni göndərəni görür. Mən dünyaya nur olaraq gəldim ki, Mənə iman edən heç kimsə zülmətdə qalmasın. Və kim sözlərimi eşidib inanmazsa, ona mən hökm etmərəm, çünki dünyaya hökm etməyə gəlməmişəm, ancaq dünyanı xilas etməyə gəlmişəm. Məni rədd edib, sözlərimi qəbul etməyənə hökm edən bir şey vardır: Son gündə ona hökm edəcək olan, söylədiyim sözdür. Çünki mən özümdən söyləmədim; məni göndlərən Allahın Özü nə deyəcəyimi və nə söyləyəcəyimi mənə əmr etdi. Və bilirəm ki, Onun əmri əbədi həyat deməkdir. Söylədiyim şeyləri Allah mənə necə dedisə, eləcə də söyləyirəm”” (“Yəhya İncili”, 12/44-50). Yuxarıdakı İncil ayələrindən də göründüyü kimi, İsa Peyğəmbər bütün başqa peyğəmbərlər kimi Allaha bütün ürəyi ilə təslim olan mübarək bir bəndədir. O, insanlara Allahın vəhyini çatdırıb, onlara Allaha Onu bir və tək qəbul edərək iman gətirməyə dəvət edib. Dünyada yaşadığı dövrdə çox çətinliklərə məruz qalıb. İsa Peyğəmbər öz təbliğatını apararkən ona mane olmağa çalışan çoxsaylı din əleyhdarlarının olmasına baxmayaraq çox üstün səbr göstərərək Allahın dinini başa salmağa davam edib. Şiddətli Allah qorxusu ilə son ana kimi insanları bütün kainatın yaradanı olan Allaha iman gətirməyə və Ona qulluq etməyə çağırıb. Bütün bunlar İsa Peyğəmbərin Allahın oğlu deyil, xalqına Allahdan müYdələr gətirən, insanları axirət günü ilə bağlı xəbərdar edən, gözəl əxlaqa dəvət edib hər cür mənfilikdən xilas olmaları üçün onları imana çağıran bir peyğəmbər olduğunu ortaya qoyur. Təkcə İsa Peyğəmbər deyil, bu müqəddəs insanın nəsihətlərinə qulaq asan və onun ardınca gedən ilk möminlər də İsa Peyğəmbər kimi muvahhid (Allahı tək olaraq qəbul edənlər) idilər. Məruz qaldıqları təzyiqlər onları qətiyyən bezdirməyib, Allahı bir olaraq qəbul edənlər İsa Peyğəmbərin yolundan heç bir şəkildə dönməyiblər. Bu adamlar nəsranilərdir.

İsa Peyğəmbərin dəvətinə tabe olan səmimi xristianlar: Nəsranilər

İsa Peyğəmbər özündən sonra sadiq möminlər icması qoyub getdi. Əhdi-Cədidə görə, İsa Peyğəmbərin seçdiyi on iki həvari, İsa Peyğəmbərin ailəsi və İsa Peyğəmbərə iman gətirən digər yəhudilərdən ibarət olan bu icma başqaları tərəfindən “nəsranilər” (nazareans) adlandırılıb.11 Bu ifadənin İncildə İsa Peyğəmbər barədə işlədilən “Nasıralı İsa” sözündən törədiyi yaxud da bu ifadə ilə eyni mənbədən gəldiyi qəbul edilir.

Nəsranilər Əhdi-Ətiqə və Musa Peyğəmbərin hökmlərinə tabe olmağa davam edir, onun gətirdiyi etiqadın əmr və qadağalarına tabe olurdular. Nəsraniləri başqa yəhudilərdən fərqləndirən ən mühüm amil isə onların İsa Peyğəmbərin gətirdiyi yeni dinə inanmaları, onu bir peyğəmbər və Məsih olaraq qəbul etmələri idi. Onlar İsa Peyğəmbərin daha əvvəllər Musa Peyğəmbər tərəfindən xəbər verilən12 və Allahın yəhudiləri düzgün yola yönəldib dinlərini batil etiqadlardan təmizləmək üçün göndərdiyi peyğəmbər olduğuna iman gətirirdilər. Nəsranilər İsa Peyğəmbərin Allahın dərgahına yüksəldilməsindən sonra onun gətirdiyi xəbərdarlığı yaymaq üçün bütün imkanları ilə mübarizə apardılar. Əhdi-Cədidin İncillərdən sonra ən mühüm kitabı qəbul edilən “Həvarilərin işləri” bu məsələ haqqında əhəmiyyətli məlumatlar verir.

Nəsranilərin ismarıcı

“Həvarilərin işləri”ndə yazıldığına görə, İsa Peyğəmbərin şagirdləri peyğəmbərlərinin Allah dərgahına yüksəldilməsindən sonra çox ağır təzyiqlərlə üzləşdilər. Dövrün yəhudi din adamları onları azğın məzhəb kimi qəbul edir və əllərindən gələn qədər susdurmaq və səhnədən silmək istəyirdilər. Onlar romalıların nəzərində də təhlükəli idilər. Ancaq təzyiqlər və qınaqlar onları bezdirmədi. Bunun ən böyük sirri isə şübhəsiz ki, Allaha olan inamları idi. Bu inam onlara böyük səbr, birlik və qardaşlıq da qazandırmışdı. “Həvarilərin işləri”ndə bu məsələ belə izah edilir:

“Bütün iman edənlər bir yerdə idilər və hər şeyləri müştərək idi. Mallarını və mülklərini satıb hər kəsə ehtiyacına görə paylayırdılar. Hər gün birlikdə məbədə getməkdə davam edərək, evdə çörək bölüb, sevinclə və ürək sadəliyi ilə Allaha həmd edərək yemək yeyirdilər. Bütün xalqın rəğbətini qazanırdılar. Rəbb də xilas edilənləri gündən günə onların arasına əlavə edirdi” (“Həvarilərin işləri”, 2/44-47). Nəsranilərin arasındakı bərabərlik və fədakarlıq başqa yerdə belə bildirilir:

“İman edənlərin cəminin isə bir ürək və bir canı var idi və heç biri özünün olan şeylər üçün “Mənimdir”, - demirdi. Çünki hər şey onlar üçün ümumi idi… Allah hamısına böyük lütflər yağdırdı. Onların aralarında ehtiyacı olan bir kimsə yox idi. Ona görə ki, torpaq və mülk sahibi olanların hamısı bunları satıb, satılmış şeylərin pulunu gətirərək həvarilərin sərəncamına verirdilər. Bu da hər birinə ehtiyacına görə paylanırdı. Məsələn, Kiprdə anadan olmuş Levili Yusif (həvarilər ona Barnaba ləqəbini verdilər ki, bu da Təsəlli Oğlu deməkdir) də malik olduğu torpağı satdı və pulunu gətirib həvarilərin sərəncamına verdi” (“Həvarilərin işləri”, 4/32-37). Bu cür böyük bir daxili intizama malik olan nəsranilər İsa Peyğəmbərin təbliğini başqa yəhudilərə çatdırmağa davam etdilər. İsa Peyğəmbəri tanıdarkən də onun Allahın yəhudilərə göndərdiyi sonuncu peyğəmbər olduğunu söyləyirdilər. Həvari Peterin Süleyman məbədindəki bir qrup yəhudiyə xitabən etdiyi çıxış “Həvarilərin işləri”ndə belə qeyd edilir:

“İndi, ey qardaşlar, bilirəm ki, rəisləriniz kimi siz də bunu bilməyərək etdiniz… Beləliklə, günahlarınızın silinməsi üçün tövbə edin və Allaha qaydın ki, Rəbbin hüzurundan yenilənmə fürsətləri gəlsin; və sizin üçün əvvəlcədən təyin olunan İsanı, yəni Məsihi göndərsin. Allahın qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin ağzı ilə söylədiyi kimi, hər şeyin yenilənəcəyi vaxta qədər, İsa göydə qalmalıdır. Musa belə demişdi: “Allahınız Rəbb sizə qardaşlarınız arasından mənim kimi bir peyğəmbər çıxardacaq; hər işdə sizə nə söylərsə onu dinləyərsiniz. Və vaxt olacaq ki, o peyğəmbəri dinləməyən hər adam Allahın xalqından ayrılıb yox ediləcəkdir”. Şəmuel və ondan sonrakılar da daxil olmaqla bütün peyğəmbərlər nə danışdılarsa, bu günləri qabaqcadan xəbər verdilər. Siz peyğəmbərlərin varisləri, həmçinin Allahın atalarınızla kəsdiyi əhdi-peymanın varislərinsiniz. Rəbb İbrahimə belə demişdi: “Yerin bütün xalqları sənin nəslin sayəsində mübarək olacaqlar”. Allah hər birinizi öz pis əməllərinizdən döndərməklə sizi mübarək etsin deyə, qulunu ortaya çıxardıb, əvvəlcə sizin yanınıza göndərdi” (“Həvarilərin işləri”, 3/17-26).

Bu ifadələrdə Peter İsa Peyğəmbərdən “Allahın qulu” deyə bəhs edir və onun bir peyğəmbər olduğunu vurğulayır. O, İsa Peyğəmbərin Musa Peyğəmbər tərəfindən xəbər verilən bir peyğəmbər olduğunu insanlara çatdırır və onun sözlərində “Allahın oğlu” ifadəsi öz əksini tapmır. Burada həmçinin üçləmə etiqadından və ya İsa Peyğəmbərin adına çıxarılan tanrılıq sifətindən (bu ifadədən Allaha sığınırıq) də söhbət açılmır.

Nəsranilərə göstərilən təzyiqlər

“Həvarilərin işləri”ndə bəhs edildiyinə görə, o dövrün yəhudi din adamları nəsranilərin təsirindən narahat olmağa başlamışdı. Onların təbliği ətrafa yayıldıqca bu narahatçılıq da artırdı. Həm yəhudi din adamları, həm də onlar tərəfindən qızışdırılan Roma rəhbərləri onları “siyasi yöndən” təhlükəli bir qrup sayıb hədəfə götürdü. Tarixi mənbələrə görə, nəsranilərə qarşı həyata keçirilən təzyiq siyasəti getdikcə gücləndi. Onlar bir neçə dəfə həbs edildilər, qamçılandılar və İsa Peyğəmbərin adını dillərinə gətirməmək barədə ciddi xəbərdarlıqlar aldılar. Nəsranilərin tutulması və cəzalandırılması halları eramızın 48-49-cu illərində xeyli artdı. Axırda nəsranilərin başçısı eramızın 62-65-ci illərində tutularaq öldürüldü. Nəsranilərin başqa yəhudilərlə, xüsusilə də qabaqcıl din adamları ilə (səddukilər və fəriseylər) razılaşa bilməməsinin səbəbi İncil mətnlərinə görə, bu din adamlarının “nəsildən-nəslə keçən ənənələrlə Allahın sözünü təsirsiz saymaları” idi (“Mark İncili”, 7/13).

Əhdi-Cədidə görə, İsa Peyğəmbərin yaxın ailəsinin və həvarilərinin rəhbərliyi ilə yaşayan bu camaatın əsas xüsusiyyəti “bir və tək olan Allaha” inanmaları idi. Nəsranilər üçün İsa Peyğəmbər Allahın elçisi idi. Üçləmə inancı isə onlar üçün heç nə ifadə etmirdi. Onlar üçün vacib olan məsələ İsa Peyğəmbərin gətirdiyi ismarıc idi. Həmçinin nəsrani yazılarında - məsələn, Əhdi-Cədiddəki “Yaqubun məktubu”nda - həmişə Allaha imana çağırılır və daha çox iman məsələlərinin üzərində dayanılır.

48-49-cu illərdə Yəhudanın romalı valisi çox sayda nəsranini çarmıxa çəkmişdi. Romaya qarşı baş verən bütün üsyanlarda nəsranilərin də iştirak etməsi fikri qəbul olunurdu. Təzyiq 50-ci illərdə də davam etdi. Nəsrani qrupları 65- ci ildə Qüdsdən çıxdı və Mesopotamiyaya tərəf köçdülər.

“Azğınlar” və ebionlar

Nəsranilər II əsrdən etibarən kilsə rəhbərlərinin yazılarında “azğın” məzhəb kimi qeyd edilməyə başladılar. Kilsənin nüfuzlu adamlarından biri olan Yustin Martyr (Castin Martir) 150-ci ildə qələmə aldığı bir yazıda İsa Peyğəmbəri Məsih kimi tanıyan, ancaq onu yenə də adi insan sayan, yəni “Tanrının oğlu” (bundan Allaha sığınırıq) kimi qəbul etməyən bir məzhəbdən bəhs etmişdi. Martyr bu məsələni də vurğulamışdı; bu insanlar üçləməni müdafiə edən qruplar tərəfindən pislənirdi və iki tərəfin arası da çox pis idi.13

Bundan təxminən yarım əsr sonra isə katolik rahib İrenaeus “Adversus Haereses” (“Azğınlara cavablar”) adlı bəyanat yaydı. İrenaeusun ən çox təhqir etdiyi “azğın”ların başında “Ebionim” kimi qeyd etdiyi bir camaat gəlirdi. “Ebionim” sözü ibrani dilindəki “ebion” sözünün cəmi idi və “kasıblar” mənasına gəlirdi.

İrenaeusa görə, ebionlar camaatının “azğın” olmasının səbəbi isə İsa Peyğəmbərin adi insan olması ilə bağlı etiqadları idi. Yenə İrenaeusa görə, onlar yəhudi hökmlərinin bütün qaydalarına həssaslıqla tabe olur, digər tərəfdən dörd İncildən ancaq “Matta İncili”ni qəbul edirdilər.14 Yazılı mənbələrdə bəhs edilən ebionların nəsranilər olmsaı aydınlaşır. Kilsə rəhbərləri “ebion” və “nəsrani” sözlərindən həmişə eyni camaatı ifadə etmək üçün istifadə ediblər. Məsələn, IV əsrin axırlarında Epiphanius (Epifanius) adlı bir kilsə yazarı bir yazısında “nəsrani” və “ebion” sözlərini eyni mənada və eyni camaatı ifadə etmək üçün sinonim kimi işlədirdi. Epiphaniusa görə, bu qrupun “azğınlığı” İsa Peyğəmbərin “tanrı” olduğunu rədd etmələrindən və onu sadə bir insan kimi tanımalarından qaynaqlanırdı. Epiphanius bu adamların kilsənin təsdiq etdiyi Əhdi-Cədid kitablarından yox, bu kitabların “fərqli variantlarından” istifadə etdiklərini də vurğulayırdı.15

Ebionların İsa Peyğəmbəri bir insan kimi qəbul etməsi, onun adına tanrılıq nisbət etməməsi 2003-cü il dekabr ayının 22- də “Time” Yurnalında dərc edilən “The Lost Gospels” (“İtmiş İncillər”) sərlövhəli bir məqalədə belə vurğulanırdı:

“Ebionlar İsa Peyğəmbərə inanır, ancaq (tədqiqatçı) Ehrmanın bildirdiyinə görə, “onu müqəddəs yəhudi kitabında vəd edildiyi kimi “yəhudilərə göndərilən yəhudi Məsihi”” kimi qəbul edirdilər. Ebionların inandığı İsa Peyğəmbər üçləmənin bir hissəsi deyildi. Onun bir insan olduğunu və özünəməxsus cəhətinin yəhudi şəriətini təkmilləşdirmək olması fikrini müdafiə edirdilər”.16

Qüdsdən ayrılan nəsranilər Suriya tərəfə köç etdilər və sonrakı bir neçə əsr ərzində Mesopotamiyada yaşamağa davam etdilər. Ancaq nəsranilər bir icma olaraq bu bölgədə yaşasa da nəsrani təlimləri getdikcə yayıldı və daha uzaq coğrafiyalara çatdı. Romanın Katolik kilsəsinin təsirinin gəlib çatmadığı bölgələrdə xristianlığın ən azı ilk dörd əsrində nəsrani inancına sahib olan müxtəlif xristian məzhəbləri ortaya çıxdı. Nəsrani təliminə sahib çıxan yaxud da ən azı bu təlimdən təsirlənən adıçəkilən müxalif xristian cərəyanlarının ən məşhuru əvvəlki hissələrdə üzərində dayandığımız İskəndəriyyə yepiskopu Ariusun adı ilə xatırlanan “ariusçuluq” hərəkatı idi.