Uca Rəbbimiz Allah, Quranda hər şeyi ən gözəl və ən hikmətli şəkildə açıqlamış, Quran ilə insanlara ən doğru yolu göstərmişdir. Qurana əməl edən kəslər dünyanın ən ağıllı düşünən, hər hadisədə ən gözəl qərarı alan, ən gözəl davranışı sərgiləyən, dünyanın ən keyfiyyətli, ən seçilmiş ən ağıllı, ən stabil, ən tutarlı insanlarıdır. Digər tərəfdən müsəlmanlar çox gözəl xasiyyətli, mehriban, mərhəmətli, özünə və ətrafına zərər verməyən, əksinə özünə və ətrafına fayda təmin edən insanlardır.
Ancaq bəzi insanlar, Allah və din əleyhinə bəzi media quruluşlarının da təsirində qalaraq müsəlmanlar haqqında tamamilə səhv düşüncə yaratmaqda, onların müasirlikdən və ağıldan uzaq olduğunu düşünməkdədirlər. Əlbəttə bu kəslərin bu səhv düşüncələrində, özlərini müsəlman olaraq önə sürən, ancaq Allahın Quranda əmr etdiyi gözəl əxlaqdan son dərəcə uzaq həyat yaşayan bəzi insanların da təsiri vardır.
Lakin Quranda əmr edilən gözəl əxlaq xüsusiyyətlərini üzərində saxlayan hər müsəlman yalnız müasir deyil, son dərəcə müasir və son dərəcə ağıllı insandır. Həm görünüşündəki ağır rəftar, həm də davranışlarındakı zadəganlıq, onu, içində yaşadığı əsrin müasirliyi və ağlı irəliyə aparmaqdadır. Belə ki, Məhəmməd Peyğəmbər, dövrümüzə gəlmiş olsa, bu əsrin ən müasir insanı olduğu dərhal fərq edilərdi. Hətta gələcək əsrlərin belə ən müasir insanı olardı.
Qəlblər yalnız Allaha yönəlməklə rahatlıq tapar
8-ci əsrdəki “Aydınlanma” fəlsəfəsi və ardından gələn 19-cu əsr materializmi, Avropa cəmiyyətlərini ilahi dinlərdən uzaqlaşdırmış, yaranan mənəvi boşluq isə 20-ci əsrdə başda Hinduizm və Buddizm olmaq üzrə saxta Şərq dinlərini Qərb düşüncə dünyasına daşımışdır. Din əxlaqının cəmiyyət üzərindəki əsaslı təsirini ortadan qaldırmaq, materialist dünya görüşünün mənimsənməsini asanlaşdırmaq və mənəvi axtarış içində olan insanları “Allah inancına qarşı çıxan saxta din” ilə yanıltmaq cəhdində bu batil dinlər əhəmiyyətli rol oynamışlar.
Zəmanəmizdə bir çox insan hüzur və xoşbəxtliyi bu saxta dinlərdə axtarmaqdadır. Lakin Şərq dinləri bir çox azğın və səhv istiqamətə sahib təlimləri müdafiə etməkdədir və bu dinlərin bütün tətbiqləri ağıl və məntiqlə ziddiyyət təşkil etməkdədir. Hər şeydən əvvəl bu dinlər irqçiliyi, şiddəti və vəhşiliyi qanuni göstərən təlimlərə malikdir.
İnsanları Allah inancından uzaqlaşdıran, ilahi dinlərin insanlara tövsiyə etdiyi gözəl əxlaq anlayışını ortadan qaldırıb yerinə materialist və batil inanışları yerləşdirməyə çalışan bunun kimi axınlara qarşı, Allaha səmimiyyətlə iman edən bütün insanların birlik olaraq çox istiqamətli fikri mübarizə icra etmələri lazımdır. Bunun üçün edilməsi lazım olanlardan biri, ilahi dinlərin insanları dəvət etdiyi sülh, hüzur, güvən, ədalət, bərabərlik, yardımlaşma, mərhəmət, şəfqət və sevgi dolu dünya ilə batil dinlərindəki maddi və mənəvi azğınlığı təməl alan həyat şəkli arasındakı böyük uçurumu gözlər önünə sərməkdir. Heç vaxt unutmamaq lazımdır ki, Qərbli cəmiyyətlərdə bu səhv dinlərə simpatiya bəsləyən insanların çox böyük hissəsi əvvəlcə diqqəti cəlb etməyi, fərqli və orijinal rəftarlarla diqqətləri üzərində toplamanı məqsəd qoymaqdadırlar. Bir tərəfdən də xoşbəxtliyi bu dinlərdə tapacaqları yanılmasına qapılmaqdadırlar. Allahın elçiləri vasitəsiylə insanlara göndərdiyi haqq dinlərin doğru yollarından uzaqlaşaraq özlərini iç qaraldan, darıxdırıcı, qorxu və çətinliklərlə dolu bir dünyaya, çox böyük məhvə sürüməkdədirlər. Açıq şəkildə bilinməlidir ki, dünya və axirət həyatında həqiqi xoşbəxtlik ancaq Allaha könüldən iman etmək və Allahın ayələrinə əməl etməklə mümkündür.

